02 noy 18:06reportaj

“Qarabağ” Madridi şoka saldı

“Qarabağ” Madridi şoka saldı
Çempionlar Liqası
Qrup mərhələsi
4-cü tur, C qrupu
Atletiko (İspaniya) – Qarabağ 1:1 (0:1)

13. Yan Oblak
3. Filipe Luis
2. Dieqo Qodin
15. Stefan Saviç
20. Xuanfran
5. Tomas Parti
(22. Nikolas Qaytan, 62)
14. Qabi (k)
8. Saul Niges
11. Anxel Korrea
21. Kevin Qameyro
(9. Fernando Torres, 69)
7. Antuan Qrizmann
Ehtiyat oyunçular
1. Migel Anxel Moyya
12. Auqusto Fernandes
16. Şime Vrsalko
17. Lusiano Vyetto
19. Lukas Ernandes
Baş məşqçi: Dieqo Simeone

13. İbrahim Şehiç
25. Ansi Aqolli
52. Yakub Jezniçak
14. Rəşad Sadıqov (k)
5. Maksim Medvedev
2. Qara Qarayev
20. Riçard Almeyda
77. Vild-Donald Gerye
(32. Elvin Yunuszadə, 63)
8. Miçel
(22. Əfran İsmayılov, 90+2)
10. Pedro Enrike
90. Ramil Şeydayev
(99. Dani Kintana, 72)
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
21. Arif Daşdəmirov
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Qollar: Miçel, 40 (0:1). T.Parti, 56 (1:1).
Vərəqələr: R.Sadıqov, 9. S.Saviç, 32. Y.Jezniçak, 34. F.Torres, 76 – sarı. P.Enrike, 59 - qırmızı. S.Saviç, 88 – qırmızı (ikinci sarı).
Hakimlər: DƏNİZ AYTƏKİN, Qvido Klefe, Markus Heker, Eduard Baytinger, Daniel Zibert, Benjamin Brand (hamısı Almaniya).
Hakim-inspektor: Vitor Pereyra (Portuqaliya).
UEFA nümayəndəsi: Duşko Qrabovats (Xorvatiya).
31 oktyabr. Madrid. “Metropolitano” stadionu. 55893 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
32 (10) qapıya (“çərçivə”yə) zərbə 4 (3)
12 korner 2
1 ofsayd 0
15 qayda pozuntusu 13
3 (1) vərəqə (qırmızı) 2 (1)
Bu oyunda qələbə “Atletiko”ya hava-su qədər vacib idi. İlk 3 turda hesabına cəmi 2 xal yazdıran “hindular” qrupdan çıxmaq şansının minumuma düşməsinə imkan vermək fikrində deyildi. Odu ki, Simeonenin yetirmələri hər nə olur-olsun, Bakıdakı nəticənin təsadüf olduğunu göstərməyə çalışacaqdı. “Qırmızı-ağlar” çılğın azarkeşlərinin gözü önündə xal itkisi haqda qətiyyən düşünmürdü. Hərçənd yalnız 3 xal haqda düşünmələri madridlilərə müəyyən təzyiq də göstərirdi. Hətta bəziləri mümkün xal itkisinin Simeonenin “taxtını silkələyəcəyini” də proqnozlaşdırırdı.
“Qarabağ” isə əksinə, meydana daha rahat çıxmışdı. “Köhlən atlar” geridə qalan turlarda qol və xal arzusunu gerçəkləşdirdiyindən, üzərində o qədər də təzyiq hiss etmirdi. Səfərdə qazanılacaq istənilən müsbət nəticə isə futbol tariximizə bir ilk kimi düşəcəkdi. Qurbanovun yetirmələri Bakıda göstərdiyi əzmakarlığı, istəyi “Metropolitano”da da ortaya qoymaq niyyətində idi. Hadisələri qabaqlayaraq bildirək ki, “Qarabağ” növbəti dəfə əsl komanda ruhunu ortaya qoydu, növbəti dəfə qəhrəmanlıq nümayiş etdirdi, “mümkünsüzdü” fikrini beyinlərdən sildi və təbii ki, milyonları sevincə qərq etdi.
Əslində “Atletiko” ilə matça “Qarabağ” ciddi itkilərlə çıxmışdı. Bu rəqiblə Bakıdakı görüşdə fransız hakimin kobud səhvi ucbatından qırmızı vərəqə alan Dino Ndlovu oyunu buraxırdı. Bədavi Hüsyenov isə zədəli olduğuna görə uzun müddət komandasına kömək edə bilməyəcək. Son anda Mahir Mədətovun zədələnməsi Qurbanovun qayğılarını bir qədər də artırmışdı. Belə itkilər fonunda ağdamlıların 1 xal qazanması doğrudan da əsl qəhrəmanlıq idi. Hələ təxminən yarımsaat komandanın azlıqda oynadığını demirik...
Oyunun axarına gəlincə, “hindular” ilk dəqiqələrdən irəli atıldı. Artıq 4-cü dəqiqədə Qrizmann hesabı açmağa yaxın idi. Onun qüvvətli zərbəsindən sonra Şehiç əla reaksiya ilə topu kornerə çıxardı. Doğrudu, ilk dəqiqələrdə qonaqlarda bir qədər həyəcan hiss olunurdu. Lakin Qurbanovun komandası tezliklə təzyiqi üzərindən atdı. 11-ci dəqiqədə isə “köhlən atlar” ilk həmləsini etdi. Müdafiədən reydə başlayan Pedro sağ cinah boyunca irəliləyib, Qodinlə Qabinin arasından ustalıqla sıyrıldı, lakin qapı önünə ötürməsi zamanı top Saviçə dəyərək kornerə çıxdı. Bundan sonra 5 dəqiqə “Atletiko”, demək olar, topsuz qaldı. Qonaqlar qısa və dəqiq ötürmələrlə nəinki rəqib futbolçuları, hətta azarkeşləri də özündən çıxarırdı. Ancaq növbəti təhlükəli vəziyyəti Simeonenin komandası yaratdı. 16-cı dəqiqədə Qameyro Şehiçlə üzbəüz qalsa da, bosniyalı qolkiper onun fərqlənməsinə imkan vermədi. Cəmi 5 dəqiqə sonra Parti qapı önünə asma etdi, hücuma qoşulan və heç kimin “bağlamadığı” Qodin başla dəqiq ola bilmədi. Bundan sonra bir müddət “Ateltiko” üstün tərəf oldu. Ancaq “Qarabağ”ın tam müdafiəyə qapıldığını söyləmək doğru olmaz. 28-ci dəqiqədə Pedro cərimə meydançasının həndəvərindən “çərçivə”ni nişan alsa da, topu tutmaq Oblak üçün çətin olmadı. Müdafiədə etibarlı oynamaqla və pressinq hesabına “köhlən atlar” rəqibin ardıcıl həmlələr etməsinə imkan vermirdi. Bununla belə, 34-cü dəqiqədə meydan sahibləri əlverişli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazandı. Qrizmannın vuruşundan sonra top cüzi fərqlə üstdən keçdi.
Matçın 40-cı dəqiqəsini isə azərbaycanlı azarkeşlər uzun müddət xatırlayacaq. O an futbol tariximizdə daha bir ilk gerçəkləşdi. Geryenin kornerdən qapı önünə havalandırdığı topu Miçel dəqiq baş zərbəsi ilə tora sancdı. Bu “Qarabağ”ın ÇL-in qrupunda səfərdə vurduğu ilk qol idi. Təbii, İspaniya təmsilçisini ispan futbolçunun məyus etməsi xüsusi olaydı. Bundan başqa, vaxtilə öz ölkəsinin çempionatında oynayarkən Miçel La Liqada yalnız 1 dəfə fərqlənmişdi. O “Xetafe”nin heyətində məhz “Atletiko”nun qapısına yol tapmışdı. Özü də başla fərqlənmişdi. Həmin vaxt oyunun 49-cu dəqiqəsində “hindular”ı məyus eden yarımmüdafiəçi 6 il sonra yenidən bu komandanı cəzalandırdı.
Fasilədən sonra “Ateltiko”nun təzyiqi bir qədər də artıracağı gözlənilən idi. 49-cu dəqiqədə Korreanın qüvvətli zərbəsindən sonra Şehiç topu qaytardı, Qameyronun təkrar vuruşu isə dəqiq olmadı. Bundan 5 dəqiqə sonra “Qarabağ” hesab arasındakı fərqi artırmağa yaxın idi. Pedrodan topu qəbul edən Ramil özü zərbə vurmaq əvəzinə qapıya paralel ötürmə etdi. Lakin Saviç “kürə”nin Enrikeyə çatmasına imkan vermədi. Bu epizodda Şeydayev mərkəzə meyillənib zərbə endirsəydi, bəlkə də qol olacaqdı. Ümumiyyətlə, dayanmadan pressinq edən, yorulmaq bilməyən gənc forvard sanki “çərçivə”ni nişan almaqdan çəkinir. İlk yarıda da bəzi məqamlarda bunun şahidi olmuşduq. “Vurmayana vurarlar” prinsipi özünü çox gözlətmədi. Cəmi 2 dəqiqə sonra “status-kvo” bərpa olundu. “Atletiko”nun hücumu zamanı Qrizmann cərimə meydançasına girmək əvəzinə ötürmə etdi, Parti isə effketli zərbəylə topu tora qovuşdurdu. Şehiç reaksiya verdi, hətta topa toxundu da, lakin qola mane ola bilmədi. Çox keçmədən “Qarabağ” daha bir zərbə aldı. Pedro ayaqla Qodinin sifətinə zərbə endirdiyinə görə “qırmızı” ilə cəzalandı. Təbii, bir nəfər azlıqda bu cür komandaya qarşı oynamaq çox çətin olacaqdı. Ancaq nəzərə alaq ki, “köhlən atlar” madridlilərlə ilk görüşdə də 75-ci dəqiqədən etibarən azlıqda oynamışdı. Bu dəfə isə ağdamlılar daha çox dözməli idi.
Qurbanov müdafiəni gücləndirmək üçün Geryeni Yunuszadə ilə əvəzlədi. 66-cı dəqiqədə isə Rəşad Saulun başla zərbəsindən sonra topu boş qapıdan çıxardı. Az sonra Luis iki epizodda diqqət mərkəzinə düşdü. O əvvəlcə Şehiçlə üzbəüz qalsa da, topu qapının yanından vurdu. İkinci epiozdda da vuruşu qeyri-dəqiq alındı. Bundan sonra “Qarabağ” bir müddət qapısı önündə təhlükəli vəziyyətlərin yaranmasına mane ola bildi. Matçın sonlarına doğru isə meydan sahibləri təzyiqi birəbeş artırdı. 84-cü dəqiqədə Qabinin uzaqdan yetərincə qüvvətli zərbəsini Şehiç əla reaksiya ilə zərərsizləşdirdi. Əsas vaxtın bitməsinə 2 dəqiqə qalmış rəqibin azlıqda qalması təzyiqin nisbətən səngiməsinə səbəb oldu. Saviç 2-ci sarı ilə meydandan qovuldu. İlk uzatma dəqiqəsində Şehiç Qodinin başla “çərçivə”yə ünvanladığı topu ələ keçirdi. 4-cü uzatma dəqiqəsində isə Qaytanın fərqlənməsinə mükəmməl seyvlə imkan vermədi. Nikolasın təkrar vuruşunun qarşısını da Rəşad kəsdi.
Beləliklə, “Qarabağ” yeni tarixin daha bir səhifəsini Madriddə yazdı. Fakt budu ki, hətta Avropa nəhənglərinin arzuolunmaz rəqib saydığı “Atletiko” iki oyunda təmsilçimizdən üstün ola bilmədi. “Qarabağ”ın bu nəticə ilə bütün Avropanın diqqətini çəkdiyi şübhə doğurmur. Qurbanova və komandasına göstəriyi oyuna, ortaya qoyduğu əzmkarlığa, rəqibdən çəkinmədiyinə və milyonlara sevinc yaşatdığına görə alqış düşür. İnanırıq ki, “köhlən atlar”ın ÇL-dəki qalan iki oyunundan sonra da bunu deyəcəyik: təşəkkürlər, “Qarabağ”!
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar