17 fev 15:37olke

Sürprizsiz tur

Sürprizsiz tur
Dünən futzal üzrə yüksək liqada 18-ci turun oyunları keçirilib. Bəribaşdan qeyd edək ki, turun bütün görüşləri baş tutub və sürpriz nəticə qeydə alınmayıb. Açılış matçında əsasən legioner futzalçılardan qurulan iki komanda – “Yasamal” MFK və “Xəzər Cənub” üz-üzə gəlib. Qış fasiləsindən sonra iki texniki məğlubiyyətlə barışmalı olan, ötən turda isə məcburi istirahət edən “Yasamal” MFK üçüncü dövrədə keçirdiyi ilk qarşılaşmada böyük hesabla uduzub. Ardıcıl qələbələr qazanan “Xəzər Cənub” rəqibin qapısına hər hissədə 3 qol vurmaqla inamlı qələbə qazanaraq, xal ehtiyatını artırıb. Səcəd Nəsihi 4 qol vurmaqla qələbədə əsas pay sahibi olub. Beləliklə, 9 oyundu məğlubiyyətin nə olduğunu bilməyən və bu görüşlərin altısında qalib gələrək 4-cü pillədə möhkəmlənən Lənkəran təmsilçisi ən yaxın qonşusu ilə xal fərqini 17-yə çatdırıb. Bu o deməkdi ki, cənublular çempionluq mübarizəsini davam etdirəcək “4-lük”də yerini böyük ölçüdə təmin edib. “Yasamal” MFK dünən qalib gəlsəydi, ümidlənə bilərdi.
İkinci oyunda iddialı “Ekol” turnir cədvəlinin son pilləsində yer almış “Yasamal” İSK-nı sınağa çəkib. Qış fasiləsindən sonra daha yaxşı təsir bağışlayan “Yasamal” İSK güclü rəqibi qarşısında davam gətirə bilməyib. İlk yarıda qapısından 6 cavabsız top buraxan debütant fasilədən sonra 2 qol vursa da, fərqin artmasına mane ola bilməyib və 2:13 hesabıyla uduzub. Bombardirlərin yarışında yer alan Namiq Məmmədkərimov het-trik etməklə yadda qalıb. Bu qələbə “şirkət təmsilçisi”nə 2-ci yeri ələ keçirməyə imkan yaradıb. Radik Əhmədovun komandası potensial lider olmaq şansını da qoruyur.
Turun son oyununda lider “Araz” yaxşı günlərini yaşamayan “Liman”la üz-üzə gəlib. 12-ci dəqiqəyə qədər qapısında cəmi bir qol görən debütant hissənin ortalarında 10 saniyə fərqlə topu tordan 2 dəfə çıxarıb. Bu da heyətlə bağlı sıxıntıdan irəli gəlir. Hər halda, oyuna cəmi 7 futzalçı ilə çıxan komandada yorğunluğun özünü göstərməsi təbii qarşılanmalıdı. Beləliklə, son çempion qarşısında duruş gətirməyən “Liman” “Araz”ın sonrakı dəqiqələrdə hesabı darmadağın həddinə çatdırmasına əngəl ola bilməyib. Maraqlıdı ki, ilk hissədə rəqibini 8 dəfə meydanın mərkəzinə dəvət edən naxçıvanlılar fasilədən sonra cəmi 1 qol vura bildi. Beləliklə, Joze Alesio da Silvanın komandası bu qələbə sayəsində zirvədə qala bildi. Ancaq son çempionu növbəti turda çətin sınaq gözləyir. Belə ki, “Araz” “Neftçi” ilə üz-üzə gələcək. Potensial lider isə “Liman”la qarşılaşacaq.
18-ci tur
Yasamal MFK – Xəzər Cənub 0:6 (0:3)
Yasamal MFK: 2. Rza Xorasani, 10. Omid Oraz, 7. Rəsul Əkbəri (k), 8. Məhəmmədhəsən Fulad, 6. Sina Camali; 1. Əlirza Abazarfərd, 11. Cavidan Vəliyev, 12. Murtuza Cahandost, 17. Tural Lətifov, 18. Kənan Osmanlı, 20. Xəzər Əhməd.
Rəhbər: Orxan Allahverdiyev.
Xəzər Cənub: 33. Rza Təbrizi, 10. Mehdi Pənahande (k), 9. Fərid Mazaheri, 20. İsaq Surqalı, 13. Əmir Şocayi; 24. Həmid Rəşidi, 6. Nayim Sayari, 7. Hadi Rizvan, 8. Səcəd Nəsihi, 11. Şahab Şahnaz,12. Rəşid Qalapur, 78. Behzad Şebli, 99. İlkin Mirzəyev.
Menecer: Tuğsal Eliz.
Qollar: M.Pənahande, 5 (0:1). H.Rizvan, 12 (0:2). S.Nəsihi, 17 (0:3). S.Nəsihi, 29 (0:4). S.Nəsihi, 35 (0:5). S.Nəsihi, 37 (0:6).
Vərəqələr: M.Fulad, 32. H.Rizvan, 36 – sarı.
Hakimlər: Ramil Namazov, Kənan Məlikov, Vüsal Balaşov.
15 fevral. Bakı İdman Sarayı.
Ekol – Yasamal İSK 13:2 (6:0)
Ekol: 1. İntiqam Babayev, 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov; 99. Emin Kürdov, 2. Radik Əhmədov, 5. Sərxan Məstiyev, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 77. Faiq Əliyev, 33. Ələsgər Ələsgərli.
Məşqçi: Radik Əhmədov.
Yasamal İSK: 1. Ceyhun Nağıyev, 2. Anar İsayev, 5. Vüsal Səfərov (k), 10. Məhəmməd Eyniyev, 6. Davud Bağıri; 23. Namaz İsmayılov, 99. Nirat Şahtaxtinski , 3. Məhərrəm Orucov, 7. Əsəd Əbdulov, 9. İbad Məmmədov, 12. Cəfər Hüseynov, 14. İmran Təhmirazlı.
Rəhbər: Azər Əmənov.
Qollar: N.Məmmədkərimov, 4 (1:0). Z.Fərziyev, 5 (2:0). F.Əliyev, 5 (3:0). F.Atakişiyev, 10 (4:0). Ə.Abasov, 12 (5:0). Z.Fərziyev, 19 (6:0). N.Məmmədkərimov, 23 (7:0). F.Ələkbərov, 23 (8:0). Z.Fərziyev, 25 (9:0). V.Səfərov, 27 (9:1). N.Məmmədkərimov, 34 (10:1). Ə.Abasov, 36 (11:1). Ə.Abasov, 38 (12:1). R.Əhmədov, 39 (13:1). İ.Məmmədov, 40 (13:2).
Vərəqələr: V.Səfərov, 7. Ə.Abasov, 19 – sarı.
Hakimlər: Anar Fərəcov, Elman Musayev, Vaqif Musayev
15 fevral. Bakı İdman Sarayı.
Araz – Liman 9:0 (8:0)
Araz: 12. Rövşən Hüseynli, 7. Əli Mikaili, 8. Rizvan Fərzəliyev (k), 9. Oktay Rüstəmli, 17. İsa Atayev; 1. Kamran Hacıyev, 21. Ruhi Məhəmmədrza, 10. Nihad İsmayılov, 13. Hüseyn Seyidəbülfəz, 14. Məsud Nasirzadə, 15. Məhəmmədtaha Neyməti, 18. Adil İsmayılov, 19. Sadiq Cavid, 20. Emil Həsənzadə.
Baş məşqçi: Joze Alesio da Silva.
Liman: 1. Abbas Rüstəmnecad, 4. Maqsum Qənbərli (k), 5. Əli Deljo, 6. Rauf Qasımov, 8. Ramin Sabur; 77. Mənsur Əhmədzadə, 88. Anar Abbasov.
Rəhbər: Fariz Əkbərov.
Qollar: İ.Atayev, 3 (1:0). O.Rüstəmli, 13 (2:0). Ə.Mikaili, 13 (3:0). M.Neyməti, 14 (4:0). H.Seyidəbülfəz, 16 (5:0). M.Nasirzadə, 16 (6:0). O.Rüstəmli, 19 (7:0). Ə.Mikaili, 19 (8:0). Ə.Mikaili, 27 (9:0).
Vərəqələr: A.Rüstəmnecad, 10. R.Hüseynli, 20 – sarı.
Hakimlər: Azad Hüseynov, Elmir Quluzadə, İsgəndər Əliyev
15 fevral. Bakı İdman Sarayı.
1. Araz 16 11 4 1 127-36 37
2. Ekol 15 11 2 2 119-35 35
3. Neftçi 15 11 0 4 80-41 33
4. Xəzər Cənub 16 9 3 4 138-50 30
5. Yasamal MFK 15 4 1 10 70-72 13
6. Liman 15 2 0 13 42-156 6
7. Yasamal İSK 16 1 0 15 49-235 3
Bombaridlər: Hadi Rizvan (Xəzər Cənub) – 46, Namiq Məmmədkərimov (Ekol) – 30, Xətai Bağırov (Araz) – 27.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar