08 fev 16:59olke

AHFF-nin hesabat-seçki konfransı keçirildi, prezident dəyişdi

AHFF-nin hesabat-seçki konfransı keçirildi, prezident dəyişdi
Qurumun sabiq başqanı tədbirə qatılmadı
Fevralın 5-də Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) 5-ci hesabat-seçki konfransı keçirildi. Bəribaşdan qeyd edək ki, tədbirə idman mediasından yalnız “Futbol+” dəvət olunmuşdu. Bakı Olimpiya Stadionunun media zalında baş tutan konfransa Sahə Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov, “ispalkom”un daha bir üzvü, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Futbol Veteranları İB-nin sədri Oqtay Abdullayev, Gənclər və İdman Nazirliyinin futbol şöbəsinin müdiri Fikrət Hüseynov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və başqa qonaqlar dəvət olunmuşdu. AHFF-nin prezidenti Kamil Rəhimov isə konfransa qatılmamışdı. Elə bu məqam quruma yeni prezident seçiləcəyindən xəbər verirdi…
Konfransın gündəliyinə 11 məsələ daxil edilmişdi ki, onlardan bir neçəsi - “prezident tərəfindən salamlama”, “yığıncağın tərkibinin yoxlanılması”, “əvvəlki protokolun rəsmən təsdiq olunması” - əslində şablon prosedurdu. Vacib məsələlərə gəlincə, əvvəlcə mandat və səs komissiyaları təyin olundu. Mandat komisiyasına Arif Əmirxanov, Elbrus Abbasov, Şirin Şirinov, səs komissiyasına isə Məmmədəli Qəniyev, Əvəz Şıxıyev və Ənvər Nəsibovun namizədliyi qəbul olundu. Ardınca AHFF-nin baş katibi Füzuli Nəcəfov keçən dövr üçün hesabatı təqdim etdi, 2013-cü il dekabrın 25-də keçirilən konfransdan bu yana olan uğurlardan danışdı, əvvəlki prezident Kamil Rəhimovun gördüyü işlərdən söz açdı. Federasiyanın mühasibi isə maliyə hesabatını təqdim etdi. Məlum oldu ki, 2014-18-ci illərdə həvəskarlara 73 min manatdan bir qədər çox vəsait xərclənib. Bunun təxminən 41 mini Sahə Futbol Federasiyasının prezidenti Mahir Məmmədovun etdiyi yardımdı, 32 min manat isə üzvlük haqları nəticəsində toplanan vəsaitdi.
Baş katib həmçinin elan etdi ki, federasiyaya yeni prezident seçiləcək. Kamil Rəhimov fəaliyyətini davam etdirmək istəməyib. Seçki isə alternativsiz idi. Belə ki, yeganə namizəd AHFF-nin yaradıcısı və ilk prezidenti, polkovnik Rüfət Əmirov idi. Rüfət müəllim əvvəlcə özü haqda bilgi verdi: “1956-cı ildə Dərbənddə anadan olmuşam, 4 yaşımda Azərbaycana köçmüşük. Müharibə veteranı, Müdafiə Nazirliyinin əməkdaşıyam. 1996-99-cu illərdə Ordu İdman Klubunun prezidenti olmuşam və o illərdə əvəzedici komandamız mükafatçı oldu. 1997-99-da AFFA-nın İcraiyyə Komitəsinin üzvü, 2004-08-ci illər aralığında Hakim-inspektorlar Komitəsinin sədri olmuşam. 1999-da təsis edilən AHFF-nin birinci prezidenti seçilmişəm və 4 il bu vəzifəni yerinə yetirmişəm. Altı il Sahə Futbol Federasiyasında vitse-prezident kimi fəaliyyət göstərmişəm. 2017-ci ildən Regional Futbol Federasiyasının vitse-prezidentiyəm. Həmçinin Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisiyəm. Hərbi sahə ilə yanaşı, futbolu da sevirəm, ömrümün xeyli hissəsini bu idman növünə həsr etmişəm. İstəyirəm ki, bundan sonra da təşkilatçı kimi bilik və təcrübəmi sərf edim. Lehimə səs verəcəyiniz halda bir qədər sonra planlarımı da təqdim edəcəm”.
Ardından Mahir Məmmədov, İsgəndər Cavadov, Oqtay Abdullayev, Fikrət Hüseynov, Şaiq Həmidov və Nüvər Xasıyev çıxış edib Rüfət Əmirovla bağlı müsbət rəy bildirdilər. Daha sonra səsvermə elan olundu və Əmirov AHFF-nin prezidenti seçildi.
Bu yerdə bir məqama da toxunaq. Qeyd etdiyimiz kimi, Rüfət Əmirov həm də Regional Futbol Federasiyasının vitse-prezidentidi. AHFF-yə prezident seçildikdən sonra da o, əvvəlki vəzifəsində qalacaq.
Köhnə-yeni rəhbər növbəti dəfə kürsüyə qalxıb görəcəyi işlərdən danışdı: “Mənə səs verdiyinizə görə hər birinizə təşəkkürümü çatdırıram. Prezident kimi öz vəzifələrimi AHFF-nin nizamnaməsinə uyğun yerinə yetirəcəm. Futbolun daha əhatəli keçirilməsi, kütləviliyi üçün yarışları rayon-region-respublika sistemiylə keçirmək planım var. Hansı ki, indiyə qədər region-respublika səviyyəsində keçirilirdi. Region komandalarının forma və toplarla təmin olunmasına kömək göstərəcəm. UEFA Regional Kubok yarışındakı təmsilçimizə isə hərtərəfli kömək göstəriləcək. Məlum olduğu kimi, UEFA bu yarışı iki ildən bir keçirir. Bizdə isə hər il həvəskarların çempionatı olur. Belədə avtomatik bir il boşa verilir. Bunu nəzərə alaraq, UEFA Regional Kubokunda iştirak etməyən qalib komandamızı başqa beynəlxalq yarışlara – Gürcüstana, Rusiyaya, İrana və ya Türkiyəyə göndərəcəyik. Həvəskarlardan ibarət yığma da yaratmağı və beynəlxalq yarışlara göndərilməsini planlaşdırıram”.
Konfransda həmçinin İcraiyyə Komitəsinə yeni üzvlər seçildi. Qurumun tərkibi belədi:
1. Rüfət Əmirov - AHFF prezidenti
2. Rəhim Əliyev – Bakı Kəndlər Futbol Federasiyasının vitse-prezidenti, polkovnik
3. Altay Mehdiyev – Cənub Futbol Federasiyasının nümayəndəsi, general-mayor
4. Oqtay Abdullayev – Futbol Veteranları İB-nin sədri
5. Fikrət Hüseynov – Gənclər və İdman Nazirliyinin şöbə müdiri
6. Şaiq Həmidov – Əlillər Futbol Federasiyasının prezidenti
7. Rüstəm Rəhimov - Futbol Veteranları İB-nin sədr müavini
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Bu gün, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb Bütün xəbərlər
Ən çox oxunanlar