30 yan 15:42reportaj

Hakim tamaşanı korladı

Hakim tamaşanı korladı
59 Qarabağ (Ağdam) – Neftçi (Bakı) 1:1 (0:1)
12. Şahruddin Məhəmmədəliyev – 5,0
25. Ansi Aqolli – 5,5
55. Bədavi Hüseynov – 5,5
14. Rəşad Sadıqov (k) – 5,5
5. Maksim Medvedev – 5,5
2. Qara Qarayev – 4,5
15. Rahid Əmirquliyev – 5,0
(22. Əfran İsmayılov, 65) – 4,5
44. Ağabala Ramazanov – 5,0
8. Miçel – 5,5
99. Dani Kintana – 5,0
6. Dino Ndlovu – 6,0
Ehtiyat oyunçular
13. İbrahim Şehiç
10. Muarem Muarem
11. Mahir Mədətov
18. İlqar Qurbanov
21. Arif Daşdəmirov
32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Dino Ndlovu

33. Boban Baykoviç – 6,0
29. Georgi Novalovski – 5,5
25. Kirill Petrov – 5,5
6. Pavel Dreksa – 5,5
27. Məqsəd İsayev – 5,0
8. Zdenek Folprext – 5,5
15. Ruslan Abışov (k) – 5,0
17. Rəhman Hacıyev – 5,5
(23. Tərzin Cahangirov, 89) – qiymətsiz
10. Cavid İmamverdiyev – 5,5
19. Fəhmin Muradbəyli – 5,0
(22. Mahir Şükürov, 90) – qiymətisiz
11. İqnasio Errera – 5,5
(13. Murad Ağayev, 82) – qiymətsiz
Ehtiyat oyunçular
53. Maksim Vaylo
3. Filyo
26. Kamal Qurbanov
Baş məşqçi: Elxan Abdullayev
Komandanın ən yaxşısı: Boban Baykoviç
Qollar: C.İmamverdiyev, 13 (0:1). D.Ndlovu, 72-p. (1:1).
Vərəqələr: G.Novalovski, 50 (qeyri-idman hərəkəti). A.Ramazanov, 60 (hakimi aldatmağa cəhd). R.Hacıyev, 67 (hakimi aldatmağa cəhd). F.Muradbəyli, 81 (qeyri-idman hərəkəti). C.İmamverdiyev, 82 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAMİL DİNİYEV, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov, Rauf Cabbarov, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
29 yanvar. Bakı. Azərsun Arena. 3200 tamaşaçı (4900 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Oyunun maraqlı keçəcəyi gözlənilirdi. “Neftçi”nin ardıcıl üç çempionluğundan sonra “Qarabağ”ın da eyni uğura imza atması, bakılıların Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasından 2 il sonra ağdamlıların da bunu bacarması, bir sözlə, aradakı prinsipiallıq özünü göstərməliydi. Hər iki komandanın müstəqillik tarixində bütün milli çempionatların iştirakçısı olması da əzəli rəqabətin göstəricisidi. “Ağ-qaralar”ın qış fasiləsində 8 futbolçu ilə güclənməsi isə ictimaiyyətdə “yenilənmış “Neftçi” nə edəcək” sualını yaratmışdı. Təəssüf ki, hər iki çalışdırıcı - həm Qurban Qurbanov, həm də Elxan Abdullayev itkilərdən əziyyət çəkirdi. Meydan sahibləri cəzalı Riçard Almeyda ilə Coşqun Diniyevin, həmçinin yaş limitinə görə ehtiyat oyunçular skamyasında oturmağa məcbur olan İbrahim Şehiçin yoxluğuna üzüldüyü halda, qonaqlar “kişi sözü”nə görə matçı kənardan izləyən Namiq Ələsgərovun, həmçinin zədəli Edson Kastilyo, Elvin Bədəlov və Rahil Məmmədovun yoxluğu ilə barışmalıydı.
Bəribaşdan qeyd edək ki, “Neftçi” 90 dəqiqə ərzində sərgilədiyi oyunla azarkeşlərinə ümid verdi. “Ağ-qaralar”ın toplanışda əsas diqqəti fiziki hazırlığa ayırdığını görmək üçün futbol bilicisi olmağa gərək yoxdu. Oyunboyu dayanmaq bilməyən, ağdamlıların topla rahat davranmasına imkan verməyən, rəqibi sürətli əks-hücumlarda yaxalayan bakılılar heç-heçəni alın təriylə qazandı. Yeni gələnlərin ab-havaya uyğunlaşması bir səbəbdisə, Elxan Abdullayevin ağıllı futbol oynatması qeyd olunması vacib məqamdı. Onun “köhlən atlar”ı durdurmağın yeganə yolunun pressinq etmək olduğunu dərk etməsi və bunu futbolçularına aşılaması sonda bəhrə verdi. “Köhlən atlar” isə Riçard Almeydanın yoxluğunda atasız uşağa bənzəyirdi. Hücumlar qurur, təhlükəli vəziyyətlər yaradır, rəqibə 2-3 ötürmədən artığını etməyə imkan vermirdilər. Di gəl ki, “düşünən beyn”in olmaması sözünü deyirdi.
Hesab Qara Qarayevin ötürmə səhvi nəticəsində açıldı. Pusquda dayanan Cavid Qaranın Şahruddinə vermək istədiyi topu oğurlayıb bir toxunuşla tora qovuşdurdu. Bu, “Neftçi”nin ilk yarıda rəqib qapısına ilk və son ciddi həmləsi oldu. Qoldan sonra üstünlüyü tam ələ alan ağdamlılar meydanda istədiyini edirdi. İrəli xətdə fəallığı ilə seçilən Dinoyla solaxay Kintana bir neçə dəfə qola yaxın olsa da, Baykoviç keçilməz idi. Qolkiper təkcə ilk yarıda üç mükəmməl qurtarışla yadda qaldı. Hissənin sonlarına yaxın Riçardın yoxluğunu unutdurmalı olan Miçelin qol vurmaq istəyi də iki dəfə ürəyində qaldı. Fasilədən sonra hesabı bərabərləşdirməyin vacibliyini dərk edən “Qarabağ”ın böyük qüvvə ilə irəli atılması gözlənilən idi. Bunun nəticəsində Ndlovu daha iki dəfə fərqlənməyə yaxın oldu. 53-cü dəqiqədə Baykoviçin Kintananın zərbəsinə göstərdiyi reaksiyanı görməyə dəyərdi. 5 dəqiqə sonra ispan yarımmüdafiəçinin cərimə zərbəsindən vurduğu topun dirəyi “yalayıb” meydanı tərk etməsi “ağ-qaralar”ı az həyəcanlandırmadı. 69-cu dəqiqədə Dino daha bir imkanı boşa verəndən 4 dəqiqə sonra hesabı açdı. Ramil Diniyevin Məqsədin əllə oynamasına görə “Qarabağ”ın qapısına təyin etdiyi penaltini Ndlovu dəqiq yerinə yetirib hesabı bərabərləşdirdi. Bakılıların etirazını başa düşmək olardı. Epizoda anında dəqiq qiymət vermək olduqca çətin idi. Amma hadisənin baş hakimin düz gözü qarşısında baş verdiyini, üstəgəl, Məqsədin topa cərimə meydançasının xətti üzərində toxunduğunu nəzərə alsaq, Diniyevə haqq qazandırmaq olar. Baş hakim kobud səhvə “Neftçi”nin qapısına penalti təyin edəndə yox, 68-ci dəqiqədə ağdamlıların əleyhinə eyni qərarı qəbul etməyəndə yol vermişdi. Rəhman Maksimdən sıyrılanda, təcrübəli milli üzvü “Neftçi”linin ayağına toxunmuşdu. “Ağ-qaralar”ın narazılığı əsasən buna görə idi. Yaxşı ki, sonrakı dəqiqələrdə başqa qol olmadı və komandalar meydanı hər ikisinin haqq etdiyi 1 xalla tərk etdi. “Qarabağ” qələbə qazansaydı, kim bilir, nələr baş verəcəkdi. İstənilən halda, turun mərkəzi qarşılaşması azarkeşlərə zövq verdi.
Gözdən qaçmadı
*Çempionatın qışa qədər olan hissəsində “Neftçi” azarkeşlərinin sayı o qədər də çox olmazdı. Deyəsən, qış fasiləsində heyətin güclənməsi fanatlarda böyük inam yaradıb. Belə olmasaydı, təxminən 500 “Neftçi” tərəfdarı sol qapının arxasındakı tribunada fəallıq nümayiş etdirməzdi. 90 dəqiqə susmaq bilməyən azarkeşlərin heç-heçədə xüsusi payı var.
* Qonaqlardan “Forza Neftçi”nin, meydan sahiblərindən “İmarət”in fəallığı açıq-aşkar görünürdü. Daim bir-birinə söz atması ilə seçilən bu iki azad azarkeş qrupu bu dəfə də diqqətləri üzərlərinə çəkdilər. “Ağ-qaralar”ın hesabı açmasından dərhal sonra “İmarət”lilərin söyüş dolu “… gəlib, bir vaqon” atmacasına qarşı tərəfdən cavab gəldi. Tərəflər hakimin final fitinə qədər, demək olar, bütün söyüşlərdən istifadə etdilər.
* Adətən, 15 dəqiqəlik hissələrarası fasilədə ehtiyatda qalan futbolçular meydançaya ayaq basıb məşq edir. Bu dəfə təxminən 10 dəqiqə gözümüzə heç kim dəymədi. Ota qulluq edənlərdən başqa. Yalnız son 5 dəqiqədə “Qarabağ”ın bəzi üzvləri topu bir-birinə ötürməklə canını isitdi.
* Gözümüzün qarşısında baş verən hadisə isə əsl insanlıq nümunəsiydi. Təxminən 4-5 yaşlarındakı uşağı şaxta necə keyitmişdisə, azyaşlı başını belə tərpədə bilmirdi. Bu an ortayaşlı polislərdən biri həmin uşağa yaxınlaşıb öncə nəfəsi ilə əllərini və üzünü isitdi, daha sonra əlindəki əlcəyi çıxarıb uşağın əlinə taxdı.
* 60-cı dəqiqədə “Neftçi” azarkeşlərinin yer aldığı tribunada çaxnaşma yaşandı. Yenə çılğın azarkeşlər, yenə polis zorakılığı. “Poqonlular”ın hansısa göstərişi fanatların xoşuna gəlməmişdi. Təxminən 10 dəqiqə davam edən münaqişənin sonunda yarıçılpaq azarkeşlərin səsi bir az yüksəldi. Söyüşlər də öz yerində.
* Oyunun sonlarına yaxın Mahir Şükürovun meydana çıxdığını görən Ruslan Abışov qolundakı sarğını çıxarıb həm yaşda, həm də təcrübədə özündən böyük komanda yoldaşının qoluna bərkitdi. Görünür, klubdaxili iclasda Mahir əsas kapitan seçilib. Yeri gəlmişkən, azarkeşlər vaxtilə “Neftçi”ni “Xəzər Lənkəran”a dəyişən Abışova nə təzyiq göstərdi, nə də hansısa şüar səsləndirildi.
* Ramil Diniyev qonaqların qapısına penalti təyin edəndən sonra “Neftçi”nin futbolçularının hakimə etiraz etdiyini görən Rəşad Sadıqov diqqət mərkəzinə düşdü. Təxminən 2 dəqiqəyə yaxın gözünü tribunaya və ehtiyat oyunçular skamyasına zilləyən kapitan sanki kimdənsə hansısa cavabı gözləyirdi. Ehtimala görə, kənardan kimsə videotəkrara baxıb Rəşada penaltinin olub-olmadığını dəqiq deməliydi. “Penalti yox idi” cavabı eşidilsəydi, Dino Elvin Məmmədovun 2 il əvvəl etdiyini təkrarlayıb topu qapıdan keçirməyəcəkdi.
*Oyunu izləyənlər arasında millinin baş məşqçisi Robert Prosineçki də vardı. Xorvat mütəxəssis köməkçisi Mahmud Qurbanov və tərcüməçisi Aydın Rüstəmovla yanaşı əyləşmişdi.
* Hakimin final fitindən sonra nəticədən məmnun görünən Elxan Abdullayevin yetirmələrinə bir-bir əl uzadıb onları təbrik etməsi təəccüblü görünmədi Lakin eyni davranışı “Qarabağ”ın meydanı tərk edən 11 futbolçusuna da etməsi xoş görüntü idi.
* Futbolçuların hamısı meydançanı tərk edəndə “Neftçi” fanatlarının “Cavid buraya, Cavid buraya” çağırışı stadionu bürüdü. Qaçaraq tərəfdarlara tərəf yön alan İmamverdiyev dirijorlara xas əl hərəkətləri ilə fanatları xeyli coşdurdu.

Reaksiyalar
Elxan Abdullayev: “Bu gün rəqibimiz ardıcıl 3 ilin çempionu idi. Üstəlik, rəqib meydanında oynayırdıq. Ola bilsin, baxımlı futbola şahidlik etmədiz. Amma meydançada əsl futbol mübarizəsi vardı. Hər iki komandanın çıxışını bəyəndim. Hesaba görə həm sevinirəm, həm üzülürəm. Amma səmimi deyim ki, qələbəyə layiq deyildik. Yüz faizlik qol imkanları yarada bilmədik. Hücumlarda məntiqi sonluq çatmırdı. Oyunun ədalətli nəticəsi elə heç-heçə idi. Bu soyuq havada bizi dəstəkləyən azarkeşlərə minnətdarlığımı bildirirəm... Namiq Ələsgərovun meydana çıxmaması qarşılıqlı razılaşmaya görə idi. Düzdü, müqavilədə “Namiq “Qarabağ”a qarşı oynaya bilməz” bəndi yoxdu. Sadəcə, aramızda kişi söhbəti olub. Futbol dilində buna centlmen razılaşması deyilir. Bu mövsüm Namiq “Qarabağ”a qarşı oynamayacaq... Penalti epizodlarına dəqiq şərh vermək çətindi. Videoyazıya baxandan sonra fikir bildirərəm... Razıyam, hücumda müəyyən problem hiss olunur. Hüqo Barqasla anlaşmışıq, transfer vərəqini gözləyirik. Daha bir forvardla anlaşmağa yaxınıq. Hücumçusuz bizə çətin olar... Kamal Qurbanovu Antalyaya aparmamağımın səbəbi daha çox oynamaq şansı qazanması ilə bağlı idi. Düşündüm ki, hansısa klubdan təklif alar, ona görə də Bakıda - əvəzedici komandada qaldı. Amma bu yöndə hansısa yenilik olmadı. Ona görə də yenidən əsas komandanın məşqlərində iştirak edir”.
Qurban Qurbanov: “Neftçi”yə uğurlar arzulayıram. Çox yaxşı kollektiv qurulub, oyunları da xoşuma gəldi. Heç-heçəyə baxmayaraq, futbolçuları qınamaq fikrində deyiləm. “Neftçi”nin Antalyadakı oyunlarını izləmişdik. Xüsusilə müdafiə olunmaq bacarıqlarını bəyəndim. Bu oyun qarşıdakı matçlar üçün yaxşı motivasiya oldu. Düz qeyd edirsiz, rəqib 90 dəqiqə pressinq tətbiq etdi. Sonuncu dəfə “Qəbələ”yə qarşı oyun belə ağır olmuşdu. Bu gün ilk hissədə meydançanın bizə aid hissəsində, fasilədən sonra özlərinə aid hissəsində pressinq etdilər. Bizim üçün çox xoş oldu. Belə olanda futbolçular səhvlərdən nəticə çıxarır, problemlər üzə çıxır. Riçardın yoxluğu - istəsək də, istəməsək də - özünü göstərdi. Neçə illərdi komandanın əsas oyunçusudu. Amma Riçardsız oynadığımız matçlar olub ki, qalib gəlmişik. Ameyda olsaydı, bəzi gedişlər edə bilərdik. Bu gün meydanda olmasını istərdim... Namiq Ələsgərov məsələsinə gəlincə, centlmen razılaşması Elxan Abdullayevlə bizim rəhbərlik arasındakı söhbətin nəticəsiydi. Onun bizimlə müqaviləsi olmasına baxmayaraq, “Neftçi”yə təmənnasız buraxdıq. Rəhbərliyin istəyi bu oldu ki, Namiq “Qarabağ”a qarşı oynamasın. Rəhbərliyin belə məsələlərdə öz prinsipi var. Tək Ələsgərovda yox, çoxlarında belə olub. Mən də bunu Elxan Abdullayevə bildirdim. O da heç bir problem olmadığını dedi”.
Səhifəni HƏBİB hazırladı
Why does this have to be the ONLY rellbaie source? Oh well, gj!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar