17 fev 15:58olke

PFL divizionun oyunlarını canlı yayınlayır

PFL divizionun oyunlarını canlı yayınlayır
Qurum növbəti səfərini Gəncəyə edəcək
Premyer-liqa klublarının Antalyadakı təlim-məşq toplanışı zamanı PFL yoxlama oyunlarından canlı yayın təşkil edirdi. Belə ki, təmsilçilərmizin yoldaşlıq görüşləri təşkilatçı qurumun "yutub" kanalında göstərilirdi. PFL atıq divizion oyunlarını izləmək istəyənləri də nəzərə alıb. Qurum aşağı dəstənin geridə qalan üç oyununu yayınlayıb. 15-ci turda "Qaradağ Lökbatan" - "Zaqatala" (1:0), 16-cı turda isə "Neftçi-2" - "Kəpəz" (3:2) və "Ağsu" - "Şüvəlan" (0:1) oyunları qurumun "yutub" kanalında nümayiş etdirilib.
Əslində oyunların göstərilməsi müsbət haldı. Bəs görəsən, bu məsələ "CBC Sport"la necə razılaşdırılıb? Axı əvvəllər adı çəkilən telekanal da bir neçə dəfə birinci divizion oyunlarını ekranlara daşıyıb. Bununla bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə danışdıq: "Daha öncə Bakıda keçirilən iki oyunu göstərmişdiksə, bu dəfə ilk dəfə regiondan - Ağsudan canlı yayın təşkil etdik. Növbəti turlarda da çalışacağıq ki, hər gün bir oyun verək. Bəzən stadionlarda internet problemi olur. Məsələn, Ağsudakı oyundan narahat idik, ancaq ən yüksək keyfiyyətdə göstərə bildik. Bilirsiz ki, Antalyada çətin şəraitdə çəkilişlər etdik. Orda bunu gerçəkləşdirə bildiksə, fikirləşdik ki, burda da edə bilərik. "Qaradağ Lökbatan"ın oyununda sınaqdan keçirdik, bəzi problemlər oldu, donmalar baş verdi. Amma qalan matçlarda problem olmadı. Odu ki, növbəti turlarda da yayınları davam etdirəcəyik. Gələn həftə Gəncədəki oyunu göstərəcəyik. Həmçinin başqa bölgələrdən də canlı yayın təşkil etmək fikrimiz var... "CBC Sport" Topaz premyer-liqasının yayın hüququna malikdi. Sadəcə, bəzən boş vaxt olanda birinci divizion oyunlarını da göstərirdilər. Ancaq hazırda onların efir qrafiki sıxdı. Biz də qışda bu sistemi sınaqdan keçirdik. Özünü doğrultdu və keyfiyyətli idi. Bu üzdən divizion oyunlarını da tamaşaçıların izləməsinə şərait yaratmaq qərarına gəldik".
Məlum olduğu kimi, premyer-liqanın son turlarında oyunlar eyni saatda start götürür. Belədə "CBC Sport"un bütün oyunları eyni vaxtda göstərmək imkanı olmur. Görəsən, həmin vaxt PFL-in "yutub" kanalı yenidən azarkeşlərin köməyinə çatacaq? Aslan bəyi dinləyək: "Bir gündə olan oyunların hamısını "CBC Sport" göstərə bilməyəndə də bu sistemdən yararlanmaq istəyirik. Belə bir planımız var. Fikrimcə, telekanalın razılıq verməsi ilə bağlı hansısa problem olmaz".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar