17 fev 15:35olke

“Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı”

“Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı”
Coşqun Diniyev “Qarabağ”dakı son ilyarımı itirilmiş sayır
Kərim və Coşqun Diniyev qardaşları peşəkar karyeraları ərzində ilk dəfə eyni komandanın – “Sabah”ın şərəfini qoruyurlar. Halbuki bir neçə il öncə Coşqunun potensialına həsəd aparan futbol ictimaiyyətinin bəzi üzvləri kiçik Diniyevin yaxın gələcəkdə Avropada legioner həyatı yaşayacağını təxmin edirdilər. Lakin 2015-ci ildən “Qarabağ”ın uğurları üçün tər tökən, ara-sıra əsas milliyə dəvət alan 23 yaşlı yarımmüdafiəçi ümidləri doğrultmadı. “Qarabağ”da möhkəmlənə bilməyən, Miçellə Qara Qarayevin kölgəsində qalan Şahin Diniyevin oğlu daha çox oyun təcrübəsinə sahib olmaq üçün “Sabah”a üz tutdu.
Heç şübhəsiz, yüksəklərə qalxa bilməyən futbolçu bunun səbəbini hamıdan yaxşı bilir. Onunla əlaqə saxlamaqda əsas məqsədimiz yeni komandası və gələcək planları ilə haqda olsa da, keçmişlə bağlı faktlara da toxunmağı lazım bildik.
- Yeni komandaya öyrəşdiyini demək olar?
- Şükürlər olsun, hər şey qaydasındadı. Bir aydı komandadayam, futbolçuların əksəri ilə tanışam. Baş məşqçinin də bizdən nə istədiyini başa düşürəm. Fikrimcə, zamanla daha yaxşı olacaq.
- “Sabah” çempionatın ikinci yarısına 1 qələbə və 1 məğlubiyyətlə başladı. Qənaətbəxş saymaq olar?
- İki qələbə qazansaydıq, qənaətbəxş saymaq olardı. Çünki əsas məqsədimiz bu idi. Təəssüf ki, “Zirə”ylə oyundakı uğurun davamını “Qəbələ”ylə matçda gətirə bilmədik. Heç şübhəsiz, ikinci hissəni azlıqda oynamağımız da yekun nəticədə özünü göstərdi. 10 nəfərlə qalandan sonra heç-heçə etmək üçün çalışırdıq. Qol imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Eybi yoxdu, artıq keçmişdə qalıb. İrəli boylanmalıyıq.
- Lazımsız yerə iki sarı vərəqə alıb komandasını pis vəziyyətdə qoyan Marko Deviçi qınayırdız?
- Futbolçu futbolçunu qınaya bilməz. Çünki həmin hadisə sabah mənim də başıma gələ bilər. Əlbəttə, içimizdə pis oluruq, azlıqda mübarizə apardığımıza görə təəssüf hissi keçiririk. Amma buna görə futbolçunu günahlandırmaq olmur. Əslində Deviç yersiz hərəkətə görə qovulmadı. Penalti qazanıb komandaya kömək etmək niyyəti ilə o hərəkəti etmişdi.
- “Sabah”da dayaq yarımmüdafiəçilərinin sayı kifayət qədərdi. Erik Ramos, Vadim Abdullayev, Tərzin Cahangirov, Rəşad Eyyubov, üstəgəl sən. Əsas heyətdə möhkəmlənmək çətin olmayacaq?
- Rəqabət hər komandada var. Rəqabətin olması ziyanımıza deyil, əksinə, xeyrimizədi. Bizim işimiz durmadan məşq edib baş məşqçinin diqqətini cəlb etməkdi. Belə olan halda baş məşqçi əsas heyətə layiq olanlara şans verir. Heç bir məşqçi hazır olan futbolçunu kənarda qoyub hazırlıqsız oyunçuya şans verməz. Ona görə də nə mənim, nə də komanda yoldaşlarımın qorxacaq yeri var. Hər birimiz məşqlərdə can qoymalıyıq ki, əsas heyətdə şans qazanaq. Bir sözlə, özümüzdən asılıdı.
- “Sabah”ı seçməyin birmənalı qarşılanmadı. Çünki komandan avrokuboklara vəsiqə qazansa belə, yayda beynəlxalq arenalarda çıxış edə bilməyəcək. Seçim zamanı bu məqamı göz önünə almışdın?
- Əlbəttə, təklif gələndə ilk düşündüyüm bu oldu. Hər bir futbolçu üçün vacib məqam avrokuboklarda oynamaqdı. Lakin klub rəhbərliyi ilə görüşəndən sonra “Sabah”ı seçməyi qərara aldım. Klubun gələcəklə bağlı ciddi məqsədləri var. Ona görə də planlı şəkildə hərəkət edirlər. Bu gün əsas məqsədimiz kollektiv kimi formalaşmaqdı. Bunu bacarandan sonra avrokuboklarda növbəti yay çıxış etmək məqsədəuyğun olar.
- “Sabah”dan başqa təkliflər var idi?
- Təklif tək mənə yox, hər futbolçuya olur. Gizlətmirəm, məni də heyətində görmək istəyən iki-üç klub var idi. Lakin “Sabah”a üstünlük verdim.
- Hansı klublar idi?
- Bu haqda danışmaq istəmirəm. Artıq keçmişdə qalıb. Ad çəkməyim heç nəyi dəyişməyəcək.
- “Qarabağ”dakı üç ilyarımı sənin üçün itirilmiş hesab etmək olar?
- Kənardan necə görünür, bilmirəm. Amma şəxsi fikrimi bilmək istəyirsizsə, itirdiyimi deməzdim. O cür kollektivin içində olmaq, avrokubok matçlarında meydana çıxmaq, hətta ehtiyat oyunçular skamyasında əyləşmək, Qurban Qurbanov kimi məşqçi ilə işləmək, səviyyəli futbolçularla çiyin-çiyinə mübarizə aparmaq – bütün bunlar qazancım oldu. Düzdü, limitə görə ilk iki ildə mütəmadi oynayırdım. Bu mənim üçün böyük təcrübə oldu. Amma son ilyarımda az şans qazanırdım. Ola bilsin, bu müddətdə futbol baxımından qazandıqlarım kimi, itirdiklərim də oldu.
- Razılaşaq ki, hər azərbaycanlı futbolçu “Qarabağ”ı öz istəyi ilə tərk etmir.
- Təbii, qərar vermək çətin idi. Amma pul qazanmaq üçün ehtiyatda oturacaq yaşda deyiləm. Onsuz da müqavilə müddəti yayda bitirdi. Çempionatın ikinci yarısında yenə ehtiyatda qalsaydım, xidmətimdə maraqlı olanlar da üz çevirə bilərdilər. Ona görə də daha çox oynamaq şansı qazana biləcəyim yerə gəldim.
- “Qarabağ”da möhkəmlənməyinə nə mane oldu?
- Bu komandanın adı “Qarabağ”dı. Azərbaycan futbolunun brendi, “1 nömrə”si. “Qarabağ”da təkcə səviyyəli yerli futbolçular yox, həm də bacarıqlı legionerlər top qovur. Razılaşarsız ki,sponsorlar kluba kifayət qədər maliyyə sərf edir və bunun qarşılığında komandadan daha çox nəticə tələb olunur. Belə olan halda isə legionerlərin say artımı müşahidə olunur. Xüsusən də çıxış etdiyim mövqedə bacarıqlı əcnəbilər var idi. Orda olduğum müddətdə əlimdən gələni etməyə çalışdım. Olmadı, alınmadı.
- Qısası, legionerlərin kölgəsində qaldın.
- Qalmağa məcbur idim deyə qaldım.
- Qara Qarayev legioner deyil axı...
- Qara Qarayev yaxşı futbolçudu, “Qarabağ”a lazım olan oyunçudu. Futbol dili ilə desək, gözünü “Qarabağ”da açıb. İllərdi komandanın uğurları üçün tər tökür. Üç ilyarımda Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı. Məşqlərdə və oyunlarda əlimdən gələni edirdim. Amma təcrübə öz sözünü deyir. Nə qədər acı etiraf olsa da, bu belədi. İnanmıram ki, hansısa azərbaycanlı futbolçu “Qarabağ”da peyda olub Qaranın mövqeyini əlindən ala bilər. Güclü futbolçudu.
- Dəqiq xatırlamıram, təxminən 1-1,5 il əvvəl “Neftçi” səni heyətində görmək istəsə də, “Qarabağ”ı tərk etməyi düşünmədiyini demişdin. Bu gün həmin cavaba görə peşman deyilsən?
- Açığı, “Neftçi” variantı 2015-ci ildə, mən “İnter”i tərk edib “Qarabağ”a keçəndə var idi. Rəhbərlik konkret təklif göndərmişdi. Amma dediyiniz kimi, yaxın keçmişdəki təkliflə bağlı heç nə deyə bilmərəm.
- Səhv etmirəmsə, atana müraciət etmişdilər.
- Ola bilsin, atamla danışıblar. Mən də ucundan-qulağından eşitmişdim. Atamla bu məsələ ətrafında çox danışmadıq. Bir kəlmə dedim ki, “Qarabağ”da özümü xoşbəxt hiss edirəm. Səhv etmirəmsə, həmin vaxt “Qarabağ”da daim oynayırdım.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar