06 apr 19:05reportaj

“Qarabağ” ardıcıl 3-cü dəfə finalda!

“Qarabağ” ardıcıl 3-cü dəfə finalda!
Qarabağ (Ağdam) – Neftçi (Bakı) 0:0

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (8. Markos Madera, 46), 5. Maksim Medvedev (k), 10. Muarem Muarem (6. Dino Ndlovu, 66), 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov (22. Əfran İsmayılov, 83), 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 71. Vüqar Nadirov.
Baş məşqçi: Qurban Qurbanov.
Neftçi: 33. Boban Baykoviç, 8. Jdenek Folprext, 11. İqnasio Errera, 12. Daniel Seqovia (9. Uqo Barqas, 61), 25. Kiril Petrov (3. Filyo, 25), 29. Georgi Navalovski (k), 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov (10. Cavid İmamverdiyev, 83), 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 13. Murad Ağayev, 22. Mahir Şükürov, 80. Edson Kastilya.
Baş məşqçi: Elxan Abdullayev.
Vərəqə: K.Petrov, 19 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
5 aprel. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 3500 tamaşaçı
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
İlk oyunda demək olar ki, cütün taleyini həll edən “Qarabağ” ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşünə rahat çıxmışdı. Bəlkə də bu üzdən Qurban Qurbanov riskə girməyərək demək olar ki, ilk qarşılaşmadakı heyəti meydana buraxmış, yenə aparıcı futbolçuların bir çoxuna istirahət vermişdi. Matç haqda geniş şərhə ehtiyac yoxdu. Çünki oyunda mübarizə daha çox meydanın mərkəzində gedirdi. Xüsusən ilk hissənin maraqsız keçdiyini söyləyə bilərik. Görüşün əvvəllərində “Neftçi” topa daha çox nəzarət edirdisə, tədricən “Qarabağ” təşəbbüsü ələ keçirdi. İlk hissədə real qol vəziyyəti olmadı. Futbolçular daha çox uzaqdan zərbələrlə nəyəsə nail olmağa çalışırdı. Ancaq ikinci 45 dəqiqədə daha baxımlı futbol izlədik. Əvvəlcə Muarem yaxın məsafədən Baykoviçə uduzdu. Bunun cavabı qolla gələ bilərdi. Kapitan sarğısını qoluna taxan Navalovskinin zərbəsini Şahruddin uğursuz dəf etsə də, qayıdan topu Seqovia boş qapıdan keçirə bilmədi. 57-ci dəqiqədə Rahid Boyanın sayıqlığını yoxladısa, az sonra Ağabala yüz faizli qol epizodunu qaçırdı. Ramazanov qapıçıyla təkbətək zamanı “Qarabağ”ın formasında ilk rəsmi qoluna imza atmaq şansını əldən verdi. 62-ci dəqiqədə Muaremin zərbəsi qapıdan yan keçdi. Qaranın yerinə meydana daxil olmuş Miçelin vuruşu əla alınsa da, cüzi dəqiqlik çatmadı. “Neftçi”nin nadir hücumlarından birində Fəhmin Şahruddinin səhvindən faydalana bilmədi. Oyuna əlavə olunmuş dəqiqələrdə Əfran diqqət mərkəzinə düşdü. İsmayılov əvvəlcə toru çöldən silkələdi. Ardınca cərimə zərbəsini uğursuz yerinə yetirdi. Beləliklə, qolsuz “sülh” fonunda “Qarabağ” ardıcıl 3-cü dəfə ölkə kubokunun finalına yüksəldi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Dünən, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Dünən, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Dünən, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Dünən, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Dünən, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Dünən, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Dünən, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Dünən, 12:52 “Keşlə” üçün çıxış yolu Dünən, 12:49 Dmitri Kramarenko yığmada qaldı Dünən, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Dünən, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Dünən, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Dünən, 12:16 Türklər yığmamızı darmadağın etdi Dünən, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Dünən, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Dünən, 12:05 Dünya ulduzları Bakıya gəlir Dünən, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Dünən, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar