18 mar 11:20olke

UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması

UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması
Ötən saylarımızın birində xəbər verdiyimiz kimi, AFFA-nın baş katibi Elxan Məmmədov aprelin 5-də UEFA-nın İcraiyyə Komitəsinə keçiriləcək seçkilərdə iştirak edəcək. Onu da xatırladaq ki, seçkidə 8 yerə 13 namizəd mübarizə aparacaq. Elxan bəyin seçki platforması ilə sizi tanış edirik.
Hörmətli həmkarlar, əziz dostlar!
Böyük məmnuniyyətlə qarşıdan gələn UEFA-nın İcraiyyə Komitəsi seçkilərində namizədliyimi irəli sürmək niyyətimi bəyan edirəm.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi kimi son 9 ildə Azərbaycanda futbolun inkişafı üçün çalışmışam. Bu dövrdə bəzi böyük nəticələrin şahidi olmuşuq. İndi mən avropalı həmkərlarımla sıx əməkdaşlıq edərək Avropa futbolundan əldə etdiyimiz bacarıq və biliklərlə futbolu daha irəli aparmaq, inkişaf etdirmək istərdim.
Meydanda komandanın tamamlayıcı rol, bacarıq və təcrübə vəhdətinə ehtiyac olduğu kimi, mən də UEFA-nın İcraiyyə Komitəsinə tamamlayıcı keyfiyyətləri gətirəcəm. Bütün Avropada futbolun əhatə olunması və əl çatan olmasına yardım edəcək, eləcə də həll olunması vacib bir çox problemləri həll edəcək kollektiv gücü məhz budu.
Mən bütün səviyyələrdə Şərqi Avropanın təmsil olunmasının, həmçinin qadın futbolunun inkişafı və xüsusilə məhdud vəsaitə malik olan üzv assosiasiyalar da daxil olmaqla, bütün Avropada rəqabətin artırılmasında regional irəliləyişin tərəfdarıyam. Birlikdə biz oyunun ən yüksək şəffaflıq standartlarını təmin etmək üçün fəaliyyətimizi davam etdirməliyik.
Bu broşürdə namizədliyimin təsvir olunan əsasları:
• İnnovasiya
• Praqmatizm
• Komanda işi
• Nəticə
Birgə çalışaraq Avropa futbolunu yeni davamlı inkişaf və yüksəliş dövrünə apara bilərik. Bununla da sevdiyimiz bu gözəl oyunu daha da şöhrətləndirərik.
Dəstəyinizə görə şərəf duyuram və dərin minnətdarlığımı bildirirəm.

İnnovasiya
Namizədliyimi əsaslarından birinci məqam innovasiyadı. Sürətlə dəyişən dünyamızda biz kreativ, hərəkətli və dəyişkənliyə hazır olmalıyıq. Yeni texnologiyalar bizə mövcud və yeni futbol auditoriyaları ilə əlaqə və təkrar əlaqə yaratmağa imkan yaradır. Biz futbolu daha da cəlbedici etmək üçün innovasiyadan istifadə edə bilərik. Daha çox baxımlı futbol təcrübəsi yaratmaqla azarkeşlərin maraq və əyləncələrini artıraq. Bizim məhsul futboldu – futbol həmişə birinci yerdə olmalıdı. Lakin şaxələnməlidi, bizim işimiz əyləncə olmalıdı. İnanıram ki, gələcək nəsillərin rifahı naminə futbolu layihələndirib təqdim edəndə - arenada, ekranda, klublarda və kommersiya əlaqələri vasitəsi ilə - daha da novator ola bilərik.

Praqmatizim
Azərbaycanda futbolun inkişafındakı rolum praqmatik, praktik təcrübəmə əsaslanır.
Mən oyunun inkişafı üçün çalışan, inkişaf üzv assosiasiyaların qarşılaşdığı praktiki problemlərin həlli yollarıyla bağlı ilkin mənbə biliklərinə malikəm. Mənim komandam həmçinin UEFA-nın Hattrick, Təhsil və Kütləvi Futbol proqramlarının üzv assosiasiyalarının inkişaf imkanlarının necə artırıldığının və inkişafı stimullaşdırdığının şahidi olmuşam. Həmçinin UEFA Grow 2020 strategiyası kimi yeni layihələrin həyata keçirilməsində təşəbbüs göstərmişəm. AFFA da milli səviyyədə bu təşəbbüsü həyata keçirən ilk üzv assosiasiyalardan biri olub.
Mən həmçinin bu yaxınlarda Avropa İdman İdarəetmə proqramını Executive Master dərəcəsində bitirmişəm. UEFA təqaüdü qazanaraq yiyələndiyim bu rəsmi idman idarəetmə dərəcəsi mənə Avropa kontekstində idman idarəetməsində üzləşən problemlərin əla izahını verdi. Qazandığım bu yeni idman idarəetmə biliklərimi Avropa xeyrinə tətbiq etmək istəyirəm.
Yaxşı idarəetməyə əsaslanan praqmatik yanaşmam nisbətən qısa zamanda əldə etdiyim aşağıdakı əsas nailiyyətlərin daxil olduğu uğurlu nəticələrə səbəb olub:
• Bütün səviyyələrdə tərəqqi və uğura aparan Azərbaycanda futbolun inkişafına nəzarəti təmin edən yeni idarəetmə, lisenziyalaşdırma və maliyyə strukturunun yaradılması.
• U-17 qadınlararası dünya çempionatının 2012-ci ildə Azərbaycanda uğurlu təşkilinə əsaslanaraq məqsədli kütləvi futbol fəaliyyəti ilə yanaşı, bir çox yeni qadın futbolçu futbola cəlb edilmiş, onlardan 10 mindən çox qadın və qız qeydiyyatdan keçmiş, müntəzəm futbol oynayır.
• Açılış mərasimində 33000 azarkeşlə bir rekorda imza atılan U-17 Avropa çempionatına 2016-cı ildə ev sahibliyi etmək turnirin ilk mərhələsində ilk dəfə çıxış edən U-17 millimizə dəstək oldu.
• AÇ-2020-nin 4 qrup və bir 1/4 final oyunlarının Azərbaycanda keçirilməsi üçün namizədliyin irəli sürülməsi ilə bağlı qrupa rəhbərlik etmək
Komandamın nailiyyətləri ilə fəxr edirəm və mən nisbətən az inkişaf etmiş futbol ölkəsinin bir üzv assosiasiyasındakı təcrübəmdən qaynaqlanan praktiki ideyalar və qərarlarla yanaşı, UEFA-dakı yeni roluma məqsədyönlü yanaşma gətirəcəm. İnfrasturktur və uşaq futbolu sahələrinin kifayət qədər maliyyələşməsini təmin etməklə biz oyun satndartlarını həm daxili liqalarda, həm də UEFA klub yarışlarında yüksəldə bilərik. Son iki il ərzində Avropa Liqasının qrup mərhələsində Azərbycanı təmsil etmiş aparıcı klublar “Qarabağ” və “Qəbələ” artıq bunu sübut edib.
Mənim Avropa futbolunun gələcəyi üçün məqsədlərim oyunda rəqabəti artırmaq, Şərqi Avropa ölkələrinin üzləşdiyi sabit maliyyə kimi məsələləri gündəmə gətirmək, həmçinin danışılmış oyunlar probleminin əsas məqamlarını həll etməklə toxunulmazlığın və etimadın bərpasını təmin etməkdi və bu da oyunların gələcəyi üçün fundamental əsasdı.
Sizinlə birlikdə biz Avropa futbolunun üzləşdiyi gənclərin cəlb edilməsi, kommersiya inkişafı, azarkeş təcrübəsi və üzv assosiasiyaların hüquq və səlahiyyətlərinin artırılması kimi çağırışlara, yeni imkanlara yol aça bilərik.

Komanda işi
Heç kim Avropa futbolunun inkişafı məsələlərini təkbaşına həll edə bilməz. İşə birgə yanaşmaq zəruridi. Komanda işi AFFA-nın uğurlarının ən vacib köməkçi amillərindən biridi və bu kampaniyanı həyata keçirməkdə mənim əsas motivasiyam Avropa futbolundan olan həmkarlarımızla daha yaxından işləməkdi.
Bir cari futbol inzibatçısı kimi mənim əməli biliyim və təcrübəm İcraiyyə Komitəsinin digər üzvlərinin bilik və bacarıqlarını tamamlayacaq, yeni, davamlı və yaxşı təhciz edilmiş bütün Avropaboyu futbolun inkişafını təmin edən bir komanda yaradacaq.
Həmkarlarım mənim insanlarla davranış və dinləmə, hörmətetmə və ünsiyyət qurmaq bacarığımı tez-tez vurğulayırlar. Sizlərdən çoxunuzla sıx peşəkar münasibət qurmuşam və gələcək illərdə sizinlə işləməyi səbrsizliklə gözləyirəm.

Nəticə
AFFA-nın baş katibi işlədiyim müddətdə Azərbaycanın futbol fəaliyyətində kütləvilikdən tutmuş elit səviyyəyə qədər mühüm inkişaf nəzərə çarpıb. Bu müddət ərzində nailiyyətlərim:
• İnfrastrukturun inkişafına nəzarət
• Qadın futbolçularının sayının artırılması – 2010-11-ci illərlə müqayisədə 2015-16-cı illərdə 445 faiz artım
• Xüsusən gənclərin təşkil etdiyi 70 mindən çox “feysbuk” və 21 mindən çox “instaqram” izləyicilərindən ibarət sosial media əlaqələrinin genişləndirilməsi
• Klubların inkişafının davam etdirilməsi üçün AFFA-nın lisenziya proqramının nəzarət altına alınması
• AFFA-nın 80 faiz büdcəsi daxil olmaqla, Azərbaycanda oyunların keçirilməsi üçün sponsorluğun təmin edilməsi
• Əməkdaşlığı inkişaf etdirərək UNİCEF kimi təşkilatlar da daxil olmaqla, sosial layihələr həyata keçirmək və futbolun gücündən istifadə etməklə evlərindən məhrum olanların və azlıqların yaşayışlarının yaxşılaşdırlması
Karyeram müddətində əsas mərhələlər
2007 - 28 yaşda AFFA-nın baş katibi təyin olunmaq
2010/13 - UEFA Çempionlar Liqasında Match Deleqate təyin olunmaq
2012 – U-17 qadınlararası dünya çempionatının Azərbaycanda keçirilməsi
2013 – AFFA-nın BOK tərəfindən “Qadın və İdman” mükafatı ilə təltif olunması
2015 – Azərbaycanın AÇ-2020-də qrup oyunlarına və 1/4 final oyununa ev sahibliyi etməyə layiq görülməsi
2015 – Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi üçün Təşkilat Komitəsinin üzvü
2016 – Azərbaycanın U-17 Avropa çempionatının ev sahibi olması
2016 – European Sport Governance (MESGO) proqramını Executive Master dərəcəsində bitirmək
2016 – Azərbaycan futbolunda rəhbərliyim altında edilən dəyişikliklər səbəbindən U-40 Award ilə mükafatlandırılmaq

Nəyə görə Elxan?
Sosial mediadan istifadə, gənclərin cəlb edilməsi, azarkeş təcrübəsinin inkişafı kimi məsələlərə yeni ideyalar və praktiki təcrübə gətirən gənc, gələcəyə inamla baxan futbol inzibatçısı.
Nisbətən kiçik üzv assosisiyaların üzləşdikləri əsas məsələlərin və çətinliklərin həll edilməsində geniş “hands on” (fəal iştirak) təcrübəsi.
Üzv assosiasiyaların inkişafı üçün model olacaq rol – mötəbər tədbirlərin araşdırlması, keçirlməsi üçün namizədlik irəli sürməsində və qəbul edilməsində uğurlu fəaliyyət göstəriciləri.
Yeni tanınmış idman idarəetməsinə aid biliklərə malik, hazırkı İcraiyyə Komitəsinin əməkdaşlarının quruma aid bacarıq və təcrübələrini tamamlayan, onlarla çiyin-çiyinə işləməyə can atan komanda üzvü.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar