olke - Football-plus.az http://www.football-plus.az/ tr olke - Football-plus.az DataLife Engine “Qəbələ” vətənə qələbə ilə dönür http://www.football-plus.az/olke/11442-qebele-vetene-qelebe-ile-donur.html http://www.football-plus.az/olke/11442-qebele-vetene-qelebe-ile-donur.html ]]>
Sənan Qurbanov: “Avropa Liqasındakı ilk oyunumuz üçün heyəti özlüyümdə müəyyənləşdirmişəm”
Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” dünən yerli “Boluspor”la münasibətləri aydınlaşdırıb. Sənan Qurbanov start heyətində aşağıdakı futbolçulara şans verib: Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Rasim Ramaldanov, Qismət Alıyev, Merab Qiqauri, David Volkov, Klesio, Fernan Lopes, Ülvi İsgəndərov, Kristian.
“Qəbələ” Türkiyə təmsilçisi ilə görüşə hücumlarla başlayıb. Ölkə kubokunun son qalibinin fəallığı 19-cu dəqiqədə hesabın açılmasıyla nəticələnib. Qiqauri meydan sahiblərini məyus edib. Qarşılıqlı hücumlarla davam edən ilk yarıda bu hesab dəyişməyib. Matçın fasiləsində və ikinci yarıda komandaların heyətində oyunçu dəyişiklikləri olub. Şimallılarda Kamal Mirzəyev, Roman Hüseynov, Rövlan Muradov, İdris İnqilablı və Faiq Hacıyev meydana daxil olub. Fasilədən iki dəqiqə sonra “qırmızı-qaralar” fərqi artırıb. Klesio qol sevinci yaşayıb. Meydan sahibləri görüşün sonunadək bu toplardan yalnız birinin əvəzini çıxa bilib. Yeri gəlmişkən, onu da qeyd edək ki, təmsilçimiz 69-cu dəqiqədə penaltini boşa verməklə yadda qalıb. Beləliklə, 2:1 hesablı qələbə qazanan “Qəbələ” Bolu toplanışını başa vurub. Buna qədər Ukrayna təmsilçiləri “Mariupol” (2:1) və “Vorskla” (1:3) ilə görüşən Sənan Qurbanovun çalışdırdığı komanda artıq bu gün vətənə qayıdacaq.
“Boluspor”la qarşılaşmadan sonra Sənan Qurbanov klub saytına açıqlama verib: “Boluspor” gözlədiyimizdən daha sürətli oyun nümayiş etdirdi. İlk yarıda istədiyimiz oyun bəzən alınsa da, bəzən rəqib imkan vermirdi. Düzdü, son görüşdə bəzi səhvlərimiz də oldu. Lakin bu, hazırlıq matçı idi. “Boluspor”la qarşılaşmanı təhlil edəcəyik. Çalışacağıq səhvləri aradan qaldıraq. Sonuncu yoxlama oyunumuzda qələbə qazanmağımız yaxşı oldu. Bu qalibiyyət ona görə lazım idi ki, önümüzdəki həftəyə pozitiv keçək”.
Təlim-məşq toplanışını dəyərləndirən Qurbanov Avropa Liqasının iyulun 25-də keçiriləcək ikinci təsnifat mərhələsinin ilk oyununa hazırlıq barədə də danışıb: “Bu qarşılaşma ilə Bolu toplanışını başa vurduq. İki mərhələdən ibarət hazırlıq planı üzrə çalışdıq. Futbolçular istəkliydilər, işlərinə məsuliyyətlə yanaşdılar. Artıq iyulun 25-də keçiriləcək avrokubok matçına köklənirik. Başa düşürük ki, həmin qarşılaşmada daha sürətli rəqibə qarşı oynayacağıq. Avropa Liqasındakı ilk oyunumuz üçün heyəti özlüyümdə müəyyənləşdirmişəm. Bu gün də həmin “11-liy”in meydanda olub, formalaşmasına imkan yaratdıq. Çalışacağıq ki həmin görüşdə səhvsiz oynayaq”.
RƏŞAD]]>
football Thu, 18 Jul 2019 14:33:02 +0000
Sezar “Keşlə”də icarə əsasında oynayacaq http://www.football-plus.az/olke/11440-sezar-keshlede-icare-esasinda-oynayacaq.html http://www.football-plus.az/olke/11440-sezar-keshlede-icare-esasinda-oynayacaq.html ]]>
Növbəti mövsümə hazırlığı davam etdirən “Keşlə” təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçına çıxacaq. İki həftə əvvəl “Sumqayıt”la qarşılaşan və 1:2 hesabıyla uduzan Tərlan Əhmədovun komandası bu dəfə Zirəyə səfər edəcək. “Zirə” ilə görüş saat 18.00-da başlayacaq.
“Keşlə”nin sabiq futbolçularını geri qaytarmağa çalışdığını və Pərdis Fərcad-Azad, Sezar Meza Kolli ilə danışıq apardığını xəbər vermişdik. Millimizin sabiq üzvü artıq məşqlərə qoşulub. Sezar isə Bakıya gəlib və dünəndən düşərgədədi. Onunla müqavilənin detalları da bəllidi. Klubdan verilən bilgiyə görə, “Keşlə” Meza Kollini Rumıniyanın “Universitatya” klubundan icarəyə götürür. O, tibbi baxışdan uğurla keçəcəyi təqdirdə, bir il icarə əsasında “Keşlə”nin formasını geyəcək. Qeyd edək ki, “Keşlə” Meza Kollini ötən yay hazırda “Səbail”in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi olan “Universitatya”ya satmışdı. Paraqvaylı oyunçu 3 illik müqaviləyə qol çəksə də, əsas heyətə düşə bilmirdi. Qeyd edək ki, Pərdis 2016-18, Meza Kolli isə 2013-15, 2016 və 2018-ci illərdə "Keşlə"də çıxış edib.
MİRAĞA]]>
football Thu, 18 Jul 2019 14:28:45 +0000
“Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq http://www.football-plus.az/olke/11439-sumqayita-turkiyede-ukrayna-ve-rusiyadan-futbolchular-qoshulacaq.html http://www.football-plus.az/olke/11439-sumqayita-turkiyede-ukrayna-ve-rusiyadan-futbolchular-qoshulacaq.html ]]>
Yeni mövsümə hazırlaşan və təlim-məşq toplanışının ikinci mərhələsini Tükiyədə keçirmək üçün bu gün qardaş ölkəyə yollanacaq “Sumqayıt” səfər ərəfəsində daha bir gənc futbolçunu rənglərinə bağlayıb. “Kimyaçılar” “Qarabağ”dan Elvin Cəfərquliyevi birilliyə icarəyə götürüb. Qurban Qurbanov 19 yaşlı oyunçunu bu yay əsas komanda ilə birlikdə Avstriyadakı təlim-məşq toplanışına aparmışdı. Qurban bəy Cəfərquliyevə yoxlama matçlarında özünü göstərmək üçün şans da vermişdi. Görünür, təcrübəli mütəxəssis gənc futbolçunun indiki məqamda oyun təcrübəsi qazanmasını daha vacib sayaraq, icarəyə verilməsini məqsədəuyğun bilib.
Böyük ehtimalla “kimyaçılar”ın növbəti transferi Ukraynadan və Rusiyadan olacaq. Söhbət “Obolon”un üzvü Sergey Şevçenkodan gedir. Valideynləri Bakıda anadan olan yarımmüdafiəçinin də 19 yaşı var. Klub rəhbərliyi artıq onunla danışıq aparıb və Sergeyi Türkiyədə komandaya qoşulamağa razı salıb. Şevçenko Ayxan Abbasovun etimadını qazanacağı halda onunla 2 illik müqavilə bağlanacaq. Xatırladaq ki, sumqayıtlıların maraq dairəsinə düşən yarımmüdafiəçi ilə Ukrayna elitasında çıxış edən “Lvov” da yaxından maraqlanırdı. Ukrayna mətbuatının yazdıqlarına inansaq, Sergey adını çəkdiyimiz klubda baxışda olub və məşqçilər korpusu onu bəyənib. Ancaq “Sumqayıt” variantı ortaya çıxdığından Şevçenko lvovluların təklifini geri çevirib.
“Gənclik şəhəri” təmsilçisinin heyətinə qatmaq istədiyi daha bir qürbətçi-futbolçu isə Rusiyadandı. Hələ ki onun adı gizli saxlanılsa da, Moskva “Torpedo”sunda çıxış etdiyi deyilir.
RƏŞAD]]>
football Thu, 18 Jul 2019 14:26:30 +0000
Papure: “Sabah sizə göstərəcəm!” http://www.football-plus.az/olke/11436-papure-sabah-size-gosterecem.html http://www.football-plus.az/olke/11436-papure-sabah-size-gosterecem.html ]]>
"Səbail" bu gün Rumıniyada "Unversitatya" ilə qarşılaşacaq. Dünən isə hər iki komndanın baş məşqçisinin iştirakı ilə oyunöncəsi mətbuat konfransı keçirilib. Öncə mikrofonlar arxasına meydan sahiblərinin çalışdırıcı Korneliu Papure keçib. Krayova klubunun baş məşqçisi əvvəlcə bu gün baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb.
- Heç vaxt fikirləşməməliyik ki, mərhələni adlamışıq. Belə etsək, böyük səhvə yol verərik. Konsentrasiyanı bir an belə itirməməliyik.
- "Səbail"in hücumçusu Ağabala Ramazanov ilk oyunda dubl etdi. Ona qarşı xüsusi tədbir görüləcək?
- Biz rəqibin bir oyunçusuna yox, bütöv komandaya qarşı oynamalıyıq. Standart vəziyyətdən buraxdığımız qolu xatırlayın. Konsentrasiyamızı maksimal həddə çatdırıb, ciddi oyun keçirməliyik.
- Zədəli futbolçularınızın durumu nə yerdədi?
- İki futbolçunun zədəli olması bizim üçün çətinlik yaradırdı. Üstəlik, daha iki oyunçumuz da sıradan çıxdı. Qarşıdakı görüşdə start heyətini qurmaq çətinlik yaradır. Lakin başqa çarəmiz yoxdu. Əlimizdəki futbolçulardan istifadə edəcəyik.
- Çikolotonun "Hamburq"a keçidi nə yerdədi?
- Bununla bağlı xəbərlər dolaşır. Lakin biz onu sabahkı görüşə hazır etmək barədə düşünürük.
- İlk görüşdə 3:2 qalib gəlsəz də, sabah mərhələni adlamasaz, hansısa bəhanəniz olacaq?
- Heç bir bəhanəmiz ola bilməz. "Kliniçi" ilə çempionat oyununda da 2 asan top buraxdıq. Bunu göz önünə alırıq. Müdafiədə diqqətli olmalıyıq. Hər epizodda maksimum ehtiyatlı davaranmalıyıq. Ancaq bir məqamı qeyd edim ki, Avopa Liqası üçün heyəti qurmaq daha asandı. Çünki ölkə çempionatında 21 yaşa qədər bir futbolçunun xidmətindən yaranmaq məcburiyyətindəyik. Təsəvvür edirəm, belə bir limit Avroliqa matçında tətbiq olunsaydı və həmin futbolçu səhvə yol versəydi, tribunalar ona necə təzyiq göstərərdilər. Yaxşı ki, qitəmiqyaslı turnirdə daha təcrübəli oyunçuların xidmətindən yararlana bilirik.
- Son turda azarkeşlər istefanızı tələb etdi. Bu haqda nə deyə bilərsiz?
- Bu, onların haqqıdı. Ancaq onlardan belə təpkini gözləmirdim, son dəqiqəyədək dəstək olacaqlarını düşünürdüm. Gördüyünüz kimi, həmin görüşün əsas vaxtına əlavə olunmuş son dəqiqədə qol vurduq və qələbə qazandıq.
- Qarşıdan "Dinamo" ilə oyun gəlir. Bu görüş "Səbail"ə görə arxa plana keçə bilər?
- Bizi sabah avrokubok oyunu gözləyir. Bütün diqqətimiz sabahkı matçdadı.
- İlk görüşdə şən futbol izlədik, 5 qol gördük. Sabah hesabı qorumağa çalışacağsız, yoxsa yenə də açıq futbola üstünlük verəcəksiz?
- Sabah sizə göstərəcəm!
- Qeyd edildi ki, "Kliniçi" ilə matçda azarkeşlər sizi istefaya səslədi. Sabahkı matçda "Səbail"in "qəbirqazanınız" olacağını düşünmürsüz?
- Deyə bilmərəm, sabah azarkeşlər nə edəcəklər. Onları sevindirməyə çalışacağıq.
Rumın həmkarının ardınca “Səbail”in baş məşqçisi Aftandil Hacıyev konfrans salonuna daxil olub. Onunla yanaşı, “dənizçilər”in kapitanı Rahid Əmirquliyev də qələm əhlinin qarşısına çıxıb.
- Bakıda məhsuldar oyun izlədik. Zənnimcə, hamı üçün maraqlı görüş alındı. Rəqibi artıq daha yaxından tanıyırıq. Bilirik ki, burda bizi daha çətin oyun gözləyir. Baxmayaraq ki, 17 saatlıq yol qət etmişik, sabahkı matçda yaxşı futbol sərgiləməyə çalışacağıq. "Unversitatya" cütün favoritidi. Komandamız da, prezidentimiz də gəncdi. Çalışırıq oyunumuzu inkişaf etdirək. Gələcəkdə təcrübə baxımından bu oyunun bizə faydası olacaq.
- Biz jurnalistlərin canından hələ yol yorğunluğu çıxmayıb. Futbolçular bu yorğunluğu necə çıxaracaqlar? Daha tez, iyulun 15-də yola çıxmaq daha düzgün olmazdı?
- Rəqibin 3 saata qət etdiyi yolu biz 17 saata keçmişik. Bu yorğunluğun bərpasına 3 gün vaxt lazımdı. Hesab etdik ki, Bakıda hazırlaşmaq taktiki cəhətdən daha məqsədəuyğun idi. İmkanlarımıza uyğun olaraq, səfərə yollanmaq gününü seçdik. Ancaq bu, sabahkı görüş üçün bəhanə olmamalıdı.
- Bakıdakı bolqollu matçın davamını gözləyəkmi?
- Bir səhv bizə baha başa gələcək. Çünki qol buraxsaq, artıq rəqibi 3 dəfə məyus etməli olacağıq. Bu üzdən də çox diqqətli, intizamlı oynayacaq və ilk görüşdəki kimi rəqibi təəccübləndirməyə çalışacağıq.
- Elvin Yunuszadənin vəziyyəti nə yerdədi? Sabahkı matçda iştirak edə biləcək?
- Tək Elvin yox, bir neçə futbolçumuz var ki, oynayacaqları sual altındadı. Bugünkü məşqdən sonra qərar verəcəyik ki, hansı heyətlə meydana çıxacaq.
- Bütün oyunçular sırada olacağı təqdirdə, Bakıdakı görüşlə müqayisədə start heyətində dəyişiklik gözlənilir?
- Heyətdə dəyişiklik olması mümkündü. Bir sıra yeni futbolçu start heyətində çıxa bilər.
- Eriko da Silvadan Rumıniya klubu haqda məlumat almısız?
- Ümumi Rumıniya çempionatı haqda danışmışıq. Komandanız barədə ancaq xoş sözlər işlətdi. İlk matç da onun dediklərini təsdiqlədi.
- Sabah 20 minə yaxın azarkeş olacaq. Onların təzyiqi altında oynamağa hazırsız?
- Azarkeşləriniz barədə ancaq xoş sözlər deyə bilərəm. Arena Tofiq Bəhramov adına stadionumuza bənzəyir. Düşünürəm ki, futbolçularınız bu cür təzyiq altında çıxış ediblər. Ancaq "Səbail" tarixində ilk dəfə bu cür azarkeş qarşısında oynayacaq. Məncə, maraqlı görüş olacaq.
- Daxilən hansı hissləri keçirirsiz? Bu oyunlardan sonra özünüzə verəcəyiniz hesabatda hansı nəticəni planlaşdırırsız?
- İlk mövsümdəcə Avroliqada çıxış etmək hər məşqçiyə nəsib olmur. Ancaq heç vaxt əldə olunanla kifayətlənmək istəməmişəm. Yalnız sabahkı oyunla kifayətlənmək istəmirəm. Sonadək mübarizə aparacağıq. Bütün hallarda bu, böyük təcrübə olacaq.
- Rahid, kapitan ümumi ab-havanı içəridən duyur. Bakıya uçacaq təyyarənin qanadında ikinci mərhələnin iştirakçısını aparacağı real görünür?
- İlk görüşdə uduzmağımıza, uzun yolçuluğa rəğmən, istədiyimiz nəticəni əldə edə bilərik. Ab-hava çox yaxşıdı. İnanırıq ki, istəyimizə çata biləcəyik.
- Maykl Essyenlə komanda yoldaşısan. Gələcəkdə "Universitatya"dan hansı futbolçuyla komanda yoldaşı olmaq istəyərdin?
- Əvvəllər komandanı tanımırdım. Ancaq ilk görüşdən sonra deyə bilərəm ki, “22” və “14” nömrəli futbolçuları çox bəyəndim.
RƏŞAD]]>
football Thu, 18 Jul 2019 14:19:04 +0000
“Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun http://www.football-plus.az/olke/11435-sebail-mocuze-axtarishinda-neftchi-uchun-formal-oyun.html http://www.football-plus.az/olke/11435-sebail-mocuze-axtarishinda-neftchi-uchun-formal-oyun.html ]]>
Dünən növbəti mərhələyə vəsiqəni bayram edən “Qarabağ”ın ardından Avropa Liqasındakı təmsilçilərimiz də bu gün növbəti sınağına çıxacaq. Ötən həftə “Universitatya” ilə Bakıda keçirilən görüşdə uduzan “Səbail” Rumıniyaya möcüzə arxasınca yollanıb. “Sperantsa” səfərindən darmadağınla dönən və cütün taleyini, demək olar, həll edən “Neftçi” isə Moldova təmsilçisi ilə formal görüşə çıxacaq. Hər iki oyun canlı yayınlanacaq. Ancaq bu dəfə əksinə olacaq: “CBC Sport” “Səbail”in oyununu özü göstərəcək, “Neftçi”nin oyununu isə “CBC İnternational” vasitəsilə təqdim edəcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunları
Universitatya (Rumıniya) - Səbail
Hakimlər: HELGİ YONASSON, Yohan Qudmundsson, Brayngeyr Valdimarsson, İvar Kristyasson (hamısı İslandiya).
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə).
UEFA nümayəndəsi: Roy Katxart (Şimali İrlandiya).
18 iyul. Krayova. "İon Oblemenko" stadionu. Saat 20.00
İlk oyun – 3:2.
Ən azı ilk oyunun axarına əsasən “Səbail”in şansının az olduğunu deyə bilərik. Premyer-liqanın bürünc mükafatçısı “ASCO Arena”da təşəbbüsü tam rımınlara vermiş, özü əks-hücumlara bel bağlamışdı. Başqa sözlə, qonaqlar dominantlıq edən tərəf idi. Aftandil Hacıyevin komandasının səfərdə də eyni taktika ilə meydana çıxacağını deyə bilərik. İnsafən, əks-hücumlar kəsərli alınırdı. Ancaq müdafiənin bərbad, qapının etibarsız olması “Universitatya”nın işini asanlaşdırırdı. Nəticədə rəqib Bakıdakı oyundan 3:2 hesabı ilə qalib ayrılmağı bacardı. “Dənizçilər” bu dəfə müdafiədə etibarlı oynayacağına ümid edir. Hərçənd mərkəz müdafiəçilərindən biri - Elvin Yunuszadə zədəlidi və meydana çıxıb-çıxmayacağı sual altındadı. Belə olacağı təqdirdə Aftandil Hacıyevin Vüqar Bəybalayevi arxaya çəkəcəyi güman olinur. Ümumiyyətlə, bu və başqa səbəbdən heyətdə bir neçə dəyişiklik gözlənilir. Çox güman, ilk qarşılaşmada sonradan meydana çıxan və komandasının oyununu gücləndirən, Ağabala Ramazanovun vurduğu ikinci qola assisentlik edən Fəhmin Muradbəyli bu dəfə ilk dəqiqələrdən meydanda olacaq. Bundan başqa, Maykl Essyenin də sonradan oyuna qoşulmaq ehtimalı var. Belə olan halda mərkəzdə Rahid Əmirquliyev, Dilan Duventru və Yevgeni Koçuk “üçlüy”ünü ilk “11-lik”də görə bilərik.
Qeyd edək ki, “Universitatya” – “Səbail” matçını İslandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Helgi Yonasson olacaq. Ona Yohan Qudmundsson və Brayngeyr Valdimarsson kömək edəcək. 4-cü hakim funskiyasını isə İvar Kristyasson yerinə yetirəcək. Hakimlərin işinə Türkiyədən olan hakim-inspektor Mehmet Murat İlqaz qiymət verəcək. UEFA nümayəndəs Şimali İrlandiyadan olan Roy Katxartdı.
Neftçi - Sperantsa (Moldova)
Hakimlər: YULİAN VEYNBERGER, Maksimilian Kolbitş, Mixael Nemets, Andreas Hays (hamısı Avstriya).
Hakim-inspektor: Albano Yanku (Albaniya).
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan).
18 iyul. Bakı. Bakcell Arena. Saat 21.00
İlk oyun – 3:0.
“Sperantsa” ilk oyunda “Neftçi”yə xeyli problem yaratdı. Əvvəl yayın məsələsini ləngitdi, daha sonra meydanı sulamamaqla süni əngəl olmağa çalışdı, cığallıq etdi. Buna baxmayaraq, Roberto Bordinin komandası “Sperantsa”ya qulaqburması verdi. Bəlkə də nəticəyə əsaslanıb bugünkü görüşə formal yanaşmaq olardı. Ancaq avrokubok mövsümünə inamlı qələbə ilə başlayan “ağ-qaralar”ı “Bakcell Arena”dakı görüşə daha bir məqam motivasiya edir. Məsələ burasındadı ki, Moldova təmsilçisinin baş məşqçisi Kristian Efros Kişinyovda oyunsonrası mətbuat konfransında “Neftçi”nin qələbəsinə kölgə salaraq, bizimkilərin uğurunda “üçüncü qüvvənin rolu” olduğunu vurğuladı. Ola bilər, hansısa qolda hakim səhvi olsun. Ancaq bütövlükdə “Neftçi”nin üstünlüyünü danmaq axmaqlıqdı. Çox güman, flaqman “Sperantsa”ya yenə güzəşt etməyəcək və fərqli qələbə ilə gücünü bir daha ortaya qoyacaq.
Mümkündü ki, Roberto Bordin bu dəfə heyətdə müəyyən dəyişikliklər etsin. Hər halda, hesabdakı arxayınlıq buna imkan verir. Necə ki Bordin Moldovada hesab 3:0 olandan sonra gənc İsmayıl Zülfüqarlını meydana buraxmışdı. İtaliyalı mütəxəssisin bu dəfə Rəhman Hacıyevlə Namiq Ələsgərovu ilk dəqiqələrdən meydana buraxması mümkündü, hətta zədə səbəbindən səfərdə oynamayan Soni Mustivarla Baqali Dabonu da meydanda görə bilərik.
Təyinatlara gəlincə, UEFA “Bakcell Arena”da reallaşacaq qarşılaşmanı Avstriyadan olan ədalət təmsilçisinə həvalə edib. Oyunun baş hakimi Yulian Veynberger olacaq. Ona Maksimilian Kolbitş və Mixael Nemets kömək edəcək. 4-cü hakim funksiyasını isə Andreas Hays yerinə yetirəcək. Oyunun hakim-inspektoru Albaniyadan olan Albano Yanku, UEFA nümayəndəsi bolqarıstanlı İvan Lekovdu.
MİRAĞA]]>
football Thu, 18 Jul 2019 14:13:22 +0000
Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır http://www.football-plus.az/olke/11434-mirabdulla-seferde-qelebe-qazanacaqlarina-inanir.html http://www.football-plus.az/olke/11434-mirabdulla-seferde-qelebe-qazanacaqlarina-inanir.html ]]>
“Məndən güclü olacaqsa, oynasın, fayda versin”
“Neftçi”nin yetirməsi kimi tanınan, bu komandanın formasında vurduğu qollarla ad çıxaran, yekunda milliyə dəvət alan Mirabdulla Abbasov artıq “Səbail”in uğurları üçün tər tökür. “Futbol+”in ümummilli sorğusunda 2018-in ən yaxşı futbolçusu adını qazanan hücumçunun gələcək taleyi mövsüm başa çatandan sonra xeyli müzakirə olunurdu. Klub rəhbərliyi Abbasovu buraxmaq istəməsə də, səbəbkar iş yerini dəyişməkdə israrlıydı. Nəticədə “dənizçilər”ə icarəyə verildi.
Mirabdulla artıq yeni komandasında debüt etməyə imkan tapıb. “Universitatya” ilə qarşılaşmada start heyətində yer alan forvard çox çalışsa da, qol hesabını aça bilmədi. Oyundan sonra sosial şəbəkədə onu qınayanların sayı isə çox idi. Danışmaqla arası olmayan futbolçu ilə dünənki söhbətdə bəzi məqamlara toxunmaq, suallara aydınlıq gətirmək istədik.
- Məğlubiyyətdən sonra özünüzə gəlmisiz?
- Həmişəki qaydada məşq edir, oyuna hazırlaşırıq. Faciəvi hadisə baş verməyib. Bütün komponentlərdə bizi üstələyən rəqibə 2:3 hesabıyla məğlub olmağı dünyanın sonu adlandırmaq olmaz. Əlbəttə, ən azı Bakıda qalib gəlmək istəyirdik. Və bunun üçün əlimizdən gələni etdik.
- Deməli, səfər ərəfəsində kollektivin əhval-ruhiyyəsi yerindədi.
- Əlbəttə. Dediyim kimi, ciddi heç nə olmayıb. İlk oyundakı nəticəni düşünməli olsaq, gərək meydana çıxmayaq. Həmin matç oldu və bitdi. İrəli boylanmalı, gücümüzə inanmalıyıq. Rumıniyaya rəqibə təslim olmağa yox, mübarizə aparıb sərfəli nəticə qazanmaq üçün gedirik.
- “Universitatya”nı səfərdə məğlub edəcəyinizə inanırsan?
- Futbolda mümkünsüz nəsə var? Özünüz də görürsüz ki, heç kimin ağlına gəlməyən nəticələr qeydə alınır. Ona görə də ümidsizliyə qapılmağa ehtiyac yoxdu. Futbolumuzu oynayacağıq, əsas odu ki, əla düşən imkanlardan maksimum yararlanaq. 90 dəqiqə toparlanmalı, durmadan mübarizə aparmalıyıq.
- Mərhələ adlamaq üçün ya qollu və 1 top fərqli qələbə qazanmalısız, ya da rumınları 2 top fərqi ilə udmalısız...
- Bilirəm. Burda möcüzə görmürəm. Komanda yoldaşlarıma və özümə güvənirəm.
- “Səbail”də özünü necə hiss edirsən?
- Hər şey qaydasındadı. Məni təəccübləndirəcək, yaxud narahatlıq yaradacaq heç nə yoxdu. Əksəriyyəti əvvəldən tanıdığım uşaqlardı. Bəziləri ilə “Neftçi”nin əsas, bəziləri ilə əvəzedici komandasında, bir neçəsi ilə “Sumqayıt”da çıxış etmişəm. Ona görə də uyğunlaşma ilə bağlı problem yaşamadım. Gələn gündən özümə qarşı elə münasibət gördüm ki, sanki neçə illərdi “Səbail”də oynayıram. Nədənsə gileylənə bilmərəm.
- Amma meydanda hiss olunurdu.
- Nə?
- Komandada yeni olmağın.
- Nə mənada?
- “Neftçi”dəki qədər rahat deyildin, sanki nəsə çatmırdı.
- Kənardan belə görünübsə, nəsə deyə bilmərəm. Siz məndən özümü necə hiss etdiyimi soruşduz, mən də cavab verdim. Hər halda, oyuna və futbolçuya qiymət vermək sizin işinizdi.
- Sosial şəbəkə istifadəçiləri də “Neftçi”də görməyə alışdıqları Mirabdullanın özünə bənzəmədiyini yazırdılar.
- Hər adamın öz baxışı, öz fikri var. Kiməsə “niyə belə düşünürsən?” deyə bilmərəm axı. Yəqin qol vura bilməmişəm deyə bu fikirdədilər. Öz oyunuma qiymət verməyi xoşlamıram. Mənim işim meydanda verilən tapşırığı yerinə yetirməkdi. Həmin gün də bunun üçün çalışırdım.
- “Neftçi”dəki çıxışının davamını “Səbail”də gətirə biləcəksən?
- Bura oynamaq, komandama fayda vermək və sonda uğur qazanmaq üçün gəlmişəm. İndidən desəm ki, elə edəcəm, belə edəcəm, yaxşı çıxmaz. Futbolçu sözünü qazonda deməlidi. Əlimdən gələni edəcəm, qalanı Allahın işidi.
- “Səbail”də tipik hücumçu ancaq sənsən. Aftandil Hacıyev rəqabət üçün bu mövqeyə yeni futbolçunun cəlb olunmasının vacibliyini qeyd etmişdi. Səncə, ehtiyac var?
- Həmişə demişəm, yenə eyni fikirdə qalıram: inkişaf üçün rəqabət vacibdi. Rəqabətin ziyanı yoxdu, əksinə, üzərimə düşən məsuliyyəti bir az da artıracaq.
- Dediyin rəqabət “Neftçi”də də var idi. Nəticədə Üqo Barqas, Daniel Seqoviya, Canluka Sansone kimi əcnəbilərin “kölgəsində qalmalı” olurdun.
- Bunlar karyeramdakı xoşagəlməz anlardı. Amma mənimlə hansısa əlaqəsinin olduğunu düşünmürəm. Baş məşqçilərin qərarı olub, mən də hörmətlə yanaşmışam. “Neftçi”dən getmək istəyimin səbəbi də lazımi qədər oynamamağım idi. Bunu hamı bilir.
- İşarəni ona vururam da. Sabah “Səbail”ə legioner hücumçu gələr və bu dəfə onun ehtiyatında qalarsan...
- Məndən güclü olacaqsa, oynasın, fayda versin. Əksinə, mən buna sevinərəm.
- “Səbail”in növbəti çempionat üçün hədəfi nədi?
- Bu suala klub rəhbərliyi, ya da baş məşqçi cavab verə bilər. Mən öz hədəfimi deyə bilərəm ki, hər oyuna lazımınca köklənib, 90 dəqiqə ərzində komandama fayda vermək.
- Məgər klub rəhbərliyi sizinlə söhbət etməyib? Hədəflərdən söz açmayıb?
- Bəlkə də bu haqda nə vaxtsa söhbətimiz olacaq. Hələ ki bu mövzuda söhbət olmayıb. Avroliqanı düşünürük, oyunlara hazırlaşırıq.
- Hə, bir də bir ay əvvəldən qalan sual var. Viza probleminə görə Bolqarıstan toplanışına gec qoşulmuşdun. Məgər millidə olanda sənə viza açılmamışdı?
- Var idi, vaxtı qurtarmışdı. Ötən ilin mayında açılan viza idi, onun da 1 illik müddəti mayda başa çatmışdı. Ona görə də yeni viza üçün bir az gözləməli olduq.
- İndiki vizan birillikdi?
- Bəli.
- Rumıniyaya getməyində problem olmayacaq?
- Hansısa problemin olacağına inanmıram. Sənədlərim qaydasındadı.
HƏBİB]]>
football Wed, 17 Jul 2019 12:43:56 +0000
“Səbail” bu gün yola düşür http://www.football-plus.az/olke/11433-sebail-bu-gun-yola-dushur.html http://www.football-plus.az/olke/11433-sebail-bu-gun-yola-dushur.html ]]>
“Universitatya” çempionata da 3:2 ilə başladı, məşqçini istefaya səslədilər
“Səbail”in Rumıniyaya səfər planı bəllidi. Komanda cavab oyunu üçün bu gün yola düşür. “Dənizçilər” saat 13.00-da Bakı – İstanbul - Buxarest reysi ilə hərəkət edəcək, ordan isə avtobusla Krayovaya yollanacaq.
“Universitatya” – “Səbail” matçına təyinatlar da açıqlanıb. Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab oyununu İslandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Helgi Yonasson olacaq. Ona Yohan Qudmundsson və Brayngeyr Valdimarsson kömək edəcək. 4-cü hakim funskiyasını isə İvar Kristyasson yerinə yetirəcək.
Yonasson təcrübəsiz referidi. Cəmi 26 yaşı olan islandiyalı beynəlxalq arenada iki görüşə təyinat alıb. Bu da U-17 yığmalarının seçmə mərhələ matçları olub. Krayovadakı qarşılaşma Yonassonun baş hakim kimi avrokuboklarda debütü olacaq. O, bir həftə əvvəl Avropa Liqasının birinci təsnifat mərhələsindəki "Çukariçki" - "Banants" görüşünün 4-cü hakimi olub. Ermənilərin Serbiyada 0:3 hesabıyla uduzduğu qarşılaşmanın baş hakimi olan İvar Orri Kristyansson isə "Səbail"in oyununda 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Bu arada Rumıniya çempionatında 2019/20 mövsümünə start verilib. “Universitatya" da yeni mövsümdə ilk oyuna çıxıb. “Tələbələr” doğma meydanda “Akademika Klinçeni” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı qarşılaşma Krayova təmsilçisinin qələbəsiylə başa çatıb – 3:2.
Buna baxmayaraq, qarşılaşmanın sonlarında - "Akademika Klinseni" hesabı 2:2 etdikdən sonra tribunalarda narazılıq yaşanıb. "Universitatya" fanatları bir neçə saniyə baş məşqçi Korneliu Papureni istefaya səsləyiblər. Bununla belə, ev sahibləri 5-ci uzatma dəqiqəsində vurduğu qolla qələbə qazanıb.
Papure oyunsonrası mətbuat konfransında azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib: "Onlar bizi başa düşməlidilər. Fikrimcə, azarkeşlərin bizi dəstəkləməsi daha asan olardı. Səbirli olmaq lazımdı".
Çalışdırıcı ardıcıl iki qələbə haqda da fikirlərini bölüşüb: "Azarkeşlərimiz kimi, biz də stress keçirdik. Ancaq son iki oyunda 6 qol vurduq və hər ikisində qələbə qazandıq. Şəxsən mən 1:0 hesabından daha az əziyyət verən 3:2 hesablı qələbəni üstün tuturam. İki oyunda 4 qol buraxmağımız isə müdafiə xəttinin problemli olduğundan xəbər vermir".
Qeyd edək ki, "Universitatya" - "Səbail" oyunu iyulun 18-də "İon Oblemenko" stadionunda keçiriləcək.
MİRAĞA]]>
football Wed, 17 Jul 2019 12:40:46 +0000
“Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? http://www.football-plus.az/olke/11429-qarabag-partizanini-dalgada-boga-bilecekmi.html http://www.football-plus.az/olke/11429-qarabag-partizanini-dalgada-boga-bilecekmi.html ]]>
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
Qarabağ – Partizani (Albaniya)
Hakimlər: DMİTRİ MUNTYAN, Vladislav Lifçu, Andrey Bodyan, Aleksandr Tyan (hamısı Moldova).
Hakim-inspektor: Maykl Foster (İngiltərə).
UEFA nümayəndəsi: Vilyam Yonq (Şotlandiya).
17 iyul. Bakı. Dalğa Arena. Saat 21.00
İlk oyun – 0:0.
Bu gün Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində cavab görüşləri start götürəcək ki, "Qarabağ" Albaniya "Partizani"si ilə sabah üz-üzə gələcək. “Dalğa Arena”da baş tutacaq görüş saat 21.00-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.
Qurban Qurbanovun yetirmələri ötən həftə Tiranada nəinki cütün taleyini həll edə bildi, əksinə, təhlükəli nəticə ilə döndü. Hər halda, 0:0-ın özündə necə risk daşıdığını hər kəs bilir. Ancaq ağdamlılar əvvəllər də bizə buna bənzər həyəcan yaşadıb. Uzağa getməyək, ötən il Albaniyanın digər təmsilçisi “Kukesi” ilə ikinci təsnifat mərhələsində qarşılaşan “Qarabağ” səfərdə qələbə qazana bilməmişdi. Ancaq Bakıdakı qarşılaşmada qeydə alınan üç qol təmsilçimizə böyükhesablı qələbə bəxş etmişdi. “Partizani”nin son iki mövsümdə avrokuboklara elə ilk mərhələdə aldığı iki məğlubiyyətlə vidalaşması da komandanın o qədər güclü olmamasından xəbər verir. Sadəcə, “Qarabağ” ilk qarşılaşmada tam müdafiəyə qapanan rəqibin qapısına yol tapa bilməmişdi. Ümid edirik ki, “qıfıl”ı çözmək üçün Qurban Qurbanova bir həftə kifayət edib. Üstəlik, yeddiqat çempion ötən oyundan fərqli olaraq, bu dəfə optimal heyətlə mübarizə apara biləcək. “Selman Sterması” stadionunda gerçəkləşən görüşdə Qurban Qurbanov zədəli Bədavi Hüseynovun və yeni transfer, hələ “Neftçi”də oynadığı vaxt üzləşdiyi cəza səbəbindən Tiranadakı qarşılaşmanı buraxan Aylton Silvanın, üstəlik, millinin düşərgəsində olan Vild-Donald Geryenin xidmətindən yararlana bilməmişdi. Haiti yığmasının hərdəmxəyal üzvü istisna olmaqla qalan iki futbolçu sıraya dönüb. Bu isə o deməkdi ki, yay fasiləsində heyətini yeni futbolçularla daha da gücləndirən “Qarabağ” Albaniya təmsilçisi ilə sabahkı dueldə çətinlik çəkməməlidi. Komandanın evdə oynayacağını da nəzərə alsaq, “köhlən atlar”ın azarkeşləri üzməyə haqqı yoxdu. Hərçənd “Dalğa Arena” tam dəstəyi təmin etmək üçün münasib məkan deyl. Albanların Tiranadakı ssenarini Bakıda da davam etdirəcəyi şübhə doğurmur. Rəqib yenə əks-hücumlara bel bağlayacaq. Etiraf etməliyik ki, ilk oyunda bu onlarda yaxşı alınmış, bir neçə real imkan əldə etmişdilər. Görüşdə vurulacaq ilk qol hər iki tərəf üçün həyati əhəmiyyət daşıyacaq. “Qarabağ” fərqlənsə, rəqib irəli atılacaq və beləliklə, müdafiədə daha böyük boşluqlar verəcək ki, bununla da “Kukesi”nin aqibətini yaşayacaq. Əksinə, “Qarabağ” qapısından qol buraxsa, hər topun cavabını ikiqat verməyə məcbur olacaq. Üstəlik, belədə “Partizani” daha da qapanacaq və Qurbanovun komandasının işi bir qədər də çətinləşəcək.
Onu da qeyd edək ki, sabah gerçəkləşəcək oyun “Qarabağ” üçün ikiqat əlamətdar ola bilər. Təmsilçimiz rəqib qapısına yol tapsa, Çempionlar Liqasında özünün 30-cu qolunu vurmuş olacaq. Ağdamlıların vuracağı ikinci top isə klub tarixinə 100-cü avrokubok qolu kimi düşəcək. Onu da qeyd edək ki, sabahkı qarşılaşmanın qalibi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün qalibiylə qarşılaşacaq. Məğlub komanda isə çıxışını Avropa Liqasında davam etdirəcək. “Qarabağ” “Partizani” səddini keçə bilməsə, AL-in ikinci mərhələsində “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq. Göründüyü kimi, ÇL-də yol daha rahatdı və “Qarabağ” mümkün qədər uzağa getmək üçün “Partizani” səddini keçməlidi.
“Qarabağ” – “Partizani” oyununu Moldovadan olan hakimlər briqadası idarə edəcək. Meydanda əsas söz sahibi Dmitri Muntyan olacaq. Ona Vladislav Lifçu və Andrey Bodyan kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Aleksandr Tyan yerinə yetirəcək. Hakimlərin işinə Şotlandiyadan olan hakim-inspektor Vilyam Yanq qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə ingiltərəli Maykl Foster olacaq.
Muntyan Azərbaycan komandalarına yad sima deyil. 2013-cü ildən FİFA referisi olan 34 yaşlı Dmitri indiyə qədər iki dəfə beynəlxalq matçlarımızda idarəçilik edib. Maraqlıdı ki, ilk belə hal məhz Bakıda, həm də "Dalğa Arena"da olub. Söhbət 2016-cı il sentyabrın 6-da U-21 yığmamızın Farer adalarından olan həmyaşıdlarıyla 1:1 hesabıyla nəticələnən rəsmi qarşılaşmasından gedir. Dmitri görüşdə cibindən 4 sarı vərəqə çıxarıb ki, bunun biri futbolçumuza göstərilib. "Qarabağ"ın futbolçularından Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Mahir Mədətov və Abbas Hüseynov bu matçda start heyətində çıxış ediblər, yalnız sonuncu əvəzlənib. Özü də Muntyan Mahirin 88-ci dəqiqəyə təsadüf edən qolunu qeydə alıb və bununla da millimiz xal qazanıb.
Dmitri bundan 1 ay sonra UEFA Gənclər Liqasında "Qəbələ"nin Moskvada "Dinamo"ya 0:5 hesabıyla uduzduğu cavab görüşünü də idarə edib. Bu dəfə də 4 sarı vərəqə göstərib, hamısında rəqib futbolçuları cəzalandırıb. 34 yaşlı referi ümumilikdə 37 beynəlxalq oyun idarə edib. UEFA ona əsasən aşağı yaş qrupları üzrə komandaların oyunlarını və avrokubokların təsnifat mərhələsi qarşılaşmalarını tapşırıb.
MİRAĞA]]>
football Wed, 17 Jul 2019 12:29:31 +0000
“Qarabağ”da mərakeşli müdafiəçi http://www.football-plus.az/olke/11426-qarabagda-merakeshli-mudafiechi.html http://www.football-plus.az/olke/11426-qarabagda-merakeshli-mudafiechi.html ]]>
“Qarabağ” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib. Ağdamlılar Rerras Faysalı heyətinə qatıb. 26 yaşlı mərakeşli müdafiəçiylə ikiillik müqavilə imzalanıb. Faycal son olaraq Fransanın "Bezye" klubunda çıxış edib.
Qeyd edək ki, "Qarabağ" bunadək ispan yarımmüdafiəçi Xayme Rodgiresi transfer edib, braziliyalı müdafiəçi Aylton Silvanı icarəyə götürüb.
]]>
football Wed, 17 Jul 2019 12:20:03 +0000
“Zirə”dən növbəti transferlər http://www.football-plus.az/olke/11423-zireden-novbeti-transferler.html http://www.football-plus.az/olke/11423-zireden-novbeti-transferler.html ]]>
Hazırda təlim-məşq toplanışında olan “Zirə” yay “transfer pəncərəsi”ndə heyətini yeni futbolçu ilə gücləndirib. “Qartallar” Miloş Bakraçla anlaşıb. 27 yaşlı müdafiəçi ilə birillik müqavilə bağlanıb. Monteneqrolu futbolçu daha öncə İsveçrədə “Syon”, Bosniya və Hersoqovinada “Travnik”, “Jelezniçar”, ölkəsində isə “Sutyeska”, “Buduçnost”, “Titoqrad” kimi klubların formasını geyib.
Yeri gəlmişkən, qəsəbə təmsilçisi növbəti transferini reallaşdırmağa hazırlaşır. Bu, Yunanıstanın OFİ klubundan ayrılan Anastasios Papazoğludu. 30 yaşlı mərkəz müdafiəçisi ilk dəfə legioner həyatı yaşayacaq. Təcrübəli futbolçu "Panserraikos"un yetirməsidi. Papazoğlu "Olimpiakos", APOEL, "Ksanti", "Panetolikos", "Apollon" (Smirnis) klublarında da çıxış edib.
]]>
football Wed, 17 Jul 2019 12:14:09 +0000