13 mar 12:29olke

“Energetik” “Salyan”ı meydana çıxmağa peşman etdi

“Energetik” “Salyan”ı meydana çıxmağa peşman etdi
Liqanın bombardiri “FC Baku”ya, Ramal Hüseynov “Füzuli”yə üz tutub
Geridə qalan həftənin şənbə-bazar günlərində Region Liqasında birinci pley-off mərhələsinin ilk görüşləri keçirilib. Çempionluğa iddialı “FC Baku” çətin İmişli səfərindən qələbə ilə dönməklə cütün favoriti olduğunu bir daha sübut edib. Paytaxt təmsilçisi meydan sahiblərini iki dəfə mərkəzə dəvət edib. Yeri gəlmişkən, pley-off qarşılaşmaları ərəfəsində bakılılar heyətini bir qədər də gücləndiriblər. Liqanın bombardiri, hesabında 26 qol olan Sərxan Ağayev bundan sonra “FC Baku”nun uğurları üçün tər tökəcək. Xatırladaq ki, Ağayev qrup mərhələsində Qusar “Şahdağ”nın şərəfini qoruyurdu. “Füzili” isə “doğma divarlar” arasında “Ümid”in, demək olar ki, növbəti mərhələ ümidinin üstündən xətt çəkib. Birhəftəlik fasilə dönəmində heyətini Ramal Hüseynovla gücləndirən Füzuli futbolçuları Cəlilabad təmsilçisinin qapısından 3 cavabsız top keçirib. “Şirvan” da ilk görüşdə qələbəyə sevinənlər arasındadı. Ağdaşlılar “Ağsu Siti” ilə qarşılaşmadan qalib ayrılmaqla səfər oyunu ərəfəsində üstünlük əldə edib. Ağsu komandası cavab görüşündə səfərdə buraxdığı 2 cavabsız qolun əvəzini çıxmalıdı. Birinci pley-off mərhələsinin iki ən məhsuldar görüşündən biri isə Siyəzəndə baş tutub. Bildiyiniz kimi, Şövkət Orduxanov adına Qusar şəhər stadionu təmirə bağlandığından “Şahdağ” qrup mərhələsində rəqiblərini Siyəzəndə qəbul edirdi. Elə “Göyəzən”lə qarşılaşma da vurğuladımız arenada keçirilib. 90 dəqiqə rəqibdən aşkar üstün olan qusarlılar Qazax komandasının qapısının torunu 5 dəfə silkələməklə növbəti mərhələ yönündə inamlı addım atıb. “Göyəzən”in futbolçularının gücü isə yalnız təsəlli qoluna çatıb. Heyət baxımından qərb təmsilçisini üstələyən şimallılar, böyük ehtimalla, ilk oyundaca cütün taleyini həll ediblər. “Energetik”in də böyük ölçüdə növbəti mərhələyə adlayacağını düşünmək olar. “Nur şəhəri”nin təmsilçisi “Salyan”la görüşdə özünü heç də qonaqpərvər aparmayıb. Mingəçevir komandası salyanlıların qapısından 6 cavabsız top keçiriblər. Birinci pley-off mərhələsinin ilk oyunlarında azarkeşlərin qol görmədiyi tək qarşılaşma isə Sumqayıtda baş tutub. Yerli “Uğur” çox çalışsa da, “Alyans”ı məyus edə bilməyib. “Kapital Bank Arena”nın süni örtüklü ehtiyat meydanında baş tutan matç qolsuz “sülh”lə bitib. Xatırladaq ki, cənublular da həlledici görüşlər ərəfəsində heyəti gücləndirməklə yadda qalıblar. Belə ki, ötən mövsüm Region Liqasında vurduğu 13 qolla bombardir olmuş Balazahir Əsədullayev pley-offda “Alyans”ın heyətində çıxış edəcək.
1-ci pley-off mərhələsi
İlk oyunlar
İmişli – FC Baku 0:2
Şahdağ (Qusar) – Göyəzən (Qazax) 5:1
Uğur (Sumqayıt) – Alyans (Lənkəran) 0:0
Energetik (Mingəçevir) – Salyan 6:0
Şirvan (Ağdaş) – Ağsu Siti 2:0
Qeyd edək ki, cavab görüşləri martın 16-sı və 17-də keçiriləcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular Bütün xəbərlər
Ən çox oxunanlar