13 mar 12:36olke

Medvedev Hüseynov qardaşlarını qabaqladı

Medvedev Hüseynov qardaşlarını qabaqladı
Ansinin taleyinə iki günə aydınlıq gələcək
2011-ci ildən “Qarabağ”ın heyətində top qovan Ansi Aqolli, nəhayət, “Qarabağ”dan ayrılmaq qərarını verdi. Düzdü, alban müdafiəçinin karyerasını məhz ölkəmizdə, bu komandada başa vuracağını gözləyirdik. Lakin qarşıdakı illərdə də top dalınca qaçmaq həvəsində olan Aqolli ABŞ-a yollanmağı üstün tutdu. Ailəsi okeanın o tayındadı deyə, özü də ora yollanmaq istəyir. Artıq “Nyu-York Kosmos”la razılığa gələn Ansi “Qarabağ” rəhbərliyinin də halallığını alıb. Belə olmasaydı, “Zirə”ylə oyundan sonra azarkeşlərlə vidalaşmazdı.
İndi bir məsələ qalıb. “Qarabağ”la əməkdaşlığı tam başa vurmaq, vizanı düzəldib, bileti alıb Nyu-Yorka uçmaq. Bəs bu nə vaxt baş tutacaq? Həftəsonu “Səbail”lə oyunda Aqollini meydanda görəcəyikmi? Suallara klubun mətbuat katibi Nurlan İbrahimovla söhbətdə aydınlıq gətirdik: “İndidən dəqiq söz demək çətindi. Çünki danışıqlar davam edir. Aqollinin taleyinə yaxın iki gün ərzində aydınlıq gələcək”.
“Qarabağ”dan daha bir xəbər isə hansısa legionerlə yox, yerli futbolçu ilə bağlıdı. Söhbət uzun illərdi “köhlən atlar”ın və yığmanın şərəfini qoruyan Maksim Medvedevdən gedir. Belə ki, 30 yaşlı müdafiəçi “Qarabağ”ın tarixində mütləq rekorda sahib çıxmaqla ağdamlıların heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. Premyer-liqanın 20-ci turunun “Zirə” ilə qarşılaşması Maksimin “Qarabağ”ın heyətində ümumilikdə 395-ci oyunu olub. 2006/07 mövsümündə debüt etdiyi komandada indiyədək 12 qol vuran Medvedev Müşfiq Hüseynovun rekordunu yeniləyib. Hazırda “Qarabağ”da məşqçi kimi çalışan sabiq hücumçu 394 rəsmi matçda doğma klubunun formasını geyməyə imkan tapıb. Regional yarışların nəzərə alınmadığı statistikaya əsasən 1987-ci ildə peşəkar klub kimi qeydiyyatdan keçən bölgə təmsilçisində ən çox oyun keçirən 3-cü futbolçu isə Yaşar Hüseynovdu – 380 matç. Maksim milli çempionatlarında 277 (10 qol), ölkə kubokunda 37 (1 qol), avrokuboklarda 81 (1 qol) oyun keçirib.
Qeyd edək ki, Medvedev cari mövsümün gedişində “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu ünvanına yiyələnmişdi. O, 268 çempionat matçına çıxan Aslan Kərimovun rekordunu yeniləmişdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar