09 fev 14:30olke

Rüfət Əmirov sələfindən qalan problemləri həll etməlidi

Rüfət Əmirov sələfindən qalan problemləri həll etməlidi
“Elxan Məmmədovla görüşüb məsləhətləşəcəyik”
Ötən sayımızda Azərbaycan Həvəskarlar Futbol Federasiyasında (AHFF) hesabat-seçki konfransı keçirildiyini, Rüfət Əmirovun ikinci dəfə quruma prezident seçildiyini xəbər vermişdik. Onu da bildirmişdik ki, ehtiyatda olan polkovnik 1999-cu ildən 2003-ə qədər AHFF-yə rəhbərlik edib.
Rüfət bəydən öncə federasiyaya Kamil Rəhimov başçılıq edib. Məhz onun prezidentliyi dönəmində qurumda müəyyən problemlər baş qaldırdı ki, sabiq rəhbər onu yoluna qoya bilmədi. İndi Əmirov Kamil bəyin idarəçiliyi dönəmindən qalan həmin çatışmazlıqları aradan qaldırmalıdı. Bəs həmin problemlər nədən ibarətdi? Ən vacibi, diqqəti çəkəni hazırda ölkədə həvəskar statuslu iki çempionatın keçirilməsidi. Həvəskar komandalar arasında həm AHFF, həm də AFFA çempionat təşkil edir. Rüfət bəyin rəhbərlik etdiyi qurumun bayrağı altında təşkil olunan yarışdan fərqli Region Liqasına maraq daha böyükdü. İddialı komandaların hamısı, demək olar ki, həvəskar status daşımasına baxmayaraq, Regin Liqasında çıxış edir. AHFF-nin birinciliyi isə daha çox “xala xətrin qalmasın” pirinsipi ilə keçirilir. Təsadüfi deyil ki, UEFA-nın hər iki ildən bir həvəskar komandalar arasında təşkil etdiyi “Regionlar Kuboku”na da ötən il məhz liqanın ilk çempionu olan “Uğur” yollandı. AHFF-nin çempionatının qalibi olan “Zenit” isə kənarda qaldı. Ötən il bu məsələ çox müzakirə olundu. Qitə futbol qurumunun keçirdiyi yarışa hansı komandanın, daha dəqiq desək, hansı yarışın qalibi olan komandanın gedəcəyi çox söz-söhbətə yol açdı. AFFA “Uğur”un, Rəhimov isə “Zenit”in “Regionlar Kuboku”nda ölkəmizi təmsil etməsini istəyirdi. Ancaq sonda hər şey assosiasiyanın dediyi kimi oldu. Ukraynaya Kamil bəyin çempionatının qalibi olan komanda yox, məhz sumqayıtlılar yollandı. Arada olan narazılıqdan sonra AFFA ilə “ulduzu barışmayan” Rəhimovun postundan gedəcəyi gözlənilən idi.
Bəs görəsən, AHFF-nin yeni rəhbəri fəaliyyəti dövründə bu problemləri aradan qaldıra biləcəkmi? Arada olan narazılıq necə çözüləcək? İlk baxışdan Rüfət bəyin problemləri həll edə biləcək gücdə olduğu görünür. Niyə? İlk növbədə ona görə ki, ehtiyatda olan polkovnik Dağıstanda anadan olub. Bu isə o deməkdi ki, o AFFA-nın və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovla həmyerlidi. Yəqin ki, Əmirovun AHFF-yə seçkidə alternativsiz namizəd olması və sonda prezident seçilməsi də Nəsirovun xeyir-duası ilə reallaşıb. Nəsirovun AFFA-da necə böyük səlahiyyət sahibi olduğunu isə futbol camiəsində bilməyən yoxdu. Bundan başqa, Əmirov həm də Regional Futbol Federasiyası İctimai Birliyinin vitse-prezdentidi. Eyni anda iki yerdə yüksək vəzifə tutmaq isə etimadın göstəricisidi. Belə etimad sahibi də heç vaxt istəməz ki, rəhbərlik etdiyi federasiya “oyundankənar vəziyyət”də qalsın. Bu üzdən AHFF-də yaxşılığa doğru dəyişikliyin olacağını gözləməyə dəyər.
Qeyd etdiyimiz məsələlərlə bağlı qəzetimizə açıqlama verən Rüfət Əmirov bunları söylədi: “Əlbəttə, problemlər çoxdu. İlk növbədə onları aradan qaldırmağa çalışacağıq. O ki qaldı UEFA-nın həvəskarlar arasında təşkil etdiyi turnirə yollanacaq komandanın məsələsinə, bununla bağlı Elxan Məmmədovla görüşüb məsləhətləşəcəyik. Vəzifəyə yeni təyin olunduğumdan hələ ki rəhbərliklə bu haqda söhbətimiz olmayıb”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar