17 fev 12:27olke

Qış fasiləsinin diqqəti çəkən 5 olayı

Qış fasiləsinin diqqəti çəkən 5 olayı
Ötən il daha səs-küylü olmuşdu
Ölkə futbol sanki ildən-ilə dilsizləşir, gücsüzləşir, qalmaqallardan, olaylardan uzaq durmağa çalışır. Artıq nə illər əvvəlki ajiotaj var, nə də maraq. Hər şey süniləşib. Bir çox məsələlərin kabinetlərdə həll olması, premyer-liqaya və çempionata marağın azalması vəziyyəti pisə doğru aparmaqdadı.
Çox uzağa getməyək, ötən ilin qış fasiləsinə nəzər salaq. Hadisələr bir-birinin arxasınca düzülürdü. Adam hardan başlayıb, hardan bitirəcəyini bilmirdi. Mahir Mədətov üçün “Beşiktaş” variantının ortaya çıxması, Namiq Ələsgərova “Jilina”dan real təklifin olması, PFL prezidenti Ramin Musayevin o dönəmdə “Neftçi”nin baş məşqçisi olan Tərlan Əhmədova atmacası, həmin “Neftçi”nin “SKA Xabarovsk”a 0:8 hesablı yenilgisi və daha bir neçə maraqlı hadisə fasiləyə möhür vurmuşdu.
Budəfəki dönəm nisbətən susqun keçdi. Komandalar heyətlərini ortabab futbolçularla gücləndirməklə Antalyadakı təlim-məşq toplanışında gözə dəydilər. Hər nə qədər durğunluq olsa da, bu, 5 yaddaqalan hadisəni sizlərə təqdim etməyə mane olmadı.
Mirabdullanın ən yaxşı seçilməsi
Dekabrın son günlərində, Yeni il bayramı ərəfəsində ən çox səs-küyə səbəb olan mövzu kimi yadda qaldı. “Neftçi”nin hücumçusunun “Futbol+”in futbol ictimaiyyəti arasında keçirilən ümummilli sorğusunda 2018-in ən yaxşı futbolçusu seçilməsi aydın səmada şimşək effekti verdi. Məlum seçimdən sonra sosial şəbəkələr sözün əsl mənasında “dağılırdı”. Bu mövzu ətrafında xeyli müzakirə və mübahisələrə şahidlik etdik.
Səbəb isə çempion olan və Avroliqanın qrupuna vəsiqə qazanan “Qarabağ”lıların yox, məhz “Neftçi”linin bu ada layiq görülməsiydi. Hər halda, sonrakı yerlərdə qərarlaşan Maksim Medvedev, Mahir Mədətov və Qara Qarayev ilk pilləyə əsas namizəd göstərilirdi. Lakin jurnalistlərin böyük əksəriyyətinin birinci yerə layiq gördüyü Abbasov çempion komandanın heyətindəki həmkarlarını qabaqladı. Halbuki ölkənin ən köklü komandasında çıxış edənlərdən sonuncu dəfə 2012-də Ruslan Abışov bu ada layiq görülmüşdü.
Antalya zülmü
Komandalaların baş məşqçiləri, lap elə futbolçuları da 2019-un yanvarını çətin unutsunlar. Kurort şəhərinə düz-əməlli hazırlıq keçmək, bir az da çempionatın ilk yarısının yorğunluğunu çıxarmaq üçün gedənlər müsibətlə qarşılaşdılar. Yeni ilin ilk günlərindən başlayan şiddətli yağış, dolu və əsən güclü külək təmsilçilərimizin hazırlıq prosesini iflic vəziyyətinə saldı. Halbuki belə olacağı əvvəldən gözlənilirdi. Yəni yanvarda Antalyada əlverişsiz hava şəraitinin müşahidə olunacağını sinoptiklər xəbər vermişdi. Bizimkilər buna məhəl qoymayınca, məlum zülmə qatlaşmalı oldular. Təsəvvür edin, leysan və külək ucbatından yoldaşlıq görüşləri təxirə salınır, ləğv olunur, bəzən də məcburiyyətdən pis hava şərtləri altında keçirilirdi. Bu azmış kimi, məşqləri da məcburiyyətdən fitnes zallarında keçirməyə məcbur olurdular. Toplanışın böyük ölçüdə boşa getdiyini baş məşqçilərin mətbuata verdiyi açıqlamalardan aşkar görmək mümkün idi. Hər halda, bizimkilər 10-15 illik Antalya toplanışları tarixində ilk dəfə belə arzuolunmaz vəziyyətlə üzləşirdilər. Yağış da yağmışdı, dolu da. Hətta bundan betər küləklər də müşahidə olunmuşdu. Amma bu dərəcədə yox.
PFL-in zəhməti
Onsuz da sayı bir əlin barmaqları qədər də olmayan az klub var ki, rəhbərlərini və rəsmilərini azarkeşlərin marağı düşündürür. Hətta medianın tənqidi, sosial şəbəkələrdə azarkeşlərin narazılığı olmasa, azarkeşlərə tərəf baxmazlar da. Ona görə də premyer-liqa təmsilçilərinin Antalya hazırlığı zamanı heç biri yoldaşlıq görüşlərinin canlı yayınlanmasına maraq göstərmir. Əvvəl bir-iki klubun canfəşanlığını görürdüksə, indi onlar da buna ehtiyac duymur. Sağ olsun, PFL rəhbərliyi. Komandaların son durumunu görmək, yeni transferlərin hansı vəziyyətdə olduğunu bilməyimiz üçün futbolsevərlərə əla imkan yaratdı. Şəxsi büdcələri hesabına alınan texniki avadanlıqlar və bir az da sərf olunan zəhmət hesabına bir neçə təmsilçimizi iş başında görə bildik. Halbuki PFL-in görməli olduğu iş deyildi. Klublarda çalışan həmkarlarımız etməliydi. Ən pis halda “CBC Sport”. Düzdü, telekanal əməkdaşları toplanışın başa çatmasına sayılı günlər qalmış özlərini mənzil başına çatdırdılar. Halbuki bunu daha öncə etmək olardı. Belədə izləyicilər həm daha keyfiyyətli məhsul əldə edər, həm də yayınlanan oyunları sayı çox olardı.
Sabiq “Qarabağ”lıların dönüşü
Qeyd etdiyimiz kimi, fasilədə, demək olar ki, bütün elita təmsilçiləri heyətlərini gücləndirməyə çalışdılar. Bir neçəsi sırf yerlilərin hesabına, böyük əksəriyyəti isə legionerlərin. Gələnlərin arasında vaxtilə “Dinamo”, “Şaxtyor”, eləcə də Ukrayna yığmasının şərəfini qorumuş Aleksandr Rıbka ilə vaxtilə İtaliyanın A seriyasında çıxış etmiş Canluka Sansone səs-küyə səbəb oldu. Hər halda, yaşları 30-u keçsə də, premyer-liqamızda oynamaları xeyrimizədi.
Amma razılaşarsız ki, gözlənilməz transferlər “Qarabağ”ın adına yazılmalıdı. Vaxtilə komandanın aparıcı futbolçularından sayılan, lakin sonradan növbə ilə “köhlən atlar”ı tərk edən Reynaldo ilə Riçard Almeydanın əvvəlki komandalarına dönüşü sevinclə qarşılandı. Düzdü, Reynaldonun “Qarabağ”da peyda olacağı çoxdanın söz-söhbəti idi. Hər halda, Türkiyə və Qazaxıstanda istədiyi karyerasını qura bilməməsi və hər açıqlamasında “Qarabağ”ı yada salması bundan xəbər verirdi. Yayda “Astana”ya keçən Riçardın 6-7 ay sonra köhnə-yeni komandasına qayıtmaq haqda qərar verməsi isə yetərincə təəccüb doğurdu.
Adil Nadirovun ölümü
“Qarabağ”ın sabiq rəhbərinin uzun sürən xəstəlikdən sonra vəfat etməsi çoxları üçün adi qarşılansa da, yaxınları və ailə üzvləri üçün gözlənilməz oldu. Xəstə olmasına baxmayaraq, özünü yatağa atmayan, hamı ilə əlaqə saxlayan, hətta “Qarabağ” - “Neftçi” oyunu ilə bağlı qəzetimizə verdiyi açıqlamada heç-heçə proqnozunu doğru verən Adil dayının itkisi yerinə düşmədi. Ən çətin dönəmlərdə “Qarabağ”ın yaşaması üçün əlindən gələnin ən yaxşısını edən, maşınını satıb futbolçulara maaş paylayan Nadirov olduqca mərd insan idi. Təəssüf ki, AFFA rəhbərliyindən heç kim mərhumun dəfn və yas mərasimində iştirak etmədi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar