30 yan 16:07reportaj

“İnter”dən Svanadzeyə ad günü hədiyyəsi

“İnter”dən Svanadzeyə ad günü hədiyyəsi
Diniyev: “Belə məğlubiyyətdən sonra azarkeşlər məni istefaya səsləməliydilər”

57 İnter (Bakı) – Kəpəz (Gəncə) 4:1 (1:1)
1. Səlahət Ağayev – 5,5
17. Abbas Hüseynov – 6,0
(4. Slavik Alxasov, 82) – qiymətsiz
33. Tərlan Quliyev – 5,5
14. Zurab Xizanişvili – 5,5
3. Denis Silva – 5,5
22. İlkin Qırtımov – 5,5
10. Elnur Abdullayev – 5,5
24. Fuad Bayramov – 6,0
7. Mirsahib Abbasov – 5,5
(9. Pərdis Fərcad-Azad, 46) – 5,0
8. Nizami Hacıyev (k) – 6,5
(6. Samir Zərgərov, 87) – qiymətsiz
11. Rauf Əliyev – 5,5
Ehtiyat oyunçular
13. Orxan Sadıqlı
2. Sertan Taşkın
27. Adrian Skarlatake
19. Mirhüseyn Seyidov
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Nizami Hacıyev

88. Tadas Simaitis – 3,5
13. Şəhriyar Rəhimov – 4,0
15. Azad Kərimov – 4,0
23. Tural Nərimanov – 4,5
21. Novruz Məmmədov – 4,0
5. Kərim Diniyev – 4,0
18. Tural Axundov (k) – 4,5
(7. Vüqar Bəybalayev, 67) – 4,0
77. Serjinyo – 5,0
19. Orxan Əliyev – 4,0
(80. Tural Rzayev, 77) – qiymətsiz
17. Nicat Qurbanov – 4,0
90. Jülyen Ebah – 4,0
(10. Dario Federiko, 63) – 4,0
Ehtiyat oyunçular
30. Davud Kərimi
9. Tural Qürbətov
6. Ceyhun Cavadov
99. Əli Səmədov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Serjinyo

Qollar: T.Axundov, 39 (0:1). N.Hacıyev, 45+2 (1:1). F.Bayramov, 53 (2:1, N.Hacıyev). A.Hüseynov, 60 (3:1). R.Əliyev, 79 (4:1, İ.Qırtımov).
Vərəqələr: T.Axundov, 25 (qeyri-idman hərəkəti). F.Bayramov, 43 (qeyri-idman hərəkəti). E.Abdullayev, 65 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Nüvər Xasıyev (Bakı).
28 yanvar. Bakı. İnter Arena. 300 tamaşaçı (5700 yerlik).
Hər hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

15-ci turun ilk oyun gününün ikinci qarşılaşması paytaxtda baş tutdu. Qış fasiləsində güclənə bilməyən, əvəzində Ağabala Ramazanov və Ruslan Abışov kimi iki aparıcı futbolçu ilə vidalaşan “İnter” fasilədə yalnız Sahib Abbasovu heyətinə qatan “Kəpəz”i qəbul edirdi. İki gün əvvəl sponsorunu itirən Zaur Svanadzenin komandası “Qarabağ” və “Qəbələ”dən uzaq düşməmək üçün bu mövsüm məğlub edə bilmədiyi rəqibdən 3 xal almağa köklənmişdi. Bakıda təlim-məşq toplanışı keçən “Kəpəz” də yeni ildəki ilk rəsmi matçında qələbə qazanmaqla həm azarkeşlərini sevindirməyə, həm də “Sumqayıt”la xalları bərabərləşdirməyə çalışacaqdı. Meydan sahiblərinin heyətində itkilər olmasa da, “sarı-göylər” əsas müdafiəçi Renanın xidmətindən məhrum idi. 14-cü turda “Qəbələ” ilə matçda qırmızı vərəqə alan braziliyalı ilə yanaşı, oyundan bir gün əvvəl xəstələnən Şəhriyar Əliyev və yarımmüdafiəçi Vüqar Bəybalayevin də matçda iştirakı sual altına düşmüşdü.
Soyuq və qarlı hava şəraitində keçirilən oyun sakit tempdə başladı. Buna baxmayaraq, meydan sahibləri artıq 2-ci dəqiqədə hesabı açmağa yaxın oldu. Lakin Nizaminin uzaqdan zərbəsində cüzi dəqiqlik çatmadı. “İnter” daha çox topa yiyələnsə də, qonaqlar meydanın özünə aid hissəsində pressinq edir, bütün zonaları bağlaya bilirdi. Gəncəlilər irəli atılmağa tələsmir, sanki rəqibin səhvini gözləyirdi. 10-cu dəqiqədə “Kəpəz” ilk təhlükəli vəziyyəti yaxaladı. Mərkəzdən hücum zamanı Serjinyo rəqib müdafiəçilərdən məharətlə sıyrılıb, Ebahı qapıçı ilə üzbəüz qoydu. Amma sonuncu topu özündən irəli buraxaraq zərbə şansını qaçırdı. 7 dəqiqə sonra isə Rauf uzaqdan Simaitisin sayıqlığını yoxladı. Əliyev 23-cü dəqiqədə də oyunu öz üzərinə götürdü. Bu dəfə də zərbəsində dəqiqlik çatmadı. Dəqiqələr ötdükcə oyunun tempi ilə yanaşı, qarın da sürəti yüksəlirdi. İlk yarının ortalarından başlayaraq meydan “ağ örpəy”ə bürünməyə başladı. Bu da futbolçuların meydanda hərəkətinə maneə törədirdi. Pis hava şəraitinə rəğmən, “İnter” təzyiqi azaltmırdı. 28-ci dəqiqədə komanda çoxgedişli kombinasiya qurdu ki, Tadas qonaqları real qoldan xilas etdi. O, Qırtımovun ötürməsi nəticəsində üzbəüz qaldığı Bayramovla dueldən qalib ayrıldı. Bir qədər sonra qar o qədər intensivləşdi ki, futbolçular topu seçməkdə çətinlik çəkirdilər. Bu üzdən futbolçulara qırmızı rəngli top verildi. Bu isə “Kəpəz” üçün düşərli oldu. 39-cu dəqiqədə qonaqların “çərçivə” istiqamətində ilk zərbəsi qolla nəticələndi. Axundov cərimə zərbəsini ustalıqla yerinə yetirməklə komandasını hesabda önə keçirdi. Bu, “İnter” üçün sillə effekti verdi. “Bankirlər” son dəqiqələrdə bütün qüvvə ilə irəli atıldı, hücumların kəsərini daha da artırdı. 42-ci dəqiqədə Denisin zərbəsində cüzi dəqiqlik çatmadı, ardınca Fuad topa istədiyi kimi zərbə endirə bilmədi. Lakin “İnter” fasiləyə kimi hesabı bərabərləşdirməyə nail oldu. Hakimin əlavə etdiyi dəqiqələrdə Fuadın cərimə meydançasına ötürməsini müdafiəçilər uzaqlaşdırsa da, top Nizaminin önünə düşdü. Kapitan cərimə meydançasının xətti üzərindən qüvvətli zərbə ilə tarazlığı bərpa etdi.
İkinci yarı isə “İnter”in tam üstünlüyü şəraitində keçdi. 46-cı dəqiqədə Fuadın zərbəsindən sonra top cüzi fərqlə dirəyin yanından keçdi. Cəmi 3 dəqiqə sonra isə Bayramov istəyinə çatdı. Nizaminin yerinə yetirdiyi standart vəziyyətdən sonra yarımmüdafiəçi başla topu qapıdan keçirdi. Daha doğrusu, Simaitis kuryoz qol buraxmaqla rəqibin önə keçməsinə şərait yaratdı. “Kəpəz”in nə etdiyini isə nəinki Diniyev, heç futbolçuların özləri də bilmirdi. Xətlərarası əlaqənin bərbad vəziyyətdə olduğu komanda fərdi şəkildə də rəqibə aşkar uduzurdu. Hiss olunurdu ki, qərb təmsilçisi təlim-məşq toplanışı ab-havasından çıxa bilməyib. Bəlkə də paytaxta yağan qar onlar üçün gözlənilməz olmuşdu. “İnter” isə rəqibini 60-cı dəqiqədə daha bir dəfə cəzalandıra bilərdi. Qonaqların uzaqlaşdıra bilmədiyi topa Rauf güclü zərbə endirsə də, bu dəfə Tadas inamlı oynadı. Cəmi bir dəqiqə sonra isə hesab arasındakı fərq artdı. Oyun boyunca fəal olan Abbas əla hərəkətlə müdafiəçidən sıyrılaraq cərimə meydançasına girdi və uzaq küncü dəqiq nişan aldı. Ardınca Raufun əla ötürməsindən sonra Nizami dubl etməyə yaxın oldu. Amma bu dəfə litvalı qolkiper inamlı təsir bağışladı. 63-cü dəqiqədə isə “Kəpəz”in ikinci hissədəki nadir hücumlarından biri təhlükli alındı. Səlahət Serjinyonun uzaqdan vurduğu topu əla reaksiya ilə “doqquzluq”dan çıxardı. 73-cü dəqiqədə Rauf qapıçı ilə üzbəüz qalsa da, zərbəsində cüzi dəqiqlik çatmadı. Ancaq çox keçmədən hücumçunun qol arzusu reallaşdı. 79-cu dəqiqədə Qırtımovun ideal ötürməsini Əliyev çətinlik çəkmədən qapıdan keçirdi. Bununla da qonaqlar çökdü. Diniyevin yetirmələri meydanda boşuna qaçmaqdan başqa heç nə ilə yadda qalmadı. Düzdü, 81-ci dəqiqədə “İnter”in müdafiəsinin buraxdığı kobud səhvdən sonra Serjinyo fərqlənmək imkanı qazandı. Amma Səlahət topun qapıdan keçməsinə imkan vermədi. Bununla da sponsorsuz qalan “İnter” futbolun meydanda oynanıldığını, qalan məsələlərin isə ikinci dərəcəli olduğunu sübut etdi.
ŞƏFİ ŞƏFİYEV

Gözdən qaçmadı
• “İnter”in sabiq prezidenti Rəşad Qasımov da oyunu izləyənlər arasındaydı. Özü də klubun şərfi boynunda.
• Hava o qədər soyuq idi ki, yan xətt hakimi Namiq Hüseynov əlində bayrağı güclə tuturdu. Bunu görən “İnter”in ehtiyat oyunçular skamyasında əyləşən futbolçulardan biri laysmana əlcək verdi.
• Fuad Bayramov ilk yarının ortalarında əlcəklərini çıxarıb yerə tulladı.
• 39-cu dəqiqədə ağ top qırmızı topla əvəzləndi. İki dəqiqə sonra isə qırmızı toplardan birinin boş olduğu üzə çıxdı. Bunu görən Nizami “ay qardaş, top boşdu, bunu dəyişin” deyib, onu kənara vurdu.
• “İnter” bərabərlik qolunu 47.07-ci dəqiqədə vurdu. Yəni hakimin əlavə etdiyi iki dəqiqədən 7 saniyə keçəndən sonra. Bunu görən Şahin Diniyev dördüncü hakimə yaxınlaşaraq saatını göstərdi və astaca etiraz etdi.
• “İnter” azarkeşləri stadiona Azərbaycan bayrağı ilə gəlmişdi. Yəqin ki, onlar da “yuxarılar”a “İnter” də bu ölkənin klubudu, onu dağılmağa qoymayın” mesajı verirdi.
• İkinci yarıda oyuna qoşulan Pərdis Fərcad-Azad bir neçə dəqiqə sonra formasını dəyişmək məcburiyyətində qaldı.

Reaksiyalar
Şahin Diniyev: “Oyun haqda danışmağa söz tapmıram. Bu gün “Kəpəz” son ilyarım ərzində ən zəif futbolunu oynadı. Komanda hesabda öndə olarkən topu uzaqlaşdıra bilmirsə, qələbə qazanmağa haqqımız yoxdu. Fasilədən sonra komandanı tanıya bilmədim. Bu gün, ümumiyyətlə, komandanı tanımadım. Düzdü, futbolçuların üzərinə çox getmək istəmirəm. Ancaq bu çox ağır məğlubiyyətdi. İrəli baxmaq lazımdı. Belə oyundan sonra ümidlər tükənir. Belə oyundan sonra gələcək barədə nikbin danışmaq da olmur. Bəlkə də komanda fiziki yüklənmədən sonra bu qarşılaşmaya tam hazır ola bilməyib. Bəlkə də komandanı mən yaxşı hazırlaşdırmamışam. Qələbə qazana bilərdik. Azarkeşlərdən üzr istəyirəm. Şəhriyar Əliyevlə Vüqar Bəybalayevin xəstələnməsi işimizi çətinə saldı. Əlimdə geniş heyət yoxdu. Harda yox, necə məşq keçmək vacibdi. Düzdü, ölkə xaricində yoxlama oyunlarında daha yaxşı komandalarla qarşılaşmaq şansı qazanırsan. Bunu səbəb kimi görmürəm. Bundan nəticə çıxarmaq lazımdı. Bu vəziyyətdən çıxmaq üçün əl-ələ verib, birlikdə hazırlaşmalıyıq. Bilirəm ki, bu məğlubiyyətdən sonra çoxlu tənqidlər olacaq. Bu vəziyyətdən bizi nə azarkeşlər, nə də jurnalistlər çıxara bilər. Özümüz çıxmalıyıq. Bu gün biz 300-500 manat maaş verə bilmirik. Çox istəyərdim Namiq Ələsgərov “Kəpəz”ə qayıtsın. Ancaq “Neftçi”nin şərtləri qarşısında aciz idik. Rəhbərliyi günahlandırmıram. Gəncə futbolunun hazırkı vəziyyət budu. Maliyyəni bəhanə kimi göstərmirəm. Məğlub olmuşuqsa, mənim səhvimdi. Hətta süpürgəçi də bizi qınaya bilər. Bizim üzərimizdə əziyyəti olan hamı bunu edə bilər. Rəhbərlik də 1:4 hesabından razı qala bilməz. Onların da bizi qınamağa haqqı var. Belə məğlubiyyətdən sonra azarkeşlər məni istefaya səsləməliydilər. Düzdü, elə də çox azarkeş yox idi. Ancaq onlardan bu şüarı gözləyirdim”.
Zaur Svanadze: “Havaya baxmayaraq, yaxşı oynadıq. Qol buraxsaq da, yaxşı oyun sərgiləyib qalib gəldik. Şadam ki, çətinliklər fonunda yaxşı oyunumuzu davam etdiririk. Bir neçə gün əvvəl doğum günüm idi (yanvarın 23-də 59 yaşı tamam olub). Uşaqlar bu qələbəni mənə hədiyyə verdilər. Vurduğumuz ilk qolun müəyyən rolu ola bilər. Ancaq həlledici rol oynadığını düşünmürəm. Elə qarşılaşmalar olub ki, ilk hissədən sonra məğlub olsaq da, sonda qalib gəlmişik. Bizdə matçın taleyini həll edəcək yaxşı hücumçular var. Sponsorla bağlı onu deyə bilərəm ki, bu, onların qərarıdı. Hamının müqaviləsi var. Bizim əsas vəzifəmiz meydana çıxıb oynamaqdı. Sponsor məsələsi mənim uşaqları motivasiya etməyimə mənfi təsir göstərmir. Uşaqlar da bilir ki, yaxşı oynamaq lazımdı. Yəqin ki, gec-tez sponsor tapılar. Mövsümün sonunda avrokuboklara gedə bilməsək, bu ədalətsizlik olar. Ancaq gördüyünüz kimi, əlimizdə olan oyunçularla da yaxşı çıxış edirik. Bu oyunçular komandanı tərk etməsələr, avrokuboklarda çıxış edə bilərik. Ağabala və Ruslanın gedişinin komandaya mənfi təsiri olub. Lakin hazırda heyətdə olan futbolçular çalışır ki, bu özünü göstərməsin”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar