19 dek 20:15reportaj

“Neftçi”dən AZAL-a ilk qələbə hədiyyəsi

“Neftçi”dən AZAL-a ilk qələbə hədiyyəsi
54 Neftçi (Bakı) - AZAL (Bakı) 0:1 (0:0)
33. Boban Baykoviç - 4,5
27. Məqsəd İsayev - 3,5
3. Filyo - 4,5
4. Rahil Məmmədov - 4,0
95. Elvin Bədəlov - 4,0
20. Eltun Yaqublu - 3,5
13. Murad Ağayev - 4,0
(10. Cavid İmamverdiyev, 46) - 4,0
17. Rəhman Hacıyev (k) - 5,0
19. Fəhmin Muradbəyli - 4,5
80. Edson Kastilya - 4,5
90. Jonas Pesalli - 4,5
Ehtiyat oyunçular
53. Maksim Vaylo
23. Tərzin Cahangirov
5. Anton Krivotsyuk
22. Mahir Şükürov
49. İbrahim Əliyev
26. Kamal Qurbanov
Baş məşqçi: Elxan Abdullayev
Komandanın ən yaxşısı: Rəhman Hacıyev

23. Aqil Məmmədov - 5,5
5. Kamil Hüseynov - 5,0
3. Tural Hümbətov - 5,5
24. Emin Cəfərquliyev (k) - 5,5
18. Ruslan Əmircanov - 5,5
14. İlqar Ələkbərov - 5,5
27. Eltun Hüseynov - 5,0
17. Rəşad Abdullayev - 5,5
7. Kamal Mirzəyev - 5,0
(19. Elnur Süleymanov, 73) - 5,5
88. Mirzağa Hüseynpur - 5,0
(10. Nuqzar Kvirtiya, 46) - 5,5
21. David Canelidze - 6,0
(9. Röyal Nəcəfov, 88) - qiymətsiz
Ehtiyat oyunçular
90. Hossein Kamelqolamitussi
2. Elşad Manafov
4. Qvanzav Maqomedov
16. Aşkan Feyzi
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: David Canelidze
Qol: D.Canelidze, 80 (E.Süleymanov).
Vərəqələr: Filyo, 63 (qeyri-idman hərəkəti). İ.Ələkbərov, 67 (rəqibi tutmaq). E.Süleymanov, 82 (fitdən sonra zərbə vurmaq). R.Əmircanov, 88 (rəqibi tutmaq) – sarı.
Hakimlər: RAUF CABBAROV, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev, Elvin Əsgərov, Ramil Əhmədov (hamısı Bakı).
AFFA nümayəndəsi: Rauf Əmirov (Qax).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
17 dekabr. Mərdəkan. Dalğa Arena. 150 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

AZAL-la “Neftçi”nin duelləri həmişə intriqalı keçib. Bu, Əsgər Abdullayevli “Olimpik”in Qurban Qurbanovlu flaqmanı çempionluqdan məhrum etdiyi dövrdə də belə olub, bu gün də belədi. Tərlan Əhmədovun “Neftçi”yə qarşı prinsipim var, bizə “küçə komandası” dediklərinə görə hər dəfə qisas almağa çalışıram” açıqlamasını da yada salsaq, rənglər bir qədər də tündləşir. Elxan Abdullayevin vaxtilə AZAL-ı, Tərlan Əhmədovun isə “Neftçi”ni çalışdırması da maraqlı faktdı. Budəfəki görüşü prinsipiallaşdıran daha bir məqam komandaların turnir mövqeyi ilə bağlıdı. Belə ki, Mərdəkanda çempionatın autsayderləri görüşürdü. Cari mövsüm heç-heçə etməyən “Neftçi” iki, AZAL isə 17 oyunluq qələbə həsrətini bitirməyə çalışırdı.
Elə ilk dəqiqələrdən hiss olundu ki, müdafiəyə 5 futbolçu yerləşdirən Elxan Abdullayevin əks-hücum taktikası işə yaramayacaq. Çünki AZAL da eyni tərzdə mübarizəyə köklənmişdi. Bununla belə, hər iki komandanın fərqlənmək üçün bir neçə qol imkanı oldu. Matçda ilk real şansdan “Neftçi” yararlana bilmədi. 23-cü dəqiqədə Rəhmanın sol cinahdan qapı önünə ötürməsinə Fəhmindən öncə Aqil toxundu. Ancaq top Kastilyanın önünə düşdü. Di gəl ki, İlqar son anda özünü zərbənin qarşısına atıb təhlükəni önlədi. Bir qədər sonra AZAL nominal meydan sahiblərini həyəcanlandırdı. Rəşadın cinah asması zamanı Canelidze səliqəsiz davranmasaydı, 5-6 metrdən fərqlənə bilərdi. 30-cu dəqiqədə “Neftçi” azarkeşləri “qol” qışqırsalar da, Fəhmin onların arzusunu puç etdi. Pesallinin ideal ötürməsindən sonra qapıçıyla təkbətək çıxan yarımmüdafiəçi Aqili də keçdi və topu boş qapıya göndərmək istəyərkən, inanılmaz şəkildə müvazinətini itirdi. Toparlanıb həmləsini ikinci cəhddə zərbə ilə tamamlasa da, özünü yetirən Cəfərquliyev topu qapı xəttinin üstündən geri qaytardı.
İkinci hissədə isə AZAL daha inamlı müdafiə olunmaqla yanaşı, kəsərli hücumlar təşkil edirdi. Düzdü, fasilədən sonra ardıcıl ilk dəfə AZAL-ın qapısı qarşısında təhlükə yaşandı. Əvvəlcə 50-ci dəqiqədə Rəhmanın gözəl zərbəsindən sonra qapıçı “9-luğ”a gedən topu çətinliklə də olsa, çıxara bildi. Yeddi dəqiqə sonra Rəhmanın növbəti dəfə bəxti gətirmədi. Bu dəfə onun zərbəsindən sonra top dirəkdən azca aralı keçdi. Son anda uzanaraq topa toxunmağa çalışan Pesallinin cəhdi də alınmadı.
70-ci dəqiqədə Filyonun ötürməsindən sonra Pessallinin hesabı açması üçün cüzi dəqiqlik çatmadı. AZAL-ın cavabı da kəsərli alındı. Canelidzenin hiyləgər ötürməsindən sonra qapıçıyla təkbətək qalan Eltun Hüseynov topu Baykoviçin başı üzərindən tora atmaq istəsə də, serbiyalı inamlı oynadı. Tərlan Əhmədovun növbəti əvəzetməsi oyunun şəklini tam dəyişdi. Elnur Süleymanovun meydana çıxmasıyla AZAL mərkəzdə daha çox pressinq tətbiq etməyə, nəticədə rəqib tez-tez top itkilərinə yol verməyə başladı. Nəhayət, sona 10 dəqiqə qalmış “təyyarəçilər” “ağ-qaralar”ı şoka salan qolu vura bildi. Əks-hücum zamanı məhz Süleymanovun cinah ötürməsindən sonra Canelidze bir hərəkətlə Məqsəddən yayınıb qarşısıalınmaz zərbə ilə hesabı açdı. Qalan 10-13 dəqiqə ərzində hücumlar təşkil edib məğlubiyyətdən xilas olmağa can atan “Neftçi”nin cəhdləri yetərsiz qaldı və beləliklə, AZAL cari mövsümdə ilk qələbəsinə sevindi. Artıq flaqmanı “zirzəmi”dən, həm də birinci diviziona düşmək baxımından nərdivanın sonuncu pilləsindən 1 xal ayırır. 80 illik yubileyə bundan gözəl “hədiyyə”?!
MİRAĞA

Gözdən qaçmadı
* Hələ “dünyanın düz vaxtında” “Dalğa Arena” azarkeş sarıdan korluq çəkir. Komandaların turnir mövqeyi, hava şəraiti və yol uzaqlığına görə oyunu izləyənlərin sayı barmaqla sayılacaq qədər idi. "Dalğa Arena"da tamaşaçı sayı 50-yə belə çatmırdı. Bununla belə, "Neftçi" azarkeşləri həmişəki kimi fəal idi. Hətta tərəfdarlardan 4-5-i qurşaqdan yuxarı soyunmaqla “havaya meydan oxuyurdu”.
* Azarkeşlər dekabrın 15-də dənizdə baş verən faciə qurbanlarını "Neftçilər ölməsin, Xəzər morqa dönməsin" şüarıyla yad etdi.
* Meydan sahibinin azarkeşləri rəqibin qapıçısı, "Neftçi"nin kapitanı olmuş Aqil Məmmədova da dəstək nümayiş etdirdi. Aqil isə əlini ürəyinin üstünə qoyub tərəfdarlara minnətdarlığını çatdırdı.
* Oyunun protokolunda hakim-inspektor Əhmədağa Cabbarov göstərilmişdi. Təbii ki, belədə onun baş hakimə, qardaşı oğlu Raufa verəcəyi qiymətin obyektivliyi şübhə altına düşəcəkdi. Ancaq dəqiqləşdirdikdə məlum oldu ki, təyinat son anda dəyişdirilib.

Reaksiyalar
Elxan Abdullayev: “Rəqibi ilk qələbə münasibətilə təbrik edirəm. O ki qaldı oyunumuza, birinci hissəni yaxşı keçirdik. Fərqlənmək üçün bir neçə imkanımız oldu. Futbolda qaydadı, vurmayan komandaya qol vururlar. Yayda komandaya cəlb edilmiş Edson Kastilyanın “Neftçi” ilə 2 illik müqaviləsi var. Üstəlik, 21 yaşı var. Pis futbolçu deyil, “qab”ında nəsə var. Onunla bağlı qərar verməmişəm. Tərlan Əhmədovun “Neftçi”yə qarşı xüsusi hazırlaşıb-hazırlaşmadığını deyə bilmərəm. Mən oyun ərzində ona baxmırdım axı. Bu sualı Tərlan müəllimə versəz, yaxşı olar. AZAL-dakı futbolçular məndə olsaydı, “Neftçi”yə qalib gələ bilərdim? Bir oyunla nəsə demək olmur axı. Kubokda biz “Zirə”yə qalib gəldik. Bu o demək deyil ki, biz onlardan güclüyük. Əksinə, “Zirə”dən qat-qat zəifik. Hər şeyi büdcə həll etmir. Qarşıdan qış toplanışı gəlir. Ciddi hazırlaşacağıq ki, itirdiklərimizi mövsümün ikinci hissəsində qaytaraq. Yanvarın 4-dən 21-nə qədər Antalyada olacağıq. Orda 5 oyun keçirəcəyik. İlk görüşümüz ayın 8-də “Sivasspor”a qarşı olacaq. Sonrakı oyunları 12, 16 və 19 yanvara planlaşdırmışıq. Yanvarın 19-da iki oyun keçirmək istəyirik”.
Tərlan Əhmədov: “Son pillələrdə qərarlaşan iki komandanın görüşü idi. Bizim üçün derbi sayılırdı. Bu gün 3 xal bizə çox lazım idi. Komandamın son oyunlardakı mübarizəsindən razıyam. Sadəcə, qələbə çatışmırdı. Bütün futbolçulara təşəkkür edirəm. “Qəbələ” ilə oyunda zədəlilərimiz var idi. Bu matçda isə bir-ikisi istisna olmaqla, qalanları meydanda idi. Futbolçularıma demişdim ki, heç olmasa, qış fasiləsinə yüksək əhval-ruhiyyədə gedək. Düzdü, hələ də çatışmayan cəhətlərimiz var. Amma qələbə qələbədi. İli qalibiyyətlə başa vurduğumuz üçün şadam. Bu büdcə ilə “xalq komandası”na qalib gəlmişiksə, deməli, bizi qarşıda daha yaxşı oyunlar gözləyir. Kənardan oyunu təhlil etmək asandı. Pelenin bir müsahibəsi yadımdadı. Ondan futbolla dama arasındakı fərqi soruşurlar. Deyir ki, futbolu hamı dərk edir, amma çoxu oynaya bilmir. Damanı isə hamı oynayır, amma hər kəs dərk etmir. Mən jurnalist olsaydım, bəlkə də baş məşqçiləri daha çox tənqid edərdim. Komandam noyabrın ortasından əzmkar oyun göstərməyə başladı. Dekabrın əvvəlindən tam formaya düşəcəyimizi gözləyirdim, amma bu bir neçə gün gec baş verdi. Qış fasiləsində heyətdə dəyişiklik edəcəyik. Amma çox böyük dəyişikliklər etmək fikrində deyilik. Çalışacağıq ki, büdcəmizə uyğun, lakin səviyyə və təcrübə baxımından bizə kömək edə biləcək oyunçular gətirək. Büdcə 150 mindisə, heç yerə gedəsi deyilik. Yəni son iki ildə olduğu kimi Şüvəlanda hazırlaşacağıq. Yanvarın 5-dən hazırlığa start verəcəyik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:52 İslamiada xəbərləri Dünən, 17:51 Şəhriyar liderliyini davam etdirir Dünən, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı Dünən, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib Dünən, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq Dünən, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi Dünən, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? Dünən, 15:59 İlk oyunda məğlubiyyət Dünən, 15:58 Mövsümün ən az qol vurulan turu Dünən, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə Dünən, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu Dünən, 15:45 FİFA referiləri İslamiadada! Dünən, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur Dünən, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi Dünən, 15:36 TURUN MƏŞQÇİSİ Dünən, 15:35 TURUN SİTATI Dünən, 15:33 TURUN OYUNÇUSU Dünən, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu Dünən, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib Dünən, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək Dünən, 15:27 “Neftçi”yə yeni rəis gəlir Dünən, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi Dünən, 15:23 “Forza Neftçi” qərarını verdi Dünən, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı Dünən, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib Dünən, 15:16 Yunanıstana geniş heyətlə Dünən, 15:12 Pevtsov iki pillə irəlilədi Dünən, 15:11 Ən güclü boksçular müəyyənləşdi Dünən, 15:10 Tokioda medala yaxın düşmədilər 26-04-2017, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! 26-04-2017, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? 26-04-2017, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı 26-04-2017, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib 26-04-2017, 20:26 “Energetik” həkimin ümidinə qalıb 26-04-2017, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" 26-04-2017, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi 26-04-2017, 20:09 İslamiada xəbərləri 26-04-2017, 20:07 Azərbaycan derbisində yenə “sülh” 26-04-2017, 20:05 Kseniya “Beşiktaş”la sevindi 26-04-2017, 20:04 Dadaşov məyus oldu 26-04-2017, 20:02 Lider büdrədi, ancaq yıxılmadı 26-04-2017, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs 26-04-2017, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı 26-04-2017, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb 26-04-2017, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı 26-04-2017, 19:43 AZAL “Zirə”yə təslim olacaq? 26-04-2017, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi 26-04-2017, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək 26-04-2017, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv 26-04-2017, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... Bütün xəbərlər
Ən çox oxunanlar