07 mar 20:20olke

Üç xal “Neftçi”yə min manata başa gəldi

Üç xal “Neftçi”yə min manata başa gəldi
Martın 5-də AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Budəfəki toplantı premyer-liqada 19-cu, birinci divizionda isə 17-ci, eləcə də 15-ci turdan turdan təxirə salınan və bazar ertəsi keçirilən bir oyunda baş vermiş qayda pozuntularının müzakirəsinə həsr olunub.
Premyer-liqa oyunlarından cəmi birində cəza və cəriməyə əsas verən pozuntu aşkarlanıb. Söhbət “Neftçi” – “Sabah” qarşılaşmasından gedir. Debütant üzərində qələbə meydan sahiblərinə 1000 manat bahasına başa gəlib. “Ağ-qaralar”ın 6 üzvü sarı vərəqə alıb ki, bu, 800 manat cərimə deməkdi. Bundan başqa, 84-cü dəqiqədə ikinci xəbərdarlıqdan sonra “qırmızı” alan Məhəmməd Mirzəbəyov klubunu 200 manat ziyana salıb. Müdafiəçi həftəsonu “Sumqayıt”la baş tutacaq görüşü də buraxmalı olacaq.
Diviziona gəlincə, 15-ci turdan təxirə salınmış “Qarabağ-2” – “Zirə-2” matçının 78-ci dəqiqəsində ağdamlıların üzvü Hüseyn Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib. Son turda isə 14 komandadan 9-u “qarmağa keçib”. “Ağsu” – “Səbail-2” matçı PFL-i 1040 manat irəli salıb ki, məbləğin 960-ı meydan sahiblərinin payına düşür. “Səbail-2”, sadəcə, matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimələnib. 36-cı dəqiqədə “Ağsu”nun futbolçusu Fərrux Rəhimov hakimi təhqir edib. Komitə intizamsız futbolçunu 4 oyunluq diskvalifikasiya edib, kluba 320 manat cərimə kəsib. İki dəqiqə sonra aqressiv davranışa görə birbaşa “qırmızı” alıb komandasını meydanda 9 nəfərlə qoyan Sahib Cümşüdov isə növbəti 2 turda iştirak etməyəcək. Onun davranışı klubu 160 manat ziyana salıb. AFFA nümayəndəsi raportunda “Ağsu”nun təhlükəsizliyi tam təmin etmədiyini yazıb ki, belədə klub daha 400 manat cərimələnib. Bu azmış kimi, bölgə təmsilçisi sarı vərəqələrin bolluğuna görə də 80 manat “tərləyib”.
“Qaradağ Lökbatan” – “Kəpəz” qarşılaşmasının ikinci hissəsi 3 dəqiqə gec başlayıb ki, bu, meydan sahiblərinin səhlənkarlığı ucbatından baş verib. Buna görə klub 240 manat cərimələnib. “Keşlə-2” – “Sabah-2” matçında isə hər iki komanda ziyana düşüb. 85-ci dəqiqədə qonaqlardan Tahir Zeynalov, 90+6-da isə meydan sahiblərindən Vüqar Həsənov birbaşa qırmızı vərəqə alıb. Hər ikisi 2 oyunluq cəzaya və 160 manat cəriməyə məruz qalıb. “Zaqatala” – “Turan Tovuz” matçındakı vərəqə bolluğu hər iki tərəfi 80 manat ziyana salıb. Oyunun 90+5-ci dəqiqəsində Tovuz təmsilçisinin üzvü Emin Bağırov “qırmızı” alıb ki, ona tətbiq olunan “48-ci maddə” 1 oyun və 20 manat cəriməni özündə ehtiva edir. “Sumqayıt-2” və “Şüvəlan” isə sarı vərəqələrin 4 və daha çox olması səbəbindən hərəyə 80 manat “tərləyib”.
Beləliklə, komitə klublara 2960 manatlıq cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 104580 manata çatıb.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar