02 mar 13:31olke

“Tofiq Bəhramov”, yoxsa “Bakcell Arena”?

“Tofiq Bəhramov”, yoxsa “Bakcell Arena”?
Maliyyə baxımından AFFA-nın balansında olan stadion daha sərfəlidi
Bazar ertəsi “CBC Sport”da yayınlanan “Təkbətək” verilişi geniş müzakirələrə yol açdı. Əslində bunun səbəbi aydındı. Çünki verilişin qonağı AFFA-nın baş katibi Elxan Məmmədov idi. Axı baş katib ölkə futbolunun problemləri haqda fikir mübadiləsi aparılarkən hər zaman diqqət mərkəzində olan personadı. Əksəriyyət uğursuzluqların səbəbkarı kimi onu görür. Ancaq bu qədər tənqidlərə baxmayaraq, Elxan bəy postundan getməyi düşünmür. Yeri gəlmişkən, elə həmin verilişdə baş katib istefası ilə bağlı suala da cavab verib. Ümumiyyətlə, qurum rəsmisi sosial şəbəkə istifadəçilərinin maraqlandığı məqamlara aydınlıq gətirib. Bizim toxunacağımız məsələ isə AFFA rəsmisinin stadionla bağlı dedikləridi.
Məmmədov millinin qarşıdakı oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda yox, “Bakcell Arena”da keçirməsinin səbəbini belə izah edib: “Respublika stadionu AFFA-nın balansında deyil. Orda oyun keçirmək üçün müvafiq vəsait köçürməliyik. Vergilər də daxil olmaqla, hər matç üçün 50 min manat vəsait ödəməliyik. Üstəlik, məşq xərcləri də ayrıca ödənişdi. Məşq olmadıqda isə çətinlik çəkirik. Respublika stadionundan fərqli, "Bakcell Arena" AFFA-nın balansındadı. Minimum 3 oyun keçirdikdə 150 min manat qənaət edirik. Düzdü, mərkəzi arenanın tamaşaçı sayı çoxdu. Amma iqtisadi baxımdan sonda eyni gəliri əldə edirik. Çünki "Bakcell Arena"da "sky-box" sayı Respublika stadionundakından daha çoxdu. “Bakcell Arena”da 23, “Tofiq Bəhramov”da isə 12 "sky-box" var. Əsas gəlirimiz də bundandı. Əvvəllər Respublika stadionunda futbol oynamışıq, doğma arenamızdı. Amma bütün infrastruktur layihələrimiz inkişafdadı və nəyə görə də öz balansımızdakı stadionlardan yararlanmayaq?”
Göründüyü kimi, AFFA-nın Respublika stadionunu seçməməsinin kökündə maliyyə məsələsi durur. Əslində Slovakiya və Macarıstanla oyunların “Bakcell Arena”da keçiriləcəyi bəlli olanda bunun əsas səbəbinin məhz maddi məsələ olduğunu yazmışdıq. Məmmədov isə açıqlamasında bizim xeyli öncədən qeyd etdiyimiz fikirləri təsdiqləmiş oldu. İndi məsələnin maliyyə tərəfi ilə bağlı təxmini hesablama aparaq. Doğrudanmı baş katibin dediyi kimi iqtisadi cəhətdən “Bakcel Arena” ilə eyni gəlir əldə olunur?
Bu suala cavab tapmaq üçün öncə hər iki stadionda keçirilən son seçmə qarşılaşmaları yada salaq. Məlum olduğu kimi, yığma Millətlər Liqasının qrup mərhələsində bütün ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirirdi. Elə ötən il ərzində baş tutan yoldaşlıq görüşləri də ölkənin ən nəhəng arenasında gerçəkləşdi. Slovakiya və Macarıstanla oyunların BOS-a salınmamasının səbəbi isə Avroliqanın finalı ilə bağlıdı. Belə ki, mayın 29-da baş tutacaq həlledici görüşdən sonra stadionu iyunun 8-də baş tutacaq seçmə mərhələ matçına qədər hazırlamaq çətin məsələdi. Bir sözlə, BOS variantı baş tutmayınca, Respublika stadionu yox, məhz “Bakcell Arena” seçildi.
Təbii, azarkeşlərin “Tofiq Bəhramov”u istəməsi də boşuna deyil. Əvvəla, yığma üçün vacib qarşılaşmalardı və azarkeş sayını maksimum 10260 nəfərlə məhdudlaşdırmaq doğru deyil. İkincisi, mərkəzi arena futbolsevərlər üçün ən əlverişli məkandı. Hələ möcüzənin reallaşacağını - millinin Zaqrebdən xalla dönmək ehtimalını nəzərə almırıq. Bu baş versə, AFFA-nın stadion seçimi ilə bağlı tənqidlər artacaq. Bu məsələnin başqa tərəfidi və qayıdaq maliyyəyə. Deməli, mərkəzi arenada yığmanın sonuncu oyunu 2017-ci il iyunun 10-da baş tutub. Hansı ki, millinin DÇ-2018-in final mərhələsi ilə bağlı taleyi məhz Şimali İrlandiya ilə qarşılaşmada həll olundu. 0:1 hesabı ilə məğlub olan Robert Prosineçkinin komandası xəyalları gerçəkləşdirə bilmədi. Həmin görüş üçün biletlərin qiyməti 3 kateqoriya üzrə 2, 4, 9, VİP isə 25 manat idi. “Bakcell Arena”da gerçəkləşən son qarşılaşma isə Azərbaycan – San Marino matçı olub. Yığmanın 5:1 hesabı ilə qalib gəldiyi və bir sıra ilklərə imza atdığı oyun da 2017-ci ildə, sentyabrın 4-də gerçəkləşmişdi. Həmin qarşılaşma üçün də VİP biletlərin qiyməti 25 manat idi. Ancaq digər biletlər iki kateqoriyaya bölünmüşdü, 1 və 4 manata satılırdı. Əlbəttə, qiymətlər matçların statusuna uyğun müəyyənləşir. Biz isə müəyyən etməyə çalışacağıq ki, Macarıstan və Slovakiya ilə oyunların bu iki arenada keçirilməsi maliyyə baxımından nə kimi fərq yaradır?
Bilindiyi kimi, “Tofiq Bəhramov” 31200, “Bakcell Arena” isə 10260 yerlikdi. Orta qiymət kimi bütün biletlərin 3 manatdan satılacağını nəzərə alaq. Bu oyunlarda mərkəzi arenaya 20 min tamaşaçı gələrsə, bu da 60 min manat edir. “Bakcell Arena” dolacağı halda bu rəqəm təxminən 30 minə bərabər olur. Bilet satışında mərkəzi arena rəqibini ikiqat qabaqlayır. Keçək “sky-box”lara. Hər “sky-box”un ortalama 2 min manat dəyərinin olduğunu düşünsək, “Tofiq Bəhramov”da onların sayı 12-di və bu, 24 min manat deməkdi. “Bakcell Arena”da isə 23 “sky-box” varsa, bizim hesablamımıza görə 46 min manat edir. Bu isə o anlama gəlir ki, bir oyunda bilet və “sky-box”lardan gələn gəlir “Tofiq Bəhramov”da 84 (60+24), “Bakcell Arena”da isə 76 (30+46) min manata çatır. Deyək ki, mərkəzi arenaya 20 min yox, bir qədər artıq tamaşaçı gəldi. Hərçənd bu o qədər də inandırıcı səslənmir. Yalnız Zaqrebdəki sensasiya bunu iddia etməyə əsas verəcək. Bundan başqa, Avroliqanın finalındakı tamaşaçı “partlayışı” da ümumi azarkeş sayına təsir edə bilər. Hər halda, bilet və “sky-box”lardan gələn gəlirlərin müqayisəsində bir oyunda stadionlar arasında aşağı-yuxarı 10 min manat fərq edir, yəni Respublika stadionu daha çox qazanc gətirir. Ancaq “Bakcell Arena”ya icarə pulu vermədiyini nəzərə alsaq, belə çıxır ki, 10 min itirən AFFA 40 min qabağa düşür. Hələ həftəlik məşqləri kənara qoyuruq. Bu baxımdan qurumun seçimini anlamaq olar. Lakin bu sırf maliyyə məsələsi ilə bağlıdı. Azarkeş marağı və rahatlıq məsələsində isə “Tofiq Bəhramov”un ən ideal seçim olduğu gerçəyini heç nə dəyişmir.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar