10 fev 13:05olke

“FC Baku”nun hədəfləri böyükdü

“FC Baku”nun hədəfləri böyükdü
Cavidan Qorçiyev: “Gələcəkdə komandaya yeni investorlar cəlb edə bilərik”
Bu il yaranan, Region Liqasında debüt edən, qısa vaxtda heyətinə bir çox elita təcrübəsi olan olan futbolçuları qatmaqla diqqət mərkəzinə düşən “FC Baku” haqda futbol ictimaiyyəti arasında çox söz-söhbət gəzir. Qarşısına ciddi hədəflər qoyub böyük layihələrə imza atmaq niyyətində olan klubun prezidenti Cavidan Qorçiyevlə xeyli vaxtdı görüşüb söhbətləşmək istəsək də, müəyyən səbəblərdən alınmırdı. Nəhayət, dünən “Uğur” – “FC Baku” matçından sonra gənc klub prezidenti ilə söhbətləşə bildik. Olduqca təvəzökar, eyni zamanda gülərüz klub prezidenti “Futbol+”dən olduğumuzu bilincə, “uşaqlıqdan sizin qəzetin oxucusu olmuşam. Bu gün də qəzetinizi alır, Region Liqası ilə bağlı yazılarınızı oxuyuram” söyləyib, böyük məmnuniyyətlə suallarımızı cavablayacağını bildirdi.
- Yəqin ki, qalib gəldiyinizə görə sevinirsiz.
- Əlbəttə. Bildiyiniz kimi, “Uğur” ötən mövsüm Region Liqasının qalibi olub. Geridə qalan müddətdə Sumqayıt komandası heç bir oyunda uduzmamışdı ki, bu da onların gücündən xəbər verir. Çox sevinirəm ki, “Uğur”a ilk məğlubiyyəti məhz “FC Baku” yaşatdı. Bu oyuna çox ciddi hazırlaşmışdıq. Qələbə qazanmaqla çəkilən zəhmətin bəhrəsini gördük.
- Bəzi futbol adamlarının fikirincə, prezidenti olduğunuz komanda bu heyət, yaradılan şərait ilə hətta birinci divizionun çempionu ola bilər. Necə düşünürsüz, liqada qalib olacağınız təqdirdə AFFA sizin birinci divizionda mübarizə aparmağınıza şərait yaradacaq?
- Region Liqasında qeydiyyatdan keçdiyimiz ilk gündən, ondan əvvəl isə müxtəlif turnirlərə qatıldığımız vaxt AFFA rəhbərliyindən daim dəstək görmüşük. Assosiasiya rəhbərliyi bizi hər cür avadanlıq, lazım olan inventarla təmin edib. İnşallah, çempion olacağımız halda AFFA komandaya müsbət rəy versə, növbəti mövsüm birinci divizionda çıxış edəcəyik. Bu bizim üçün böyük şərəf olar.
- Növbəti mövsüm daha yüksək liqada çıxış etməyi hədəfləyən komanda hazırlığa mövsüm başa çatmamışdan öncə start verir. Bəs siz bu yöndə hansı işləri görürsüz? Ümumiyyətlə, bu məsələ ilə bağlı AFFA rəhbərliyinin “xeyir-duasını” almısız?
- Maliyyə baxımından heç bir çətinliyimiz yoxdu. İrəli sürülən şərtləri araşdırmışıq və belə qənaətə gəlmişik ki, lazım olan öhdəlikləri yerinə yetirməyə gücümüz çatır. Divizionun Əsasnaməsiylə tanışıq, AFFA ilə də məsləhətləşmişik. Qurumun tövsiyəsinə uyğun da işlərimizi davam etdiririk. Tələbləri yerinə yetirməyə hazırıq. Bütün bunlardan sonra assosiasiya müsbət rəy verərsə, divizionda oynaya bilərik.
- Bizdə olan məlumata görə, hazırda Bakıda baza inşa etdirirsiz. Ancaq bir ara divizionda çıxış edəcəyiniz halda bölgələrdən birini təmsil edəcəyiniz barədə xəbərlər yayıldı. Belə çıxır ki, peşəkar status daşıyan birincilikdə mübarizə aparmaq üçün bütün şərtlərə razısız...
- Bəli, bu şərtə də hazırıq. Çünki hazırda Bakı və Bakıətrafı qəsəbələri təmsil edən yetərincə klub var. Biz istəyərdik ki, futbolumuz şaxələnsin, bölgələrimiz də böyük futbolun həyəcanını yaşasın. Çox istərdik ki, səsimizə səs verən, daim komandanı dəstəkləyən azarkeşlərimiz olsun.
- Artıq hansı bölgəni təmsil edəcəyinizi seçmisiz?
- Bu, məsləhət əsasında olacaq. Haranı uyğun bilsələr, oranı seçəcəyik.
- Siyəzənin adı çəkilirdi.
- Bu günə kimi bəzi bölgələrdə olmuşuq. Siyəzənin futbol xəritəmizdə təmsilçisi olmadığını və futbola böyük marağın olduğunu görüb, oranı bəyənmişdik. Onu da nəzərə alaq ki, hazırda şimal zonasının nə elitada, nə də birinci divizionda təmsilçisi var. Ancaq qərar verməkdə tələsmirik. Ola bilər ki, Region Liqasında ciddi rəqiblərimizdən olan “Şahdağ” çempion olub, sabah diviziona yüksəlsin. Onda Şimalın da çempionatda öz komandası olacaq. Bizim üçün önəmlisi iştirak etməkdi. Ölkə futboluna töhfə vermək istəyirik.
- Peşəkarlaşma yolunda addım atmaq istəyirsizsə, aşağı yaş qrupları üzrə komandalarınızın da olması vacibdi. Bu məsələni necə həll etməyi düşünürsüz?
- Yuxarıda vurğuladığım kimi, bundan əvvəl də bir neçə həvəskar liqada, turnirlərdə iştirak etmişik. Bəzi tanınmış futbolçular hazırda fərdi şəkildə müxtəlif yerlərdə məşqlər keçirlər. Artıq həmin məşqçilərin bəziləri ilə söhbətimiz olub. Həmin yaş qruplarını icarəyə götürüb, öz qanadımızın altına almağı planlaşdırmışıq.
- Bu günə kimi bir çox iş adamları futbola sərmayə qoysa da, bundan xeyir görməyiblər. Ölkəmizdə bu idman növü klub rəhbərlərinə ancaq pul xərclədir. Əvəzində isə heç nə vermir. Futbola sərmayə qoyanların əksəriyyəti sonda geri çəkilməyə məcbur olublar. Eyni aqibətlə üzləşəcəyinizdən çəkinmirsiz?
- Biz heç bir dövlət dəstəyi olmadan öz vəsaitimizi xərcləyirik. Bu, ölkə futbolu adına çox önəmli faktdı. Bildiyiniz kimi, bu ildən qanunvericilikdə, vergi məcəlləsində dəyişikliklər olub. İdmana sərmayə qoyan şirkətlərə ümumi gəlirdən 10 faiz güzəşt olunacaq. Bunun özü böyük amildi. Dövlətimiz çalışır ki, iş adamları bu sahəyə investisiya qoymaqdan çəkinməsin. Bəli, hazırda büdcəmiz o qədər də geniş deyil. Ancaq gələcəkdə komandaya yeni investorlar cəlb edə bilərik. İndidən bu yöndə işlər görür, böyük şirkətlərlə danışıqlar aparırıq. Baş sponsor kimi olmasa da, müəyyən əməkdaşlıq çərçivəsində büdcəmizin genişlənməsinə yardım etsinlər. Birinci dəstəyə yüksəlsək, belə olacağına ümid edirəm.
- Başqa nə planlarınız var?
- Əsas məqsədimiz ölkə futboluna töhfə verməkdi. Bu il tətbiq olunan limitə görə birinci divizionda çıxış edən əksər futbolçular kənarda qalmışdı. Biz istəyirdik ki, məcburən kənarda qalan oyunçular sevdikləri işlə məşğul olsunlar. Gələcəkdə də bu işləri davam etdirib, uğurlu layihələr həyata keçirmək niyyətindəyik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar