09 apr 23:56reportaj

İngilis araşdırmaçı ölkəmizdə gördüklərindən yazdı

İngilis araşdırmaçı ölkəmizdə gördüklərindən yazdı
Fevralın 28-də “Azərsun Arena”da keçirilən “Qarabağ” – “İnter” qarşılaşmasını izləyənlər arasında əcnəbi qonağı görməmək mümkün deyildi. Xarici görünüşünə görə britaniyalılara oxşamasa da, yaxınlaşıb söhbət edəndə məhz İngiltərədən olduğunu söyləmişdi. Tarixçi olan Rob O`Konnor Azərbaycana səfərinin səbəbini Qarabağ və “Qarabağ”la əlaqələndirmişdi. Yəni futbol azarkeşi olduğundan, həm klubla bağlı yazı hazırlamalı, həm də əsas hədəfi olan Qarabağ müharibəsinin pərdəarxası olaylarını üzə çıxarmalıydı. Hətta bunun üçün bir neçə müsahib də müəyyənləşdirmişdi. Bakını tərk edəndən sonra isə Ermənistana yollanmalıydı. Rob səfər planları haqda hələ həmin vaxt “Futbol+”ə verdiyi müsahibədə danışmışdı.
Tarixçi-səyyah artıq vətənindədi. Və gördükləri haqda cızma-qara etməyə başlayıb. Düzdü, 90-cı illərdəki müharibə haqda hələ heç nə yazmayıb. İlk toxunduğu məsələ Bakıda gördükləridi. “Futbol cəbhəsindən nağıl: Qarabağ, Azərbaycan” sərlövhəli yazıda öncə paytaxtımız, xüsusən də Suraxanı haqda təəssüratını bölüşüb: “Qarabağ”ın bazasının yerləşdiyi, yarpaqla bol olan Suraxanı qəsəbəsi Abşeron yarımadasının son dayanacağı sayılır. Bu qəsəbə Bakının küçələri qədər zəngin deyil, sovet dönəmindən qalma neft-kimya sənayesinin çürümüş qalıqları ilə tanınır. Bir sözlə, unudulmuş bir kənddi. Dövlətin əsas gəlir mənbəyi olan neftin çıxarıldığı Xəzər dənizi cəmi 10 kilometr uzaqlıqda yerləşir. Neftin dolları bu kiçik qəsəbədə dövr etmir. Paytaxt Bakıdan Suraxanıya gələn dar yolun kənarındakı məktəb diqqətimi çəkir. Asfalt üzərində təxminən 15 uşağın boş “kola” şüşəsinin dalınca qaçması onların futbola olan sevgisidi. Betondan qalxan tozu udduqlarının fərqində belə deyillər. “Azərsun Arena”nın media üçün giriş qapısında dayanan mühafizəçi jurnalistləri gülər üzlə qarşılayaraq sektora istiqamət göstərir. Suraxanının çirkli yollarını dəhlizdəki baxımlı memar işləməsi olan ağ mərmər döşəmə əvəzləyir. Bəli, bura Azərbaycan çempionu olan “Qarabağ”ın evidi”.
Rob yazının davamında “Qarabağ”dan, həm də “köhlən atlar”ın qolsuz heç-heçə ilə başa çatan qarşılaşmasından bəhs edib: “Bu komanda son 3 ilin çempionudu və cari mövsümdə də “qızıl” dəyişməz hədəf kimi qalmaqdadı. İzlədiyim “İnter”lə oyunun yekun nəticəsi olduqca vacib sayılırdı. Lider “Qəbələ”nin bir neçə saat öncə xal itirməsi mümkün qələbə sayəsində “Qarabağ”ı birinci pilləyə yüksəldəcəkdi. “İnter” “Azərsun Arena”ya heç-heçə dalınca gəlmişdi. Hədsiz dərəcədə intizamlı görünən 3-cü pillədəki bu kollektiv beş müdafiəçi, dörd yarımmüdafiəçi və bir hücumçuyla mübarizə apararaq əsas diqqəti qapısında top görməməyə ayırmışdı. “Adamlar belə oyun üslubunu sevmir, amma ən yaxşı bacardıqları budu. Bu gün nə özləri oynayacaq, nə də “Qarabağ”a oynamaq imkanı verəcəklər” - yanımda əyləşən “Futbol+” qəzetinin əməkdaşı Həbib deyir - “Qarabağ” ötən mövsüm 12 xallıq fərqlə çempion olmuşdu. Üstəlik, ardıcıl üç il Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla ölkənin ən uğurlu komandası adını qazanmışdı. Ölkənin qida bazarını nəzarətdə saxlayan “Azərsun” şirkətlər qrupu “Qarabağ”ın sponsorudu. Ona görə də ən dayanıqlı klub kimi tanınır”.
İngilis araşdırmaçı yazının sonunda “Qarabağ”ın qaçqın həyatı yaşamasının tarixçəsindən bəhs edib: “Paytaxt Bakı “Qarabağ”ın doğma evi deyil. 1993-cü ildə davam edən müharibənin nəticəsi kimi Dağlıq Qarabağın həssas nöqtəsi sayılan Ağdam ermənilər tərəfindən işğal olunmuşdu. Erməni silahlı qüvvələrinin atışmalara ara vermədiyini görən dinc yerli əhali 1993-ün iyulunda Ağdamı tərk etmək məcburiyyətində qalmışdı. 1994-cü ildə tərəflərin atəşkəslə bağlı razılığa gəlməsinə baxmayaraq, məsələ həll olunmadı. Azərbaycan Dağlıq Qarabağı öz ərazisi kimi tanımaqda davam edir, torpaqları işğal etmiş ermənilər isə geri çəkilmək niyyətində olmadıqlarını indiyə qədər sübut etməkdədilər. Bunun nəticəsidi ki, Ağdamı tərk edən 40 min nəfər geri qayıda bilmir. “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov deyir: “Qarabağ” Ağdamda yaşananları bütün dünyaya çatdıran klubdu. Klub olaraq nə ediriksə, məlum problemi dünyanın gözü qarşısında qüvvədə saxlamağa kömək edir. Ona görə də beynəlxalq yarışlarda çıxış edib uğur qazanmaq Ağdamı və Azərbaycanı təmsil etmək baxımından faydalıdı. Torpaqlarımız işğal altındadı. Məsələ həllini tapan günə qədər əlimizdən gələn hər şeyi etməliyik ki, tariximiz yaşasın”. Komanda müharibən sonra Ağdamı tərk etmək məcburiyyətində qaldığından, şəhərdən şəhərə köçüb, ev oyunlarını ölkədəki bir neçə stadionda keçirib. 2001-ci ildə kluba “Azərsun” sahib çıxıb. Rəhmətlik prezident Heydər Əliyev “Qarabağ”ın yaşamasının olduqca vacib sayıldığını diqqətə çatdırandan sonra bu addım atılıb. Daxildəki uğurlu nəticələr sonradan Avropa arenalarında çıxış etməyə və “Qarabağ”ın tanınmasına yol açdı. “Qarabağ” həm də tarixi, keçmişi özündə birləşdirir. Komandanın sabiq hücumçusu olmuş Müşfiq Hüseynov bu gün də “Qarabağ”dadı, baş məşqçinin köməkçisi vəzifəsini icra edir. Şaiq Həsənov işğal vaxtına qədər komandanın kapitanı idi, bu gün “Azərsun Arena”nın adminstrativ işlərinə cavabdehlik daşıyır. 1993-cü ildə Vüqar Nadirov uşaq idi, o adam Ağdam qaçqını sayılır. O da hazırda “Qarabağ”ın sıralarındadı”.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar