20 in 00:09reportaj

Fuad Musayev atasının yanında dəfn olunmağı vəsiyyət edibmiş…

Fuad Musayev atasının yanında dəfn olunmağı vəsiyyət edibmiş…
Ayaz Mütəllibov: “O, vətənpərvər insan kimi Azərbaycanı həmişə müdafiə edib”

Ey həyat, ölümə minnətdar ol, səni ona görə sevirəm. Bu sözlər mənə yox, fransız riyaziyyatçısı Blez Paskala məxsusdu. Həqiqətən də, ölüm olmasa, heç kim həyatın qədrini bilməz. Amma ölümə hamı üzülür. Çünki ölüm insanlar üçün itkidi. Ötən cümə futbol ictimaiyyəti də böyük itki ilə üzləşdi. Fuad Musayev - AFFA-nın birinci prezidenti gözlərini dünyaya birdəfəlik yumdu. Musayev hər kəsin yaddaşında qalacaq insan idi. Bəzilərinin yaddaşında pis, bəzilərinin isə yaxşı. Dünən mərhumla vida mərasimi keçirildi. “Futbol+” adından “Təzəpir” məscidində baş tutan mərasimdə bəndəniz də iştirak etdi.
Saat 12.00-da başlayan və iki saat davam edən mərasim zamanı “Təzəpir” məscidinin önündə iynə atsan, yerə düşməzdi. Fuad bəylə ünsiyyətdə olmuş hər kəs orda idi desək, yanılmarıq. Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibodan tutmuş, Milli Məclisin deputatları Arif Rəhimzadə, Vahid Əhmədov, Səbail rayon icra başçısı Eldar Əzizov, AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev, "Neftçi"nin Müşahidə Şurasının sabiq üzvü Bəhram Bağırzadə, futbol veteranları, 1990-cı illərdə partiya və dövlət orqanlarında təmsil olunmuş bir çox şəxs, ictimaiyyət nümayəndələri və təbii ki, yaxınları və doğmaları. Vida mərasimində maraq doğuran digər məqam bəzi insanların orda olmaması idi. İlk növbədə AFFA prezidenti Rövnəq Abdullayevin gəlməməsi hamının diqqətini çəkdi. Həmçinin İsgəndər Cavadov da gözə dəymədi. Halbuki qardaşı Fizuli bəq və qardaşıoğlu Vaqif mərasimə qatılmışdı. Üstəlik, mərasim medianın da diqqət mərkəzində deyildi. İctimai-siyasi qəzet və saytlardan bir nəfər də həmkarımız mərasimə qatılmamışdı. İdman yazarlarının sayı isə 7 idi.
Təbii ki, mərasimdə hər kəs məyus idi, gözlərində kədər gizlədirdi. Ən çox məyus olan isə Fuad Musayevin oğlu Tofiq idi desək, yanılmarıq. Mərasim iştirakçıları üzüntü içində Musayevlə bağlı xatirələrini danışır, əksəriyyət onun yaxı insan kimi yadda qaldığını vurğulayırdı. Saat 13.40-da “Təzəpir” məscidində Fuad Musayevin cənazə namazı qılındı. Ardınca isə o, Yasamal qəbiristanlğına aparıldı. Maraqlıdı ki, Fuad bəy Fəxri Xiyabanda yox, “Qurd qapısı” qəbiristanlığında, atası Ənvər Musayevin yanında dəfn olundu. Ailə üzvlərindən aldığımız məlumata görə, özü bununla bağlı vəsiyyət edibmiş. Cənazə torpağa tapşırılandan sonra mərhumun qəbri üzərinə güllər, əklillər düzüldü. Əklil gətirən qurumlar arasında AFFA və Azərbaycan Voleybol Federasiyası da var idi.
Dəfn mərasimindən sonra heç kim mikrofon önünə çıxmağa cürət etməsə də, dövlətimizin ilk başçısı, Fuad bəyin uşaqlıq dostu Ayaz Mütəllibov bunları söylədi: “Fuad Musayevi ötən əsrin 40-cı illərindən tanıyıram. Lap uşaqlıqdan. Bir yerdə böyümüşük. Musayevlə bağlı çoxlu xoş xatirələrim var. O, vətənpərvər insan kimi Azərbaycanı həmişə müdafiə edib. Yaxın dost olmuşuq. Onunla yaxın olmaq, dostluq etmək şəxsən mənim üçün böyük şərəf idi. Biz 1949-cu ildən – uşaqlıqdan tanış idik. Burda (əli ilə məzarını göstərir) onun valideynləri dəfn olunub. Özü də onların yanında torpağa tapşırıldı. Allah ona rəhmət eləsin”.
Qeyd edək ki, Fuad Musayev 1938-ci il yanvarın 11-də Bakıda anadan olub. Atası Şuşadan, anası Gəncədəndi. 6 saylı rus məktəbini qurtarıb, inşaat fakültəsində oxuyub. 12 yaşından idmanla məşğul olub. 1952-ci ildən futbol və voleybol oynamağa başlayıb. 1977-də Dövlət Planlaşdırma Komitəsində sədrin 1-ci müavini təyin olunub. Elə həmin il də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ə kimi deputat mandatını daşıyıb. Fuad Musayev 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katibi vəzifələrində çalışıb. O, 1983-cü ildən 1988-ə kimi Bakı şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsində fəaliyyət göstərib. 1990-cı ildə Mərkəzi Komitənin iqtisadiyyat, tikinti və təsərrüfat üzrə katibi olub. Ölkəmiz müstəqillik əldə edəndən sonra - 1992-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını yaradanlaran biri olub, ilk prezidenti seçilib, 2003-cü ilə kimi quruma rəhbərlik edib.
Fuad Musayev iyunun 16-da uzun sürən xəstəlikdən sonra Moskvada böyrək çatışmazlığından vəfat edib. Səhhəti ilə əlaqədar Estoniyada müalicə alırdı. Müalicəsini başa vuran keçmiş AFFA prezidenti Moskvaya gedərkən vəziyyəti qəfildən pisləşib, xəstəxanada vəfat edib. 1 oğlu, 1 qızı, 4 nəvəsi var. Oğlu Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidi.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar