13 dek 20:02olke, manset

Ölkə Kuboku: "Qarabağ"dan darmadağın, "Qəbələ" və "Neftçi"dən qələbə, "Kəpəz" uduzdu (YENİLƏNİB)

Ölkə Kuboku: "Qarabağ"dan darmadağın, "Qəbələ" və "Neftçi"dən qələbə, "Kəpəz" uduzdu (YENİLƏNİB)
Ölkə kubokunda 1/4 final mərhələsinə start verilib. Mərhələnin bütün matçları eyni gündə planlaşdırılmışdı.  
Mərhələnin əyalətdə keçiriləcək yeganə görüşü Qəbələdə baş tutub. Premyer-liqada liderliyi son turda itirən şəhərin eyniadlı komandasə AZAL-ı sınağa çəkib. Çempionatın sonuncusu ilə matçda "qrmızı-qaralar” aşkar favorit idi. Roman Qriqorçukun komandası ötən ay çempionat matçında bərabərə qaldığı AZAL-dan həmin qarşılaşmanın revanşını almaq barədə düşünürdü. Lakin meydan sahibləri ilk yarıda gözlənilməz müqavimətlə üzləşiblər. Belə ki, fasiləyə qonaqlar öndə yollanıb - 0:1. İlk hissədə yeganə qolu 37-ci dəqiqədə Hüseynpur vurub. Lakin ikinci yarıda meydan sahibləri təzyiqi artırıb.  Bu fəallıq 61-ci dəqiqədə özünü doğruldub. Ozobiç Asifin ötürməsindən sonra hesaba tarazlıq gətirib. 74-cü dəqiqədə isə "Qəbələ" hesabda önə keçib. Qolun müəllifi Ruslan Qurbanov olub.  Bu qol həm də matçın hesabını müəyyənləşdirib - 2:1. 
Görüşdə maraqlı hadisələr də qeydə alınıb. Oyun boyu fəal olan "Qəbələ" azarkeşləri rəqibin oyunçusu İlqar Ələkbərova yumurta atıblar. Buna səbəb isə, noyabrın 6-da keçirilən 11-ci turun AZAL - "Qəbələ" matçında (0:0) yaşananlardı. Həmin görüşdə Ələkbərov bölgə təmsilçisinin oyunçusu Ozobiçə bilərəkdən  zərbə endirmişdi. Görüşün sonlarında isə qəbələli tərəfdarlar Tərlah Əhmədova da sataşıblar. Onlar "Tərlan burdadı, bəs mollaları hardadı?" şüarları səsləndiriblər. 

Paytaxtda isə derbi keçirlib. "Zirə” "Neftçi”ni qəbul edib. Ən zəif mövsümlərindən birini keçirən "flaqman" bütün ümidlərini kuboka yönəldib. Bu üzdən Adil Şükürovun komandasını çətin oyun gözləyirdi. Amma qəsəbə klubu da rəqibin hazırkı durumunu nəzərə alaraq, tarixində ilk dəfə yarımfinala adlamaq iddiasında idi. Son 5 mövsümdə finalın iştirakçısı olmuş "Neftçi” bu ənənəni davam etdirmək şansını qorumaq üçün ilk növbədə "Zirə” səfərindən sərfəli nəticə ilə dönməyə cəhd etməliydi. 
Qarşılaşmanın ilk yarısınsa bir qol qeydə alınıb. Çoxu qolu "Zirə"dən gözləsə də, "Neftçi" 44-cü dəqiqədə fərqlənib. Pesalli qonaqları fasiləyə üstün yollayıb. Qonaqlar ikinci hissəyə də yaxşı başlayıblar. Bunun da məntiqi nəticəsi kimi "ağ-qaralar" ikinci qolu vurub. 58-ci dəqiqədə Pesalli penalti zərbəsindən dublunu rəsmiləşdirib. 63-cü dəqiqədə isə "Zirə"nin qapısına da bir penalti təyin olunub. Topa yaxınlaşan Penalti ikinci zərbəni də dəqiq yerinə yetirib. Matç elə 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Bu hesab cütün taleyinin böyük ölçüdə həll olunduğundan xəbər verir.
 
Mərhələnin mərkəzi görüşü "İnter Arena"da baş tutub. Avrokuboka vəsiqə uğrunda mübarizə aparan "İnter”lə "Kəpəz”i qəbul edib. 2000-ci ildən bəri kubokda yarımfinal üzü görməyən "Kəpəz” uğursuzluq seriyasını qırmaq niyyətində güdürdü. "Bankirlər” isə bu mövsüm məğlub edə bilmədiyi rəqibi ilə matçda sərfəli nəticə qazanıb, ardıcıl 3-cü dəfə yarımfinala vəsiqə qazanmağa çalışırdı. 
İlk yarı komandalar üçün kəşfiyyat xarakteri daşıyıb. Hər iki tərəfin hücumlarına baxmayaraq qapılara qol vurulmayıb. İkinci hissədə isə "bankirlər" təzyiqi artırıb. Bu da "Kəpəz"in ardıcıl qollar buraxması ilə nəticələnib. Öncə Rauf 58-ci dəqiqədə hesabı açıb. 3 dəqiqə sonra isə Nizami komandasının üstübnlüyünü iki topa çatdırıb. Bununla da Svanadzenin komandası bir həftə sonra Gəncəyə böyük üstünlüklə yollanacaq. 
 
Günün son görüşündə kubokun son sahibi "Qarabağ” "Sumqayıt”ı qəbul edir. Ardıcıl iki mövsümdü "Qızıl dubl” edən ağdamlıları yarımfinala daha yaxın saymaq olar. Hər halda "Qarabağ”, şübhəsiz ki, cütün aşkar favoritidi. "Sumqayıt”ı iki dəfə kubokda mübarizədən kənarlaşdıran Qurban Qurbanovun komandası bu dəfə də sensassiyaya imkan verməyib. 
İlk dəqiqələrdən irəli atılan meydan sahibləri 25-ci dəqiqədə hesabı açmağa nail olub. Qonaqların müdafiəçisi Rail topa cərimə meydançasında əllə müdaxilə edib. Fariz Yusifov isə tərəddüd etmədən "ağ nöqtə"ni göstərib. Topa yaxınlaşan Riçard "Qarabağ"ı önə keçirib. 34-cü dəqiqədə isə qonaqların qapısında daha bir penalti təyin olunub. Bu dəfə Vurğun cərimə meydançasında əllə oynayıb. Lakin ikinci penaltini Riçard yox, Dino yerinə yetirib, komandasının ikinci qolunun müəllifi olub. Dinonun 38-ci dəqiqədə vurduğu qol isə oyundan kənar vəziyyəti səbəbindən qeydə alınmayıb. Buna baxmayaraq, Ağdam klubu ilk hissədə üçüncü qolu vura bilib. 40-cı dəqiqədə Coşqun uzaq məsafədən "çərçivə"ni dəqiq nişan alıb. İkinci yarıda da rəqibi "əzib keçən" "köhlən atlar" daha 3 qol vurub. Mədətov 64-cü dəqiqədə hesabı 4:0 edibsə, cəmi üç dəqiqə sonra Ələsgərov qolların sayını 5-ə çatdırıb. Görüşdə son nöqtəni də Mahir qoyub. O, 78-ci dəqiqədə özünün ikinci, komandasının 6-cı qolunu vurub. Bu hesab isə artıq növbəti mərhələ deməkdi. Bunu çətinlik çəkmədən söyləmək olar. 
 
Azərbaycan Kuboku, 1/4 final. İlk oyunlar
13 dekabr

"Qəbələ” – AZAL - 2:1
Qollar: Mirzağa Hüseynpur, 37 (0:1). Filip Ozobiç, 61 (1:1). Ruslan Qurbanov, 74 (2:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu

"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 34. Urfan Abbasov, 44. Rafael Santos
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 7. Nika Kvekveskiri, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 32. Rəşad Eyubov, 21. Roman Hüseynov, 90. Ramil Hasanov
Baş məşqçi: Roman Qriqorçuk
AZAL: 23. Aqil Məmmədov (k), 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 18. Ruslan Əmircanov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 21. David Canelidze, 77. Adan Koronado, 88. Mirzağa Hüseynpur
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 2. Elşad Manafov, 19. Elnur Süleymanov, 9. Röyal Nəcəfov, 16. Aşkan Feyzi, 36. Renat Aşurov
Baş məşqçi: Tərlan Əhmədov
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov

17:00. "Zirə” – "Neftçi” - 0:3

Qollar: Jonas Pesalli, 44 (0:1). Jonas Pesalli, 58 (0:2). Jonas Pesalli, 63 (0:3). 

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

"Zirə”: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 92. Cavid Tağıyev, 19. Nurlan Novruzov, 7. Gerhard Proqni

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 20. Sezar Meza Kolli, 21. Murad Səttarlı, 38. İlkin Muradov

Baş məşqçi: Adil Şükürov

"Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro Rodriges, 20. Eltun Yaqublu, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev (k), 19. Fəhmin Muradbəyli, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 80. Edson Kastilya, 90. Jonas Pesalli, 13. Murad Ağayev

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 23. Tərzin Cahangirov, 5. Anton Krivotsyuk, 26. Kamal Qurbanov, 49. İbrahim Əliyev, 21. Aqşin Qurbanlı, 42. Elvin Sərkərov

Baş məşqçi: Elxan Abdullayev


17:00. "İnter”  - "Kəpəz” - 2:0
Qollar: Rauf Əliyev, 58 (1:0). Nizami Hacıyev, 61 (2:0)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
"İnter Arena”

 

"İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 22.  İlkin Qırtımov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 3. Denis Silva, 15. Ruslan Abışov, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad, 98. Qara Qarayev

Baş məşqçi: Zaur Svanadze

"Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 36. Renan Silva, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 7. Vüqar Bəybalayev, 5. Kərim Diniyev, 17. Nicat Qurbanov, 77. Serjio Kosta, 19. Orxan Əliyev, 90. Julien Ebah

Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 9. Tural Qürbətov, 80. Tural Rzayev, 21. Novruz Məmmədov, 6. Ceyhun Cavadov, 8. Elcan Rəhimov

Baş məşqçi: Şahin Diniyev


İCMAL


 18:00. "Qarabağ” – "Sumqayıt” - 6:0

Qollar: Riçard Almeyda, 21 - p (1:0). Dino Ndlovu, 34 - p (2:0). Coşqun Diniyev, 40 (3:0). Mahir Mədətov, 64 (4:0), 78 (6:0). Namiq Ələsgərov, 67 (5:)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
"Azersun Arena”

 

"Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Markos Madera, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov
"Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 17. Vaquf Güləliyev, 21. Nasir Abilayev, 42. Kamran Abdullazadə
Məşqçi: Seymur Rəhimov

 


Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:06 “Rəvan” rəhbərliyi apellyasiyadan cavab gözləyir Dünən, 18:03 “İnter”lilər hələ də maaş gözləyir Dünən, 17:56 “Qəbələ” Macarıstanda oynayacaq Dünən, 17:52 “Son mövsümdə cəzalanmayan hakim olmadı” Dünən, 16:37 Almanları təəccübləndirməyə bir xal çatmadı Dünən, 16:31 Elxan Abdullayev: dili var, dilçəyi yoxdu! Dünən, 16:28 Qurban Qurbanov azarkeşlərlə futbol oynadı Dünən, 16:26 Yığma bolqarlara yenə uduzdu Dünən, 16:21 "Kəpəz"in növbəti transferi də diviziondandı Dünən, 16:16 “Sumqayıt” “Von Abant” otelini seçdi Dünən, 16:02 Dünən ad günü olan Ülfət Mədətov “Rimini turniri”ndən danışdı Dünən, 15:58 "Zirə" legionerləri saxladı Dünən, 15:51 Füzuli Məmmədov “İnter” rəhbərliyinin qərarına izah tapa bilmir Dünən, 15:28 Lafferti: “Azərbaycanı məğlub etsək...” Dünən, 15:22 Rüstəm Əfsərli “Neftçi”də! Dünən, 15:19 Derlis Meza Kolli indi də “Neftçi” yolundadı Dünən, 15:14 Elvin Səfərli Qəhrəman Əliyevi “naşükür” adlandırdı Dünən, 11:37 Rüstəm DÇ-yə qədər heç bir yarışda çıxış etməyəcək Dünən, 11:34 İkinci Avropa Oyunlarının proqramı və təqvimi müəyyənləşdi Dünən, 11:31 AÇ-dən iki “gümüş”lə Dünən, 11:29 Füzuli Musayevin məclisində bədbəxt hadisə Dünən, 11:25 Qadın şahmatçılarımız ilk dəfə dünya çempionatında iştirak edəcək Dünən, 11:22 Çempionlar Liqasında təmsilçimiz olmayacaq Dünən, 11:16 Maşallah Əhmədovun oğlu məhkəmənin ədalətinə inanır 26-05-2017, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub 26-05-2017, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir 26-05-2017, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... 26-05-2017, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək 26-05-2017, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi 26-05-2017, 15:38 “Elvin Səfərli futbol adamı deyil” 26-05-2017, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır 26-05-2017, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq 26-05-2017, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır 26-05-2017, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı 26-05-2017, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı 26-05-2017, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı 26-05-2017, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! 26-05-2017, 15:17 Averin 15 aylıq cəzalandı 26-05-2017, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! 26-05-2017, 15:09 Türkiyə ilə bacarmadıq 26-05-2017, 15:07 Millimiz Bolqarıstana uduzdu 26-05-2017, 15:06 Medalsız qaldılar 26-05-2017, 15:05 Minskə beş qrossmeyster gedəcək 26-05-2017, 15:04 AÇ üçün hazırlıq başlayır 26-05-2017, 15:00 Antalyadan altı medalla 26-05-2017, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi 26-05-2017, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması 26-05-2017, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi 26-05-2017, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək 26-05-2017, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? 26-05-2017, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var 26-05-2017, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı 26-05-2017, 13:58 “Baku Fayr”dan çətin qələbə 26-05-2017, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı Bütün xəbərlər
Ən çox oxunanlar