17 fev 12:18olke

“Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi”

“Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi”
Rinat Abdaşov çaxır biznesi ilə məşğuldu
Tez-tez keçmiş nəslin nümayəndələri ilə indikilərin müqayisəsinə rast gəlirik. Böyük əksəriyyətin fikrincə, “peraşki” dövründə, şəraitsizlik vaxtı top dalınca qaçanların bacarığı indikilərdən yüksək olub. Xüsusən də 1978-80 doğumlu oyunçuların adları önə çəkilir. Samir Əliyev, Fərrux İsmayılov, Ruslan Musayev, Elçin Rəhmanov, Araz Qulamov, Emin İmaməliyev, Cahangir Həsənzadə, Emil və Mixail Kitelman qardaşları, Rinat Abdaşov.... Vaxtilə bu futbolçulara böyük ümidlər bəslənilirdi. Lakin ölkə futbolundakı inqilabdan sonra bəziləri yoxa çıxdı. Kimisi imkanlarından aşağı səviyyədə çıxış etməklə yadda qaldı, kimisi futbolun “daşını atdı”, bəziləri də zirvəyə yüksəlməkdə çətinlik çəkdi.
Belələrindən biri də Rinatdı. Həmin Rinat ki, sayılıb-seçilənlərdən idi. “Şəfa”, “MKT-Araz”, “Qarabağ”, OİK, “Karat”, “Simurq” kimi komandaların formasını geyən müdafiəçi U-21-in aparıcı üzvlərindən sayılırdı. Hətta rəhmətlik Əhməd Ələsgərov Özbəkistanla yoldaşlıq görüşündə Abdaşova əsas yığmanın formasını geyməyə də şərait yaratmışdı. Yuxarıda adı çəkilənlərin, demək olar, hamısı indi məşqçiliklə məşğuldu. Zədə səbəbindən karyerasını erkən bitirən Rinatdan isə xəbər-ətər yoxdu. Stajlı futbolsevərlər üçün maraqlı olacağını nəzərə alıb, sabiq milli üzvünün aradım, bəzi məqamlar ətrafında söhbətləşdik.
- Səs-sorağın gəlmir. Haralardasan, nə işlə məşğulsan?
- Bakıdayam. Futbolçu karyeramı başa vuran kimi çaxır biznesi ilə məşğul olan şirkətdə işə düzəldim. Xarici şərabların biznesidi. Elə o vaxtdan burdayam. 10 ildən çoxdu.
- İşlərin necə gedir?
- Əla. Bu günümüzə şükür.
- Böhran təsir edib?
- 3-4 il əvvəl dolların məzənnəsi “oynayanda” müəyyən mənada təsir etdi. Sonradan işlər qaydasına düşdü.
- Çaxırda yaxşı qazanc var, yoxsa futbolda?
- Baxır futbolun harasında. Futbolda qalıb məşqçi işləsəydim, indi 500-600 manat qazanardım. Bu da mənə sərf etməzdi. Vaxtilə birgə oynadığım uşaqlara baxıram, aşağı yaş qruplarında dediyim maaşa işləyirlər. Bu pulla dolanmaq mümkün deyil. İndiki qazancım uşaqlarla işləyən məşqçilərin maaşından qat-qat artıqdı.
- Azərbaycan futbolu ilə maraqlanırsan?
- Maraqlanırsan deyəndə ki, arada baxıram. Boş vaxtım olanda, ya da futboldan danışan uşaqlarla bir ortama düşəndə. Amma xüsusi olaraq həvəs göstərmirəm.
- Stadionlara gedirsən?
- Bir-iki dəfə getmişəm. O da uşaqların inadına görə. “Sumqayıt”da qapıçılarla işləyən məşqçi Emil Babayev dostumdu, arada ona görə gedib baxmışam.
- “Qarabağ”ın avrokuboklardakı çıxışı zamanı necə?
- Düzünü desəm, getmirəm. Dostlarla televizor qarşısında baxırıq bəzən. Bir dəfə Olimpiya stadionunda oldum, sonra başıma döydüm. Özümə söz verdim ki, bir də getməyəcəm. Yol uzaqdı, həm də stadiona girənə kimi min cür əziyyət çəkirsən. O qədər zəhmətə qatlaşmaqdansa, evdə baxmaq yaxşıdı.
- Futbola bu cür münasibət göstərməyin küskünlüklə bağlıdı? Sanki incik düşmüşən.
- Küskünlük deməzdim. Sadəcə, həm vaxtım olmur, həm də tək getməyin mənası yoxdu. Gərək ətrafımdakılardan gedən olsun ki, bir yerdə baxasan, danışasan. O da ki, heç kim getmək istəmir.
- Keçmiş futbolçulardan kimlərlə görüşürsən?
- Emil Babayevdi, Elxan Müslümovdu, hə, bir də Emin Ağayev. Əsasən bu üç nəfərlə görüşürəm. Məlumatları da əsasən onlardan toplayıram.
- Karyeranı başa vurandan sonra yenidən futbolun içində olmaq istəyin yox idi?
- Düzü, olmadı. Çünki vəziyyətlə yaxından tanışam. İşləmək üçün gərək adamın olsun. Mənim də elə bir adamım olmadı ki, yanına çəksin.
- Azərbaycan futbolu kənardan necə görünür? Sizin vaxtınızda maraqlı idi, yoxsa indi?
- Arada böyük fərq var. İndiki şərtlər bizim vaxtımızda olsaydı, müqayisə etməyə dəyməzdi. Masajşı var, Faiq Hüseynov. Sağ olsun, “feysbuk”da arxiv videolar, şəkillər paylaşır, adam gözlərinə inana bilmir. “Neftçi”, “Qarabağ” kimi komandaların oyunlarında tribunalarda boş yer tapmaq mümkün deyil. Uzağa getmirəm, “MKT-Araz”da oynadığım dönəmi deyim. İmişlidə oynayanda rəqibin adından asılı olmayaraq tribunalar tam dolurdu. İndi 300-500, uzağı 1000 nəfər gəlir. İnsanlarda maraq yoxdu.
- Bəs futbolun səviyyəsi?
- Məncə, futbolun səviyyəsi də o vaxt nisbətən üstün idi. Yüksək dəstədə 16 komanda mübarizə aparırdı, 8-i çempionluğa oynayırdı. “Neftçi”, “Qarabağ”, “Karvan”, “Turan”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Simurq”un özü. İndi nə var? Öz aralarında oynayırlar, hamı bilir ki, sonuncu yeri tutsa da, elitada qalacaq. Oynayırlar da özləri üçün. Futbol çox maraqsızlaşıb.
- Sizin nəsil güclü idi, yoxsa indiki?
- Zaur Tağızadə ilə Samir Əliyevin adlarını çəksəm, sualınıza cavab vermiş olaram, məncə. İndiki şərait bizim dönəmdə olsaydı, Allah bilir, nələr edərdik.
- Amma indiki kimi, o vaxt da nəticə yox idi.
- O vaxt biz stadionun hasarına söykənib “peraşki”ylə ketçup, kofeylə snikers yeyib oyuna çıxırdıq. İndi elə vitaminlər var ki, ayağı tərpətməyə ehtiyac qalmır, ayaq özü səni aparır. Nə meydan var idi, nə də normal təlim-məşq toplanışı keçirilirdi. Biz yazıqlar nə gördük ki?! İndi, maşallah, şərait də var, hazırlıq da keçirlər, pullarını da qazanırlar.
- Məlum ağır zədən olmasaydı, karyeran daha parlaq ola bilərdi?
- Məncə, hə. Allahın qismətidi, olmalıydı, oldu. Sağ ayağımın arxa bağları qırılmışdı. Olduqca ağır zədə idi. Çətinliklə də olsa, özümdə güc tapıb yenidən yaşıl meydanlara qayıtdım. Hərbi xidmətə görə OİK-ə götürmüşdülər. Zədəli-zədəli qaçırdım ki, yaxşıya doğru düzələr. Bir gün qulağıma xəbər çatdı ki, oynamıram deyə, OİK-dən uzaqlaşdıracaqlar məni. Dişimi-dişimə sıxıb bir təhər oynamağa başladım. Sonra yenidən “Şəfa”, “Karat”, “MKT-Araz”,“Simurq”...
- Və 28 yaşında “Simurq”da karyeranı başa vurdun.
- Yox, “Simurq”dan sonra birinci divizionda çıxış edən “NBC Bank”da oynadım. Karyeramı orda başa vurdum.
- Zədəyə görə?
- Zədə deməzdim. Özümü normal hiss edirdim, oynayırdım. Yadınızdadısa, çempionatda bir ara limiti ləğv etmişdilər. Bununla da hamı legioner gətirib, pul “yeyirdi”. Lazımlı-lazımsız legionerləri doldurmuşdular klublara. Olduqca iyrənc vəziyyət yaranmışdı, yerlilərə qiymət verilmirdi. Razılaşmadım, qəbul edə bilmədim, iyrənib getdim.
- Vaxtilə OİK-də çiyin-çiyinə oynadığın Araz Qulamov, Elçin Rəhmanov, Ruslan Musayevə, hətta sənin özünə də böyük ümidlər bəslənilirdi. Lakin heç biriniz zirvəyə qalxa bilmədiz. Səbəbini düşünmüsən?
- Məni zədə geri saldı. Təsəvvür edin, zədədən sonra 2 il futbol oynamadım. Amma Ruslan çox perspektivli futbolçu idi. Sürəti, hər iki ayağının işlək olması, texnikası, meydanı görmək qabiliyyəti – o uşaqda lazım olan hər şey var idi. Sadəcə, niyə oynamaması, oynamaq istəməməsi indiyə kimi mənə çatmır. Nə oldu, kimlərə qoşuldu – baş açmadım. Nə deyim, vallah. Alınmadı. Həm də pis vaxta düşdük. Yadınızdadısa, çempionat dayanmışdı, necə olacağı bilinmirdi. İmkanı olanlar İrana, Ukraynaya qaçdı, olmayanlar da burda itib-batdı. “Neftçi”ylə “Qarabağ” qalmışdı, hamı bu iki komandada məşq edirdi. Arada da öz aralarında oynayırdılar. Yadımdadı, ADBTİA-nın meydanında hansısa turnir təşkil olunmuşdu. Futbolsuzluq çoxunu “öldürdü”.
- Ruslan Musayevdən xəbərin yoxdu?
- İnanırsız, məlumatsızam. Bəlkə də Rusiyadadı, ya da hansısa başqa ölkədə. Burda olsaydı, xəbərim olardı. Amma çox güclü futbolçu idi, axıra qədər oynamadı.
- Kitelman qardaşları da İsraildədilər, bilirəm.
- Hə, onlar da o vaxt köçdülər. Bu yaxınlarda Bakıya gəlmişdilər.
- Görüşdüz?
- Görüşmək istəyirdim, açığı. Sonra fikirləşdim ki, nömrəmi bilir, “feysbuk” hesabımı tanıyırlar. Lazım olsaydı, zəng edərdilər. Onlar axtarmadılar, heç mən də maraqlanmadım.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar