05 fev 22:16reportaj

Türk olan yerdə azərbaycanlının haqqını tapdamaq olar

Türk olan yerdə azərbaycanlının haqqını tapdamaq olar
7 günlük Antalya səfərimin pərdəarxası məqamları...
Bu Antalyaya dördüncü səfərim idi. İndiyə qədər iki dəfə “Neftçi”nin, bir dəfə də “Simurq”un təlim-məşq toplanışını yaxından izləmək imkanım olmuşdu. Odu ki, Türkiyənin, eləcə də Avropanın aparıcı kurort şəhərlərindən birinin necə məkan olmasından hələ illər öncədən xəbərdar idim. Sadəcə, budəfəki səfərin özəlliyi məskunlaşdığımız “Mirakl” otelində azərbaycanlıların çoxluq təşkil etməsiydi: “Səbail”, PFL əməkdaşları və 10-dan çox jurnalist. Açığı, bəzən elə ab-hava yaranırdı ki, özümü Antalyada yox, Qəbələdə, yaxud Qubadakı otellərin birində hiss edirdim. Doğma dil, tanış zarafatlar...
Fürsətdən istifadə edib, səfərin baş tutmasında əməyi keçən AFFA və PFL rəsmilərinə təşəkkür etmək istəyirəm. Jurnalistin Antalyadakı xərclərini qarşılamaq borcları olmasa da, reallıqla tanış olduqlarından bir az artıq xərcə düşdülər.
Qonşu ölkədə (qardaş deməyə dilim gəlmir, səbəbini bir az sonra biləcəksiz) olduğum bir həftə ərzində yığmanın Moldova ilə yoldaşlıq görüşündə gördüklərimi, həmçinin bəzi premyer-liqa təmsilçilərinin sınaq matçlarından reportajları diqqətinizə çatdırmışdım. Amma səfərin pərdəarxası məqamları da var. Onlardan bəhs edəcəm.
Xoşbəxt almanlar və...
Qardaş, insanlar həyat yaşayır. Məsələn, bizdə yalnız elit təbəqənin, yəni əli pulla oynayanların özlərinin və övladlarının ölkədən kənarda dincəlmək imkanı varsa, başqa ölkələrin nümayəndələri, məsələn, plastik şüşə istehsal olunan zavodun işçisi rahatlıqla yorğunluğunu Antalyada çıxara bilir. Həm də 5 ulduzlu lüks oteldə. Zavod sözünü boşuna işlətmədim. Elə oteldə tanış olduğum, 4 gün ünsiyyətdə olduğum əslən rus olan, 25 ildi Almaniyada yaşayan Tanya adlı qadın həmin zavodda işləyir. Ayda 1100 avro (təxminən 2200 manat) maaş alır. “Mirakl”da dincəlmək üçün isə yerini hələ 3-4 ay əvvəldən bron edib. Nəqliyyat, iki həftə qidalanma və məskunlaşma üçün 650 avro xərcə düşüb. Belə deyək, aylıq maaşının təxminən yarısını istirahətinə ayırıb. Təsəvvür edin, 1300 manata Ağdənizin sahilində, bərkgedən otellərin birində 15 gün əməlli-başlı yaşayırsan. Qa deyirsən, qa gəlir, qu deyirsən, qu. Azərbaycanın 5 ulduzlu mehmanxanasında istirahət etmək üçün 1300 manat heç bir həftəyə bəs etmir.
Tanya xanımın dediyinə görə, ilin yorğunluğunu Türkiyədə çıxarmaq üçün daha asan üsul var. Təqaüdə çıxan almanların çoxu bu vasitədən yararlanır. Deməli, ölkəsindəki evini 2-3 aylıq kirayə verir, ailəsini götürüb gəlir isti Antalyaya. Həmin şəhər ki, yanvarın 31-də Hamburqda havanın hərarəti +3 dərəcə olanda, Antalyada +21 idi. Elə buna görə də hər gün saat 11-14 aralığında hovuzun kənarında, dəniz geyimində özünü günə verənlərin sayı kifayət qədər idi.
...ac iranlılar
İranlılarla bağlı mövzuya toxunmağım nə dərəcədə maraqlıdı, bilmirəm. Onsuz da son iki ildə qonşu ölkədən olanların Azərbaycana axınına şahidlik etməkdəyik. Yəni nə etdikləri, nə üçün bura gəldikləri hər birimizə məlumdu. Kişiləri hərbi xidmət dövrünü başa vuran əsgəri, qadınları uzun illər yaşadığı əzazil kişidən boşanmış birini. Ən maraqlısı odu ki, qadınları Türkiyəyə tək gəlmir. Yanındakı ya həyat yoldaşıdı, ya da sevgilisi, ən pis halda, sadəcə, görüşdüyü oğlan. Deməli, İranda başını bağlama məcbur olan, açıq-saçıq geyimdən uzaq düşən, siqaret və içkini ən yaxşı halda otağın bir küncündə çəkib-içən həmin qadınlar Antalyadakı otellərdə tam fərqli atmosferə düşürlər. Üzlərindəki makiyaja baxan kimi bilinir ki, bu qadın iranlıdı. Geyimləri yayda Avropanın göbəyində geyinənlərdən də betər. İçki və siqaretlərinə söz ola bilməz. Gecə 12-dən sonra otelin disko-klubunda əllərindən tərpənmək olmurdu. Hər gecə təxminən 10-15 nəfərdən ibarət eyni dəstə rəqs meydanından çıxmaq bilmirdi. Gör nə günə qalmışdıq ki, iranlıların “Mirakl”ı tərk edəcəyi günün saatlarını sayırdıq. Şirxan adlı cənubi azərbaycanlı həmsöhbətimin yaranmış durumla bağlı dedikləri sizin üçün də maraqlı olar: “Əslində bu vəziyyətlə rastlaşmaq mənim özümə də xoş gəlmir. Qadınlarımızı, lap elə kişilərimizi də qınayıram. Amma düşünəndə ki, iki gündən sonra yenə İrana qayıdacağıq... Hər bir insan əylənməyi, oynamağı, yeyib-içməyi sevir. O cümlədən də biz. Amma İranda elə qanunlar var ki... Özün hər şeyi bilirsən. Bizim qadınlar hansısa başqa ölkədə tək olsalar, bu cür rahatlıqla geyinə, içib-çəkə, hərəkət edə bilməzlər. Həm Türkiyədə olduqlarına görə rahatdılar, həm də fikir verirsənsə, hər birinin yanında kişi var”.
Birlik nümunəsi
İranlılar, türklər demişkən, otel rəhbərliyi qonaqların vaxtının xoş keçməsi üçün hər axşam 1-1,5 saatlıq əyləncəli proqramlar təşkil edir. Yarışmalardan birinin adı “Mister Mirakl”dı. Əslində bu haqda mənə hələ dəniz qırağında təmiz hava qəbul edəndə Fərhad adlı “animatör” məlumat vermişdi. Müxtəlif dillərdə bildiyimi, həm də zarafatla aramın yaxşı olduğunu görən otelin işçisi axşamkı yarışda iştirak etməyimin vacibliyini vurğulayanda, razı olmamışdım. Yaşımın o qədər adamın qarşısında əyləncəli hərəkətlər etməyə imkan vermədiyini düşünürdüm. Lakin səhnəyə çıxanların yaşca məndən də böyük olduğunu görəndən sonra...
Dəvəti qəbul edib səhnədəki dörd kişidən biri olmağa razılaşdım. Biri türk, biri iranlı, digəri kosovolu gənc futbolçu və mən. Deməli, yarış dörd hissədən ibarətdi və hər hissədə qalib gələnlərin xalları sonda hesablanır. İlk turda bodibildinq həvəskarlarına xas hərəkətlər göstərməliydik: qol və sinə əzələlərini, yaxud hansısa fiziki hərəkətlər. İkinci mahnı yarışmasıydı. Üçüncü mərhələdə 0,5 litr pivəni içib qurtarmalı, ardınca şarı şişirdib partlatmalısan. Kim tez bacarsa, qalib adını qazanır. Sonuncu mərhələdə aparıcı sənə müxtəlif hərəkətləri rəqəmlərə uyğun əzbərlətdirir, sonra qarışıq rəqəmlərlə həmin hərəkətləri yerinə yetirməyini tələb edir.
Birinci mərhələdə hamımız təxminən eyni xal topladıq. İkinci mərhələdə “Sarı gəlin”i ifa etdim ki - təvazökarlıqdan uzaq olsa da, deyəcəm – zalı fit və alqış sədaları bürüdü. Üçüncü mərhələdə iranlını udub finala yüksəldim, həlledici anda nəfəs sistemi mənimkinə nisbətən daha işlək olan kosovolu futbolçuya uduzdum. Lakin idmançı yarışı tez tərk etməli oldu. Komandadaxili iclasları vardı. Onun yoxluğunda qalib adını təbii ki, finalçı kimi mən qazanırdım. Dördüncü mərhələdə isə hərəkətləri daha yaxşı əzbərlədiyimdən, yenə qalib oldum.
Sıra qaliblərin adının səsləndirilməsinə çatanda, açığı, sonda hədiyyə kimi fransız çaxırının mənə çatacağına nə özüm, nə də zaldakı qonaqlar şübhə edirdi. Lakin ədalətsizlik edib Fikrətə verdilər. İnsaf naminə, Fikrət özü də şokdaydı. “Abi, senin hakkındı, bana niyə verdilər” sualına cavabım göz vurmaq oldu. Yəni türksən, biz də Türkiyədəyik, kef elə. Dostlarla oturub 2-3 şüşə pivə “vurandan” sonra qarşıma məni yarışa dəvət edən Fərhad çıxdı.
- Sən canın, qalib o idi, yoxsa mən?
- Abi, sen gönüllerin şampiyonusun. Alkışlar da sana göreydi.
- Qardaş, könüllərin çempionu deyib, yola verirsən. Çempion idimsə, məni qalib seçərdiz də.
- Bak, abi. O kardeş Almaniyada yaşayan gurbetçi türk. Zaten bizden uzak düşmüş. Bir de biz üzmeyelim onu.
- Mən də yad ölkədən gəlmişəm də, Türkiyə türkü deyiləm ki...
Deməyə söz tapmır, boynumdan tutub özünə sıxır və alnımdan öpür. Bu yolla üzr istəmiş olur. Əslində davam çaxır, yaxud birinci yer davası deyildi. Sadəcə, haqqımın hansı əsasla tapdanmasını bilmək istəyirdim. Və bildim də. Türklər olan yerdə bizlərə yer yoxdu. Hər cür ədalət prinsiplərinə tüpürməyə hazırdılar. Təki türk olan yerdə azərbaycanlı qələbə qazanmasın. Birlik naminə hər şeyə gedərlər.
Xaqani Məmmədovu saxlamaq olar?
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu illərdi tanısam da, dəfələrlə müsahibə və müzakirə üçün üzbəüz gəlsək də, yol yoldaşlığım yox idi. Adam əməlli-başlı sədr imiş. Təkcə oteldəki davranışlarını demirəm. Bakıya qayıdanda diqqətimi çəkən iki məqam oldu. Birincisi, İstanbuldakı Atatürk hava limanında. Sərnişinlərin pasportunu yoxlayıb təyyarəyə buraxan nəzarətçi növbə prinsiplərinə əməl etməyi tapşırsa da, bəziləri qanuna əməl etmirdi. Bunu görən Məmmədov üzünü bəndənizə tutub, “ipi aç, sən də keç, bunlarda növbə anlayışı yoxdu” deyəndə, açığı, söz götürmək istəmədiyim üçün razılaşmadım. Bir də baxdım ki, Xaqani bəy nəzarətçiyə pasportunu uzadır. Yoxladı və buraxdı. Bunu görən anda növbədə dayanmağın boşuna olduğunu anladım və eyni yola əl atdım. Arxamca da başqaları gəldi.
İkinci epizod isə təyyarə yerdən 10 km yüksəkdə olarkən yaşandı. Xaqani Məmmədov ayaqyoluna getmək üçün sərnişinlərə yemək paylayan stüardessadan yol verməsini xahiş edir, xanım isə bir qədər gözləməyi məsləhət görürdü. Sədr ekonom-klassın ayaqyoluna getməyin mümkünsüz olduğunu görüncə, biznes-klassa keçmək üçün icazə istədi. Türk stüardessa bu dəfə də “yox” deyincə, Məmmədov ağına-bozuna baxmadan biznes-klassın pərdələrini aralayıb lazım olan yerə getdi.
“Qarabağ”ın avtobusu diqqət mərkəzində
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla işğal altında olan ərazinin adını dünyaya tanıdan “Qarabağ” Antalyada da diqqət mərkəzində idi. Söhbət kluba məxsus avtobusun hər gün kurort şəhərində şütüməsindən gedir. Üzərində “Qarabağ” və “Azərçay” yazılan avtobus hər il Antalyaya yollanır. Komanda üzvlərindən bir gün tez çıxır və bir gün gec qayıdır. Bunu etməkdə məqsəd həm bəzi əşyaları otelə təhlükəsiz çatdırmaq, həm də “Qarabağ”ı Antalyada başqa komandalara nümunəvi klub kimi tanıtdırmaqdı. Öz aramızdı, futbolçular məşqə Azərbaycan dövlət nişanlı klub avtobusu ilə gələndə, istər-istəməz kənardan baxanların təəccübünə səbəb olur.
Antalyadan Bakıya 12 saata
Gedəndə yaxşı getmişdik. Deyilən vaxtda Bakıdan havaya qalxıb, İstanbula çatdıq. Orda da çox gözləmədik. Qeydiyyat və yoxlamadan sonra bizi Antalyaya aparacaq “hava gəmisi”ndəki yerimizi tutduq. Səhər 6-nın yarısı evdən çıxmışdıqsa, 2-də oteldəydik. Qısası, 8,5 saata mənzilbaşına çatmışdıq. Qayıdanda belimiz sındı.
Şənbə günü səhər saat 10-da oteli tərk edib Antalyadakı hava limanına çatdıq. Təyyarənin havaya qalxması təxminən 15 dəqiqə gecikdi. “Atatürk”də pasport yoxlanışından keçmək isə düz 1 saat vaxt aldı. Böyüklüyünə görə Avropada üçüncü olan bu aeroportda adam əlindən tərpənmək olmur deyə, xeyli gözləməyə məcbursan. Bütün çətinlikləri dəf edib, təyyarəyə minik qapısına yaxınlaşmışdıq ki, nəzarətçinin “təxminən 20 dəqiqə gecikmə olacaq. Sizi Azərbaycana aparacaq təyyarə İtaliyadan gəlsə də, duman ucbatından yerə enə bilmir” sözlərini eşidəndə sanki qurbağa gölünə daş atdılar. Deyinən kim, alış-veriş etmək üçün əlavə vaxt qazandığına sevinən kim. Nə 20 dəqiqə, 30 dəqiqə, 40 dəqiqə? Təyyarə 55 dəqiqədən sonra gəldi. Yorğun halda yerimizi tutmuşduq ki, bu dəfə pilotun anonsu qanımızı qaraltdı: “hörmətli sərnişinlər, uçuş zolağında sıxlıq var, hazırda sırada onuncuyuq. 20 dəqiqə gözləmək məcburiyyətindəyik”. Bir o qədər də gözləyib, axşam 9-da Bakıya çatdıq. Evin qapısını döyəndə isə 10 tamam idi. Yəni Antalyadan Bakıya 12 saata gəldik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar