23 dek 16:54reportaj

“Kəpəz”in sürprizə gücü çatmadı

“Kəpəz”in sürprizə gücü çatmadı
Kəpəz (Gəncə) – İnter (Bakı) 0:0
Kəpəz: 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov (k), 23. Tural Nərimanov, 36. Renan (17. Nicat Qurbanov, 85), 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov (9. Tural Qürbətov, 77), 77. Serjinyo, 19. Orxan Əliyev, 80. Tural Rzayev (10. Dario Federiko, 46) 90. Jülyen Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 7. Vüqar Bəybalayev, 18. Tural Axundov, 16. Emin Zamanov.
Baş məşqçi: Şahin Diniyev.
İnter: 1. Səlahət Ağayev (k), 4. Slavik Alxasov, 33. Tərlan Quliyev, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 22. İlkin Qırtımov, 15. Ruslan Abışov, 24. Fuad Bayramov, 55. Ağabala Ramazanov (27. Adrian Skarlatake, 84), Samir Zərgərov (2. Sertan Taşkın, 88), 11. Rauf Əliyev (9. Pərdis Fərcad-Azad, 84).
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 10. Elnur Abdullayev, 17. Abbas Hüseynov, 19. Mirhüseyn Seyidov.
Baş məşqçi: Zaur Svanadze.
Vərəqələr: N.Məmmədov, 24. F.Bayramov, 36. S.Zərgərov, 59. O.Əliyev, 66. T.Axundov, 75. Renan, 88. P.Fərcad-Azad, 88 – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov, Əliyar Ağayev, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Abbas Hüseynov (Bakı).
21 dekabr. Gəncə. Şəhər stadionu. 5500 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Hakimin oyunun başladığını bildirən fiti səslənən kimi gəncəlilər irəli atıldı. Təbii ki, mümkün erkən qol onların işinə yarayacaqdı. “İnter” isə əksər Gəncə səfərlərdində olduğu kimi, müdafiəyə çəkilib öz vaxtını gözləməyə başladı. Onu da deyək ki, həm meydan sahiblərinin, həm də qonaqların heyətində ciddi dəyişikliklər var idi. Bu mənada Gəncə klubunda kapitan Tural Axundov, son oyunlarda orta xəttin aparıcı fiqurlarından birinə çevrilən Vüqar Bəybalayev və yerli publikanın sevimlisi Dario Federiko ehtiyatda qalmışdı. “İnter”də isə əsas kapitan Nizami Hacıyevin adı “18-lik”də belə yox idi.
Son günlər Gəncədə havanın günəşli keçməsinə baxmayaraq, meydançanın vəziyyəti heç də yaxşı deyildi. Və bu amil yaradıcı futbola daha çox həvəs göstərən gəncəlilərin işinə əngəl yaratmışdı. Bu səbəbdən də “Kəpəz”kombinasiyalı hücumlar qurmaqda çətinlik çəkirdi. İrəlidə Ebahı topla təmin etmək müşkül məsələyə çevrilmişdi. Bununla belə, kamerunlu ilk yarıda hesabı aça bilərdi. Amma onun cərimə meydançasının daxilindən möhtəşəm zərbəsinə rəqib qolkiper inanılmaz reaksiya göstərdi. Fasilədən sonra Şahin Diniyev azarkeşlərin də israrı ilə Darionu meydana buraxdı və braziliyalı fintlərlə azarkeşləri ayağa qaldırdı. Onun da iştirakçısı olduğu hücumların birində qonaqlar az qala məyus olacaqdı. Amma hücumdan irəli atılan Tural Nərimanovun zərbəsindən sonra Səlahət Ağayevin də müdaxiləsiylə top dirəyə dəydi.
“İnter”in oyun ərzində ən çox diqqəti çəkən hücumu Rauf Əliyevlə bağlı oldu. Məhz onun zərbəsindən sonra top dirəyə tuş gəldi. Rauf oyunboyu komandasının heyətində ən fəallardan biri idi.

Gözdən qaçmadı
• “İnter”in yeni prezidenti Azər Əliyevlə yanaşı, köhnə rəhbəri Rəşad Qasımov da Gəncədə idi. Qasımov oyunu VİP-lojadan yox, sadə azarkeşlərin arasından - boynunda “İnter”in şərfi ilə izləyirdi. Nizami Hacıyev də onun yanındaydı.
• Vaxtilə “Kəpəz”də oynamış Samir Zərgərov yerli azarkeşlərin diqqət mərkəzindəydi. O əvəzlənərkən fanatlar tərəfindən alqışlandı da.
• Oyundan öncə bir qrup azarkeşə “Kəpəz”in Türkiyədən yeni gətirilmiş şərfləri paylanıldı. Bu işi fanklublarla iş üzrə əlaqələndirici Elmar Əliyev həyata keçirdi.
Belə dedilər...
Şahin Diniyev : “Gözlədiyimiz kimi, yəni gərgin oyun oldu. Meydanda bir komanda vardı, o da “Kəpəz” idi. Hücumlar təşkil edirdik, amma meydanın vəziyyətinin ideal olmaması yaradıcı futbol göstərməkdə problemlər yaradırdı. Futbolçulardan, komandamdan razıyam. Son matçlarda futbol adına heç kimə uduzmuruq. Bugünkü qarşılaşmada bir qol lazım idi ki, davamı gəlsin. “İnter”i təbrik edirəm. Heç bir komponentdə onlardan geri qalmadıq. Kubokda mübarizəni dayandırmağımız bəlkə də çempionata köklənmək üçün yaxşı oldu. Avropa Liqasına vəsiqə verən yer uğrunda premier-liqada mübarizəmizi davam etdirəcəyik”.
Zaur Svanadze: “Gördüyünüz kimi, meydan faciəvi durumda idi. Buna rəğmən, oyunu normal keçirdik. Rəqib, demək olar ki, real qol vəziyyəti yarada bilmədi. Bir dəfə dirəyi nişan aldılar, vəssalam. Belə meydanda oyun göstərmək mümkün deyildi. Odu ki, futbolçularıma xarakter göstərdiklərinə və yarımfinala çıxdıqlarına görə təşəkkür etdim. Çempionatın ilk yarısını ümumilikdə qənaətbəxş sayıram. Dincələcək və ikinci dövrənin hazırlığına başlayacağıq. Sonda çoxlu müdafiəçi ilə oynamağımıza gəlincə, sadəcə, bu gün uduzmaq istəmirdik. Razılaşın ki, belə meydanda sürətli hücum qurmaq, qol vurmağa çalışmaq çox çətin idi”.
MƏMMƏD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27 Bütün xəbərlər
Ən çox oxunanlar