15 dek 13:55reportaj

AZAL mərhələ problemini Şüvəlana daşıdı

AZAL mərhələ problemini Şüvəlana daşıdı
Qəbələ - AZAL (Bakı) 2:1 (0:1)
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k) (14. Cavid Hüseynov, 85), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov (32. Rəşad Eyubov, 62), 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 34. Urfan Abbasov, 44. Rafael Santos (7. Nika Kvekveskiri, 46).
Ehtiyat oyunçular: 33. David Pietrzkieviç, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov, 90. Ramil Hasanov.
Baş məşqçi: Roman Qriqorçuk.
AZAL: 23. Aqil Məmmədov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev (19. Elnur Süleymanov, 80), 18. Ruslan Əmircanov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 21. David Canelidze (9. Röyal Nəcəfov, 70), 77. Adan Koronado, 88. Mirzağa Hüseynpur (4. Qvanzav Maqomedov, 88).
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 2. Elşad Manafov, 16. Aşkan Feyzi, 36. Renat Aşurov.
Baş məşqçi: Tərlan Əhmədov.
Qollar: M.Hüseynpur, 37 (0:1). F.Ozobiç, 61 (1:1). R.Qurbanov, 74 (2:1).
Vərəqələr: R.Əmircanov, 79. R.Qurbanov, 90+1 – sarı.
Hakimlər: FARİZ YUSİFOV, Vaqif Mustafayev, Azər Əsgərov (hamısı Bakı). Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Vaqif Davudov (Bakı).
13 dekabr. Qəbələ. Şəhər stadionu, 500 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

Premyer-liqada işləri o qədər də yaxşı getməyən, daha doğrusu, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan AZAL az qala çətin Qəbələ səfərində az qala kiçik sensasiyaya imza atacaqdı. İlk yarıda rəqibdən daha daha yaxşı təsir bağışlayan “təyyarəçilər”in qələbə hesabını qoruya bilməməsinin səbəbini baş məşqçi Tərlan Əhmədov komandalar arasındakı səviyyə fərqi ilə izah etsə də, nədənsə həmkarı Roman Qriqorçukun ikinci yarıda onu taktiki cəhətdən üstələdiyini etiraf etmədi.
İlk dəqiqələrdən irəli atılan “qırmızı-qaralar”ın erkən qol vurmaq istəyində olduğu açıq-aşkar hiss olunurdu. Artıq 2-ci dəqiqədə Zenyov Aqilin qoruduğu qapıya təhlükəli zərbə ilə yadda qaldı. 5 dəqiqə sonra Sadiqov cərimə meydançasının yaxınlığında iki müdafiəçini çaş-baş salaraq, müdafiəçilərin nəzarətsiz qoyduğu Ruslana əla ötürmə etdi. Onun yaxın məsafədən zərbəsini isə Məmmədov çətinliklə tutmağı bacardı. Rəqibin ilk hücum dalğasının qarşısını alan “təyyarəçilər” vaxt ötdükcə oyunu bərabərləşdirməyi bacardı. Artıq onlar da çəkinmədən irəli atılır, rəqibin müdafiəsində boş zonalar tapmağa çalışırdı. Bu dəqiqələrdə qonaqların xüsusilə cinahlardan hücumları daha kəsərli alınırdı. Hücumun sivri ucunda yer alan Mirzağa sürəti hesabına meydan sahiblərinin müdafiəçilərinə çətin anlar yaşadırdı. 28-ci dəqiqədə Zenyov növbəti dəfə şansını boşa verməklə yerli azarkeşlərin və Qriqorçukun qınağına tuş gəldi. Latviyalı forvard yaxın məsafədən başla topu tora qovuşdura bilmədi. Onun bacarmadığını 37-ci dəqiqədə Mirzağa etdi.
Kamilin cərimə meydançasına diaqonal ötürməsini “88 nömrə” penalti nöqtəsi yaxınlığında ustalıqla saxlayıb yaxın küncü dəqiq nişan aldı. Bu qol qonaqların fasiləyə minimalhesablı üstünlüklə yollanmasına şərait yaratdı. Yeri gəlmişkən, komandalar paltardəyişmə otağına yollanarkən azarkeşlərdən biri İlqar Ələkbərova yumurta atdı ki, bu da Fariz Yusifovun gözündən yayınmadı. Referi bu haqda polislərə məlumat verdi.

Heç şübhəsiz, komandasının yenik durumda olması Qriqorçuku razı sala bilməzdi və ukraynalı fasilədə nəsə etməliydi.
(yazının davamı qəzetin çap variantında)
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar