09 fev 14:31olke

"Yasamal" İSK-nin oyunçusu Latviyada baxışdadı

"Yasamal" İSK-nin oyunçusu Latviyada baxışdadı
Yüksək liqanın autsayderi "Yasamal" İSK mövsümün ikinci yarısının startında inamlı görünür. Komanda ilk qələbəsini məhz üçüncü dövrənin açılış oyununda "Liman" üzərində (5:3) qazandı. Ötən turda isə "Neftçi"yə ciddi müqavimət göstərib minimal (2:3) hesabla uduzdu. Halbuki qış fasiləsinə qədər uduzduqları bütün oyunlarda, demək olar, darmadağına məruz qalmışdılar.
Komandanın aparıcı üzvlərindən biri hazırda Latviyada baxışdadı. Söhbət Anar İsayevdən gedir. Anar bu ölkənin gümüş mükafatçısı və ölkə kubokunun son qalibi "Raba"nın düşərgəsindədi. Ora transferinin baş tutmayacağını bilə-bilə yollanıb. Ətraflı futzalçının özündən eşidək: "Riqa klubundan dəvət almışam. Üç gün burda olacam, "Raba"nın məşqlərində iştirak edəcəm. Əməkdaşlığımız baş tutsa, bura yayda qayıdacam. Məsələ burasındadı ki, Latviyada "transfer pəncərəsi" bir həftə əvvəl - yanvarın 31-də bağlanıb. Vizam yubandığı üçün bura gec gəldim və nəticədə planlarım pozuldu. Ancaq viza və bilet alınmışdı deyə, yolumdan qalmadım. Hələ iki gün də burdayam, bazar günü Bakıda olacam. Bu o deməkdi ki, "Araz"la sabahkı oyunda komandama kömək edə bilməyəcəm. Amma "Ekol"la matça çatacam".
"Yasamal" İSK-nın üzvü Latviyaya necə gedib çıxıb? Nə qədər maaş təklif edirlər? Bu suallara da cavab aldıq: "Özünü tərifləmək kimi çıxmasın, Avropada əlaqələrim genişdi, dostlarım var. Üç ay əvvəl İsveçrədəydim. Ancaq orda qala bilmədim. Latviyadakı tanışım "Raba"nın məşqçisi ilə görüşüb, CV-mi verib ona. O da bəyənib, sınamaq istədiyini deyib. Dəvət göndərdilər, sənəd toplayıb səfərə çıxdım. Açığı, burda futzalçılara az maaş təklif olunur. Aylıq 1500-2000 avro verirlər. Bu pulla dolanmaq çətindi. Təkcə çörək 2-3 avrodu. Əlavə iş də tapmaq lazım gəlir. Açığı, müəyyən planlarım var. Burda başqa klub da məni sıralarında görmək istəyir. Ancaq bu üç gündə yalnız "Raba"da sınaqdan keçə bilərəm. Alınsa, yayda bu mövzuya qayıdacam. Latviyada yeni mövsüm sentyabrın sonu - oktyabın əvvəlində başlayacaq. Görək necə alınır".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar