17 fev 12:39olke

Stuxlikin yeniliyinə fərqli münasibət

Stuxlikin yeniliyinə fərqli münasibət
Ağamusa Bağırov: “Hər işdə yenilik pillə-pillə həyata keçməlidi”
Nail Kərimov: “Aşağı yaş qruplarında nəticədən çox futbolçu yetişdirmək haqda düşünmək lazımdı”

Ötən sayımızda müxtəlif yaş qrupları arasında AFFA-nın bayrağı altında keçirilən liqalarda gerçəkləşən yenilik haqda xəbər vermişdik. Qısaca xatırladaq ki, artıq uzun illərdi ki, liqalarda baş tutan oyunlarda ikihakimlik sistem hökm sürür. Ancaq 2019-cu ilin əvvəlndən, daha dəqiq desək, qış fasiləsindən sonra Hakimlər Komitəsinin yeni sədri Frits Stuxlik UEFA-nın hakimliklə bağlı konvensiyasını əldə bayraq tutaraq aşağı yaş qrupları arasında baş tutan oyunlara bir hakim göndərməyə qərar verib. Bu ərəfədə isə liqalarda pley-off matçları keçirilir və təkhakimlik sistem yetərincə narazılığa səbəb olub. Bir daha xatırladaq ki, mövcud durum istər məşqçilər, istərsə də oyunları izləmək üçün stadionlara üz tutan valideyn-azarkeşlər tərəfindən heç də xoş qarşılanmır. Bəzən matçboyu yaşanan narazlıq oyundan sonra dava-dalaşa da səbəb olur.
Ötən sayımızda məsələ ilə bağlı AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin müdiri Yusif Vəliyevin fikirlərini öyrənmişdik. Yusif bəy yaşanan narazılığa konkret münasibət bildirmək əvəzinə bizə mövcud durumla bağlı Hakimlər Komitəsinə müraciət etməyi məsləhət bilmişdi. Görünür, Vəliyev özündə cəsarət tapıb patronu Elxan Məmmədovun Azərbaycana dəvət etdiyi Fritsə durumla bağlı söz deyə bilmir. Şöbə müdiri avstriyalı funksionerə “əvvəlcə hakimliyin səviyyəsini qaldır, sonra UEFA-nın konvensiyasına uyğun addım at” deməkdən çəkinir.
Ancaq uşaq komandalarında çalışan məşqçilər iradlarını bildrməkdən çəkinmirlər. Məsələn, “Sumqayıt”ın U-12 komandasının çalışdırıcısı, SSRİ dönəmindən uşaq futbolu sahəsində çalışan, bu günə kimi Azərbaycan futboluna Kamal Quliyev, Mahir Şükürov, Namiq Əliyev, Vüqar Nadirov və bir çox tanınmış futbolçular bəxş edən “Əməkdar məşqçi” Ağamusa Bağırov bunları söylədi: “Təbii ki, iki gözlə dörd gözü müqayisə etmək olmaz. Uşaq liqalarında meydanda iki hakimin olması daha effektlidi, nəinki birinin. Onu da nəzərə alın ki, liqalara təyinat alan referilər hakimliyə yeni başlayırlar, burda “bişib” irəli getməlidilər. Bəzən bir oyunun taleyini 5-10 sm həll edir. Aşağı yaş qrupu üzrə liqalarda oyunlar meydanın yarı hissəsində keçirilsə də, bu heç də az ərazi deyil. Bir hakim təxminən ən əzı 50-nin 30-a nisbətində ərazini nəzərətində saxlamalıdı. Heç şübhəsiz, hakimliyə yeni başlayanlar üçün bu heç də asan məsələ deyil. Təcrübəsiz referilərin sayı iki olanda belə bu işin öhdəsindən gəlməkdə çətinlik çəkirdilər. Yanvardan sonra say 1-ə enib və ona görə də narazılıq artıb. Məncə, hər işdə yenilik pillə-pillə həyata keçməlidi, radikal dəyişiklik heç də hər zaman özünü doğrultmur”.
“Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimovun isə məsələyə münasibəti bir qədər fərqli oldu: “Müxtəlif yaş qrupu üzrə liqalarda hakimlərin sayının azalması ilə bağlı yazını oxumuşam. Ola bilsin, kimlərsə yeniliyin əksinə çıxır, təkhakimlik sistemi bəyənmir. Ancaq UEFA-nın konvensiyası bunu tələb edirsə, niyə bəzi baş məşqçilər bundan narazılıq edir? Yaxşı olardı ki, aşağı yaş qruplarında çalışan məşqçilər nəticədən çox yetirmələrinin oyun plananda inkişafını fikirləşsinlər. Hakim səhvi dünyanın sonu deyil. Liqalarda nəticə dalınca düşməyin heç bir mənası yoxdu. Məsələn, bizim akademiyanın 2006-cı il doğumlu uşaqlardan qurulan komandası hazırda Bakı zonasında çıxış edir və turnir cədvəlində orta sıralarda qərarlaşıb. İndiyədək bizim akademiyanın heç bir yaş qrupu belə zəif nəticə göstərməyib. Ola bilsin, bəzi oyunlarda hakim və ya hakimlərin səhvi nəticəyə təsir edib. Ancaq biz bunun üstünə getmirik, düşünürük ki, səhv özümüzdədi ki, komanda zəif nəticə göstərir. Deməli, hardasa səhvə yol vermişik ki, komandamız liderlər sırasında yer almayıb. Gələcəkdə bunun üzərində işləyib, irəliləyişə çalışacağıq. Ümumiyyətlə, 13 yaşa qədər uşaqlar arasında təşkil olunan liqalarda nəticə barədə düşünmək absurddu. Yazınızda qeyd etmisiz ki, liqalarda əsasən gənc və təcrübəsiz referilər oyun idarə edirlər və Frits Stuxliki yeniliyə görə qınayırsız. Bəs bu hakimlər harda yetişməlidi? Məsələn, mən Bakı zonasında çıxış edən komandalarımızın oyunlarını izləyərkən bir saatdan sonra yoruluram. Niyə? Ona görə ki, hamı bütün günahları hakimlərin üstünə atır, uğursuzluğa görə onları qınayır. Halbuki hər klubun rəhbərliyi məşqçilərinə deməlidi ki, bu yaşda uşaqların oyunlarına görə təlaş keçirməyə dəyməz, nəticə önəm daşımır. Baş məşqçilər oyun zamanı hamının eşidəcəyi tərzdə iradını bildirincə, oyundan sonra hakimə yaxınlaşıb ikili söhbətdə “filan epizodda səhv qərar verdin” demək daha məqsədəuyğundu. Bölgələrdə hakimliklə bağlı narazılıqlar çox aşağı səviyyədədi. Ancaq paytaxt zonasında bu cür giley-güzara rast gəlinir. Aşağı yaş qruplarında nəticədən çox futbolçu yetişdirmək haqda düşünmək lazımdı. Avropada olduğu kimi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar