16 iy 16:35reportaj

“Zirə” ikinci yarıda çökdü

“Zirə” ikinci yarıda çökdü
Avropa Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
Astra (Rumıniya) – Zirə 3:1 (1:1)

23. Plamen İlyev
77. Aleksandru Stan (k)
21. Eriko
6. Florin Bejan
7. Kladiu Belu-İordake
24. Filip Mrzlyak
30. Aleksandru Dandya
(20. Robert Vılçanu, 63)
10. Aleksandru İonitse
4. Markinyos
17. Viorel Nikoare
(96. Silviu Balaure, 78)
92. Boqdan Kipirliu
(9. Antoni Le Tallek, 46)
Ehtiyat oyunçular
33. Yonut Boşneaq
25. Pyotr Polçşak
71. Andrey Pitian
95. Romario Moise
Baş məşqçi: Eduard Yordanesku

1. Anar Nəzirov (k)
7. Orxan Əliyev
(43. Riçard Qadze, 65)
13. Aleksandr Şemonayev
(24. Təmkin Xəlilzadə, 56)
23. Yovan Krneta
3. Jozef Bum
14. Qabriel Mate
6. Rəşad Sadiqov
(11. Viktor İbokoyi, 77)
8. Milan Duriç
4. Vüqar Mustafayev
9. David Manqa
10. Kerven Belfort
Ehtiyat oyunçular
85. Kamal Bayramov
5. Adil Nağıyev
39. Sadiq Quliyev
99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov
Qollar: A.İonitse, 31 (1:0). R.Sadiqov, 34 (1:1). A.Dandya, 55 (2:1). A.Le Tallek, 74 (3:1).
Vərəqələr: A.İonitse, 36. A.Şemonayev, 53. J.Bum, 63 – sarı.
Hakimlər: SERGEY SİNKEVİÇ, Vitali Malyutin, Yevgeni Romanov, Viktor Şimusik (hamısı Belarus).
Hakim-inspektor: Yiri Ulrix (Çexiya).
UEFA nümayəndəsi: İvan Borisov Lekov (Bolqarıstan).
13 iyul. Curcu. “Marin Anastasoviç” stadionu. 2000 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

16 (7) qapıya (“çərçivə”yə) zərbə 7 (4)
4 korner 3
0 ofsayd 4
11 qayda pozuntusu 20
1 vərəqə (qırmızı) 2

Matçdan bir gün öncə keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yordanesku ilk oyunun favoriti olduqlarını söyləməklə meydana yalnız qələbə üçün çıxacaqlarını açıq şəkildə büruzə vermişdi. Bəlkə də həmkarının belə inamlı danışması Ayxan Abbasovu bir qədər qorxutmuşdu. Və bu üzdən gənc mütəxəssis Qadze və Təmkin kimi hücumamaeyilli futbolçuları ehtiyatda saxlamışdı. Halbuki hər iki oyunçu təsnifat mərhələsinin ilk mərhələsində keçirilən “Differdanj”la matçlarda özlərini yaxşı tərəfdən göstərməyi bacarmışdılar. Adını qeyd etdiyimiz ikilinin start “11-liy”indən kənarda qalması nə qədər təəccüblü görünsə də, xeyli vaxtdı əsas heyətdə yerini itirən Şemonayevin, Lüksemburq təmsilçisi ilə qarşılaşmalarda meydanda ən zəiflərdən olan Orxanın “Marin Anastasoviç”də ilk dəqiqələrdən meydana çıxması da bir o qədər gözlənilməz idi.
8 min tamaşaçı tutumuna malik arenanın əksər oturacaqlarının boş qaldığı matçın ilk dəiqələri çox sönük keçdi. İstər meydan sahibləri, istərsə də qonaqlar sanki irəli getməkdən çəkinir, daha çox topa sahib olmağa çalışırdılar. Müəyyən ərazi üstünlüyünə yiyələnən “Astra” zaman-zaman Anarın qoruduğu qapıya doğru həmlələr etsə də, bu hücmlar çox kəsərsiz alınırdı. Aşağı tempdə keçən ilk 10 dəqiqədən sonra meydan sahibləri tədricən təzyiqi artırmağa başladılar. Məhz bunun nəticəsi olaraq, 13-cü dəqiqədə oyunda ilk təhlükəli vəziyyət yarandı. “Qartallar”ın müdafiəçilərinin ani diqqətsizliyindən sonra zərbə mövqeyinə çıxan Boqdan qapını nişan alsa da, zərbəsi qeyri-dəqiq alındı. Top cüzi fərqlə qapının üstündən keçdi. Bu hücumdan sonra tərəflər müəyyən qədər “atəşkəs”ə riayət etsələr də, bu o qədər də çox çəkmədi. 22-ci dəqiqədə meydan sahibləri növbəti dəfə Anarı həyəcanlandırmağı bacardılar. Eriko təxminən 30 metrdən bəxtini sınamağa qərar verdi ki, Nəzirov çətinliklə də olsa, topu kornerə çıxarmağı bacardı. Standart vəziyyətdən cərimə meydançasına asma zamanı isə “Zirə”nin qolkiperi inanılmaz reaksiya ilə yenə Erikonun fərqlənməsinə imkan vermədi. Qolkiper “21 nömrə”nin yaxın məsafədən başla zərbəsini qapı xəttindən çıxardı. 27-ci dəqiqədə isə dirək Abbasovun komandasını qoldan xilas etdi. Belu-İordake adını tabloya yazdıra bilərdi. Ümumiyyətlə, 20-30-cu dəqiqələrdə Yordaneskunun komandası “qartallar”a göz açmağa imkan vermir, ard-arda kəskin hücumlar qururdular. Meydanın mərkəzini keçməkdə çətinlik çəkən təmsilçimizin gec-tez bunun acısını çəkəcəyi hiss olunurdu. Və 31-ci dəqiqədə meydan sahibləri istəklərinə çatdılar. Nikoarenin qapı önünə asmasını Nəzirov yumruqları ilə geri qaytarsa da, top cərimə meydançasının xətti yaxınlığında Sadiqovun nəzarətsiz qoyduğu İonitsenin qarşısına düşdü. O isə bu fürsətdən maksimum yararlanaraq çox da güclü olmayan zərbə ilə topu tora qovuşdurdu. Ancaq meydan sahiblərinin sevinci çox da uzun çəkmədi. Cəmi 3 dəqiqə sonra ilk qolda səhvə yol verən Rəşad uzaqdan qüvvətli zərbə ilə “mərmi”ni uzaq küncə sancdı. Qonaqların ”tatus-kvo”nu bərpa etməsində Belfortun da xidməti olduğunu qeyd etmək lazımdı. Məhz qaradərili forvard rəqib müdafiəçilərlə “ikinci mərtəbə”də mübarizəni udduqdan sonra Rəşadı zərbə mövqeyinə çıxardı. İlk hissənin son dəqiqələrində isə hər iki komandanın fərqlənmək üçün imkanı olsa da, nə Boqdan, nə də Manqa şanslardan yararlana bildi. Rumın forvard təxminən 5 metrdən boş qapıya düşə bilmədisə, “Zirə”nin yarımmüdafiəçisinin zərbəsini İlyev kornerə çıxardı.
Fasilədən sonra meydan sahibləri daha yaxşı təsir bağışladı. Artıq 52-ci dəqiqədə meydana yenicə daxil olan Le Tallekin yaxın məsafədən başla zərbəsinə Nəzirov inanılmaz reaksiya göstərərək hesab arasında fərqin artmasına imkan vermədi. Lakin hücumları davam etdirən rumınlar çox keçmədən ikinci dəfə “qartallar”ı meydanın mərkəzinə dəvət etdi. 55-ci dəqiqədə Dandya mərkəz müdafiəçilərin səhvindən sonra başla topu tora qovuşdurdu. Hesabda geri düşdükdən sonra Abbasov əvəzetmələrə əl atmağı lazım bildi. 56-cı dəqiqə Təmkin, 9 dəqiqə sonra isə Qadze meydana çıxdı. Ancaq onların oyuna qoşulması da “Zirə”nin yarasına məlhəm olmadı. Əvəzində 74-cü dəqiqədə meydan sahibləri 3-cü qolu Nəzirovun qapısından keçirdi. Qalan dəqiqələrdə qəsəbə təmsilçisi fərqlənmək üçün çox çalışsa da, Yordaneskunun komandası buna imkan vermədi.
RƏŞAD

Reaksiya
Ayxan Abbasov: “Futbolçularımın meydanda göstərdiyi əzmkarlıq məni qane etdi. Ancaq belə hesabla uduzduğumuza görə məyusam. İlk hissə bizi qane edəcək ssenariyə uyğun alındı. Komanda lazım olan səfər qolunu da vurmağ; bacarmışdı. Təəssüf ki, ikinci yarıda müdafiədə yol verdiyimiz ani diqqərsizlikdən sonra qapımızıda iki top gördük. Bizim komandaya da bu yay yeni futbolçular qoşulub və onların kollektivə uyğunlaşması üçün zamana ehtiyac var. İnanıram ki, cavab qarşılaşmasında daha yaxşı oyun sərgiləcəyik”.

Gözdən qaçmadı
• “Zirə”nin start heyətində yer alan Belfortun meydana qara sarğı ilə çıxması diqqətimizdən yayınmadı
• Komandasının bərabərlik qolunu çılğınlıqla qeyd edən “Zirə”nin baş məşqçisi Ayxan Abbasov imkan tapıb yan xətt boyunca qaçmaqla yadda qaldı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar