02 mar 12:56olke

Kapitan komandasını premyer-liqada çıxış etməyə hazır sayır

Kapitan komandasını premyer-liqada çıxış etməyə hazır sayır
Sənan Qurbanov: “FC Baku” ilə görüşdə futbolçularımda peşəkarlıq görmədim”
Ötən sayımızda “Qəbələ”nin yoxlama oyununda Region Liqasında çıxış edən “FC Baku”ya uduzduğunu xəbər vermişdik. “Qırmızı-qaralar”ın həvəskar status daşıyan komandaya uduzması idman mediasında böyük hay-küylə qarşılandı. Bir çox mətbu orqanlar hətta bu xəbəri manşetə çıxardı.
Maraq üçün Sənan Qurbanovun ilk yarıda meydana buraxdığı “11-liy”i diqqətinizə çatdıraq: Dmitri Bezotosnı, Voislav Stankoviç, Rasim Ramaldanov, Amin Seydiyev, Sabien Lilay, Ceyms Adeniyi, Rauf Əliyev, Elvin Camalov, Asif Məmmədov, Qismət Alıyev, Rövlan Muradov. “Qırmızı-qaralar” ikinci 45 dəqiqəni bu “11-lik”lə keçirib: Anar Nəzirov, Rasim Ramaldanov, Urfan Abbasov, İlqar Qurbanov, Roman Hüseynov, Rüstəm Nuruyev, Rövlan Muradov, Cavid Hüseynov, Stiven Jozef-Monroz, Lalavele Atakora, Samir Qurbanov.
Ad baxımından, heç şübhəsiz, şimallılar yeni yaranmış, həvəskar status daşıyan liqada mübarizə aparan komandadan daha üstündü. Ancaq onu da unutmayaq ki, hazırda “FC Baku”nun heyətində çıxış edən futbolçuların hamısı 1-2 il əvvələ qədər elitada və birinci divizionun iddialı klublarında top qovublar. Bu üzdən “Qəbələ”nin qarşısına böyük hədəflər qoyan komandaya boyun əyməsi heç də təəccüblü görünməməlidi. Onu da nəzərə almaq lazımdı ki, bu yoxlama görüşüdü. Belə oyunlarda isə adına görə rəqibi üstələn kollektivin futbolçuları motivasiya problemi yaşayırlar.
“Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı uduzmalarına baxmayaraq, “FC Baku”ya görə sevindiyini bildirdi: “Adi bir yoxlama görüşü idi. Məğlub olsaq da, bunu böyük faciə kimi qəbul etmirəm. Əksinə, sevinmək lazımdı ki, ölkə futboluna “FC Baku” kimi komanda qoşulub. Heyətləri də yetərincə güclüdü. Bir qədər də güclənsələr, iki-üç legioner dəvət olunsa, asanlıqla elitada çıxış edə bilərlər. Premyer-liqa təmsilçilərinin hamısı medallar uğrunda oynamır ki. “FC Baku” kimi möhkəm ortabab da çempionata rəng qatar”.
“Qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov isə futbolçularının qeyri-peşəkarlığını qabartdı: “Əvvəlcədən elə proqram tutmuşduq ki, komanda həmin gün oyun planında məşq etsin. Yaxşı oldu ki, bu matç baş tutdu. Sadəcə, bir qədər futbolçularda konsentrasiya itkisi oldu. Biz hər oyundan dərs çıxarırıq. Bir daha göründü ki, stimul, həvəs yoxdusa, özündən aşağı komandalara da uduzursan. Bu bizə növbəti çempionat qarşılaşması ərəfəsində yaxşı dərs oldu. Uşaqlar bir daha gördülər ki, oyuna həvəssiz çıxmağın, rəqibə ciddi yanaşmamağın sonu necə olur. “FC Baku” ilə görüşdə futbolçularımda peşəkarlıq görmədim. Sən bu gün meydana çıxırsansa, deməli, sevdiyin işlə məşğul olursan. Peşəkara isə rəqibin adı, çıxış etdiyi liqa maraqlı olmamalıdı. Üzərinə düşən işi sona qədər yerinə yetirməlidi”.
Qrup lideri kimi Region Liqasında pley-offa vəsiqə qazanan “FC Baku”da isə əhval-ruhiyyə daha da yüksəlib. Bunu klubun “feysbuk” səhifəsinə açıqlama verən futbolçuların söylədiklərindən də hiss etmək mümkündü. Kapitan Aleksandr Şemonayevin dedikləri belədi: “Qəbələ”ni hamı yaxşı tanıyır və gücünə də bələddi. Ancaq onu da deyim ki, bizim komanda da premyer-liqada mübarizə apara biləcək səviyyədədi. Çox maraqlı oyun keçdi, qələbəyə görə uşaqları təbrik edirəm. “Qəbələ” ilə oyunda qarşımıza konkret qələbə qazanmaq məqsədi qoyulmamışdı. Məncə, güclü komanda olub, daha yüksək liqada çıxış etməyə layiq olduğumuzu da heç kimə sübut etməyə də ehtiyac yoxdu. Bu oyunu udmasaydıq belə, hamı bilir ki, “FC Baku” daha yüksək liqada çıxış etməyə hazırdı”.
Paytaxt təımsilçisinin daha bir təcrübəli oyunçusu Emin Mustafayev isə qarşılarına Region Liqasının qalibi olmaq məqsədi qoyduqlarını bildirib: “Hazırda bizim komandada çıxış edən futbolçuların, demək olar ki, hamısının premyer-liqa təcrübəsi var. Vaxtilə müxtəlif yaş qrupu üzrə yığmaların da şərəfini qoruyublar. Özümüzü sübut etmək üçün əlimizə yaxşı şans düşmüşdü. Ümumiyyətlə, “FC Baku” hansı klubla qarşılaşmasından asılı olmayaraq, hər zaman meydana qələbə əzmi ilə çıxır. Rəqibin elita və ya Region Liqasından olması bizim üçün önəm daşımır. Məşqçinin verdiyi tapşırıqları yüz faiz olmasa da, müəyyən qədər yerinə yetirməyə çalışdıq və qələbə qazandıq. Belə oyunlarda, adətən, premyer-liqa komandaları özündən aşağı dəstədə çıxış edən kollektivlərə qarşı köklənmə ilə bağlı çətinlik çəkirlər. Düşünürəm ki, “Qəbələ”də də eyni hal yaşandı. İndi əsas məqsədimiz pley-off matçlarına yaxşı hazırlaşmaqdı. Qrup mərhələsində olduğu kimi, həlledici görüşlərdə də uğurlu seriyanı davam etdirməyi düşünürük. Əsas məqsədimiz sonda çempion olmaqdı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar