14 fev 22:26olke

İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi

İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi
Çərşənbə axşamı AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Budəfəki toplantı premyer-liqanın 16-cı və birinci divizionun 14-cü turunda baş verən qayda pozuntularının müzakirəsinə həsr olunub. Bəribaşdan qeyd edək ki, klublara, xüsusilə divizion təmsilçilərinə ciddi sanksiyalar tətbiq olunub.
Premyer-liqada son turun “Sabah” – “Qəbələ” matçının 45+1-ci dəqiqəsində meydan sahiblərinin legioneri Marko Deviç ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılıb. Forvard 1 turluq cəzalanıb və klubu 200 manat cərimələnib. “Qəbələ”ni isə de-yure baş məşqçisi, de-fakto məşqçisi olan Zaur Həşimov ziyana salıb. Matça əlavə olunmuş dəqiqələrdə texniki zona qaydalarını pozan çalışdırıcı bu həftəsonu “Qarabağ”la görüşü tribunadan izləməli olacaq. “Qəbələ” onun davranışına görə 800 manat “tərləyəcək”.
“Sumqayıt” – “Qarabağ” matçında isə vərəqələrin sayı çox olub. Həm də hər iki komandanın 4 və daha çox üzvünə “sarı” göstərilib ki, bu da hərəsinin 800 manat cərimələnməsi deməkdi. “Neftçi”yə məğlub olduğu görüşdə “vərəqə planı”nı da dolduran “Keşlə” də analoji cəriməyə məruz qalıb. “Səbail”i isə “Zirə” ilə matçın 81-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra komandanı azlıqda qoyan Elvin Yunuszadə ziyana salıb. Futbolçu 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib.
Divizionda isə vəziyyət bərbaddı. Sanki həvəskarların yarışını izləyirik. Son turda iki komandaya – “Keşlə-2”yə və “Kəpəz”ə texniki məğlubiyyət verilib. Hər ikisi adı protokolda olmayan futbolçunun xidmətindən yararlanıb. Maraqlıdı ki, həm “Sumqayıt-2” – “Keşlə-2”, həm də “Kəpəz” – MOİK qarşılaşmalarında 3:0 hesabı qeydə alınıb. Bunu nəzərə alan İK hesabları olduğu kimi saxlayıb. “Keşlə-2”nin rəqibi də ziyana düşüb. Beş futbolçusu sarı vərəqə ilə cəzalandığına görə 80 manat cərimə olunan sumqayıtlılar oyunun son dəqiqələrində hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılan Elvin Nəsibova görə ikiqat artıq – 160 manat ödəyəcək. Futbolçu isə 3 oyunluq diskvalifikasiya olunub.
“Turan Tovuz” – “Qarabağ-2” matçında meydan sahibləri lazımı inventarlar olmadığına görə 160, oyunun videoyazısını təqdim etmədiyinə görə 80 manat cərimələnib. “Zirə-2” – “Ağsu” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat ziyana düşüb. Üstəlik qonaqlar lazımi tələbləri yerinə yetirmədiyi üçün matç 8 dəqiqə gec başlayıb ki, nəticədə “Ağsu”ya 240 manat cərimə kəsilib.
“Sabah-2” – “Neftçi-2” və “Şüvəlan” – “Səbail-2” qarşılaşmalarında 4 komandanın hamısı vərəqə sayının çoxluğuna görə “qarmağa keçib”. Beləliklə, hər biri 80 (cəmi 320) manat ödəyəcək. Ancaq “Səbail-2” Xəlil Bəşirovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmasına görə əlavə olaraq, 20 manat ziyana düşüb. Futbolçu 15-ci turda komandasına kömək edə bilməyəcək.
“Qaradağ Lökbatan” - “Zaqatala” qarşılaşmasında qonaqların futbolçusu Elşad Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubunu 20 manat xərcə salıb. Onun komanda yoldaşı Firuddin Mövsümovun da cəzası eyni olub. “Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat сərimə edilib.
Beləliklə, komitə klublara 4860 manat cərimə kəsib. Nətcədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 95760 manata çatıb.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:41 AFFA xəbərləri Bu gün, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... Bu gün, 13:30 Favoritlər büdrəmədi Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar