26 iy 15:11reportaj

“Şerif” Bakıdan istədiyi nəticə ilə getdi

“Şerif” Bakıdan istədiyi nəticə ilə getdi
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyun
Qarabağ – Şerif (Moldova) 0:0

13. İbrahim Şehiç
25. Ansi Aqolli
52. Yakub Jezniçak
(32. Elvin Yunuszadə, 24)
55. Bədavi Hüseynov
5. Maksim Medvedev (k)
2. Qara Qarayev
20. Riçard Almeyda
17. Donald Qerrye
(44. Ağabala Ramazanov, 88)
8. Miçel
22. Əfran İsmayılov
(11. Mahir Mədətov, 62)
9. Dino Ndlovu
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
21. Arif Daşdəmirov
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

1. Zvonimir Mikuliç
6. Viktor Oliveyra
4. Raku Petr
90. Vyaçeslav Posmak
55. Mateo Suşiç (k)
18. Georgi Anton
15. Kristiano
30. Yosip Brezovets
(37. Vitali Bordian, 77)
39. Zidi Badibanqa
20. Siril Bayala
(99. Vitali Damaşkan, 90+4)
9. Stefan Muqoşa
(14. Bencamin Balima, 71)
Ehtiyat oyunçular
25. Sergey Jurik
3. İon Jardan
7. Jo Santos
32. Yevgeni Oança
Baş məşqçi: Roberto Bordin
Vərəqə: yoxdu.
Hakimlər: SERGEY TSİNKEVİÇ, Yevgeni Romanov, Vitali Malyutin, Viktor Şimusik (hamısı Belarus).
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan).
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan).
25 iyul. Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. 26000 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

17 (5) qapıya (“çərçivə”yə) zərbə 3 (1)
9 korner 1
1 ofsayd 3
14 qayda pozuntusu 5
0 vərəqə (qırmızı) 0

“Qarabağ” tarixinin ən önəmli qarşılaşmalarından birinə çıxırdı. “Köhlən atlar” ardıcıl 4-cü mövsüm ÇL-in pley-offuna yüksəlmək üçün döyüşəcəkdi. Əvvəlki 3 cəhdində bunu bacarmayan Qurbanovun yetirmələri sindromu qırmağa köklənmişdi. Odu ki, ağdamlılar “Şerif”lə ilk dueldən qələbə ilə ayrılmağı düşünürdü. Moldavanların da Bakıda asan təslim olmayacağı şübhə doğurmurdu. Bir sözlə, mərkəzi arenaya toplaşan, eləcə də ekranların qarşısına keçən azarkeşləri olduqca maraqlı mübarizə gözləyirdi.
Start fitindən dərhal sonra irəli atılan “Qarabağ” 2-ci dəqiqədəcə hesabı açmağa yaxın oldu. Qerryenin kornerdən asmasının ardınca Miçelin zərbəsindən sonra qapıçı qola imkan vermədi. Həmin epizod zamanı ağdamlılar rəqib müdafiəçinin əllə oynadığına görə penalti tələb etsə də, hakim davam işarəsi verdi. Hücumun davamında isə “Şerif”in qapıçısı əvvəlcə Jezniçakın başla vuruşunu zərərsizləşdirdi. Qayıdan topu Miçel bir daha qapıya ünvanlasa da, Mikuliç yenə meydan sahiblərinin sevinməsinə mane oldu. Bəlkə də o vuruşlardan hansısa qolla nəticələnsəydi, “köhlən atlar” asan qələbə qazanacaqdı. Hər halda, qapısında erkən qol vuran komandanın “sınması” tez-tez rast gəldiyimiz haldı. Lakin imkanlardan yararlana bilməməsi Qurbanovun yetirmələrinin əleyhinə işlədi. Bu həmləni qapısını toxunulmaz saxlamaqla dəf edən “sarı-qaralar” meydanın “Qarabağ”a aid hissəsinə “yükləndi”.Onların təzyiqi 5-ci dəqiqə bəhrə verə bilərdi. Həmin epizodda belaruslu hakim ağdamlıları bağışladı desək, yanılmarıq. “Sürüşmə” fəndini yerinə yetirmək istəyən Maksim rəqib hücumçunun ayağına “işlədi”. Ancaq Tsinkeviç tiraspolluların haqlı penaltisini vermədi. İlk dəqiqələrdə yaşanan bu vəziyyətlərin heç birinin qol gətirməməsi ilk hissənin ssenarisinə də böyük ölçüdə təsir etdi. Oyunun 9-cu dəqiqəsində isə Kristianonu uzaqdan zərbəsi yaddaqalan alınsa da, təhlükəli deyildi. Yeri gəlmişkən, oyunun əvvəlində zədələnən Jezniçak bir müddət kənarda tibbi yardım aldı. Ardınca iynə gücünə meydana dönən müdafiəçi oyunu davam etdirdi. Ancaq 24-cü dəqiqəyə kimi. Zədəsi oynamağa imkan vermədiyindən Jezniçak yerini Yunuszadəyə buraxdı… “Qarabağ”ın 30-cu dəqiqəyə təsadüf edən hücumunu Qerrye effektsiz zərbəylə tamamladı. Hissənin qalan dəqiqələrində isə “köhlən atlar” rəqibin qapısı qarşısında yaddaqalan qol vəziyyəti yarada bilmədi. “Şerif” özünə sərf etdiyi kimi tempi aşağı salır, müdafiədə inamlı oyunla meydan sahiblərinin “əl-qolunu bağlayırdı”. “Köhlən atlar”ın ifasında tez-tez yol verilən ötürmə səhvləri də öz yerində. Hətta ilk yarının son dəqiqələrində tiraspollular hesabı açmağa yaxın idi. Kornerdən ötürülən topu Petr akrobatik zərbə ilə qapıya göndərmək istəsə də, vuruşunda dəqiqlik çatmadı. Halbuki həmin an heç kim “4 nömrə”yə mane olmurdu.
İkinci hissənin əvvəlində də “Qarabağ” rəqibi həyəcanlandıran hücum təşkil etdi. Dino iki müdafiəçidən yayınıb “çərçivə”ni nişan aldı, ancaq top tirin üstündən keçdi. Bundan sonra bir müddət qapılar qarşısında ciddi təhlükənin şahidi olmadıq. Matçda sürət də xeyli aşağı düşmüşdü. Hadisələrin belə axarı daha çox “Şerif”ə sərf etdiyindən Qurbanov hərəkətə keçməyin vaxtı olduğunu əvəzetmə ilə göstərdi. Təbii, bu anda atılmayacaq hər hansı addım mərhələnin taleyinə də təsir edə bilərdi. Bu dəqiqəyə kimi cinah yarımmüdafiəçiləri üzərinə düşən işi lazımınca görmədiyindən Əfranın oyundan alınması gözlənilən idi. Onun yerinə meydana çıxan Mahirin ayağı komandasına düşərli ola bilərdi. Belə ki, 63-cü dəqiqədə Mədətovun da iştirak etdiyi hücumun davamında Aqolli qapı önünə asma etdi. Təəssüf ki, irəli şığıyan Donaldın başla zərbəsi təhlükəli olduğu qədər dəqiq olmadı. İnsaf naminə, Mahir oyuna qoşulandan sonra Qurbanovun komandası xeyli canlanmış, hücumların sayı və kəsəri artmışdı. 69-cu dəqiqədə isə diqqət mərkəzinə düşən Miçel idi. Riçarddan topu qəbul edən ispan yarımmüdafiəçi qüvvətli vuruşla qapını nişan alsa da, “mərmi” hədəfdən yan keçdi. Vaxt azaldıqca ÇL-in pley-offuna gedən yolun çətinləşdiyini anlayan “köhlən atlar” tam hücuma aludə olmuşdu. Bu rəqibə əks-hücum imkanları yaratsa da, Bordinin komandası final fitinədək belə fürsətləri dəyərləndirə bilmədi. Bu mənada xüsusən Bədavinin inamlı oyunu qonaqlar üçün ciddi sədd idi... 75-ci dəqiqədə Qerryenin qüvvətli zərbəsini Mikuliç əla reaksiya ilə zərərsizləşdirdi. Ardınca müdafiəçilər Dinonun da fərlənməsinə imkan vermədi. Elə həmin epizodun davamında kornerdən ötürülən topu Miçel yaxın məsafədən tora qovuşdura bilmədi. Tiraspollular isə bu dəqiqələrdə vaxtı “öldürməklə” məşğul idi. 82-ci dəqiqədə Donaldın cərimə zərbəsindən birbaşa qapıya ünvanladığı top toru üstən silkələdi. Əsas vaxtın son dəqiqəsində isə Ansi diqqətləri üzərinə çəkdi. Onun gözlənilməz vuruşu zamanı Mikuliç sayıəq davranıb, topu tirin üzərindən aşırdı. Buna qədər Qerryenin yerinə meydana çıxan Ağabalanın fəallığını da qeyd etməliyik. Bəlkə də bu əvəzetmə bir qədər tez edilsəydi, fərqli nəticə qeydə alınacaqdı. Son saniyələrdə isə komandasının ən yaxşılarından biri olan Bədavi “Qarabağ”a qələbə də qazandıra bilərdi. Ancaq hücuma qoşulan müdafiəçinin başla vuruşunda cüzi dəqiqlik çatmadı.
Beləliklə, “Qarabağ” işini çətinə salmış oldu. “Şerif” isə hədəfinə çatdı. Xatırladaq ki, qonaqların baş məşqçisi oyundan öncə Bakıda 0:0 hesablı heç-heçənin onlara sərf etdiyini söyləmişdi. Aydın məsələdi ki, Moldovada fərqli mübarizənin şahidi olacağıq. Bununla belə, ən azı evdə qol buraxmamaq “köhlən atlar” üçün müsbət haldı. İnanaq ki, ağdamlılar 4-cü cəhddə uğursuz sindromu qırıb ÇL-in pley-offuna adlayacaq. Xatırladaq ki, cavab görüşü avqustun 1-də “Şerif”in stadionunda keçiriləcək.

Reaksiyalar
Riçard Almeyda: “Əlimizdən gələni etsək də, bundan artığını bacarmadıq. Futboldu, belə hallar qaçılmazdı. Əsas odu, uduzmadıq, qapımızdan top buraxmadıq. Qarşıda bizi cavab görüşü gözləyir. Var gücümüzlə çalışıb, səfərdə istədiyimiz nəticəyə imza atmalıyıq. Hansı komanda daha çox mübarizə aparacaq, əzmkarlıq nümayiş etdirəcəksə, o da növbəti mərhələyə yüksələcək. “Şerif”in müdafiə futbolu oynaması bizi təəccübləndirmədi. Rəqibi təhlil etmişdik və bilirdik ki, iki sistemləri var. Bəzən 4, bəzən də 5 müdafiəçi ilə çıxış edirlər. Səfərdə 5 müdafiəçi ilə çıxış edəcəkləri məlum idi. Oyunumuzu da buna uyğun qurmuşduq. Sadəcə, qol vurmaq baxımından bəxtimiz gətirmədi. Öz oyunumu qiymətləndirməyim düzgün olmaz. Ən düzgün qiyməti siz verə bilərsiz”.
Qara Qarayev: “Qeyri-adi nəyinsə baş verdiyini düşünmürəm. Bu gün təxmin etdiyimiz rəqibi gördük qarşımızda. “Şerif” yaxşı müdafiə olunmağı bacaran komandadı. Bunu bir daha sübut etdilər. Qələbə qazanmağı çox istəyirdik. Evdə qol vurmalıydıq. Gördüyünüz kimi, xeyli qol imkanı yaratdıq. Sadəcə, ələ düşən imkanları dəyərləndirə bilmədik. “Şerif” 90 dəqiqə ərzində qapımız qarşısında yüzfaizlik qol fürsəti yarada bilmədi. Yalnız ilk hissədə uzaq məsafədən bir neçə zərbələri yadda qaldı. Meydanda lazım olan hər şeyi etdik. 1 qol vursaydıq, əla olardı. Sanki top qapıya daxil olmaq istəmirdi. O cür imkanların boşa verilməsinə hələ də inana bilmirəm. Rəşadın yeri bu gün yox, hər zaman görünür. İstər müdafiədəki çıxışı, istərsə də komanda yoldaşlarına verdiyi dəstəklə varlığını hiss etdirir. Təcrübəsi bizə çox kömək edir. Oyundan öncə çoxları bizi aşkar favorit saysa da, biz futbolçular “Şerif”in “asan yem” olmadığını bilirdik. Bu gün heç-heçə daha çox onlara sərf edir. Əllərimizi yana salmaq niyyətimiz yoxdu. Moldovaya yaxşı nəticə dalınca gedəcəyik”.
Maksim Medvedev: “Rəqib “Samtredia” deyildi. Daha təcrübəli və usta futbolçulardan qurulmuş komandaya qarşı oynadıq. Baş məşqçilərinin verdiyi tapşırıqları maksimum yerinə yetirməyə çalışırdılar. Bu hələ son deyil, ilk oyun idi. Rəqibi daha yaxından tanımaq imkanımız oldu. Səfərdə başqa taktiki gedişlə oynayacağımızı düşünürəm. Ümid edirəm ki, doğma azarkeşləri önündə hücum futbolu oynayacaqlar. Belədə bizim qol imkanlarımız olacaq. Rəqib bizə qarşı oyunu müdafiədən quranda istər-istəməz işimiz çətinləşir. Bu gün nə vaxt başımı qaldırırdımsa, qarşımda “Şerif”in iki futbolçusunu görürdüm. Çox qapanırdılar... Oyunun sonlarına yaxın Miçellə aramızda olan mübahisə adi futbol epizodu idi. Qol vura bilmirdik, istər-istəməz əsəblər gərilmişdi. Belədə hər ikimiz aqressiv idik. O məndən ötürmə gözləyirdi, mən də topu əlverişli mövqedə olan Donalda ötürdüm. Belədə mənə aqressiv formada etiraz etdi. Ona görə də aramızda kiçik mübahisə oldu. Yaşananlar meydanda qaldı. Baş məşqçi də heç nə demədi. Özü də futbolçu olub, bizi başa düşür. Əsas odu, düşmən deyilik”.
Ziri Badibanqa: “Qarabağ”ın hansı gücə sahib olduqlarını bilirdik. Son 3 ildə Avroliqanın qrup mərhələsində çıxış etmələri çox şeydən xəbər verir. Bakıya qələbə dalınca gəlmişdik. Amma qolsuz heç-heçə də pis nəticə deyil. Bu gün əla oyun sərgilədiyimizi düşünürəm. Bir az da çalışsaydıq, qol vura bilərdik. Uduzmamağımızın xüsusi səbəbi yoxdu. Sədəcə, oyun intizamına riayət etdik. Rəqib futbolçulara topla oynamaq imkanı vermədən, müdafiə xəttini təzyiq altında saxladıq. Belədə onlar böyük qüvvə ilə irəli atıla bilmədilər. Fikir verirdizsə, üç futbolçuları daim meydançanın özlərinə aid hissəsində olurdu. Bunun özü də böyük üstünlükdü. Bu nəticəyə görə qapıçımıza da “əhsən” deməliyəm. Cavab matçında 4, yoxsa 5 müdafiəçi ilə oynayacağımızı baş məşqçi müəyyənləşdirəcək. Çox güman, bugünkü sistemlə oynayacağıq. Müdafiədə etibarlı olmaq vacibdi. Bircə qalır qol vurmaq. Bunu da azarkeşlərimizin dəstəyi sayəsində bacaracağıq.... Stadiondakı ab-hava möhtəşəm idi. Azarkeşlər “Qarabağ”ı durmadan dəstəkləyirdi. Açığı, təəccüblənmədim. Çünki belə olacağını bilirdim. Uzun illər “Qarabağ”da oynamış Reynaldo ilə “Anderlext”də komanda yoldaşı olmuşuq. Bakıya gəlməmişdən öncə “feysbuk”da onunla danışdım. Və ilk vurğuladığı məqam əla stadion və onminlərlə azarkeş oldu. Amma “Qarabağ”ın sirləri haqda heç nə demədi” (gülür).
Mateo Suşiç: “Əlbəttə, nəticəyə görə üzümüz gülür. Amma 0:0-a baxıb arxayınlaşmaq olmaz. Hələ heç nə bitməyib. “Qarabağ” olduqca təhlükəli rəqibdi. Səfərdə oynamasına baxmayaraq, istədiyi nəticəni əldə etməyi bacarır. Statistik göstəricilərə baxanda, bunu görmək mümkündü. Ona görə də çox diqqətli olmalıyıq. Tiraspolda əsas məqsəd qol buraxmamaq olacaq. Ona görə də müdafiəyə xüsusi diqqət yetirəcəyik. Şanları 50-nin 50-yə dəyərləndirərdim. Mərhələni isə “Şerif”in adlayacağına ümid edirəm” (gülür).
HƏBİB, FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar