21 yan 21:59olke

İlk yarının uğursuz legioner “11-liy”i

İlk yarının uğursuz legioner “11-liy”i
Premyer-liqa klublarındakı dəyişikliklərin nə ilə nəticələnəciyini uzun marafonun sonunda görəcəyik. Büdcə həlledici amil olsa da, yeni transferlər zamanı rəhbərliyin və məşqçilər korpusunun məqsədi xüsusi önəm daşıyır. 8 elita təmsilçisində vəziyyət fərqlidi. Aldanan da var, menecerlərlə əlbir olub zəif futbolçuların transferindən pul “tutan” da, üstəlik seçimi əməkhaqqılardan götürülən faizlər üzərində quran da.
Bu qış premyer-liqa klubları 28 oyunçu yola salıb ki, onlar arasında legionerlər də az deyil. Yayda komandalara cəlb edilən 6 əcnəbinin 6 ay keçməmiş göndərilməsi faktdı. Hərçənd elələri də var ki, klubları onlardan yaxa qurtarmağa çalışdığı halda, başlarını girələyirlər. Təsəvvür edin, yayda Azərbaycana təşrif buyurmuş uğursuz legionerlərdən ayrıca heyət də düzəltmək olar. Bu yazıda cari çempionatın geridə qalan bölümündə özünü göstərməkdə çətinlik çəkən adlardan “11-lik” qurmağa çalışacağıq. Futbolçuları 4-3-3, 4-4-2 və ya 4-5-1 düzülüşünə uyğun “yerləşdirmək”, ehtiyat oyunçular skamyası yaratmaq belə mümkündü. Bu dəfə 4-4-2-yə müraciət edək.
Qapı
"Qarabağ"ın yay fasiləsində gətirdiyi iki əcnəbi qapıçıdan İslandiya millisinin qolkiperi Hannes Halldorssona ümid daha böyük idi. Dünya çempionatının iştirakçısı, son mundialda Lionel Messinin penalti vuruşunu dəf etmiş əlcək sahibi, Vaqner da Silvanı mövqe uğrunda rəqabətdə üstələməyi bacarmayan Halldorsson millidə sərgilədiyi oyunun belə desək, yarısını Ağdam komandasında ortaya qoymağı bacarmadı. Avroliqada məlum kobud səhvlə diqqət mərkəzinə düşən qapıçı uyğunlaşa bilmədiyini və yanlış transfer olduğunu isbatladı. Ölkə birinciliyində isə “köhlən atlar”ın sözügedən “çərçivə qoruyucusu”na zatən ehtiyacı yox idi. Premyer-liqamızda son illərin əsas favoriti islandsız da səviyyə fərqini ortaya qoya bilərdi. Təbii, Riçard Almeydasız, Dino Ndlovusuz komandanın iki “cəbhə”də mübarizə aparmağa gücü çatsaydı.
Müdafiə
"Neftçi"də Ruslan Abışovun sıradan çıxması rəhbərliyin Slavko Braliçi transfer etməsiylə sonuclandı. Ancaq xorvat çempionluğa oynayan kollektivə arzulanan faydanı vermədi. Roberto Bordinin məcburiyyətdən oynatdığı müdafiəçi azarkeşlərin üzünü güldürmədi. “Səbail”dən öncə "Kəpəz"ə keçən İqor Korotetski Bakı təmsilçisində Aftandil Hacıyevin beynindəkiləri meydanda icra etməyi bacarmadı. Bu üzdən cari mövsüm 5 oyunda forma şansı qazanan İqoru digər slavyanın – hələ də “ağ-qaralar”ın boğazında balıq sümüyü kimi qalan Braliçin yanına qoymaq düzgün olar. “Keşlə"də 1 oyun keçirdikdən sonra gözlənilmədən "Zirə"yə pənah aparan rumın Adrian Skarlatakenin də yəqin butslarını mismardan asmaq vaxtı çatıb. Gah zədələnir, gah da oyunlara hazır olmur. Samir Abasovun komandasında dayaq yarımmüdafiəçisi mövqeyində oynamağı da bacaran bu futbolçu nəinki liderlərdən biri, heç güvənilən adlardan da deyil. 6 görüşdə nəyə qadir olduğunu göstərməyə çalışıb və komandanın “zirzəmi”dən çıxmasına yardımçı ola bilməyib. “Qartallar”ın Miloş Radivoyeviçi isə arxa xətdəki “dördlüy”ü tamamlayan simadı.
Yarımmüdafiə
Ötən yay Cənubi Kiprdən "Səbail"ə gələn Edqar Paçeko 6 ay keçməmiş vətəni Meksikaya bilet aldı. Okeanın o tayından olan orta xətt oyunçusu yerli “bazar”ın sıravilərindən biri qədər istedad sahibi qismində Azərbaycan macərası yaşadı.
Georgios Georgiadis (7 matça çıxıb) "Keşlə"nin uğursuz yay transferlərindən biriydisə, həmklubu Ebrima Sohna ondan geri qalmırdı. Yarımmüdafiə xəttində 4 yox, 10 futbolçuya yer vermək imkanımız olsaydı, adı çəkilən Bakı komandasından bu siyahıya daha bir neçəsini əlavə etməyə haqqımız çatardı. Fəqət rəngarənglik xatirinə bu iki adla kifayətlənək. Yox, Tərlan Əhmədovun qapını göstərdiklərindən bir baş üstün yarımmüdafiəçilər tapacağını iddia etmirik. Sadəcə, Yuri Maksimov dönəmində klub rəhbərliyinin ortaya çıxardığı Sohnayla yunan Georgiadisin zəif legioner olması faktını qabartmağı özümüzə borc sayırıq. Türkiyə superliqasında top qovmuş legioner məntiqlə, premyer-liqamızda at oynatmalıdı. Con Delarj isə “Qarabağ” tərəfdarlarının ürəyinə yol tapmaq missiyasının öhdəsindən gəlmədi. İlk vaxtlar çoxları uyğunlaşma prosesini geridə qoyandan sonra parlayacağını düşünsə də, Delarj meydandakı çıxışıyla “böyük hədəflər üçün deyiləm, yanlış transferəm” dedi. Təsadüfi deyil ki, cinah yarımmüdafiəçisini Qurban Qurbanov Antalya toplanışından kənarlaşdıraraq əvəzedici komandaya göndərib. Konqo millisinin vingeri, böyük ehtimalla, özünə yeni iş yeri tapacaq.
Hücumçular
"Neftçi"nin sabiq forvardı Bahodir Nasimov karyerasının ən parlaq dönəmini elə Flavinyolu, Vobaylı orta xəttə malik o vaxtkı “ağ-qaralar”da keçirib. Uzun müddət sonra Bakının başqa təmsilçisinə qayıdan Tacikistan əsilli özbək suyu sıxılmış limon qabığını xatırlatdı. Nasimov olmasaydı, bu komandanın digər forvardı Conatan Ayite “11-lik”dəki yerini təmin edərdi. Ancaq daha tanınmış asiyalıya üstünlük verməliyik. Onunla ön xətdə qanalı Kvame Karikari “rəqib qapılarına yol tapmağa çalışacaq”. Mirabdulla Abbasovun kölgəsində qalan Karikari “havayıyeyən” imici qazandı desək, yanılmarıq. Əslində Ndlovunun yerini “doldurmaq” hədəfi ilə birvaxtlar getdiyi “Qarabağ”a qaytarılan İnnosent Emeqara da qiymətinə görə çox faydasız oldu. Amma Avroliqa matçları zamanı dəfələrlə azərbaycanlı fanatlara “heyif səndən, Dino” pıçıldadan İsveçrə millisinin sabiq forvardının “ölü”sünün də Nasimov - Karikari cütlüyündən “diribaş” göründüyünü nəzərə almalıyıq.
Qapıçı: Hannes Halldorsson (Qarabağ).
Müdafiəçilər: Slavko Braliç (Neftçi), İqor Korotetski (Səbail), Adrian Skarlatake, Miloş Radivoyeviç (hər ikisi “Zirə”)
Yarımmüdafiəçilər: Edqar Paçeko (Səbail), Ebrima Sohna, Georgios Georgiadis (hər ikisi "Keşlə"), Con Delarj (Qarabağ).
Hücumçular: Kvame Karikari (Neftçi), Bahodir Nasimov (Keşlə).
NİHAT
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar