01 yan 12:33reportaj

Atası Şəhriyarı 2-ci yeri tutduğuna görə eyvanda saxlayıb

Atası Şəhriyarı 2-ci yeri tutduğuna görə eyvanda saxlayıb
Məktəb direktoru isə şahmat tacının Sumqayıta gələcəyinə inanır
Sumqayıt - sənaye, savadlı gənclər və güclü idmançılar şəhəri. İntellektual səviyyəsi yüksək olan insanları görmək istəyirsizsə, Bakının “qonşusu”na bir dəfə baş çəkmək yetər. Sumqayıtın iki parkında salınan şahmat lövhələrini gün ərzində boş görməzsiz. Oynamaq üçün növbəyə düzülən o qədər olur ki, uzaqdan baxanda adamların hansısa etiraz aksiyası keçirdiyin düşünürsən. Bir şəhərin şahmata bu qədər sevgisi varsa, ordan Şəhriyar Məmmədyarov kimi istedadın çıxması təəccüblü olmamalıdı.
Məmmədyarov 2017-də böyük uğurlara imza atdı. “Qran-pri” seriyasının və Vüqar Həşimov memorialının qalibi oldu, klubda və yığmada Avropa çempionluğunun sevincini yaşadı, reytinqini 2800-ə çatdıran və dünyada ilk “3-lüy”ə daxil olan ilk azərbaycanlı kimi adını tarixə yazdırdı. Bir neçə gündən sonra açıqlanacaq ilin son reytinq sıralamasında əmsalını 2804-ə çatdıracaq ki, bu da yeni rekorddu.
İndi hamı ona böyük ümidlə baxır. Öncə gələn il İddiaçıların Turnirinin qalibi olmalı, ardınca norveçli Maqnus Karlseni şahmat taxtından yerə salmalıdı. Bu potensial onda var. Ən azı onu hamımızdan yaxşı tanıyan, ölkə şahmatına bəxş edən atası belə düşünür.
Dərsə davamiyyəti yaxşı olub
Həmid Məmmədyarovla söhbətə keçməzdən öncə məktəb direktorunun qəhrəmanımız haqda söylədiklərini dinləyək. Şəhriyarın 11 il təhsil aldığı, Sumqayıtda yerləşən 23 saylı məktəbin qonağı olduq. 1992-2003-cü illərdə Məmmədyarov bu təhsil ocağında oxuyub. Elə onun bacıları da bu məktəbin yetirməsidi. Ora yollanmağımızda məqsəd müəllimlərinin dilindən Şəhriyarın uşaqlığına pəncərə açmaq idi.
Atası Şəhriyarı 2-ci yeri tutduğuna görə eyvanda saxlayıb
Ancaq direktor Fikrət Qasımovdan öyrəndik ki, qrossmeysterə dərs deyən müəllimlər geridə qalan 14 ildə təqaüdə çıxıb. Belədə təhsil ocağına rəhbərlik edən şəxsə sözü verdik: “Məmmədyarovlar ailəsinə böyük hörmətim var. Ailə başçısı Həmid müəllimi çox yaxşı tanıyıram. Uşaqların yetişməsində onun müstəsna rolu var. Hər gün uşaqları dəniz kənarına aparırdı ki, səhər-səhər təmiz hava qəbul eləsinlər. Şəhriyarın davamiyyətlə bağlı böyük problemi olmayıb. Uşaq yaşlarında dünya çempionu olmuşdu. Qeyri-adi istedadı var idi. Rəftarına da söz ola bilməzdi. Müəllimlərinə qarşı xoş münasibəti, uşaqlar arasında hörməti hiss olunurdu. Bəzən bütün gecə məşq etdiyini deyirdi. Ancaq dərsini buraxmırdı. Yalnız istisna hallarda dərsə gələ bilmirdi”.
Sözəbaxan şagird
Adətən, idmançılar uşaq yaşlarında dəcəl olur. Ancaq şahmat intellekt oyunu olduğundan bu sahənin adamları daha təmkinli, sakit və səbirli olmasıyla seçilir. Axı, bəzən uğurlu gedişi tapmaq üçün 1 saat baş sındırırlar. Bu isə adamdan böyük hövsələ tələb edir. Şəhriyar da tipik şahmatçı uşaqlığı yaşayıb. Nə dava salıb, nə məktəb şüşəsini sındırıb, nə də başqa şuluq işlərlə məşğul olub. Hər halda, Fikrət müəllim belə deyir: “Yaddaşımda onun məktəbliykən kimləsə davası, şuluqluğu qalmayıb. Çox mülayim, mehriban uşaq idi”.
Əla qiymətlər almasa da…
Şahmatçılar həm də savadıyla seçilir. Ancaq görünür, bu sahəyə hədsiz bağlılıq, ağır hazırlıq prosesi, çoxsaylı yarışlar yaxşı oxumağa əngəl olub. Təəssüf ki, təhsil aldığı dövrdə qiymətlərinin yazıldığı jurnalları əldə edə bilmədik. Qiymət kitabçaları arxivə göndərildiyindən konkret hansı fənndən neçə aldığını öyrənə bilmədik. Qasımov belə davam edir: “Dərslərindən əla qiymətlər aldığını deyə bilmərəm. Ancaq dəqiq elmlərə, xüsusən riyaziyyata üstünlük verirdi. Görünür, bu da şahmatdakı hesablamalardan irəli gəlirdi”.
Təhsil aldığı məktəbi unutmayıb
Şəhriyar hərdən 11 il gedib-gəldiyi məktəbə baş çəkir. Fikrət bəylə söhbətimiz belə yekunlaşır: “Toyunda olmuşam. Məmmədyarovlar ailəsinin başqa xeyir işlərində də iştirak etmişəm. Şəhriyar hərdən məktəbə də baş çəkib. Mənimlə, müəllimləriylə görüşüb, söhbət etmişik. Başqa şəhər tədbirlərindən də rastlaşırıq. Böyük uğurlar qazanmasına baxmayaraq, sadəliyini itirmir. İnanıram ki, o tacı bura gətirəcək”.
Atasının istəyi ilə şahmatı seçib
İndi isə sözü verək Həmid müəllimə. Ata Məmmədyarovun sinəsi doludu. Bu maraqlı, ölkəyə üç güclü şahmatçı bəxş edən insanla saatlarla danışarsan, amma doymazsan. Bir çox hallarda valideynlər övladlarına seçim haqqı verir. Sevdiyi idman növüylə məşğul olmasını istəyir. Ancaq atası Şəhriyara seçim haqqı tanımayıb: “Bizim nəslin şahmata böyük marağı olub. 90-cı illərdə böhran dövrləri idi. Qərara gəldim ki, uşaqları şahmatçı kimi yetişdirim. Bu onların yox, mənim istəyim idi. Vaxtilə ağır atletikayla məşğul olmuşam. Yaxşı məşqçinin əlinə düşmədiyimdən, həm də məsuliyyətsizlikdən idmançı kimi uğur qazana bilmədim. Ancaq əvəzində bir məşqçi kimi 3 şahmatçı yetişdirdim. Yaxşı məşqçi təkcə şahmatı yaxşı bilən yox, həm də güclü psixoloqdu. Məşqçi güclü xarakterə malik olmalıdı ki, yetirməsi də xarakterli olsun”.
Ağır rejim altında
Müstəqilliyin ilk illərində ölkədə işsizlik, yoxsulluq baş alıb gedirdi. Evinə çörək aparan insana qəhrəman gözüylə baxıldığı dövrdə Məmmədyarovlar ailəsi də çətinlik çəkib. Şəhriyarın anası işləyir, atası isə övladlarının şahmatçı kimi yetişməsinə diqqət ayırırdı. Həmid bəy bəzən hansısa yarışda 1-ci yox, 2-ci yeri tutduğu üçün oğlunu soyuq havada eyvanda saxlamaqla da cəzalandırıb. Şahmata görə övladlarına qarşı sərt, tələbkar olduğunu danmır: “90-cı illərdə Sabunçuda dükan açdım. Yoldaşımı da orda satıcı qoydum. Qalan işləri özüm təşkil edirdim. Günümün 16 saatını şahmata verirdim. Uşaqların rejiminə ciddi nəzarət edirdim. Şahmatçı bəzən 1 saniyədə 4-5 gediş edir. Deməli, şahmatda fiziki hazırlıq çox önəmlidi. Ancaq insanların bir çoxu bunu başa düşmür. Güclü əsgər dözümlü insandı. Olub ki, Şəhriyarı nəyəsə görə cəzalandırmışam. Ancaq sevgim qat-qat çox olub. Uşağı başlı-başına buraxmaq olmaz. Təlim-tərbiyə çox vacibdi. Zəngilana gedəndə uşaqlara Xudafərin körpüsünü göstərir, Rusiya - İran qarşıdurması nəticəsində ölkəmizin iki yerə parçalandığını başa salırdım. Uşağı vətənpərvər böyütmək lazımdı. Onun gözü evdə bayraq görməli, qulağı himn eşitməlidi. Uşaq gördüyünü götürər. Övladlarıma qarşı sərt olmuşam. Üstlərində ciddi dururdum ki, 8-9 saat yatsınlar”.
Şəhriyar atlet də ola bilərmiş
Ata Məmmədyarov oğlunda başqa istedadı da kəşf edibmiş: “Uşaqları axşam dəniz qırağına aparırdım. Orda qaçdı-tutdu oynayırdılar. İnsana hərəkət qədər fayda verən bir şey yoxdu. Nə qədər hərəkət etsən, bir o qədər sağlam olarsan. Orda müxtəlif idman növləriylə məşğul olurdular. Hətta təəssüflənirəm ki, Şəhriyarı atlet kimi sınaqdan keçirməmişəm. Çünki yeniyetmə vaxtında 6 metrdən uzağa tullana bilirdi. Bəlkə bu növdə də uğur qazanardı”.
Bu yaxınlarda bacısına uduzub
“Qüsursuz insan yoxdu. Sözsüz, onun da səhvləri var. Arada sözümü dinləmirdi. Son vaxtlar bu baxımdan irəliləyiş var”, - söyləyən Həmid bəy bu yaxınlarda oğlunun kiçik bacısına uduzduğunu xatırlatdı: “Təxminən 1-2 ay əvvəl evdə Türkanla oynadılar. Oyunların birində Şəhriyarın vaxtı qurtardığından uduzdu. Yaman əsəbləşmişdi” (gülür).
“Şah” taxtda əyləşməlidi
Şahmat tarixində 13 nəfər 2800 əmsalını keçib ki, onlardan da biri həmyerlimizdi. Atasının fikrincə, ilk 30 gedişi hesablaya bilən Şəhriyar bundan da yaxşı oynaya bilər. Şahmat dünyası onu Şəhriyar yox, qısaca “Şah” çağırır. Bircə qalır bu adı doğrultmaq - şahmatın əsl şahı olmaq. Tacı Karlsendən alan şahmatçı niyə azərbaycanlı olmasın ki?!
SƏRXAN
pwqbgsfnj
cjhshrsnb
jtgwchh
gqgcqrx
cnlfknw

cialis fa bene
http://cialisle.com/ - generic cialis online
para que serve o remedio cialis diario
cialis on line
buying cialis in cozumel
cialis for daily use
cialis generika wien

comprar cialis comprar cialis
http://comprar-cialis-sinreceta.net/ cialis sin receta
cialis generico cialis sin receta

comprar cialis cialis
http://comprar-cialis-generico.net/
cialis genérico cialis genérico andorra

cialis online comprare cialis online
acquistare cialis cialis acquistare

cialis 40 mg tablets cialis
cheap cialis
us cialis generic vaistas
buy generic cialis

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar