30 yan 15:56reportaj

Ayxan Abbasovun yeniliyi qələbə gətirdi

Ayxan Abbasovun yeniliyi qələbə gətirdi
60 Zirə (Bakı) - AZAL (Bakı) 2:1 (2:0)
1. Anar Nəzirov – 4,5
28. Təmkin Xəlilzadə - 5,0
23. Yovan Krneta – 5,0
44. Migel Lorentso – 5,0
39. Sadiq Quliyev – 5,0
16. Akim Latifu – 5,5
6. Vüqar Mustafayev – 5,0
8. Milan Duriç – 5,0
(11. Viktor İbokoyi, 58) – 5,0
10. Elvin Məmmədov (k) – 5,5
(92. Cavid Tağıyev, 73) – 4,0
19. Nurlan Novruzov – 4,5
(96. Elgün Nəbiyev, 84) – qiymətsiz
20. Sezar Meza Kolli – 6,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
13. Aleksandr Şemonayev
17. Vüsal İsgəndərli
21. Murad Səttarlı
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Sezar Meza Kolli

23. Aqil Məmmədov – 4,5
24. Emin Cəfərquliyev (k) – 4,5
3. Tural Hümbətov – 4,0
5. Kamil Hüseynov – 4,5
18. Ruslan Əmircanov – 4,5
14. İlqar Ələkbərov – 4,5
17. Eltun Hüseynov – 4,0
(77. Arkadi Qalperin, 46) – 5,0
8. Sadio Tounkara – 5,5
7. Kamal Mirzəyev – 4,5
(19. Elnur Süleymanov, 80) – qiymətsiz
27. Rəşad Abdullayev – 5,0
(10. Nuqzar Kvirtiya, 75) – 4,0
9. Röyal Nəcəfov
Ehtiyat oyunçular
1. Tərlan Qasımzadə
2. Elşad Manafov
37. Fərid Abbaslı
95. Şirməmməd Məmmədov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Sadio Tounkara

Qollar: S.Meza Kolli, 11 (1:0). S.Meza Kolli, 29 (2:0). R.Abdullayev, 50 (2:1).
Vərəqələr: V.Mustafayev, 32 (qeyri-idman hərəkəti). K.Mirzəyev, 52 (qeyri-idman hərəkəti). S.Meza Kolli, 72 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov, Orxan Məmmədov, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Rauf Hüseynli (Bakı).
29 yanvar. Zirə. İdman Kompleksinin stadionu. 800 tamaşaçı (2000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Qəsəbə təmsilçilərinin dueli Ayxan Abbasovun “Zirə”nin baş məşqçisi kimi ilk rəsmi oyunu idi. Gənc çalışdırıcı debüt matçında autsayderdən 3 xal almaq niyyətində idi. Ancaq AZAL da asan təslim olmaq fikrində deyildi. Yeri gəlmişkən, "Zirə"nin start heyətində yer alan Akim Latifu premyer-liqada debüt edəcəkdi. Bundan başqa, “qartallar”ın taktiki düzülüşündə də yenilik diqqəti çəkdi. Belə ki, Abbasov komandanı “5-li müdafiə” sxemi ilə meydana çıxarmışdı. Həmçinin kornerlər zamanı da zirəlilərin fərqli tapşırıq aldığını görürdük. Qeyd edək ki, künc zərbələri zamanı top birbaşa qapı önünə asma ilə ötürülmür, qısa paslaşmadan sonra hücum təşkil olunurdu.
Oyunun əvvəllərində topa daha çox nəzarət edən "Zirə" erkən qol arayışında idi. AZAL isə ilk dəqiqələrdən əks-hücumlara bel bağlayırdı. "Qartallar" 11-ci dəqiqədə düşündüyünü reallaşdıra - rəqib qapısına yol tapa bildi. Sezar topla bir qədər irəliləyib sol ayaqla qapıya zərbə endirdi. Yolüstü Turala toxunan top bir qədər istiqamətini dəyişərək tora daxil oldu. 18-ci dəqiqədə isə "təyyarəçilər" "status-kvo"nu bərpa etməyə yaxın idi. Sadionun "9-luğ"a ünvanladığı topu Anar əla reaksiya ilə tirin üzərindən aşırdı. Qolkiper bu seyvi ilə "Zirə" azarkşlərinin alqışını qazandı. Yeri gəlmişkən, get-gedə matçda temp yüksəlirdi. Abbasovun komandası 28-ci dəqiqədə hesab arasındakı fərqi artırmağa yaxın idi. Lakin Nurlanın zərbəsindən sonra top cüzi fərqlə qapının üstündən keçdi. Novruzov həmin epizodda bir qədər ləng davranmasaydı, bəlkə də daha effektli vuruşla yadda qala bilərdi. Bununla belə, cəmi bir dəqiqə sonra Sezar Elvindən ötürməni qəbul edib, dəqiq zərbəylə dublunu rəsmiləşdirdi. AZAL bu qola dərhal cavab verməyə yaxın oldu. Ancaq İlqarın başla vuruşunda cüzi dəqiqlik çatmadı. 33-cü dəqiqədə isə Akim dirəkdən dönən topu yaxın məsafədən tora qovuşdurmaq əvəzinə göyə vurdu ki, bu zirəli azarkeşlərin başını tutması ilə nəticələndi. Əslində həmin epizodu nəzərə almasaq, nigeriyalı müdafiəçinin debüt oyununda çox yaxşı təsir bağışladığını deməliyik.
AZAL ikinci yarıya fəal başladı. Bunun məntiqi nəticəsi kimi 50-ci dəqiqədə Əhmədovun yetirmələri hesab arasındakı fərqi azaltdı. Rəşad uzaqdan təyin olunan cərimə zərbəsini qola çevirdi. Həmin epizodda Anarın da səhvi qabardılmalıdı. 55-ci dəqiqədə isə premyer-liqada debüt edən Qalperinin qapıya vuruşunda cüzi dəqiqlik çatmadı. Yeri gəlmişkən, Arkadinin AZAL-a fayda verəcəyini “Zirə” ilə oyundakı çıxışına əsaslanıb proqnozlaşdırmaq olar. “Təyyarəçilər”in qolundan öncə məhz ona qarşı qayda pozulmuşdu. Meydana çıxandan sonra dayanmaq bilməyən rusiyalı yarımmüdafiəçi həm də aqressivliyi ilə diqqəti çəkirdi. 70-ci dəqiqədə İlqarın zərbəsini Anar, 1 dəqiqə sonra isə Akimin vuruşunu Aqil dəf etdi. Bundan sonra da şüvəlanlılar bir neçə hücum təşkil etsələr də, onu məntiqi sonluğa çatdıran tapılmırdı. Ümumiyyətlə, ikinci hissədə xeyli fəal olan AZAL rəqibindən üstün oyun sərgiləsə də, məğlubiyyətdən qaça bilmədi.
FARİZ

Gözdən qaçmadı
* "Zirə" bu dəfə də jurnalistləri "Koroğlu" metrosundan stadiona aparmaq üçün nəqliyyat vasitəsi ayırmışdı. Lakin sürücü nəzərdə tutulan nəzərdə tutulan vaxtdan əlavə 20 dəqiqə gözləsə də, bəndənizdən başqa heç kim avtomobilə yaxınlaşmadı. Maraqlıdı ki, "Zirə" - AZAL oyunununda media nümayəndələrindən yalnız "Futbol+"in əməkdaşı var idi.
* 39-cu dəqiqədə Akim topu uzaqlaşdırmaq istəyərkən var qüvvəsi ilə onu Eminə vurdu. Cəfərquliyev nigeriyalının bu hərəkəti qəsdən etdiyini düşünüb üzərinə getmək istəsə də, Latifunun dərhal üzr istəməsi və həmin hərəkəti bilmədən etdiyini deməsi insidentin qarşısını aldı. Bundan sonra bir müddət yerə çökən Emin daha sonra ayağa qalxıb ona yaxınlaşan Akimin əlini sıxdı. Bu görüntü alqışlarla müşayiət olundu.
* İbokoyi əvəzetmədən meydana çıxarkən maraqlı bir məqam diqqəti çəkdi. Belə ki, futbolçunun formasının arxasına "Viktor MM" yazılmışdı. MM-in mənasını anlamadıq.

Reaksiyalar
Tərlan Əhmədov: “Çempionatın ikinci yarısının startı ilə bağlı hər kəsi təbrik edirəm. İki fərqli hissə izlədik. İlk yarıda komandam qış yuxusunda idi. Amma ikinci hissədə yuxudan ayıldı. Təzyiqi artırdıq, pressinqi düzgün yerinə yetirdik. Dəyişikliklər də sözünü dedi. Arkadi meydana çıxandan sonra fərqlilik hiss olundu. Eləcə də başqaları ikinci yarıda daha inamlı oyun sərgilədilər. Rəşadın qolu vaxtında gəldi. İlk yarıda müdafiədə kobud səhvlər etməsəydik, bəlkə də tam fərqli bir oyun olacaqdı. Premyer-liqanın 3-cü dövrəsinə məğlubiyyətlə başlasaq da, fasilədən sonra ilk qarşılaşmamız olduğunu unutmamalıyıq. Ümumilikdə ikinci hissədəki oyuna görə komandama təşəkkür etməliyəm. Futbolçuların istəyi, qələbə üçün sərgilədiyi çıxış – bütün bu görüntü məni sevindirdi. Çalışacağıq ki, qarşıdakı matçlarda yaxşı oyunla yanaşı, nəticə də əldə edək. Baxıram ki, kobud səhvlərdən qollar buraxırıq, sonra yaxşı oynasaq da, nəticə qazana bilmirik. Bilirsiz ki, iki futbolçu var. İnşallah, onların da məsələsini həll edəndən sonra tam fərqli AZAL görəcəksiz... Rəqibin işinə qarışmaq istəmirəm. Düzdü, məşqçi dəyişikliyi olub. Ancaq qalibi mühakimə etmirlər. Onların oyun sistemini təhlil edə bilmərəm. Rəqibin öz baş məşqçisi var. Qalib gəliblər, təbrik edirəm. Adil Şükürovla Ayxan Abbasov arasında sədd qoymaq istəmirəm. Hər ikisinə uğurlar arzulayıram”.
Ayxan Abbasov: “Bilirdik ki, bu qarşılaşma çətin olacaq. Çünki qış fasiləsindən sonrakı ilk oyun ağır olur. Ona görə də bu görüşə ciddi hazırlaşmışdıq. AZAL-ın gücünü bilirdik. Rəqib turnir cədvəlində sonuncu pillədə qərarlaşmasına baxmayaraq, əzmkar komandadı. Bu rəqibə qarşı oynamaq həmişə çətindi. İki fərqli hissə izlədik. İlk yarıda düşündüyümüz, uşaqlarla müzakirə etdiyimiz hücumları qura bilirdik. Ancaq ikinci hissədə, xüsusən qoldan sonra futbolçularda bir qədər inamsızlıq yarandı. Bu da istər-istəməz oyunumuza təsir etdi. Lakin əsas məqsəd qələbə idi. Dövrənin ilk matçında qələbə qazanmaq istəyirdik. Əldə olunan 3 xal münasibəti ilə bütün “Zirə”liləri, rəhbərliyi təbrik edirəm. Doğrudan da bizə hər cür şərait yaratdılar, təlim-məşq toplanışını yüksək səviyyədə keçdik. Çalışıb qarşıdakı oyunlarda daha yaxşısını edəcəyik. Bəzi futbolçular zədədən yeni dönmüşdü. Bu da özünü ikinci hissədə göstərdi. Onların formasını tam bərpa etməsi üçün vaxt lazımdı. Arxayınlıq? Bilirsiz, 2:0 elə hesabdı ki, futbolçulara nə qədər xəbərdarlıq etsən də, bir qədər arxayınlıq olur. Düzdü, ilk hissədə 3-cü topu vura bilərdik. Bunu etsəydik, bizim üçün daha rahat olacaqdı. Onu da bilirdik ki, ikinci yarının əvvəlləri çətin olacaq. Ona görə də futbolçulara xəbərdarlıq etmişdik ki, fasilədən sonrakı 15 dəqiqədə qol buraxmaq olmaz. Həmin dəqiqələrdə rəqib qol vurursa, həvəslənir. Qorxduğumuz başımıza gəldi və 50-ci dəqiqədə qapımızda qol gördük. Futbolçulara bundan sonrası üçün təşəkkür düşür, sanki ayıldılar. Belə deyim, qol bizi ayıltdı. Çatışmazlıq görünür. Bizim də işimiz bunları aradan qaldırmaqdı. Yeni hücumçu? Biz transfer məsələsində tələsmirik. Özü də qış fasiləsində heyətə yeni futbolçu cəlb etmək çox çətindi. Transfer xatirinə transfer etmək istəmirik. Bu gün meydana çıxan Akim Latifunu bir ay izlədik, danışıqlar getdi və bu gün ən yaxşılardan idi. İnşallah, iş gedir, yeni hücumçu gəlməlidi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:16 Ayxan Abbasov ehtiyatlı danışdı Dünən, 14:11 Şəhriyar Parisdə beşinci oldu Dünən, 14:09 Kamran “gümüş”lə kifayətləndi Dünən, 14:08 Məğlubiyyət və “sülh” Dünən, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Dünən, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Dünən, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Dünən, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Dünən, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Dünən, 13:58 “Neftçi” bu gün başlayır Dünən, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Dünən, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Dünən, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Dünən, 13:49 Şeydayev darmadağına sevindi Dünən, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Dünən, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Dünən, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Dünən, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Dünən, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Dünən, 13:11 “Qəbələ”dən növbəti transfer Dünən, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bütün xəbərlər
Ən çox oxunanlar