01 yan 12:57reportaj

AFFA ilə “CBC Sport”u birləşdirən eşq hekayəsi

AFFA ilə “CBC Sport”u birləşdirən eşq hekayəsi
“Sonradan bilmişəm ki, o mənə 2015-ci ildən göz qoyub”
- Qasımov, axşam saat 8-də səni gözləyəcəyik. Problem yoxdu ki?
- İnşallah, olmaz. Görüşərik.

2017-ci ilin ən yaddaqalan olaylarından biri də AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın “CBC Sport”un əməkdaşı Səmra Əliyeva ilə ailə həyatı qurması oldu. Bu günə kimi bir çox idmançıların izdivacına şahidlik etmişdik: Aynur Sofiyeva - Yunis Hüseynov, Alla Həsənova - Elxan Həsənov, Esmira Vahabzadə - Yaşar Vahabzadə. Adını qetd etdiyimiz cütlüklərin hər biri idmançı olub. Ancaq Firuz Abdulla futbol funksioneri, xanımı isə idman jurnalistidi. Onları birləşdirən idman olsa da, heç biri peşəkar idmançı deyil. Ancaq bu o qədər də önəmli deyil. Əsas odu, bir-birini bəyəniblər, ulduzları barışıb. Yeni il ərəfəsində yeni ailə həyatı qurmuş cütlüyün qonağı olmaq istəyində olduğumu Firuz bəyə bildirəndə kənardan bir qədər mühafizəkar görünən evin kişisi heç bir tərəddüd etmədən “nə vaxt istəsən, gələ bilərsən. Gözümüz üstündə yerin var” söylədi. Bu söhbətdən bir neçə gün sonra isə artıq deyilən ünvanda idim. Axşamçağı Xəzərdən əsən qış küləyi məni üşütsə də, Firuz – Səmra cütlüyünün isti ailə mühitində gördüyüm qonaqpərvərlik, şirin söhbətlər mənə həm soyuğu unutdurdu, həm də bu iki insanı yaxından tanımağa yardımçı oldu.
Xəzər sahilində Almaniya və İtaliya azarkeşlərinin qarşıdurması
Futbol sahəsində çalışan ailənin qonağı olmaq və giriş sözünə futboldan başlamamaq günah olardı. Söhbətimizə körpü salmaq üçün “heç evdə futbolla bağlı müzakirələriniz olur” sualını verməyə peşman oldum. Mən yazıq hardan biləydim ki, həm bəyin, həm də xanımın ürəyi dolu imiş. Sanki məni gözləyirmişlər kimi ürəkləri açıldı. İlk dəqiqələrdən meydanda üstünlüyü ələ keçirən Firuz bəy açdı sandığı, tökdü pambığı: “Nəinki hər gün müzakirəmiz olur, hətta mübahisəmiz də düşür. Mənim xarakterim çox ağırdı. Deyərdim ki, hətta dözülməzdi. Xüsusilə mənim həqiqət bildiyim şeylərə etiraz gələndə çox aqressiv oluram. Futbolla bağlı məsələlərdə, ümumiyyətlə, mənim dəlillərimə qarşı qoyulan dəlilləri heç qəbul etmirəm. Nəzərə almaq lazımdı ki, fərqli futbol mədəniyyətlərinin azarkeşiyik. O Almaniya, mən isə İtaliya. Sözün açığı, mübahisə etməyə çox hövsələm çatmır, kənara çəkilirəm. Çünki axırı davaya gedir. Deməzdim ki, daim güzəşt edirəm. Kompromisə gedən biri deyiləm. Qarşımdakı fikrimlə razılaşmayanda istəyirəm ki, sona qədər gəlsin və mən də düz olduğumu ona sübut edim. İşdə də beləyəm. Fikirimcə, hansı sahədə çalışmağından asılı olmayaraq, insanın daim sadiq qaldığı müəyyən prinsiplər olmalıdı. Bunsuz həyatda uğur qazanmaq qeyri-mümkündü. Bir də insan intizamlı olmalıdı, xüsusilə də işdə. Ailədə intizam bir qədər geniş anlayışdı. Məsələn, subay vaxtı evə çox gec gəlirdim. İndi də belə edərəm. Sadəcə, xanım evdə tək olduğundan məcburam ki, bir qədər tez gəlim. Mən, ümumiyyətlə, evə yığışan adam deyiləm. Sözün həm həqiqi, həm də məcazi mənasında çöl adamıyam. Uşaq vaxtı elə ciddi avaralığım olmasa da, səhərdən-axşamadək stadionlardan evə yığışmamışam. Azad ruhlu olmuşam, çərçivəyə sığmamışam. Ancaq çox qəribədi və məni yaxından tanıyanlar tez-tez bu sualı verirlər ki, necə olur, bu qədər azadlığa, müstəqiliyyə can atan adam məmur kimi səhər saat 9-dan axşam 6-dək ofisdə otura bilir? Hətta lazım olanda daha çox işdə oluram. Bu da ola bilər, uzun illər işin formalaşdırdığı bir qaydadı”.
Əvvəlcə antipatiya bəslədi, sonra evlilik təklifini qəbul etdi
“Su axar, çuxurunu tapar” atalar sözünü tez-tez eşidirik. Bunu xüsusilə yeni ailə quran xanımlara aid edirlər. Deyəsən, ataların illər əvvəl söylədiyi fikir Səmra xanıma da aiddi: “Firuzu 2012-ci ildən tanıyıram. Ancaq sıx ünsiyyətimiz olmayıb. Hətta deyərdim ki, antipatiyam olub ona qarşı. Lakin yaxından tanıdıqdan sonra gördüm ki, mənimlə eyni düşüncəyə sahib insandı. Əksər məsələlərə baxış bucağmız üst-üstə düşür. Yalnız futbol azarkeşliyi baxımından bu alınmır”.
Yuxarıda qeyd etdiyimiz kimi, ailənin kişisi İtaliya, xanımı isə Almaniya azarkeşidi. İtalyanlardan fərqli, almanlar 2018-ci ildə keçiriləcək mundiala vəsiqə qazanıb. Bu isə o deməkdi ki, “CBC Sport”un əməkdaşı mundialda sevimli komandasına azarkeşlik edəcəyi halda, AFFA rəsmisi, sadəcə, seyrçi rolunda olacaq. Ancaq Səmra xanım həyat yoldaşına görə məyus olduğunu gizlətmədi: “Əslində çox istəyirdim ki, İtaliya da dünya çempionata yollansın. Çünki Firuz çox pis olmuşdu”.
Bu yerdə Firuz söhbətə müdaxilə edir: “Sizə tam səmimi deyirəm, əslində İtaliya mundiala qatılıb, Almaniya olmasaydı, yenə pis olardım. Bunu ümumi futbolun təəssübkeşi kimi deyirəm. Müəyyən yığmalar var ki, onlarsız DÇ-nin dadı-duzu qaçır. Futbolun müxtəlif rəngləri var. Məsələn, son illər Hollandiyanın böyük turnirlərdən kənarda qalması tribunalarda narıncı rəngin itməsinə gətirib çıxarıb. 6 aydan sonra keçiriləcək turnirdə isə futbol mavi rəngdən məhrum olacaq”.
Futboldan bir qədər uzaqlaşaq. Bir qədər də şəxsi həyatdan danışaq. Necə tanış oldular, Firuz bəy sevgi etirafını necə və hansı şəraitdə bildirdi: “Qeyd etdiyim kimi, onu tanıdığım ilk vaxtlarda o qədər də bəyənmirdim. Səhv etmirəmsə, ilk dəfə mən Firuza zəng vurub AFFA-dan kiminsə nömrəsini istəmişdim. Açığı, həmin vaxt onun assosiasiyada hansı vəzifə tutduğunu da heç bilmirdim. Sonradan Firuz mənə sosial şəbəkədə yazmağa başladı. Əvvəl-əvvəl buna o qədər də əhəmiyyət vermirdim. Sonradan hiss etdim ki, sətiraltı nəyəsə işarə vurur. Belədə ona cavab verməməyə başladım. Bəzən yazdıqlarını bilərəkdən 4-5 saatdan sonra cavablayırdım ki, ona qarşı heç bir hissimin olmadığını duysun. Bir dəfə ortaq tanışlarımızın birinin toyundaydıq. Buna qədər Firuz heç bir xeyir işdə xanımla rəqs etməmişdi. İlki orda yaşadı və tərəf-müqabili kimi məni seçdi. Vaxt ötdükcə artıq münasibətlər istiləşməyə başladı. Və günlərin bir günü evimizə elçi göndərəcəyini yazdı. Mən də “niyə məhz mən” sualını ünvaladım. Sonradan bilmişəm ki, o mənə 2015-ci ildən göz qoyub. Hətta bir dəfə dostları ondan “nə vaxt evlənəcəksən” soruşanda, “tələsməyin, yaxın vaxtlarda “Komsomolski kruq”a elçi gedəcəksiz” cavabı verib”.
Səmra xanımın söylədiklərini səbirlə dinləyən Firuz bəy bu yerdə söhbətə müdaxilə etməyi lazım bildi: “Mən bir çox qərarları anidən vermişəm və bu günə kimi də peşman olmamışam. Evliliklə bağlı düşünəndə də heç vaxt “mənim həyat yoldaşım mütləq bu peşənin sahibi olmalı, bu xasiyyətə və keyfiyyətlərə malik olmalıdı” deməmişəm. Həyat özü bizi qovuşdurdu. Ümid edirəm ki, bu qərarıma görə də nə vaxtsa peşmanlıq hissi keçirməyəcəm” (gülür).
Söhbətin davamını Səmra xanım gətirir: “Bəlkə də bizim bir-birimizi belə gözəl başa düşməyimiz yaşla bağlıdı. Çünki mənim 30, Firuzun isə 37 yaşı var. Hər bir insan 22-23 yaşında dünyaya başqa gözlə baxır, yaşananlara fərqli münasibət göstərir. Yaş artdıqca isə daha da kamilləşirsən, başverənlərə real qiymət verə bilirsən. Onsuz da hər ikimiz bu yaşa qədər yetərincə çətinlik görüb, bərkə-boşa düşmüşük. Bildiyiniz kimi, həm mənim, həm də yoldaşımın valideynləri dünyasını dəyişib. Ailə qurmaqla bağlı qərarı böyük ölçüdə özümüz vermişik. Heç şübhəsiz, ağsaqqalların və ağbirçəklərin xeyir-duası ilə. Ancaq...” Bu yerdə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri bunları söylədi: “Mənim evlilik təklifimlə toyumuz arasında cəmi 3 ay müddət olsa da, bu zaman bizə çox uzun gəldi və həmin vaxtda bir daha əmin oldum ki, bizim sevgimizin gələcəyi var”.
Qan ətrində keçən uşaqlıq və poeziya vurğunu
Dostları, həmkarları, iş yoldaşları Firuz Abdullanın poeziyaya, musiqiyə böyük həvəsinin olduğunu yaxşı bilir. Tar məktəbini bitirən evin kişisi ixtisasca filoloqdu. Firuz bəy bu ixtisası seçməyinin səbəbini və ötən əsrin 90-cı illəri ilə bağlı xatirələrini də bölüşdü: “Orta məktəbi 1997-ci ildə bitirmişəm. Mənimlə eyni vaxtda məzun olan və üçüncü ixtisas qrupuna sənəd verən uşaqların əksəriyyəti sənədləri doldurarkən ilk pillədə beynəlxalq hüquq, ardınca isə hüquq fakultəsini qeyd edirdilər. Ancaq mən jurnalistikanı yazmışdım. Elə alındı ki, ora yox, filologiyaya qəbul olundum. Buna baxmayaraq, həyat məni jurnalistikaya gətirdi. Necə deyərlər, niyyətin hara, mənzilin də ora. Mənim şeirə, şairlərə, ümumiyyətlə, söz sənətinə xüsusi yanaşmam var. Özüm də hərdən nəsə yazıram, ancaq bunu ciddi əsər kimi qəbul etmək olmaz. Məndə, sadəcə, qafiyələnən söz yığınıdı. Şeir deməkdən isə xoşum gəlir. Yaxın dostlarla bir məclisdə olanda bəzən şəraitə uyğun nəsə deyirəm”.
Səmra xanın həyat yoldaşının sözünə qüvvət verir: “Bəzən elə olur ki, Firuz şeirin sözlərini dəyişməklə məqama uyğun nəsə deyir ki, bu da mənə xoş gəlir”.
90-cı illəri yada salan həmkarımız heç bir uşağa elə dövrü yaşamağı arzulamadığını bildirdi: “Bizim uşaqlığımız çətin keçib. Həmin illərdə siyasi proseslərin gərgin vaxtı idi. Tez-tez hakimiyyət dəyişikliyi, ərzaq qıtlığı və ən əsası müharibə dövrü. Hər gün cəbhədən Bakıya maşın-maşın şəhid gətirirdilər. Həmin şəhidin faciəsi tək mənsub olduğu ailənin yox, bir elin, obanın, böyük nəslin faciəsi idi. Həmin illəri hansısa ətirlə assosiasiya etməli olsam, bizim qan ətrində böyüdüyümüzü söyləyə bilərəm. Uşaq kimi nə doyunca gülə bildik, nə də sevindik. Çünki gülməyə cəsarətimiz çatmırdı. Bilirdik ki, ətrafımızdakılardan kiminsə yaxını, əzizi vətən uğrunda şəhid olub”.
Rəhmətlik qayınatasına çəkən kürəkən
Bəzən deyirlər ki, kişinin ürəyinə yol mədəsindən keçir. Azərbaycanlılar da yeyib-içməyi xoşlayan xalqdı. Assosiasiyanın mətbuat katibi də iştahdan pis deyil. Bəs görəsən, Səmra xanımın hazırladığı yeməklər Firuz bəyin ağız dadına uyğun gəlir? Sən demə, həmkarımız yeməyə münasibətdə o qədər də “kaprizli” deyilmiş. Özü belə dedi: “Mənim üçün yemək yağlı və duzlu olmasa, bəs edir. Əsas odu, onu hazırlayan xanım ürəyini yeməyə qoysun. Belədə lap soyutma kartof da olsa, dadlı olur”.
Səmra xanım da həyat yoldaşının söylədiklərini təsdiqlədi: “Firuzun çox yağlı və duzlu yeməklərdən xoşu gəlmir. Bunu nəzərə alıb, yeməyi o bəyəndiyi kimi hazırlayıram. Ümumiyyətlə, Firuz ailədə o qədər də “kaprizli” insan deyil. Bilirsiz ki, hər ikimiz iş adamıyıq. Bu səbəbdən çalışıram sabahın işlərini axşamdan görüm. Xasiyyəti ağır olsa da, bu mənim üçün problem yatartmır. Çünki rəhmətlik atam da çox ağır xasiyyətə sahib olub. Onun tərbiyəsini gördüyümdən indi mənim üçün çətin deyil. Əksər qadınlar dünyanı gəzmək, gözəl şəhərləri görmək istəyir. Mən də istisna deyiləm. Ancaq bu o demək deyil ki, Firuzu divara sıxıb “mütləq ora getməliyik” kimi qarşısına şərt qoyum. Məncə, ailənin xoşbəxtliyi üçün bundan da vacib nüanslar var”.
Firuz Abdulla isə bu mövzuda başqa fikirdədi: “Çox istərdim ki, bizim xanımlar savadlı olsunlar, ali təhsil alsınlar. Evdarlığı, yemək bişirib-düşürməyi tədricən öyrənmək olar. Ancaq təhsli səni gözləmir”.
Belə gözəl söhbətdən sonra süfrə arxasına keçib Səmra xanımın hazırladığı təamlardan daddıq. Onu bildirim ki, doğrudan da ailənin xanımı əsl azərbaycanlı qadına xas bişirib-düşürməyi bacarır. Evdəki səliqə-səhmana isə söz ola bilməzdi. Evi tərk edəndə ev sahiblərinə “inşallah, 2018-də bu mənzildən uşaq səsi gəlsin” deyib, yeni ailə quran cütlüyə gələcəkdə xoş günlər və sağlamlıq arzuladım.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Bütün xəbərlər
Ən çox oxunanlar