08 fev 14:33olke

Emil Balayev üçün acı nümunə

Emil Balayev üçün acı nümunə
Sonra da “bizimkilərə niyə maraq yoxdu” soruşursuz...
Emil Balayevin “Səbail”i “Tobol”a dəyişib legioner həyatı yaşamağa qərar verməsi alqışla qarşılandı. Əvvəlki dönəmlər olsaydı, bəlkə də dodaq büzər, yığma üzvünü tənqid edərdik. Amma indi elə zamandayıq ki, Qazaxıstanda oynamağa razılıq verən futbolçuya da uğurlar arzulayırıq. Çünki Biləcəridən o tərəfə keçmək bizimkilər üçün böyük uğur sayılır. “Qarabağ”ın ardıcıl 5 il avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb, Çempionlar Liqasında “Çelsi”, “Atletiko”, “Roma” kimi ünlü komandaları Bakıya gətirməsinə baxmayaraq, bir azərbaycanlı futbolçusu belə ölkə hüdudlarını aşa bilmədisə, deməli, başqalarından nəsə gözləməyə dəyməz. Bu gün Türkiyənin 1-ci dəstəsində çıxış etməyin özü də azərbaycanlı futbolçu üçün arzu sayılır.
Emili Qazaxıstanda nələrin gözlədiyini özündən yaxşı bilən olmaz. Amma fakt faktlığında qalır ki, təcrübəli həmkarı Andrey Paseşenko ilə rəqabət heç də asan olmayacaq. Balayevə uğurlar arzulayıb keçək yazının “canına”. Son 5 ildə legioner həyatı yaşayan azərbaycanlıların siyahısına və onların nə ilə yadda qalmasına. Təbii, siyahıya nə “milliləşdirilmiş” braziliyalı Riçard Almeydanın, nə Rusiya futbol məktəbinin yetirmələri Emin Mahmudovla Ramil Şeydayev, nə də BAL liqasına axın edən ikinci dərəcəli futbolçular daxildi. Daha çox vaxtilə üzdə olan, legioner karyerasına böyük ümid bəslədiklərimizdən söz açacağıq.
Ruslan Qurbanov
“Neftçi”nin heyətində “11-lik” üzvü sayılan, 2014/15 mövsümünün ilk yarısında meydana çıxdığı 12 oyunda rəqib qapılarına 3 dəfə yol tapan yığma üzvü xorvatiyalı agentin vasitəçiliyi sayəsində karyerasını Xorvatiyada davam etdirmək qərarına gəlmişdi. Yüksək liqa təmsilçisi “Hayduk”la anlaşan Qurbanov Robert Prosineçkinin vətənində cəmi yarım mövsüm top dalınca qaçmışdı. Adı 14 dəfə iştirak ərizəsinə salınmasına baxmayaraq, bunlardan yalnız 1-də ilk dəqiqələrdən meydanda olmuş, 4 dəfə oyuna sonradan qoşulmuş, 9 halda isə sona qədər ehtiyat oyunçular skamyasında əyləşmişdi. Xorvatiya elitasında cəmi 118 dəqiqə vaxt keçirən Ruslan passivinə 1 sarı vərəqə yazdırmaqdan başqa heç nə ilə yadda qalmamışdı.
Kamran Ağayev
O da vaxtilə “bəh-bəh”lə Portuqaliyaya yola saldığımız futbolçulardan idi. Bu ölkənin yüksək dəstəsində mübarizə aparan “Boavişta” əsas yığmamızın “1 nömrə”sini heyətinə qatandan sonra Ağayevin uzaq Portuqaliyada nə ilə yadda qalacağı böyük sual doğururdu. İlk vaxtlar ehtiyatda qalsa da, tədricən əsas heyətdə yerini möhkəmlətməyi bacarmışdı. Baş məşqçi Kamrana 12 oyunda “11-lik”də şans vermişdı. Həmyerlimiz daha bir dəfə ehtiyatda qalmışdı. Həmin 1080 dəqiqə ərzində qapıçı daha çox vərəqələrlə yadda qalmışdı. İlk mövsümdəcə 4 “sarı”, 1 “qırmızı”. Məhz həmin qırmızı vərəqə Kamranın “Boavişta”dan göndərilməsinə səbəb olmuşdu.
Lakin o vətənə qayıtmamışdı. Yenidən Avropada qalıb, legioner həyatı yaşamağı üstün tutan təcrübəli futbolçu Çexiyaya üz tutmuşdu. “Mlada Boleslav”da ona böyük ümidlər bəslənilirdi. Ancaq Çexiya karyerası da uğursuzluqla yadda qaldı. 2017/18 mövsümünün ilk yarısını “Mlada Boleslav”da keçirən Ağayev 5 oyunda əsas heyətdə yer almaqda 435 dəqiqə meydanda olmuş, 4 görüşü ehtiyat oyunçular skamyasında izləmişdi. Faydası 1 “sarı” və yenə 1 “qırmızı” olmuşdu.
Elnur Cəfərov
2016-nın yayında xaricə üz tutan futbolçulardan biri də Elnur Cəfərov idi. Cənublu azarkeşlərin “Xəzər Lənkəran”ın Messisi” kimi çağırdığı, bacarığı ilə futbol ictimaiyyətinin diqqətini cəlb edən yarımmüdafiəçi Portuqaliyanın aşağı dəstəsində yarışan “Tondela”da özünə yer edə bilməyincə, Xorvatiyaya yollanmışdı. Lakin Ruslan Qurbanovdan fərqli elitaya yox, birinci diviziona. Heç olmasa, “Duqopolye”də özünü göstərəcəyini, bununla da elita klublarının diqqətini çəkəcəyini düşünürdük. Yeni komandasının heyətində mövsümyarım duruş gətirən U-21-in sabiq üzvü bu müddətdə 13 oyunun iştirakçısı olmuşdu ki, cəmi 3 qarşılaşmada ilk dəqiqələrdən oynamaq şansı qazanmışdı. Digər 10 halda meydana sonradan çıxmışdı. 19 matçı isə ehtiyat oyunçular skamyasında izləmişdi. İlyarımda vur-tut 369 dəqiqə meydanda olmuş, iki dəfə sarı vərəqəyə layiq görülmüşdü.
Budaq Nəsirov
“Kəpəz”dəki ilk mövsümdəki parlaq çıxışından sonra legioner həyatı yaşamaq imkanı qazanmış daha bir həmyerlimiz. 2016-cı ildə - 20 yaşında azərbaycanlı agent Vaqif Heydərlinin vasitəçiliyi sayəsində Portuqaliyaya yollanıb “Sportinq”lə anlaşan Budaqla bağlı bu xəbər şok effekti vermişdi. Düzdü, bu komandanın əsas heyətində möhkəmlənəcəyi inandırıcı deyildi. Ən pis halda ulduzlarla məşq edib təcrübə toplayacağını, bir müddətdən sonra bu ölkənin başqa klublarından birinin diqqətini çəkəcəyini təxmin edirdik. “Sportinq-2”nin məşqlərinə qoşulub bu komandanın heyətində Portuqaliyanın aşağı dəstəsində çıxış edən Nəsirov ilk mövsümdə 20 qarşılaşmada şans qazanmışdı ki, bunların 9-da əsas heyətdə yer almışdı. 11 dəfə oyuna sonradan qoşulmuş, 18 dəfə ehtiyatda qalmışdı. 2016/17 mövsümündə 1027 dəqiqə şans qazanan dayaq yarımmüdafiəçisi 1 qol vurmuş, 5 halda sarı vərəqəyə layiq görülmüşdü.
2017/18 mövsümünə də “Sportinq-2”də başlayan həmyerlimizdən bu dəfə daha artığını gözləsək də, əksi yaşanmışdı. Zədə səbəbindən çempionatın müəyyən qismini boşa verən Budaq cəmi 10 oyunda iştirak etmiş, bunların 4-də ilk “11-lik”də meydana çıxmışdı. 12 matçda isə ehtiyatda qalmaqla passivinə 1 “sarı” yazdırmışdı.
Rauf Əliyev
Budaq, Elnur, Ruslan kimilərə baxanda, Raufun legioner həyatı daha ümidverici görünmüşdü. Hər nə qədər də olmasa, xasiyyətinə bələd idik, çiyinlərində illərin təcrübəsini daşıyırdı. Üstəlik, hansısa böyük çempionata yox, Albaniya elitasına pənah aparmışdı. 2017-nin yayında “İnter” (indiki “Keşlə”) Avroliqada mübarizəni dayandırandan sonra sabiq yığma üzvü “Kukesi” variantını əldən buraxmaq istəməyib, Albaniyaya üz tutmuşdu. İlk vaxtlar işləri qaydasındaydı. Sonradan daxildə baş verən proseslər Əliyevlə klub rəhbərliyinin münasibətlərinin soyumasına səbəb olmuşdu. Nəticədə cəmi 6 ay Ansi Aqollinin vətənində top qovan həmyerlimiz 13 oyunda meydana çıxmışdı. 7-si əsas heyətdə, 6-sı əvəzetmədən olmaqla. Daha 7 dəfə isə əvvəldən sona qədər ehtiyatda oturub şansını gözləmişdi. Ümumilikdə 727 dəqiqə meydanda olan Əliyev 3 qol vurmuş, 2 qol ötürməsi vermiş, iki dəfə “sarı”yla cəzalandırımışdı.
Araz Abdullayev
Son 4-5 ildə Avropaya üz tutanların arasında az-çox üz ağardan elə Araz olub. Əvvəla ona görə ki, 2017/18 mövsümündə əvvəldən sona qədər eyni komandada qalmağı bacardı. “Qəbələ”nin “Anortosis”ə icarəyə verdiyi solaxay yarımmüdafiəçi Cənubi Kiprə gedən kimi yeni komandasında özünə yer etməyi bacarmışdı. Təsadüfi deyil ki, baş məşqçi 30 oyunda ona forma geymək imkanı yaratmışdı. Bunların 18-də ilk dəqiqələrdən meydana ayaq basmış, 12-də mübarizəyə sonradan qoşulmuşdu. “Anortosis” formasında 1753 dəqiqə oynamaq imkanı qazanan Abdullayev rəqib qapıçıları 3 dəfə məyus etməklə yanaşı, 3 dəfə qol ötürməsi ilə yadda qalmış, 1 dəfə komandasının xeyrinə penalti qazanmışdı. Müqavilə müddətinin bitməsi və ortaya çıxan başqa problemlər Abdullayevin bir müddər klubsuz qalmasını, avqustda “Qarabağ”a keçməsini şərtləndirmişdi.
Nəticə
Bu da Emil Balayev üçün son illər əsas yığmanın üzvü olan və olmuş futbolçuların Avropa karyeralarındakı göstəriciləri. Hələ Ramil Şeydayev, Emin Mahmudov və Riçard Almeyda ilə bağlı faktlara toxunmadıq. “Köhnə qitə”də qala bilməyən, yenidən vətənə qayıtmaq üçün hər cür yollara əl atan futbolçuların fonunda başqalarının niyə legioner həyatı yaşamaq istəyində olmamalarının səbəbini anlamaq çətin deyil. Ümid edək ki, Balayev Xəzərin o tayında duruş gətirə biləcək. Hər halda, vaxtilə Almaniyada yaşayıb, bir neçə dildə danışır və ən əsası, xaricdə oynamağı qarşısına hədəf qoyanlardandı.
HƏBİB

Yeri gəlmişkən...
Emil Balayev yeni komandası "Tobol"un heyətində ilk oyununu keçirib. Türkiyədə toplanışda olan Qazaxıstan təmsilçisi hazırlıq çərçivəsində dünən yoxlama görüşündə qüvvəsini sınayıb. Qazaxlar Cənubi Koreyanın K2 liqasında çıxış edən "Tecon"la üz-üz gəlib. Oyun koreyalıların 2:1 hesablı qələbəsi ilə nəticələnib. "Tedjon"un hər hissədə 1 qol vurduğu matçda Balayev meydana start heyətində çıxıb. "Tobol"un gücü yalnız son dəqiqələrdə təsəlli qoluna çatıb. Maraqlıdı ki, 30-cu dəqiqədə komandaların oyunçuları arasında dava düşüb. Referi hər iki tərəfin bir üzvünə qırmızı vərəqə göstərsə də, klublar arasındakı razılığa əsasən mübarizə 11 nəfərlə davam edib. Hətta ikinci hissədə "Tecon"un daha bir üzvü meydandan qovulub. Ancaq koreyalılarda onun əvəzinə başqa oyunçu mübarizəyə qoşulub.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar