02 mar 12:54olke

Belaruslu qolkiper “Xəzər Lənkəran” fanatlarını unutmayıb

Belaruslu qolkiper “Xəzər Lənkəran” fanatlarını unutmayıb
“O illərdə Azərbaycan futbolu ətrafında fantastik ajiotaj var idi”
“Xəzər Lənkəran”ın sabiq qolkiperi Aleksandr Martyoşkin bugünlərdə Belarus mətbuatına geniş müsahibə verib. Belaruslu qolkiper rusiyalı həmkarımızla söhbətdə “ağ-yaşıllar” barədə ağızdolusu danışıb, artıq fəaliyyəti dayandırılmış kluba tərif yağdırıb. 49 yaşlı veteran futbolçu hazırda vətənində Minsk “Dinamo”sunun aşağı yaş qrupları üzrə komandalarda qapıçılar üzrə məşqçi kimi çalışır: "2004-cü ildə Dmitri Nejelevlə birlikdə "Xəzər Lənkəran"a keçdik. O, orda çox oynamadı. Təəssüf ki, indi bir-birimizi nadir hallarda görürük. Həmin il "Xəzər Lənkəran"dan çox maraqlı təklif gəldi. Mən maliyyə tərəfdən danışmıram. O illərdə Azərbaycan futbolu ətrafında fantastik ajiotaj var idi. Ordakı bu cür həyəcanı yalnız Türkiyədə görmək olardı. Komandamız Bakıdan xeyli aralıda məskunlaşmışdı. Amma paytaxtda olduğum zaman, demək olar ki, hamı məni tanıyırdı. Yerli KİV-də - qəzetlərdə, radioda futbola diqqət insanları özünə cəlb edirdi, stadionlara kütləvi axın var idi. 2004/05 mövsümündə "Xəzər Lənkəran"la "Neftçi" arasında "qızıl oyun" keçirildi. Rəqibimiz Azərbaycan futbolunun nəhəngi idi. 1:2 hesabı ilə məğlub olduq. Əla heyətimiz olduğundan, bu yenilgi bizi çox məyus etdi. Növbəti mövsüm yerli assosiasiya əcnəbi limitini məhdudlaşdırdı. 5 əcnəbi əvəzinə meydana cəmi 3 legioner çıxmalı idi. "Xəzər Lənkəran"da da baş məşqçi dəyişikliyi oldu. Yeni gələn məşqçi isə öz qapıçısını - azərbaycanlını gətirdi. Mən də ehtiyatda oturmamaq üçün Belarusa qayıtdım".
Martyoşkin karyerası ərzində gördüyü ən yaxşı azarkeşlərin də "Xəzər Lənkəran" fanatları olduğunu vurğulayıb: "Lənkəranlı fanatlar yalnız xoş xatirələrlə yadımdadı. "Xəzər Lənkəran"da olanda səfər oyunlarımıza müntəzəm 10-12 avtobus dolu azarkeşimiz gedirdi. Həm evdə, həm də səfərdə bizə yüksək səviyyədə dəstək olurdular. Azərbaycanda futbol çox sevilir. Təkcə məşqlərimizə bir neçə min azarkeş gələrdi".
Belaruslu veteran 2005/06 mövsümündə "Xəzər Lənkəran"ın avrokuboklardakı debütünü də xatırlayıb: "UEFA kubokunun birinci təsnifat mərhələsində "Nistru" ilə qarşılaşanda Moldova klubunu heç də yüksək dəyərləndirmədik. Amma mən uşaqlara xəbərdarlıq etdim ki, "Nistru" güclü komandadı və bizi güclü rəqibə qarşı oyun gözləyir. Çünki əvvəllər Soliqorsk "Şaxtyor"unda olarkən, onlara qarşı oynamışdım. Nəticədə səfərdə 1:3 hesabı ilə məğlub olduq. Evdə qələbə üçün yaxşı imkanlarımız olmasına baxmayaraq, bu dəfə 1:2 hesabı ilə uduzduq. Mən "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra komanda ölkə çempionu oldu, avrokuboklarda çıxış etdi. Ancaq bir neçə il əvvəl fəaliyyətini dayandırdı. Ordan ayrıldıqdan bir az sonra isə məşqçiliyə başladım".
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar