09 fev 14:20olke

Mehdi Salmanov İsgəndər Cavadovla söhbətdən sonra istefa verib

Mehdi Salmanov İsgəndər Cavadovla söhbətdən sonra istefa verib
“Federasiya prezidenti kimi ayda 210, kompüterdə işləyəndə 125 manat alırdım”
Uzun illər Qərb Regional Futbol Federasiyasına rəhbərlik edən Mehdi Salmanovun bir neçə gün öncə öz ərizəsi ilə işindən ayrıldığı haqda xəbər yayıldı. Artıq bu postda onu kimin əvəzləyəcəyi də məlumdu. Ötən saylarımızın birində xəbər verdiyimiz kimi, Mehdi bəydən sonra Nadir Nəbiyev qərb futboluna rəhbərlik edəcək. Rəsmi xəbərlərdə Salmanovun səhhəti ilə bağlı postundan ayrıldığı bildirilsə də, bu heç də inandırıcı görünmədiyindən (Azərbaycanda nadir hallarda kimsə öz ərizəsi ilə kreslosundan ayrılır) özü ilə danışmağı lazım bildik.
- Əvvəlcə istefanız barədə danışmaq istərdik. Nə baş verdi ki, prezident seçkisinə bir müddət qalmış Qərb Regional Futbol Federasiyasına rəhbərlik etməkdən imtina etdiz?
- Nə deyim? Belə qərara gəldim və ərizəmi yazdım.
- Ancaq sizin xəstəlikdən əziyyət çəkdiyiniz üçün bu addımı atdığınız deyilir...
- İndi tam sağlam adam var? Yaşından asılı olmayaraq, hamının səhhətində problem var. Mən də onlar kimi. Hərdən haramsa ağrıyır. Ancaq bu o demək deyil ki, hansısa xəstəlikdən əziyyət çəkirəm.
- Sözlərinizdən belə başa düşdüm ki, istefanız rəsmi xəbərlərdə deyildiyi kimi heç də səhhətinizlə bağlı deyil.
- İsgəndər Cavadovla görüşdən sonra bu addımı atdım. Artıq yerimə yeni prezident də seçilib. Bu münasibətlə Nadir Nəbiyevi də təbrik etmişəm.
- İsgəndər Cavadovla aranızda nə söhbət olub ki?
- Başqa vaxt bu haqda danışaram. Mənim nə AFFA-dan, nə də Elxan Məmmədovdan narazılığım var. Yalandan deyə bilmərəm ki, onlar məni işdən uzaqlaşdırıblar.
- Bəs kimdən narazısız?
- Heç kimdən. Ümumiyyətlə, məni heç kim güclə istefa verməyə vadar edə bilməzdi. Yeni seçkiyə də hələ xeyli müddət var idi. Cavadovla söhbətimiz oldu. Bir neçə gün düşünüb bu addımı atdım. Guya Qərb Regional Futbol Federasiyasının rəhbəri kimi hansı səlahiyyətə malik olmuşam? Bir federasiyaya ki, heç bir vəsait ayrılmır. Ancaq maaş alırdıq. Əməkhaqqının nə qədər olduğunu da deyə bilərəm. Federasiya prezidenti kimi ayda 210, kompüterdə işləyəndə 125 manat alırdım. Əvvəl ştatda vitse-prezident postu da var idi. Onun da maaşı 170 manat idi. Artıq bir neçə ildi ki, həmin ştat ləğv olunub.
- Ancaq nəyə görə istefa verdiyinizi, Cavadovla aranızda hansı söhbətin olduğunu açıqlamadız...
- Öz-özümə əsəbləşib belə qərar verdim... (gülür)
- “Göyəzən”in işləri necədi?
- Komanda hazırda Region Liqasının Şimal-qərb və Qərb zonasında liderdi. Qrup mərhələsinin sonuna 3 tur qalıb. Böyük ehtimalla pley-offa vəsiqə qazana biləcəyik. Ondan sonrasına baxarıq.
- Bu gün “Göyəzən”i kim maliyyələşdirir?
- Bu gün komandanın ayaqüstə qalmasında “Turan Bank”ın xidməti var. Adını çəkdiyim bank futbolçulara az da olsa, maaş verir.
- Kollektivdə orta aylıq əməkhaqqı nə qədərdi?
- Bunu açıqlamasam, daha yaxşı olar. Hər halda, uşaqların məşqə gəlib-getməsinə çatır. Qrup mərhələsinin oyunlarından sonra Qazaxın icra başçısına müraciət etməyi düşünürəm. “Göyəzən” hələ SSRİ çempionatında oynamış komandadı. Burda məşqçi kimi o qədər tanınmış mütəxəssis çalışıb ki... Əlizadə, Kramarenko, Rəhmanov. Onlar nəinki Azərbaycanda, bütün SSRİ-də tanınmış insanlar idi. Həmin mütəxəssisləri Qazaxa mən dəvət etmişdim ki, “Göyəzən”i daha yüksəklərə qaldırsınlar. Bir çox tanınmış futbolçular da vaxtilə bizim komandanın şərəfini qoruyublar. Bu komanda “Karpatı”nı “doğma divarlar” arasında 4:1 hesabı ilə udmuşdu. Həmin vaxt hamı bu oyundan danışırdı. Bildiyiniz kimi, Məmməd Musayev klubun fəxri prezidentidi. Qarşıdakı günlərdə onunla da görüşməyi planlaşdırmışam. Məmməd bəy “Göyəzən”ə çox yaxşı baxıb. Bir dəfə öz meydanımızda “Neftçi” ilə qarşılaşırdıq. Həmin matçda minimal hesabla uduzmağımıza baxmayaraq, Musayev yaxşı oynadıqlarına görə futbolçulara mükafat verdi. Ona qədər mən heç vaxt məğlub komandaya sponsor tərəfindən mükafat verildiyini görməmişdim. Belə günlər olub. SSRİ çempionatında, premyer-liqada oynamış klub indi Region Liqasında çıxış edir. Dünən, srağagün yarananlar isə elitada mübarizə aparır.
- “Göyəzən”in ev oyunlarını keçirdiyi stadionun durumu da bərbaddı. Bizdə olan məlumata görə, bu yaxınlarda arenada təmir işləri aparılmalı olsa da, işlər yarımçıq qalıb.
- Sonuncu dəfə stadion 2012-ci ildə əsaslı təmir olunub. Həmin vaxt ölkə başçısı da Qazaxa səfər çərçivəsində arenaya baş çəkmiş, yaradılan şəraitlə tanış olmuşdu. Ancaq bu gün stadion pis gündədi. Ot örütüyü sıradan çıxıb.
- “Göyəzən”in qarşıdakı illərdə yenidən birinci divizionda, elitada görünmək perspektivi var?
- Mən də, qazaxlı futbolsevərlər də bu ümidlə yaşayırıq. Yəqin ki, arzumuz nə vaxtsa reallaşacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar