“Qarabağ” PFL-ə müraciət edib. “Qarabağ-2”nin əsas heyətinin 6 üzvünün 19 yaşadək millinin heyətdə təlim-məşq toplanışında olduğunu əsas gətirən klub rəhbərliyi “Zirə-2” ilə 15-ci turda keçiriləcək matçın təxirə salınmasını xahiş edib. Yeri gəlmişkən, hazırda İspaniyada olan U-19-da “Qarabağ”ın 6 yox, 7 təmsilçisi var: Nicat Mehbalıyev, Elvin Cəfərquliyev, Musa Qurbanlı, Tural Bayramov, Zamiq Əliyev, Rauf Hüseynli, İbrahim Hüseynov.
Beləliklə, “Zirə”nin razılıq və AFFA-dan daxil olan təsdiq məktubunu nəzərə alan PFL birinci divizionun 15-ci turu çərçivəsində fevralın 14-də keçirilməli olan “Qarabağ-2” – “Zirə-2” matçının ehtiyat gün olan martın 4-də keçirilməsinə qərar verib.