20 yan 21:53olke

"Zirə" yenə "Voluntari"dən güclü oldu

"Zirə" yenə "Voluntari"dən güclü oldu
Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Zirə” dünən ilk yoxlama oyununu keçirdi. Samir Abasovun komandası Rumıniya "Voluntari"si ilə qarşılaşdı. Əslində "qartallar" yanvarın 15-də ilk sınaq matçını keçirməliydi. Lakin güclü yağış "Taraz"la (Qazaxıstan) matçın ləğvinə səbəb oldu. Bundan başqa, rumıniyalılarla görüş bu rəqiblər arasında 2-ci matç idi. Belə ki, ötən il yanvarın 27-də də qəsəbə təmsilçisi "Voluntari”ni sınağa çəkmişdi. Həmin vaxt "Zirə" iki cavabsız qolla qələbə qazanmışdı. Özü də rəqib qapısına artıq komandada olmayan yarımmüdafiəçilər - Elşən Abdullayevlə Vüsal İsgəndərli yol tapmışdı.
"Zirə"nin dünənki oyunda start heyəti belə idi: 85. Kamal Bayramov, 27. Adrian Skarlatake, 14. Bəxtiyar Həsanalızadə, 26. Miloş Radivoyeviç, 2. İlkin Qırtımov, 6. Vüqar Mustafayev, 9. Aleksandr Dedov, 11. Dilan Duventru, 10. Sadio Tounkara, 88. Tellur Mütəllimov, 7. Pərdis Fərcad-Azad.
Abasov matçın gedişində bu futbolçulara şans verib: 1. Orxan Sadıqlı, 3. Budaq Nəsirov, 4. Müşviq İlyasov, 13. Murad Musayev, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov, 91. Bilal Həmdi.
Tərəflər bərabər səviyyəli oyun nümayiş etdirib. Mübarizə əsasən meydanın mərkəzində gedib. Qol vəziyyətlərinin sayı elə də çox olmayıb. Yeri gəlmişkən, Riçard Qadze də "Voluntari"nin heyətində yer alıb. Bir müddət öncə bu futbolçunun "Zirə"nin uğurları üçün tər tökdüyünü bilirsiz. Sabiq komandası ilə duel Qadze üçün də göydəndüşmə olub və köhnə tanışlarla görüşmək, hal-əhval tutmaq imkanını qaçırmayıb. İlk yarıda "qartallar"ın qapısına penalti təyin olunub. Ancaq Kamal rəqibin sevinməsinə mane olub. İkinci yarıda hər iki məşqçi dəyişikliklərə əl atıb. Göründüyü kimi, ilk yarıda Həsənalızadə, ikinci hissədə isə Sadıqlı "Zirə"də debüt edib. Matçın taleyini həll edən qol 89-cu dəqiqədə vurulub. Pərdis 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Qeyd edək ki, "Zirə" növbəti yoxlama matçını yanvarın 23-də Ukrayna "Vorskla"sına qarşı keçirəcək.
Samir Abasov qarşılaşma ilə bağlı bunları deyib: “İlk oyunumuz idi. Məlum səbəblərə görə bir az planımızda dəyişiklik oldu. Yağışlı havaya görə ilk sınaq matçımız baş tutmadı. Deməzdim ki, bütün işimizə əngəl törətdi. Amma çox oyun keçirmək bir çox suallara aydınlıq gətirir. Hazırlığımız yaxşıdı. Bu gün komandam meydana yorğun halda çıxdı. Bu da bizim planımız idi. Bilmək istəyirdik ki, futbolçular meydanda yorğun halda nə fikirləşir. Bu maksimumuz deyil. Birinci hissədə səhvlərimiz oldu. Görüləsi çox iş var. Amma bəzi müsbət nüanslar var idi. Çatışmazlıqlar zamanla düzələcək”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar