30 yan 16:04reportaj

“Sumqayıt” “Qəbələ”yə şok yaşatdı

“Sumqayıt” “Qəbələ”yə şok yaşatdı
Qriqorçuk: “Qoy meydanda qaçmasın, artıq çəkisi olsun, qarnı qabağa çıxsın, ancaq qol vursun”

58 Qəbələ - Sumqayıt 1:1 (0:0)
22. Dmitri Bezotosnı – 5,0
20. Rikardinyo – 5,0
15. Vitali Vernidub – 5,5
34. Urfan Abbasov – 4,5
88. Tellur Mütəllimov – 5,0
6. Rəşad Sadiqov (k) – 5,0
(14. Cavid Hüseynov, 82) – qiymətsiz
7. Nika Kvekveskiri – 4,5
(27. Teo Uiks, 62) – 5,0
10. Ruslan Qurbanov – 4,5
(77. Araz Abdullayev, 78) – qiymətsiz
19. Filip Ozobiç – 5,0
11. Asif Məmmədov – 4,5
9. Sergey Zenyov – 4,5
Ehtiyat oyunçular
33. David Pietrzkieviç
17. Məhəmməd Mirzəbəyov
18. Baqali Dabo
21. Roman Hüseynov
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Vitali Vernidub

1. Fərhad Vəliyev – 6,5
19. Azər Salahlı – 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,0
2. Rail Məlikov – 6,0
3. Vurğun Hüseynov (k) – 6,0
42. Kamran Abdullazadə - 5,0
97. Xəyal Nəcəfov – 5,0
(21. Nasır Abilayev, 79) – qiymətsiz
20. Fərhad Qıstarov – 5,0
(7. Sergey Çernışov, 46) – 5,5
8. Nicat Muxtarov – 5,0
10. Məhəmməd Qurbanov – 5,5
22. Mirabdulla Abbasov – 5,0
(9. Amil Yunanov, 75) – 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
5. Seymur Əsədov
18. Süleyman Əhmədov
76. Bayram Nuruzadə
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Fərhad Vəliyev
Qollar: M.Qurbanov, 53 (0:1). V.Vernidub, 58 (1:1, A.Məmmədov).
Vərəqələr: A.Salahlı, 13 (qeyri-idman hərəkəti). F.Qıstarov, 31(qeyri-idman hərəkəti). N.Muxtarov, 51 (qeyri-idman hərəkəti). R.Qurbanov, 51 (hakimin qərarına etiraz). T.Mütəllimov, 54 (qeyri-idman hərəkəti). V.Hüseynov, 81 (qeyri-idman hərəkəti). Ü.Abbasov, 88 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Rza Məmmədov (hamısı Bakı). Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Şaiq Həmidov (Bakı).
AFFA nümayəndəsi: Arif Fərəcov (Bakı).
28 yanvar. Qəbələ. Şəhər stadionu. 1000 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Üçüncü dövrənin açılış oyunundan öncə, demək olar ki, hər kəs meydan sahiblərinin “kimyaçılar”ı çox asanlıqla məğlub edəcəyini düşünürdü. Belə fikirləşənləri haqlı saymaq olardı. “Qəbələ” kağız üzərində bütün meyarlarda qonaqları üstələyir. Təkcə bir fakta diqqət yetrimək kifayət edir ki, söylədiklərimizin doğru olduğunu sübut edək. “Sumqayıt”la matçda “qırmızı-qaralar”ın ehtiyat oyunçular skamyasında oturanların birgə transfer qiyməti “ağ-göylər”in illik büdcəsindən çoxdu. Ancaq “futbolu meydanda pullar yox, fərdlər oynayır” deyimi bu dəfə də özünü doğrultdu. Halbuki matçın əvvəli başqa şeydən xəbər verirdi. Hakimin start fiti ilə irəli atılan şimallılar artıq 4-cü dəqiqədə hesabı açmağa yaxın oldu. Cərimə meydançasına ötürülən topu Zenyov başla nəzarətsiz qalan Ozobiçə ötürdü. Onun təxminən 18 metrdən yaxın küncə zərbəsini isə Fərhad çətinliklə də olsa, geri qaytarmağı bacardı. Ancaq meydan sahiblərinin hücumu bununla bitmədi. Geri dönən “mərmi”ni Kamran uzaqlaşdırmaq əvəzinə Asifə “bağışladı”. Onun ötürməsini isə Zenyov dəyərləndirə bilmədi. Forvardın yaxın məsafədən zərbəsini Vəliyev ayaqları ilə uzaqlaşdırdı. İlk 20 dəqiqədə Qriqorçukun yetirmələri ən azı 3 dəfə qonaqları meydanın mərkəzinə dəvət etməyə borclu idi. Lakin qonaqların qolkiperinin və müdafiəçilərinin inamlı oyunu, meydan sahiblərinin hücum xəttində yer alanların qeyri-dəqiq zərbələri hesabın açılmasına imkan vermədi. Bu yöndə xüsusilə Zenyovu fərqləndirmək olar. Estoniyalı meydanda fəal olsa da, faydalı iş əmsalı çox aşağı idi. O 90 dəqiqə boyunca azı 4 dəfə real qol imkanını boşa verməklə yadda qaldı. Zenyov kimi Ozobiç və Qurbanov da son nöqtəni qoymaqda çətinlik çəkirdilər.
16-cı dəqiqədə Mütəllimovun uzaqdan zərbəsi cüzi fərqlə dirəyin yanından keçdi. İlk yarının sonlarına yaxın Ruslanın baş zərbəsi “çərçivə”yə düşmədisə, 44-cü dəqiqədə Rikardinyonun sol cinahdan həmləsi uğursuz başa çatdı. Abasovun yetirmələri isə birinci hissədə Bezotosnının qoruduğu qapı önündə yaddaqalan təhlükə yarada bilmədilər.
İkinci yarı da meydan sahiblərinin basqısı ilə başladı. 48-ci dəqiqədə Ozobiçin cərimə meydançası daxilindən “9-luğ”a göndərdiyi topu Fərhad gözəl seyvlə kornerə çıxarmağı bacardı. 53-cü dəqiqədə isə rəqibi əks-hücumda yaxalayan sumqayıtlılar hesabı açmağa müvəffəq oldu. Meydanın mərkəzində topu ələ keçirən yeni transfer Çernışov sürətlə irəliləyib sağ cinahda boş qalan Qurbanova ötürmə etdi. O isə bir hərəkətlə Ürfanı işsiz qoyub, Bezotosnını da əks-hərəkətdə tutub toru silkələdi. Bir dəqiqə sonra Məhəmmədin standart vəziyyətdən qapı önünə asmasına Bəxtiyar vaxtında ayaq qoya bilsəydi, çətin ki, meydan sahibləri məğlubiyyətdən qaça bilərdi. “Soyuq duş”dan ayılan “qırmızı-qaralar” 58-ci dəqiqədə “status-kvo”nu bərpa etdi. Kornerdən sonra qarşıqlıqdan istifadə edən Vernidub fərqləndi. Bu epzodda qonaqlar ukraynalının oyundankənar vəziyyətdə olduğunu düşünüb laysmana etiraz etsələr də, bu əsassız idi. Muxtarov komanda yoldaşlarından fərqli vaxtında irəli çıxmamışdı. Heç-heçədən narazı qalan Qriqorçuk sonyarım saatda Cavidi, Arazı və Uiksi meydana buraxsa da, “Sumqayıt” qızıldan qiymətli heç-heçəni qorumağı bacardı. Son dəqiqələrdə böyük qüvvə ilə irəli atılan, qol vurmaq üçün şans yaxalayan meydan sahibləri nə qədər çalışsalar da, Fərhad səddini aşa bilmədilər. İkinci gəncliyini yaşayan qolkiper istər Ozobiçin cərimə zərbəsinə göstərdiyi reaksiya, istərsə də Arazın vuruşu zamanı düzgün mövqe seçimi ilə bir daha “qapıçı çaxır kimidi, qaldıqca daha keyfiyyətli olur” deyiminin doğru oluğunu ortaya qoydu.
RƏŞAD

Reaksiyalar
Samir Abasov: “Bəxtimizdən fasilədən sonrakı ilk oyunda səfərdə “Qəbələ” kimi çətin rəqiblə qarşılaşmalıydıq. Komanda həyəcanlı olsa da, şükürlər olsun ki, təcrübəli futbolçularımızın sayəsində 1 xal qazanmağı bacardıq. Bəlkə də heç-heçəyə görə komandaya “sağ ol” düşmür. Ancaq bu gün həm müdafiəçilərə, həm də Fərhada təşəkkür edirəm ki, çətin sınaqdan üzüağ çıxmaqda bizə yardımçı oldular. Başımdan böyük danışmaq istəmirəm, lakin bildirməliyəm ki, bu oyunla bağlı müəyyən planlarımız var idi. Çernışovun sürətli olduğunu nəzərə alıb onu ikinci hissədə meydana buraxmağı lazım bildik. Bilirdik ki, çempionluğa oynayan komanda fasilədən sonra qol vurmaq üçün irəli atılacaq ki, belədə arxada boş zonalar yaranacaqdı. Rəqibi əks-hücumda tutmağı fikirləşmişdik. İstəyimizə nail olsaq da, əfsuslar olsun ki, bu hesabı sona kimi qoruya bilmədik. Bir daha bütün futbolçularıma təşəkkür edirəm”.
Roman Qriqorçuk: “Düşünmürəm ki, rəqibi qiymətləndirməməyin acısını çəkdik. Bütün oyun nəzarətimiz altında keçirsə, dəfələrlə qol vurmaq üçün fürsət yaxalayırıqsa, deməli, heç bir arxayınlıqdan söhbət gedə bilməz. Dəfələrlə söyləmişəm, yenə təkrarlamağa məcburam: yeganə problemimiz qol şanslarını sağa-sola xərcləməkdi. Bu matçda hücumçuların qol vura bilməməsi mənə çatmır. Niyə fərqlənə bilmədilər? Özüm də bu suala cavab tapmaqda çətinlik çəkirəm. Belə oyunda taktikadan, futbolçuların meydanda hərəkətindən. əzmkarlıqdan danışmaq yersizdi. Bunların hamısı bu gün var idi. Açıq-aşkar üstün olduğun oyunda qələbəni əldən vermək adama pis təsir edir. Bu qədər - xüsusilə də ilk yarını nəzərdə tuturam - imkanı boşa vermək olar? Az qala boş qapını belə nişan ala bilmədik. İndi çox əsəbiyəm, bilmirəm nə deyim. Yusif Nəbiyevin bu gün rəqibin heyətində meydana çıxmasına mən razılıq vermədim. Bununla bağlı müqavilədə konkret bənd var. Əvvəlki iki qarşılaşmada isə onun meydanda olması rəhbərliyin qərarı idi, mən də onların istəyini müzakirə etmək istəmirəm. Ümumiyyətlə, heç vaxt başqa klubda icarədə olan futbolçumuzun “Qəbələ”yə qarşı oynamasına razı olmamışam. Yeni forvardla anlaşmağımıza gəlincə, dəfələrlə demişəm ki, bizə qol vurmağı bacaran hücumçu lazımdı. Hücum xəttində yer alan oyunçunun işi rəqibi məyus etməkdi, bunun öhdəsindən gəlmirsə… Ümumiyyətlə, mənə çatmır, real şansları boşa verən, qol vurmağa bacarmayan forvard kimə lazımdı? Bunun tək işi budu, bunu da bacarmırsa…Bu yaşda futbolçuya qol vurmağı öyrətmək olmaz, bu Allah vergisidi. “Sumqayıt”la bugünkü qarşılaşmada irəlidə çıxış edən oyunçularımızın hər biri azı 3 dəfə adını tabloya yazdırmalıydı. Ancaq nə oldu? Mərkəz müdafiəçisi bizi məğlubiyyətdən xilas etdi. Yeni anlaşacağımız hücumçudan tək tələbim real imkanları qola çevirməkdi. Qoy meydanda qaçmasın, artıq çəkisi olsun, qarnı qabağa çıxsın, ancaq qol vursun. Normal forvard “Qəbələ” kimi hücum futbolu sərgiləyən komandada mövsümə ən azı 25-30 qol vurmalıdı. Bu üzdən yeni hücumçunun alınması vacib idi”.

Gözdən qaçmadı
• Təxminən 40 günlük fasilədən sonra “böyük futbol” Qəbələyə qonaq gəlsə də, yerli azarkeşlərin oyuna marağı yox səviyyəsində idi. Protokolda azarkeş sayı 1000 nəfər göstərilsə də, tribunalarda heç 200 tərəfdar belə yox idi. Görüşü izləyənlərin də əksəriyyəti “Qəbələ” Futbol Akademiyasının məşqçiləri, stadionun texniki personalı və mühafizəçilər idi. 90 dəqiqə boyunca təhlükəsizliyi təmin etmək üçün arenaya gələn polislərin və Daxili Qoşunların əsgərlərinin sayı azarkeşlərin sayından dəfələrlə çox idi. Ola bilsin, matça ezam olunan AFFA nümayəndəsi onları da azarkeş kimi qeydə alıb.
• Oyunun keçirildiyi arenanın meydanı qardan təmizlənsə də, tribunalara əl gəzdirmək yaddan çıxmışdı. Bir-iki sektoru çıxmaq şərti ilə, qalan oturacaqlar “ağ örtüy”ün altında qalmışdı. Bəlkə də stadion rəhbərliyi azarkeşlərin arenaya gəlməyəcəyini əvvəlcədən hiss etdiyindən, texniki personala əlavə əziyyət verməmişdi.
• 75-ci dəqiqədə Əliyar Ağayev sarı vərəqəni cibindən yerə salsa da, vaxtında duyuq düşüb, onu götürdü.
• “Qırmızı-qaralar”ın yeni transferi Araz Abdullayev isinmə hərəkətləri etmək üçün meydana çıxan zaman azsaylı fanatlar “Araz, “Nefyçi”yə qol vur, onları susdur” şüarı səsləndirməklə növbəti turda “Qəbələ”nin “ağ-qaralar”la oynayacağını ona xatırlatdılar.
• Oyundan sonra kefikök halda konfrans salonuna daxil olan Samir Abasov biranlıq ətrafa göz gəzdirib “deyəsən, havanın qarlı və şaxtalı olması, bir də yolun uzaqlığı jurnalistlərə də təsir edib. Başqa vaxt zalda onların sayı daha çox olur” söylədi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar