Yazarlar
Həbib
Pulun üzü qara olsunAmal
Absurdla dolu futbol
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
21 yan 21:48olke
"Neftçi” "İstiqlal"la oyundan imtina etdi

"Ağ-qaralar" yunan futbolçuya "elçi düşüb"
"Neftçi” Antalyakı təlim-məşq toplanışını davam etdirir. "Ağ-qaralar" toplanışın 8-ci günündə - dünən növbəti hazırlığına çıxıb. Səhər məşqindən öncə klub prezidenti Kamran Quliyev futbolçulara 20 Yanvar hadisələri haqda danışıb. Sonra həmin gün azadlıq uğrunda canından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. Hazırlıq prosesi axşam məşqi ilə davam edib.
"İstiqlal"dan imtina
Əslində "Neftçi” toplanış çərçivəsində dünən "İstiqlal”la (İran) yoxlama oyununda qarşılaşmalıydı. Ancaq həmin sınaq matçl ləğv olunub. Buna səbəb baş məşqçi Roberto Bordinin qərarıdı. İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ardıcıl iki yoxlama oyununda meydana çıxacaqları halda zədələnmə ehtimalının artmasını əsas gətirərək belə qərar qəbul edib. Onu da yada salaq ki, "İstiqlal"la qarşılaşma ilkin planda yox idi. Daha öncə "Neftçi"nin Türkiyədə 3 yoxlama görüşü planlaşdırdığı açıqlanmışdı. Sadəcə, Tehran təmsilçisi sonradan flaqmana müraciət edərək, sınaq görüşü keçirməyi təklif etmişdi. "Ağ-qaralar" əvvəlcə həmin müraciəti müsbət cavablasa da, "Qaz Metan"la yoldaşlıq oyunundan (3:0) sonra Bordin fikrini dəyişdi. "Neftçi"nin növbəti sınaq matçını yanvarın 23-də "Slovan”a (Çexiya) qarşı keçirəcəyini də bildirək. Bakı vaxtı ilə saat 16.30-da başlayacaq həmin oyunu "CBC Sport" canlı yayınlayacaq.
Bordin hələ qərar verməyib
Məlum olduğu kimi, hazırda "Neftçi"nin düşərgəsində baxışda bir futbolçu var. Bu, nigeriyalı Jessi Sekidikadı. Bordin Antalyada "Qaz Metan"la yoxlama matçında ona da şans vermişdi. Baş məşqçinin 23 yaşlı afrikalı yarımmüdafiəçi ilə bağlı hansı qərarı verdiyini dünən "ağ-qaralar"ın Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevdən soruşduq. O, rumınlarla görüşdə "19” nömrəli formanı geyən Sekidikanın hələ düşərgədə olduğunu bildiridi. Bordin bu futbolçu ilə bağlı qərar verməyə tələsmir. Ancaq bizə çatan bilgiyə görə, futbolçu ümidləri doğrultmayıb. Böyük ehtimalla, Sekidika yola salınacaq.
Paytaxt klubu yunan futbolçuya "elçi düşüb"
Bu arada “Neftçi” güclənmək yolunda daha bir həmlə edib. Flaqman yunan futbolçunu sıralarına qatmaq istəyir. Bu, hazırda ölkəsində OFİ-nin şərəfini qoruyan hücumameyilli yarımmüdafiəçi Vangelis Platelasdı. 30 yaşlı futbolçunun “ağ-qaralar”la anlaşmaq üzrə olduğu deyilir. Rüstəm Allahverdiyev yunan oyunçu ilə bağlı bunları dedi: "Bəli, həmin futbolçu ilə maraqlanmışıq. Ancaq klubu ilə müqaviləsi var. Danışıqlar davam edir, hələ yekunlaşmayıb. Klubu ilə razılığa gələ bilsək, müqavilə başlayacağıq".
"Bizi qarşıda çətin yol gözləyir"
Məhəmməd Mirzəbəyov "Qaz Metan”la yoxlama oyunu (3:0) haqda fikirlərini bildirib. Müdafiəçi "Neftçi”nin rəsmi saytına açıqlamasında gənc futbolçularla bağlı da danışıb: "Yorğunluğun fonunda oynamaq çətindi. Bununla belə, ilk sınaq matçında komandamızın üzvləri xarakter göstərdilər. Məşqçinin tapşırıqlarını yerinə yetirib qələbə qazandıq. Gənc futbolçulara gəlincə, onlar özlərini yaxşı tərəfdən göstərdilər. Əli Şirinov isə iki qol vurdu. Gənc oyunçu üçün bu asan deyil. Ona uğurlar və öz üzərində daha çox işləməyi arzulayıram. Bəlkə də bizi qarşıda çətin yol gözləyir. Çalışıb bu yolu birlikdə keçməliyik”.
"Neftçi-2”dən ikinci qələbə
Hazırda əsas komanda kimi, "Neftçi-2” də təlim-məşq toplanışındadı. Hər gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən əvəzedicilər srağagün hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Paytaxt klubunun "ikincilər"i "Səbail-2”yə 1:0 hesabıyla qalib gəlib. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə qələbə qoluna Ülvi İbazadə imza atıb. Qeyd edək ki, ilk sınaq matçında MOİK-ə 3:1 hesabı ilə qalib gələn "Neftçi-2” yanvarın 24-də "Şüvəlan"la üz-üzə gələcək.
Yeri gəlmişkən, dünən "Neftçi-2”nin və futbol akademiyasının üzvləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidlər Xiyabanı ziyarət olunub, məzarlar önünə güllər qoyulub.
FARİZ
Şərh yaz