19 okt 17:16reportaj

İlk qol, ilk xal, bəs sonra…

İlk qol, ilk xal, bəs sonra…
“Qarabağ" İspaniya nəhənginə də gücünü göstərdi
Çempionlar Liqası
Qrup mərhələsi
3-cü tur, C qrupu
Qarabağ – Atletiko (İspaniya) 0:0
13. İbrahim Şehiç
25. Ansi Aqolli
55. Bədavi Hüseynov
14. Rəşad Sadıqov (k)
5. Maksim Medvedev
(52. Yakub Jezniçak, 71)
2. Qara Qarayev
20. Riçard Almeyda
11. Mahir Mədətov
8. Miçel
(18. Tarik Elyunussi, 85)
9. Dino Ndlovu
10. Pedro Enrike
(77. Vild-Donald Gerye, 69)
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
22. Əfran İsmayılov
90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
13. Yan Oblak
3. Filipe Luis
24. Xose Ximenes
2. Dieqo Qodin
16. Şime Vrsalko
8. Saul Nyiges
14. Qabi (k)
10. Yannik Karrasko
(11. Anxel Korrea, 72)
21. Kevin Qameyro
(9. Fernando Torres, 72)
22. Nikolas Qaytan
(5. Tomas Partey, 64)
7. Antuan Qrizmann
Ehtiyat oyunçular
1. Migel Anxel Moyya
12. Auqusto Fernandes
15. Stefan Saviç
19. Lukas Ernandes
Baş məşqçi: Dieqo Simeone
Vərəqələr: Miçel, 53. D.Ndlovu, 59. B.Hüseynov, 90+4 - sarı. D.Ndlovu, 75 - qırmızı (ikinci sarı).
Hakimlər: RÜDDİ BYUKE, Giyom Debar, Frederik Kano, Bertrand Juannu, Amori Delrü, Fransua Letesye (hamısı Fransa).
Hakim-inspektor: Konrad Plauts (İsrail).
UEFA nümayəndəsi: Joze Gilyerme (Portuqaliya).
18 oktyabr. Bakı. Olimpiya stadionu. 47923 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
8 (1) qapıya (“çərçivə”yə) zərbə 10 (3)
2 korner 5
0 ofsayd 6
15 qayda pozuntusu 10
4 (1) vərəqə (qırmızı) 0
Hər nə qədər rəqib güclü olsa da, azarkeşlər "Qarabağ"ın yenə qol vuracağını və ÇL-də ilk xalını qazanacağını gözləyirdi. İlk iki turdan birində uduzub, digərində heç-heçə edən "Atletiko" yalnız qələbə haqda düşünürdü. Simeone özü də oyundan öncə komandasının daha artıq təzyiq altında olacağını söyləmişdi. Qurbanov isə güclü rəqiblə görüşdə gözəl oyun və əzmkar mübarizə vədi vermişdi.
"Qarabağ" ilk dəqiqələrdən pis təsir bağışlamırdı. Görünür, Qurbanov yetirmələrinə güclü pressinq tapşırığı vermişdi. Elə məhz bu cür oyunun sayəsində madridlilər istədiyi kimi əl-qol aça bilmirdi. Hətta ilk 10 dəqiqədə Pedro ilə qurulan hücum yaddaqalan alındı. Hər nə qədər həmlə qolla yekunlaşmasa da. 12-ci dəqiqədə isə Riçard "köhlən atlar"ın ÇL-də ikinci qolunun müəllifi ola bilərdi. Ancaq onun zərbəsindən sonra top Saula dəyərək kornerə çıxdı. Bundan sonra bir müddət qapılar qarşısında qol vəziyyəti yaranmadı. Təxminən 10 dəqiqə ağdamlılar topu, demək olar, rəqibə vermədi. Maraqlıdı ki, bu müddətdə qonaqlar da pressinq tətbiq edib topu ələ keçirməyə o qədər də cəhd göstərmir, təmkinli oyun nümayiş etdirirdi. 25-ci dəqiqədə Luisin qapı önünə ötürməsindən sonra Qaytan topa zərbə endirsə də, dəqiq ola bilmədi. 2 dəqiqə sonra Karrasko Medvedevi keçib, Şehiçlə üz-üzə qaldı. Ancaq Yannikin zərbəsindən sonra bosniyalı ayağı ilə topa toxunaraq, onun qapıya daxil olmasına imkan vermədi. "Atletiko" təzyiqi artırsa da, "köhlən atlar" da boş durmurdu. 33-cü dəqiqədə Dino meydanın mərkəzində topu ələ keçirib irəlilədi. Lakin onun ötürməsindən sonra topun Mahirə çatmasına müdafiəçilər imkan vermədi. Cəmi 1 dəqiqə sonra Mədətov diqqət mərkəzinə düşdü. Bu dəfə isə topun qapıya doğru getməsinə Vrsalko mane oldu.
36-cı dəqiqədə Saulun başla zərbəsindən sonra Şehiç topu ələ keçirməkdə çətinlik çəkmədi. Bu ərəfədə oyunda sürət artmış, Mədətovla Enrike isə cinahları dəyişmişdi. Fasiləyə doğru "Atletiko" təzyiqi artırdı. 39-cu dəqiqədə isə Qrizmann əla fürsət yaxaladı. Rəşadın səhvindən sonra fransız hücumçu Şehiçlə üzbəüz çıxdı, lakin bosniyalı qolkiper bu dəfə də əla oynadı. Ardınca Ximenesin də zərbəsində dəqiqlik çatmadı.
İkinci hissənin əvvəlləri də dinamik keçdi. Hiss olunurdu ki, fasilədə Simeone yetirmələrinə daha ciddi tapşırıqlar verib. 53-cü dəqiqədə Qrizmann Şehiçin qoruduğu qapıya yol tapsa da, ofsaydda olduğuna görə qol qeydə alınmadı. Az sonra Ndlovu qonaqların cərimə meydançasında yerdə qaldı. Lakin Vrsalko həmin epiozodda Dinoya qarşı kobud oynamamışdı və hakim düzgün olaraq penalti təyin etmədi. 63-cü dəqiqədə Riçard "Atletiko"nun qapısını nişan alsa da, Oblak qola imkan vermədi. Həmin hücumun qurulmasında Mahirin əziyyəti də qeyd olunamalıdı. Ardınca "Qarabağ" daha bir yaddaqalan hücum təşkil etdi. Bu dəfə Miçel əla ara ötürməsi ilə Pedroya fərqlənmək imkanı yaratdı. Ancaq Enrikenin vuruşu istədiyi kimi alınmadı. Bundan sonra Qurbanov ilk dəyişikliyə əl ataraq Pedronu Gerye ilə əvəzlədi. 71-ci dəqiqədə isə Dino bir neçə müdafiəçinin əhatəsindən qapını nişan alsa da, dəqiqlik çatmadı. Ümumiyyətlə, "Qarabağ"ın belə oyunla uduzması ədalətsizlik olardı. Qurbanovun yetirmələri rəqibdən çəkinmir, onun həmlələrini dəf edir, yaddaqalan hücumlar qurur, əsl əzmkarlıq göstərirdi.
Simeone isə xal itkisinin qoxusunu duyduğundan Torreslə Korreanı oyuna qoşdu. 75-ci dəqiqədə "Qarabağ" hakimin kobud səhvindən sonra azlıqda qaldı. Qodin cərimə meydançası daxilində Dinonun ayağına vurub yıxdı. Byuke isə Ndlovunun simulyasiya etdiyini düşünərək ona "sarı" göstərdi. Bu cənubi afrikalı hücumçunun 2-ci vərəqəsi olduğundan "qırmızı" ilə meydanı tərk etməli oldu. Halbuki hakim həmin epizodda penalti təyin etməliydi. Yəqin Miroslav Zelinka kimi, fransız referini də azərbaycanlı futbolsevərlər uzun müddət nifrətlə xatırlayacaq.
Bundan sonra madridlilər hamılıqla "Qarabağ"ın qapısına "yükləndi". Matçın qəhrəmanlarından olan Şehiç 84-cü dəqiqədə az qala bütün əməyini yerə vuracaqdı. Yaxşı ki, onun topa inamsız toxunuşundan sonra Torresin başla zərbəsi dəqiq alınmadı. 90-cı dəqiqədə isə bosniyalı qolkiper uzun ötürmə ilə Elyunussiyə fərqlənmək imkanı yaratdı. Norveç millisinin üzvü topa havadaca zərbə endirdi, ancaq "mərmi" hədəfdən yan keçdi. Az sonra Gerye əla hücumu məntiqi sonluğa çatdıra bilmədi. Son saniyələrdə isə Qrizmannın vuruşunda dəqiqlik çatmadı.
Beləliklə, "Qarabağ" daha bir tarixi ilkə imza atdı. Nəhənglərin yarışında xal qazanan "köhlən atlar" bizi də haqlı çıxardı. Axı, "Roma" ilə oyundan sonra "qol var, xal da olacaq" demişdik. Bizim də inamlı olmağımızın səbəbi "Qarabağ"ın sərgilədiyi oyun idi. Hərçənd fransız hakimin ədalətsiz qərarı olmasaydı, Müstəqillik günündə qələbəni bayram edəcəkdik. Hər halda, son 4 ildə iki dəfə ÇL-in finalında oynayan komandaya qarşı sərgilədiyi oyunla və daha bir tarixi ilklə bizi sevindirən "Qarabağ"a böyük bir TƏŞƏKKÜR düşür.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar