20 yan 21:50olke

Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı

Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı
“Bir həftəyə taleyimə aydınlıq gələcək”
Həftəiçi Azərbaycan, eləcə də Qazaxıstan mətbuatında Amit Quluzadənin “Atırau”ya keçmək üzrə olduğu haqda xəbərlər peyda oldu. Hətta bəzi saytlar bir qədər də irəli gedərək 26 yaşlı yarımmüdafiəçinin adı çəkilən klubun düşərgəsində olduğunu yazmışdı. Futbolçu isə Qazaxıstanın sports.kz saytına açıqlama verməyə məcbur oldu ki, haqqında yazılanlar doğru deyil. Bir sözlə, təkzib verdi.
Karyerası ərzində Türkiyə, Yunanıstan, Portuqaliya kimi ölkələrdə legioner həyatı yaşayan, son olaraq Kosovoda “Drita”nın formasını geyən və ötən ilin yayından klubsuz qalan Amitlə əlaqə saxlayıb, bu xəbərin hardan qaynaqlandığını öyrənməyə çalışdıq. Üstəlik, karyerasındakı qeyri-müəyyənlik barədə danışdıq.
- Necə oldu ki, “Atırau” söhbəti yayıldı?
- Açığı, bu haqda menecerimlə aramızda söbət olmuşdu, o mənə demişdi, fikrimi soruşmuşdu. Bu yaxında olan söhbət deyil. Ancaq “Atırau”dan rəsmi təklif almamışam. Yəni artıq təkzib verdiyim kimi, məlumat doğru deyil. Fərqli ölkələrdən bir neçə klubla danışıq aparıram. Amma aralarında Qazaxıstan təmsilçisi yoxdu.
- Bəlkə danışıq apardığın klubların adlarını bizə deyəsən.
- Ortada konkret nəsə olmadığı üçün ad çəkməyim doğru olmaz. Yaxın beş gün-bir həftə ərzində danışıqlar yekunlaşmalıdı. Alınsa, məlumat verərəm.
- Yaydan etibarən klubsuzsan. Formanı necə qoruyursan?
- Hazırda fərdi məşqlər edirəm, formada qalmağa çalışıram. Desəm ki, hər şey qaydasındadı, şişirtmiş olaram. Sözsüz, yarım mövsüm fasilə vermək, oynamamaq hər bir futbolçunun durumuna təsir göstərər. Amma mənə komanda ilə bir-iki həftə bir yerdə olmaq, çalışmaq kifayət edər ki, tam formaya düşüm.
- “Drita”dan ayrılandan sonra təkliflər yox idi? Niyə klub tapa bilmədin?
- Sözün düzünü deyəcəm: bir neçə təklif var idi. Onlardan birinə üstünlük verdim. Belarus klublarından biri idi. Ad çəkməyəcəm, amma ortabab klubdu. Danışdıq, razılaşdıq. Amma “transfer pəncərəsi”nin sonuncu günü anlaşma pozuldu. Şərtlərlə yerində tanış olmaq üçün o klubun bazasına gedəndə məlum oldu ki, müqavilədə nəzərdə tutulan bəndlər əvvəlcədən razılaşdırıldığı kimi deyil. Belə deyim də, mənə çatdırılan şərtlərlə real şərtlər arasında fərq böyük oldu. Bu üzdən razılaşmayıb geri qayıtdım. O ərəfədə Rusiyanın və Polşanın birinci divizionundan da təklif almışdım. Amma Belarusa yollanmaq qərarı verdim. Lakin danışıqlarda məni aldatdılar. Əvvəlcədən onlarla elə danışmamışdım.
- Bəs öz klublarımız niyə xidmətində maraqlı deyil?
- Yayda aldığım təkliflərdən bir-ikisi özümüzkülərdən idi. Ancaq Belarus klubuna keçidim alınmadığı üçün bir az həvəsdən düşdüm. Çünki qeyd etdiyim kimi, mən xaricdə oynamaq, legioner həyatı yaşamaq istəyirdim. İndi də əsas seçimim ölkə xaricindən olacaq. Alınmasa belə, peşman olmayacam. Bir həftəyə taleyimə aydınlıq gələcək. Çox yubanması özümə də ziyandı. Çünki hazırda fasilə dövrüdü, klublar mövsümün ikinci yarısına hazırlaşır. Bir çox klublar yoxlama oyunlarına start verib. Bu arada anlaşma əldə edə bilməsəm, sınaq matçlarında oynamasam, sonradan heyətə düşmək, meydana çıxmaq şansım da azalacaq.
- Legioner həyatı yaşamaq istəyin çox yaxşıdı. Bir neçə ölkədə top qovmusan. Nə çatışmır ki, karyera qura bilmirsən? Bəlkə elə sabitlik?..
- Düz deyirsiz. Yəqin tez-tez klub dəyişməyim əleyhimə işləyir. Bunu özüm də dərk edirəm. Ancaq yer dəyişməyim heç də həmişə özümdən asılı olmur. Yəni obyektiv və subyektiv səbəblər olur. Nə etmək olar? İnşallah, bu dəfə hər şey yaxşı olmalıdı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar