21 yan 21:46olke

“Qəbələ” qələbəni əldən verdi

“Qəbələ” qələbəni əldən verdi
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” dünən növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” “Cornelia Diamond” otelinin meydanında Rusiya premyer-liqasında mübarizə aparan “Yenisey”lə qarşılaşıb. Matçdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Baş məşqçi Sənan Qurbanov Krasnoyarsk təmsilçisi ilə görüşün ilk dəqiqələrindən bu futbolçulara güvənib: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 23. Amin Seydiyev, 34. Urfan Abbasov, 4. Elvin Camalov, 14. Cavid Hüseynov, 17. Ceyms Adeniyi, 28. Stiven Jozef-Monroz, 10. Rauf Əliyev, 99.Davit Volkovi.
Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində oyunçu dəyişiklikləri olub. “Qəbələ”də Asif Məmmədov, Sabien Lilay, Qismət Alıyev, Lalavele Atakora, Rövlan Muradov komanda yoldaşlarını əvəzləyib. Qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb. Rauf Əliyev Rusiya təmsilçisinin qapısına yol tapıb. Üç dəqiqə sonra şimallılar Aleksey Qritsayenkonun qolu ilə hesabı bərabərləşdirib. 71-ci dəqiqədə Raufa qarşı kobud oyuna görə “Yenisey”in qapısına təyin olunan penaltini Lilay dəqiq yerinə yetirib. Hakimin final fitinə 4 dəqiqə qalmış Rusiya premyer-liqasının təmsilçisi Aleksandr Kutyinin qolu sayəsində hesabda tarazlıq yaradıb – 2:2.
Beləliklə, yoxlama oyunu məhsuldar heç-heçə ilə başa çatıb. “Qəbələ” Antalyada keçirdiyi ilk yoxlama oyununda Almaniyanın “Meppen” klubuna 1:2 hesabı ilə uduzmuşdu. Onu da qeyd edək ki, U-21-in yeni çalışdırıcısı Milan Obradoviç də "qırmızı-qaralar"ın oyununu stadiondan canlı izləyib.
Matçdan sonra şimallıların baş məşqçisi Sənan Qurbanov qarşılaşma ilə bağlı klubun saytına açıqlama verib: “Ciddi rəqibə qarşı oynayırdıq. Rusiya premier-liqasında çıxış edən “Yenisey” çox yaxşı komandadı. Bilirdik ki, belə rəqibə qarşı səhvsiz oynamalıyıq. Futbolçulara bir az çətin tapşırıq vermişdik. Ön xətdə pressinq tətbiq etməklə topu rəqibdən almaq istəyirdik. Birinci hissədə istəyimizi həyata keçirə bildik. Belə pressinq də güc itkisidi. Sevindirici haldı ki, futbolçular tapşırığı yerinə yetirdilər. Səhvlərimiz var. Belə yoxlama oyunlarında bunun görünməsi yaxşıdı. Onları aradan qaldırmağa çalışacağıq. Ümumilikdə komanda yaxşı oynadı. Həm hücumda, həm də müdafiədə kollektivdən razı qaldım”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar