20 yan 21:52olke

"Neftçi" rumınları darmadağın etdi

"Neftçi" rumınları darmadağın etdi
Yanvarın 6-da Bakıda bir araya gələn "Neftçi" təxminən birhəftəlik toplanışdan sonra Antalyaya yollandı. Baş məşqçi Roberto Bordin ölkə daxilində yoxlama oyunu keçirməyə ehtiyac duymamışdı. Türkiyədəki hazırlıq prosesi çərçivəsində isə əvvəlcə 3 sınaq qarşılaşması planlaşdırılmışdı. Lakin sonradan İran "İstiqlal"ının müraciətinə "ağ-qaralar" "hə" cavabını verdi. Beləliklə, nəzərdə tutulan yoldaşlıq görüşlərindən biri məhz dünən reallaşdı.
"Neftçi” "Arslan Zəki Dəmirci” İdman Kompleksinin meydanında Rumıniya "Qaz Metan”ı ilə münasibətləri aydınlaşdırıb. Öncə Bordinin rumınlara qarşı hansı futbolçulara şans verdiyini diqqətinizə çatdıraq: 1. Səlahət Ağayev (30. Aqil Məmmədov, 46), 5. Anton Krivotsyuk (21. Məhəmməd Mirzəbəyov, 35), 7. Namiq Ələsgərov (70. Əli Şirinov, 65), 10. Dario Frederiko (20. Elnur Süleymanov, 79), 17. Rəhman Hacıyev (6. Qoran Paratski, 42), 18. Tural Axundov (26. Ömər Buludov, 46), 19. Jesse Sekidika (32. Mirkamil Əliyev, 68), 22. Mirabdulla Abbasov (9. Baqali Dabo, 46), 25. Kiril Petrov (k) (95. Rəhman Daşdəmirov, 83), 36. Mamadu Kane, 77. Elvin Sərkərov (3. Mamadu Mboc, 46).
Göründüyü kimi, start heyəti ilə bağlı bəzi qeyd ediləsi məqamlar var. Lakin əvvəlcə 3 futbolçunun - Ruslan Abışov, Emin Mahmudov və Soni Mustivarın "Qaz Metan"la matçda iştirak etməməsini vurğulayaq. İlk iki futbolçu zədədən döndüyü üçün italiyalı mütəxəssis onları riskə atmak istəməyib. Elə Mustivarın da ayaq əzələsində yüngül ağrılar olub ki, bu üzdən baş məşqçi onu da qorumaq qərarına gəlib. Start "11-liy"inə gəlincə, təbii, ilk diqqəti çəkən Jesse Sekidikadı. Nigeriyalı futbolçu hazırda "Neftçi"də baxışdadı. Bordin Rumıniya təmsilçisi ilə görüşdə ona şans yaratsa da, hələ ki futbolçu ilə bağlı yekun qərar verilməyib. Yeri gəlmişkən, Sekidikanın son klubu “Əskişəhərspor” olsa da, bu klubun transfer qadağası olduğuna görə nigeriyalı Türkiyədə debüt edə bilməyib. Futbolçunun 22 yaşı var, yarımmüdafiəçidi. Bundan başqa, "ağ-qaralar"ın çalışdırıcısı komandanın yeni transferlərindən olan Mamadu Kaneyə də ilk dəqiqələrdən güvənmişdi.
Oyuna gəlincə, PFL-in canlı yayınladığı matçın əvvəlində hansısa tərəfin aşkar üstün olduğunu demək doğru olmaz. Bununla belə, yavaş-yavaş "Neftçi" basqını artırırdı. Bunun məntiqi nəticəsi kimi Roberto Bordinin yetirmələri 11-ci dəqiqədə hesabı açdı. Turalın qapı önünə asmasından sonra Rəhman dəqiq baş zərbəsi ilə "atəşkəsi pozdu". Rəqib buraxılan qolun əvəzini çıxmaq üçün irəli atılsa da, ciddi təhlükə yarada bilmirdi. Belə epizodlardan biri 22-ci dəqiqəyə təsadüf etdi. Daha doğrusu, "Qaz Metan"ın futbolçuları hakimdən penalti tələb etsələr də, ədalət təmsilçisi onların istəyini gerçəkləşdirmədi. Yeri gəlmişkən, Bordin fasiləyə kimi artıq iki dəyişiklik reallaşdırdı. Əvvəlcə Mirzəbəyov Krivotsyuku, 7 dəqiqə sonra Paratski Hacıyevi əvəzlədi. Oyunun ilk yarısı "Neftçi”nin minimal üstünlüyü ilə başa çatdı. Hə, rəqibin heyətində də ilk yarıda bəzi əvəzetmələr olmuşdu.
"Ağ-qaralar" ikinci hissədə meydana çıxarkən daha bir neçə dəyişikliyin olduğunu gördük. Paytaxt klubunun yeni transferlərindən Aqil və Mboc uyğun olaraq Səlahətlə Elvinin əvəzinə mübarizəyə qoşulmuşdu. Yeri gəlmişkən, Mbocun "Neftçi"dəki debüt matçında o qədər də pis təsir bağışlamadığını vurğulayaq. Bu arada Dabo və Ömər də fasilədən dərhal sonra meydanda olanlar arasında idi. İkinci yarının əvvəllərində yaddaqalan vəziyyət olmadı. Bordin Jesseni 68-ci dəqiqəyə qədər meydanda saxladı. Qalan vaxtın qəhrəmanı isə sonradan meydana çıxan Əli Şirinov oldu. O, 70 və 84-cü dəqiqələrdə "Qaz Metan"ın qapısına yol tapmaqla "Neftçi"nin ilk yoxlama matçında böyükhesablı qələbə qazanmasında (3:0) əsas pay sahibi oldu.
Onu da qeyd edək ki, "The Sense De Luxe” otelində məskunlaşan "Neftçi” hazırlıq çərçivəsində növbəti sınaq matçını sabah "İstiqlal”a qarşı keçirəcək.
Roberto Bordin: "Uğurlu nəticəylə yanaşı, futbolçuların meydançada göstərdikləri keyfiyyətlər, bir-biri arasında anlaşma çox vacibdi. Sözsüz, bu gün qol vuran futbolçularımıza görə daha çox sevinirəm. İndi əsas fiziki hazırlıq və xətlər arasında əlaqənin, anlaşmanın yaxşı olmasıdı. Bu gün Jesse Sekidikaya oynamaq, özünü göstərmək imkanı verdik. Şans yaratdıq ki, bizə kömək etsin. Gənc futbolçudu, hələ özünü göstərmək imkanı olacaq. Bizə vacib olan onu oyunda görmək, meydanda hərəkətliliyinə baxmaq idi. Onu yaxşı oyununa görə təbrik edirəm. Əli Şirinov da həmişə tam gücüylə məşq edib, çalışıb, özünü göstərmək istəyib. Hərçənd meydanda az oldu. Onu da təbrik etmək istəyirəm. Göstərdiyi oyuna görə çox şadam. Yeni futbolçuların komandamızda olmalarına görə sevinirik. Onlara daha çox oynamaq imkanı veririk. Mamadu Mboc yetərincə böyük təcrübəsi olan futbolçudu. Fikrimcə, komandamıza gələcək yeni futbolçular bizə kömək edə biləcəklər, əvvəl yaratdığımız kollketivin daha da möhkəmləsinə öz töhfələrini verəcəklər".
Rəhman Hacıyev: "Yaxşı oyun oldu. Düzdü, çatışmazlıqlar da var. Bu olmalıdı. Çünki təlim-məşq toplanışındayıq, yorğunluq var. Buna görə də istədiyimizi tam şəkildə yerinə yetirə bilmirik. Amma hələ vaxtımız var. Çempionat oyununa qədər tam hazır olmağa, məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Qol vurmağıma gəlincə, buna görə çox şadam. Lakin əsas qol vurmaq yox, komandaya mümkün qədər çox xeyir verməkdi. Qələbə münasibətilə komanda yoldaşlarımı və məşqçilərimizi təbrik edirəm”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar