03 fev 12:35olke

Yunis Hüseynov ad gününü qeyd etməyəcək

Yunis Hüseynov ad gününü qeyd etməyəcək
“O xəncərlə adam da öldürmək olar”
Dünən "Neftçi”nin veteran futbolçusu Yunis Hüseynovun 54 yaşı tamam oldu. 1965-ci ildə dünyaya gələn yarımmüdafiəçi 1984-98-ci illər ərzində "ağ-qaralar”ın heyətində 336 oyun keçirib, 101 qol vurub. "Neftçi”nin heyətində ölkə çempionatının (1992, 1996, 1997), ölkə kubokunun (1995, 1996) və Superkubokun (1993, 1994) qalibi olan Hüseynov 1994-cü ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. O, 1993-98-ci illər ərzində yığmanın heyətində 34 oyun keçirib, 4 qol vurub. Paytaxt klubunun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçudan qısa müsahibə götürüb.
- Ad gününüz mübarək, Yunis müəllim…
- Diqqətinizə görə çox sağ olun. Ümumiyyətlə, 9-u kapitan olmaqla 15 il "Neftçi”nin şərəfini qorusam da, o vaxtdan indiyədək ilk dəfədi ki, məni bu klubdan zəng vurub, təbrik edirlər.
- Karyeranız ərzində doğum gününüzdə oyuna çıxmısız?
- Yadıma gəlmir. Səhv etmirəmsə, çıxmamışam.
- İndiyədək sizə verilən ən gözlənilməz hədiyyə hansı olub?
- 50 illik yubileyimdə dostlarımdan aldığım hədiyyə mənim üçün gözlənilməz olub. Suvenir xəncər bağışlamışdılar. Suvenir olsa da, o xəncərlə adam da öldürmək olar (gülür)...
- "Neftçi”də keçirdiyiniz ən unudulmaz oyun və vurduğunuz qol hansı olub?
- Açığı, xüsusi bir oyun və ya qol yadıma gəlmir. Ümumiyyətlə, xatırlamaq üçün, demək olar, şəkillərim yoxdu. Məsələn, O vaxt SSRİ-nin Olimpiya yığmasında oynasam da, həmin formada şəklim olmayıb. Başqaları o formanı götürüb foto çəkdirirdi, mən isə həmin formanı geyə-geyə şəkil çəkdirməmişəm. Çünki şəkil çəkdirməklə aram yoxdu. Çox az sayda fotom var. Amma gərək belə eləməzdim. Şəkil çəkdirmək və onları saxlamaq lazım idi. İndi yaşa dolduqca düşünürəm ki, olsaydı, baxardım. O vaxt Olimpiya yığmasının heyətində çıxış edəndə hədiyyə olaraq mənə oyundan çəkilmiş 4-5 fotomu vermişdilər, amma o vaxt jurnalistlər istədilər verdim, sonra qaytarmadılar.
- Ad gününüzü necə qeyd edəcəksiz?
- Açığı, mən heç vaxt ad günü keçirməmişəm. Ümumiyyətlə, doğum günlərimə xüsusi önəm verməmişəm. Bu gün də ad günümü qeyd etməyəcəm. Adi bir gün kimi keçirəcəm.
FARİZ hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar