Xəbər verdiyimiz kimi, bu həftə futzal üzrə yüksək liqada 3-cü dövrə start götürəcək. Beləliklə, çempionatda yaranan biraylıq, konkret, 36 günlük fasilə başa çatacaq. Yarışın ikinci yarısı yeniliklə əlamətdar olacaq. Belə ki, qış fasiləsi ərəfəsində klublarla federasiya nümayəndələri arasında keçirilən görüşdə tərəflər çempionat oyunlarının cümə gününə salınması ilə bağlı razılığa gəliblər. Halbuki ilk iki dövrədə turlar əsasən çərşənbə günlərinə təsadüf edirdi. Ancaq 2019-cu ilin ilk görüşlərindən ikisi cümə günü baş tutacaq. “Xəzər Cənub”la “Neftçi”nin dueli isə ayın 29-na ertələnib. Buna “ağ-qaralar”ın Gürcüstan toplanışına hazırlaşması səbəb olub. Bütün görüşlər Bakı İdman Sarayında keçiriləcək.
Artıq 15-ci turun oyunlarına təyinatlar da açıqlanıb:
Yasamal MFK Baku – Araz
Hakimlər: Anar Fərəcov, Azər Əsgərov, Rahin Heybətov
25 yanvar. Bakı İdman Sarayı. Saat 15.30
Yasamal İSK – Liman
Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov, Vüsal Balaşov
25 yanvar. Bakı İdman Sarayı. Saat 17.30
Xəzər Cənub – Neftçi
Hakimlər: Mehman Mahmudov, Anar Fərəcov, Vüsal Balaşov
29 yanvar. Bakı İdman Sarayı. Saat 14.30
1. Ekol 12 9 2 1 99-28 29
2. Araz 12 8 3 1 98-29 27
3. Neftçi 12 9 0 3 64-33 27
4. Xəzər Cənub 12 6 2 4 120-43 20
5. Yasamal MFK Baku 12 4 1 7 70-56 13
6. Liman 12 2 0 10 37-131 6
7. Yasamal İSK 12 0 0 12 36-204 0
Bombaridlər: Hadi Rizvan (Xəzər Cənub) – 43, Xətai Bağırov (Araz), Namiq Məmmədkərimov (Ekol) – 27.
Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. Bəribaşdan qeyd edək ki, bu mərhələdə birinci və ikinci liqanın 18 komandası münasibətlərinə aydınlıq gətirəcək. “Kor püşk” əsasında formalaşan 9 cütün qalibi 1/8-də yüksək liqa təmsilçilərinə qoşulacaq.
Hakimlər Komitəsi kuboka 13 hakim ezam edəcək. Təcrübəlilərdən, vaxtilə premyer-liqada laysman kimi xidmət edən Vaqif və Elman Musayevlər, eləcə də Mehman Mahmudov, gənclərdən isə Elvin Ağayev iki gündə 3 matçda iş başında olacaq.
Kubokun oyun cədvəlini və təyinatları nəzərinizə çatdırırıq:
Füzuli - Advokat
Hakimlər: Azər Əsgərov, Elman Musayev, Vüsal Balaşov
25 yanvar. Bakı İdman Sarayı. Saat 19.00
Green Log – Borçalı
Hakimlər: Azad Hüseynov, Vaqif Musayev, Anar Fərəcov
25 yanvar. Bakı İdman Sarayı. Saat 20.00
ADBTİA - Standard
Hakimlər: Ramil Namazov, Mehman Mahmudov, Vaqif Musayev
25 yanvar. Bakı İdman Sarayı. Saat 21:00
Xəzər Astara - Təbriz
Hakimlər: Mehman Mahmudov, Kənan Məlikov, Elvin Ağayev
25 yanvar. Bakı İdman Sarayı. Saat 22.00
Gənclik - Baku Fire
Haakimlər: Rahin Heybətov, Azad Hüseynov, Elman Musayev
26 yanvar. Bakı İdman Sarayı. Saat 18.00
Dalğa – Rəvan
Hakimlər: Azər Əsgərov, Elman Musayev, Azad Hüseynov
26 yanvar. Bakı İdman Sarayı. Saat 19.00
Bibiheybət - Obolon
Hakimlər: Kənan Məlikov, Vaqif Musayev, Elvin Ağayev
26 yanvar. Bakı İdman Sarayı. Saat 20.00
Avanqard - Hövsan
Hakimlər: Ramil Namazov, Elmir Quluzadə, Elvin Ağayev
26 yanvar. Bakı İdman Sarayı. Saat 21.00
Gilan Construction - Mübariz
Hakimlər: Hikmət Qafarlı, Mehman Mahmudov, Elmir Quluzadə
26 yanvar. Bakı İdman Sarayı. Saat 22.00