25 avq 23:23reportaj

“Qarabağ” böyük coşqu ilə qarşılandı

“Qarabağ” böyük coşqu ilə qarşılandı
Ramin Musayev: “Qələbədə hər bir futbolsevərin, jurnalistin də əməyi var”
Saatın əqrəbləri 6.35-i göstərir. “Koroğlu” metrosunun qarşısında dayanan taksi sürücülərinin kefi kök, damağı çağdı. Günə yeni başlamalarına baxmayaraq, əksəriyyəti artıq bir neçə dəfə Heydər Əliyev Beynəlxalq Hava Limanına baş çəkməyə imkan tapıb. Srağagün gecə nələrin yaşandığından bixəbər olan, işə tələsən bəzi insanlar gənclərin dəstə-dəstə bir araya gəlib, ara-sıra “Qarabağ”, “Qarabağ” qışqıraraq taksi axtarışına çıxmasını təəccüblə qarşılayır, ətrafda nə baş verdiyini öyrənməyə çalışırdı. Bakı kəndlərindən birinə gedən, yanında kiçik yaşlı qız nəvəsi, əlində xeyli yük olan ağsaqqallardan biri səbrini basa bilmədiyindən qeyri-müəyyənliyə aydınlıq gətirmək üçün əynində “Qarabağ”ın forması olan gəncə yaxınlaşaraq “bala, nə olub? Niyə hamı hava limanına gedir” sualını verdi. Dani Kintananın formasını geyən, təxminən 20 yaşı olan gənc “baba, qəhrəmanlar gəlir, onları qarşılamağa gedirik” söyləyib, qısaca “köhlən atlar”ın tarixi zəfəri barədə ağsaqqala məlumat verdi. Ağsaqqal isə buna qarşılıq olaraq “yanımda nəvəm, əlimdə yüküm olmasaydı, sizə qoşulardım. Mənim də adımdan futbolçularımızı təbrik edin” deyib, yaşına uyğun olmayan cəldliklə dayanacağa tərəf yollandı. Gənclər isə özlərinin dedikləri kimi qəhrəmanları qarşılaşmaq üçün hava limanının yolunu tutdular.
Çaş-baş düşən azarkeş, “Qarabağ”ı qarşılamağa gələn PFL prezidenti
“Qarabağ”ı gətirən təyyarənin əvvəlcədən hansı terminala eniş edəcəyi elan olunmadığından azarkeşlərin bəziləri kimi mən də öncə adi reyslərin qəbul olunduğu məkana üz tutdum. Hava limanının qapısından içəri keçmişdik ki, təhlükəsizlik xidmətinin əməkdaşları bizə yaxınlaşaraq, səhv gəldiyimizi, tarix yazan komandanı Bakıya gətirən hava gəmisinin biznes uçuşlar üçün nəzərdə tutulan terminala eniş edəcəyini bildirdilər. Bu üzdən yenidən geri qayıtmalı olduq və təxminən 10 dəqiqədən sonra Aviasiya Akademiyası ilə üzbəüz, qarşısına böyük izdihamın toplaşdığı məkana çatdıq. Təyyarənin eniş etməsinə xeyli vaxt qaldığından insan axını dayanmaq bilmirdi. Kimlər yox idi orda? Sıravi azarkeş, Qarabağ qaziləri, məktəbdə müəllim işləyən, xarici neft şirkətində çalışan, tələbə, təqaüdçü – bir sözlə, 7-dən 77-yə ürəyi “köhlən atlar”la döyünən hər kəs tarixi zəfərin memarlarını salamlamaq, bağrına basmaq istəyirdi. Bu arada PFL prezidenti Ramin Musayev və qurumun əməkdaşları da hadisə yerinə təşrif buyurdular. Son vaxtlar nədənsə qaşqabaqlı görünən Ramin bəyin kefi yerində idi. Gözləmə zalına girməmiş PFL prezidenti jurnalistlərə ayaqüstü açıqlama verməyi də unutmadı: “Bütün futbolsevərləri, Azərbaycan xalqını təbrik edirəm. “Qarabağ” tarixi uğura imza atdı. 23 avqust bizim üçün ağır bir gün sayılırdı. Amma bu dəfə unudulmaz oldu. Bu uğur tək “Qarabağ”ın deyil. Qələbədə hər bir futbolsevərin, jurnalistin də əməyi var. Bunu hamımız qazanmışıq. Növbəti ildən Çempionlar Liqasında reqlament dəyişəcək. Tam başqa formatda keçiriləcək. Yəqin ki, həmin vaxtda da uğura nail olarıq. Ancaq ona vaxt, daha böyük büdcə lazımdı. Qrup mərhələsində Bakıya hansı komandanın gələcəyi fərq etməyəcək. Artıq kimdənsə qorxmuruq. Əsas odu ki, artıq bu günü də yaşadıq. Bu, böyük bir sevincdi”.
Danimarka paytaxtından zəfərlə geri dönən “köhlən atlar”ı qarşılamağa gələnlər arasında veteran futbolçu, Qurban Qurbanovun qardaşı Musa Qurbanov da var idi. Fürsətdən istifadə edən qələm əhli onun da yaşananlarla bağlı fikrini öyrəndi: “Oyunboyu çox həyəcanlıydım. Demək olar ki, 90 dəqiqə, ümumiyyətlə, özümdə deyildim, yer tapa bilmirdim. Matçdan sonra da səhərə kimi yata bilməmişəm. Mən də azarkeşlər kimi bütün gecəni şəhərdə maşınla gəzib, sevinmişəm, bayram etmişəm. Qardaş kimi bütün oyunları izləyirəm. Çox çətin olur, özünü toparlaya bilmirsən, həyəcanlanırsan. Ümumiyyətlə, məşqçi işi çox çətindi. Ancaq belə qələbədən sonra düşünürsən ki, həyəcanlamağa dəyərmiş. Səhərə qədər sevincimi evdə uşaqlarla bölüşmüşəm, gedib Qurbanın oğlunu götürüb birgə şəhəri gəzmişik. Bilmirəm, bu sevincdi, yoxsa həyəcandı. Qurban "Barselona", mən isə “Real” azarkeşiyəm. Təbii ki, bu komandaların ikisi də eyni qrupa düşə bilməyəcək. Ancaq istərdim ki, heç olmasa, bunlardan biri “Qarabağ”la eyni qrupda yer alsın. Matçdan sonra Qurbana zəng vurdum. Hisslərimizi bölüşdük, təbrikləşdik, çox şeyləri xatırladıq, çox şeydən danışdıq, anamızı yada salaraq üzüldük bir az... Ancaq yaxşı ki, hər şey yaxşı qurtardı. Xalqımızı, bütün azarkeşləri bu böyük qələbə münasibətilə təbrik edirəm”.
Ciddi təhlükəsizlik tədbirləri və avtomobil karvanı
Qəhrəmanları gətirən təyyarə əvvəlcədən söylənildiyi kimi 7.50-də yox, bir qədər gec, daha dəqiqi, 8.25-də yerə endi. Əvvəlcə izdihamın qarşısına klubun vitse-prezidenti Tahir Gözəl çıxdı. “Qarabağ” tərəfdarını salamlayan Tahir bəy bir neçə fanatın istəyini nəzərə alaraq, xatirə şəkli çəkdirdikdən sonra ərazini tərk etdi. Bu arada onu da qeyd edək ki, qarşılanma tədbirinə həddən artıq polis və AZAL-ın təhlükəsizlik idarəsinin əməkdaşları cəlb olunmuşdu. Vitse-prezidentin ardınca artıq məşqçilər korpusu və futbolçular görünməyə başladı. Qurban Qurbanovu, Rəşad Sadıqovu, Qara Qarayevi və başqa futbolçuları böyük coşqu ilə qarşılayan azarkeşlər bir-birinin ardınca müxtəlif şüarlar səsləndirir, tarixi anları kameranın yaddaşına köçürməyə çalışırdılar. “Köhlən atlar”ın oyunçuları klubun avtobusu ilə yola çıxarkən isə azarkeşlərdən ibarət avtomobil karvanı onları yolboyu müşayiət etməklə yadda qaldı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar