15 dek 13:52reportaj

Pesalli “Zirə” sindromunu qırdı

Pesalli “Zirə” sindromunu qırdı
Zirə (Bakı) - Neftçi (Bakı) 0:3 (0:1)
Zirə: 1. Anar Nəzirov, 28. Təmkin Xəlilzadə, 23. Yovan Krneta, 44. Migel Lorenso, 5. Adil Nağıyev (18. Tural Cəlilov, 88), 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 92. Cavid Tağıyev (17. Vüsal İsgəndərli, 75), 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov (20. Sezar Meza Kolli, 46), 7. Gerhard Proqni.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 21. Murad Səttarlı, 38. İlkin Muradov.
Baş məşqçi: Adil Şükürov.
Neftçi: 33. Boban Baykoviç, 27. Məqsəd İsayev, 3. Filyo, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 20. Eltun Yaqublu, 80. Edson Kastilya, 13. Murad Ağayev (23. Tərzin Cahangirov, 73), 17. Rəhman Hacıyev (k) (21. Aqşin Qurbanlı, 82), 19. Fəhmin Muradbəyli, 90. Jonas Pesalli (49. İbrahim Əliyev, 89).
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 5. Anton Krivotsyuk, 26. Kamal Qurbanov, 42. Elvin Sərkərov.
Baş məşqçi: Elxan Abdullayev.
Qollar: J.Pesalli, 44. J.Pesalli, 58-p. (0:2). J.Pesalli, 63-p. (0:3).
Vərəqə: yoxdu.
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov, Ömər Paşayev, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
13 dekabr. Zirə. İdman Kompleksinin stadionu. 400 tamaşaçı.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

“Neftçi” Zirəyə əsas heyətin üç üzvü olmadan yollanmışdı. Cavid İmamverdiyev, Araz Abdullayev və Mahir Şükürov zədəliydi. Bu üzdən ilk “11-lik”də gənclər çoxluq təşkil edirdi. Müdafiədə 5 futbolçuyla çıxış edən “ağ-qaralar”da Kastilya və Ağayevin də əsas işi arxa xəttə kömək etmək idi. Elxan Abdullayev yalnız Hacıyevlə Muradbəylinin əks-hücumlar zamanı sürətinə və Pesallinin fərdi bacarığına ümid bəsləyirdi. Onun planları baş tutdu. Ancaq bunda idman xoşbəxtliyinin flaqmanın tərəfində olması da böyük rol oynadı. Çünki ilk dəqiqələrdən irəli atılan meydan sahibləri bir neçə real qol vəziyyətini boşa verdi.
5-ci dəqiqədə Nağıyevin cərimə zərbəsini Baykoviç zərərsizləşdirdi. İki dəqiqə sonra Məmmədovun asmasını Proqni tamamlasa da, top qapıdan yan keçdi. Bakılılar özünə gəlməmiş Tağıyev yaxın məsafədən “çərçivə”yə düşə bilmədi. Gerhardın növbəti baş zərbəsi Boban üçün təhlükəli olmadı. “7 nömrə” növbəti epizodda Elvinin ötürməsinə ayaq qoya bilsəydi, böyük ehtimalla, hesab açılacaqdı. Hissənin ortalarında mübarizə daha çox meydanın mərkəzində gedirdi. Artıq “Zirə” rəqibi güclü təzyiq altında saxlaya bilmirdi. Proqni və Mustafayevin cəhdləri bir fayda vermədi. Əvəzində “Neftçi” ilk təhlükəli hücumunu qolla yekunlaşdırdı. Rəhmanın sol cinahdan qapı önünə paralel ötürməsini Jonas çətinlik çəkmədən tora göndərdi. “Neftçi” fasiləyə minimal üstünlüklə yollandı.
İkinci hissəyə də “Zirə” fəal başladı. 49-cu dəqiqə “qırılma anı” oldu. Proqni yaxın məsafədən topu qapıya göndərə bilmədi. Bundan sonra “Neftçi”nin əks-hücumları təhlükəli olmağa başladı. Əvvəlcə Pesallinin ötürməsini Muradbəylinin tamamlamasına Nəzirov imkan vermədi. Az sonra Proqni toru silkələsə də, hakim onun oyundankənar vəziyyətdə olduğunu bildirərək, qolu hesaba almadı. “Neftçi”nin növbəti hücumu zamanı Nağıyev Hacıyevi itələdi və FİFA referisi tərəddüd etmədən penalti təyin etdi. Hərçənd...
(yazının davamı qəzetin çap variantında)
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27 Bütün xəbərlər
Ən çox oxunanlar